Ana səhifə »  Analitik »  Qondarma “erməni soyqırımı” iddialarının tarixi və hüquqi əsasları yoxdur
A+   Yenilə  A-
Qondarma “erməni soyqırımı” iddialarının tarixi və hüquqi əsasları yoxdur

Türkiyəyə qarşı yönəldilən qondarma “erməni soyqırımı” iddiaları həqiqətdən uzaq olmaqla bərabər, erməni lobbisinin, Ermənistan dövlətinin və onlara havadarlıq edən bəzi imperialist güclərin siyasi ambisiyalarına xidmət edir
Məlum olduğu kimi, hər il aprelin 24-ü ərəfəsində bütün dünyada erməni lobbisinin fəallığı artır, beynəlxalq ictimaiyyəti qondarma “erməni soyqırımı”na inandırmaq üçün yeni cəhdlər edilir, bu məqsədlə müxtəlif yollara istinad olunur. Ermənipərəst mövqedən çıxış edən, yaxud “erməni məsələsi”ndən siyasi maraqları naminə istifadə etməyə çalışan bəzi beynəlxalq siyasi dairələr, imperialist mərkəzlər də bu qondarma iddiaları dəstəkləyirlər. Saxta “erməni soyqırımı” iddialarını tanımaqla bir sıra siyasi və iqtisadi maraqlarını təmin etməyə çalışan dövlətlər bu məsələdən Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. Əminliklə demək olar ki, bu məsələyə müxtəlif dövlətlərin qanunverici orqanları tərəfindən iddiaların tarixi-faktoloji əsaslarının araşdırılmadan siyasi qiymətin verilməsi tamamilə qərəzli mahiyyət daşıyır. Çünki məsələnin tarixi köklərinə nəzər saldıqda 1915-ci il 24 aprel tarixinin məhz erməni cinayətkarlığı, quldurluğu ilə bağlılığı, soyqırımına məruz qalan tərəfin isə elə həmin dövrdə Anadoluda və Cənubi Qafqazda yaşayan türklər olduğu danılmaz faktlarla üzə çıxır.
ANADOLUDA TARİXƏN TÜRK-ERMƏNİ MÜNASİBƏTLƏRİ
Osmanlı dövlətini parçalayaraq tarix səhnəsindən silmək istəyən imperialist dövlətlər XIX əsrin sonlarından etibarən bu məqsədlə bölgədə yaşayan ermənilərdən vasitə kimi istifadə ediblər. Tarix boyunca romalılar, farslar və bizanslılar tərəfindən Anadolunun bir yerindən başqa yerinə qovulan, müharibələrə təhrik olunan və çox zaman “ikinci dərəcəli insan” kimi rəftar olunan ermənilər Anadoluda türk dövlətlərinin yaradılması ilə türklüyün ədalətli, humanist, xoşgörülü münasibətindən yararlanıblar. Hətta Osmanlı sultanı Fateh Mehmetin fərmanı ilə 1461-ci ildə Qərbi Anadoludakı erməni yepiskopluğu Erməni Patrikliyinə çevrilib, ermənilərin din və vicdan azadlığı ən yüksək səviyyədə təmin olunub. Osmanlıda ilk erməni mətbəəsinin açılmasına 1567-ci ildə icazə verilib. İlk türk mətbəəsi isə bundan təxminən 160 il sonra açılıb. Artıq 1910-cu ildə İstanbulda erməni dilində 5 qəzet və 7 jurnal çap olunurdu.
Türk-erməni əlaqələrinin inkişaf və yetkinlik çağı olan XIX yüzilliyin sonuncu rübünə qədər sürən müddət “ermənilərin qızıl dövrü” adlandırılır. Dövlətə bağlı olduqları, millətlə qaynaşdıqları üçün ermənilər “millet-i sadıka”, yəni “sadiq təbəə” adlandırılmışdılar. Osmanlı dövlətinin bütün vətəndaşlarına yaratdığı imkanlardan qeyri-müsəlmanlar içərisində ən çox faydalananlar məhz ermənilər olublar. Həmin dövrdə Çar Rusiyası ərazisində erməni dili sıxışdırıldığı, erməni məktəbləri bağlandığı halda, Osmanlı sərhədləri daxilində, o cümlədən Anadoluda yaşayan ermənilər təhsil, ticarət, kənd təsərrüfatı sahələrində uğur qazanır, dövlət idarəçiliyində məsul vəzifələr daşıyırdılar. Onlar dövlət pillələrində millət vəkili, dövlət müşaviri, xarici işlər, maliyyə, dənizçilik, xəzinədarlıq, rabitə naziri səviyyəsinədək yüksəlmişdilər. I Dünya müharibəsi ərəfəsində 2345 nəfər erməni Osmanlıda yüksək ictimai və dövlət vəzifələrində çalışırdı.
Lakin XIX əsrin sonlarından Osmanlı imperiyasının zəifləməyə başladığı dövrdə Çar Rusiyasının və bir sıra Avropa dövlətlərinin ölkənin daxili işlərinə müdaxiləsi nəticəsində türk-erməni münasibətlərinə zərbə vuruldu. Qərb missionerlərinin din xadimi cildində Osmanlıda təxribat xarakterli fəaliyyətləri ermənilərin dini, mədəni, sosial və siyasi baxımdan cəmiyyətdən təcrid olunmasına yönəldilmişdi. Osmanlı dövlətinin yaratdığı hər cür şəraitə və geniş səlahiyyətlərə baxmayaraq, ermənilər onlara xas olan milli xarakterik keyfiyyətdən irəli gələrək dövlətə xəyanət yolunu tutdular, onlara xoşgörü ilə yanaşan, heç zaman ayrı-seçkilik etməyən türklərin qanına susadılar.
“ERMƏNİ MƏSƏLƏSİ”
“Erməni məsələsi” XIX əsrin sonlarından etibarən süni şəkildə meydana çıxarılan, imperialist dairələrin planlarının reallaşmasına zəmin yaradan faktor qismində istifadə olunur. Ermənilər isə hər zamankı kimi bu məsələdə könüllü şəkildə vasitə rolunu oynamaqla öz məkrli niyyətlərinin gerçəkləşməsinə can atırdılar. Yusif Qazıyev “Erməni məsələsi: yalanlar və gerçəklər” kitabında bu barədə yazır: “Erməni məsələsi soyğunçuluq, qan, nifrət, dəhşət və fəlakətlər mənbəyi mənalarını ifadə edən bir məfhumdur ki, bu xəstə ideya uğrunda çarpışmalardan Yaxın Şərqdə, Anadoluda və Qafqazda insanlar əsrlərlə əziyyət çəkmiş və hələ də yeni-yeni zülmlərə düçar olmaqdadırlar. Beləliklə, “Erməni məsələsi”nin əsas komponentləri olaraq bunları götürmək olar: terrorçuluq, soyqırım və deportasiya, qonşu xalqların mədəniyyət və nailiyyətlərini özününküləşdirmək, qonşuların torpaqlarını zəbt edib əhalisini isə qırğına məruz qoymaq, paxıllıq və məkrlilik, bu mənada ictimaiyyətdə hipnozçuluq və saxtakarlıq, yalançılıq, talançılıq, qərəzçilik və oğurluq, eqoizm kimi bəd hərəkət və əməllər”.
Qeyd olunduğu kimi, imperialist dövlətlərin dəstəyi və təhriki ilə ermənilər Osmanlı dövləti və Anadolunun türk əhalisinə qarşı geniş fəaliyyətə başladılar. Onlar özlərini dünyaya “əzilən toplum” kimi göstərməyə çalışaraq “Anadoluya hökmranlıq haqlarının türklər tərəfindən qəsb olunduğu” fikrini yayırdılar. 1877-1878-ci illər Rusiya-Osmanlı müharibəsindən sonra Rusiya və bir sıra Avropa dövlətlərinin iştirakı ilə Berlində imzalanan müqavilənin şərtlərindən biri Şərqi Anadoluda ermənilərə muxtariyyətin verilməsi idi. “Erməni məsələsi”ni beynəlxalq səviyyəyə qaldıran bu maddə bölgədəki ermənilərin sayının azlığı səbəbindən reallaşmadı.
I Dünya müharibəsi illərində Osmanlı dövlətini parçalayaraq aralarında bölüşdürmək məqsədi güdən imperialist güclər prosesi sürətləndirmək məqsədilə erməniləri onlar üçün dövlət qurulacağı vədi ilə şirnikləndirdilər. “Böyük Ermənistan” xülyasını gerçəkləşdirmək uğrunda işə başlayan erməni başbilənləri, xüsusən də din xadimləri Osmanlı dövlətini daxildən sarsıdacaq hər cür yola əl atdılar. Onlar əvvəlcə təbəəsi olduqları dövlətin hərbi səfərbərlik çağırışından yayındılar. Orduya qatılanların əksəriyyəti isə silahları ilə birlikdə fərarilik edərək Çar Rusiyasının tərəfində Osmanlıya qarşı döyüşməyə başladı. Osmanlı ordusu bir tərəfdən cəbhədə Rusiya ordusu və ona qoşulan erməni xəyanətkarlarına qarşı savaşarkən, digər tərəfdən bütöv türk kəndlərini yerlə-yeksan edən, əhalisini qətlə yetirən, orduya ləvazimat aparan karvanlara hücum edən erməni silahlı quldur dəstələri ilə mübarizə aparmalı idi. Dövlətin cinayətkarlara qarşı gördüyü tədbirlər isə beynəlxalq aləmə “ermənilərin qətlə yetirilməsi”, “təzyiqlərə məruz qalması” kimi təqdim olunur, bununla da “erməni məsələsi” süni olaraq qabardılırdı. Erməni quldur birləşmələri isə onlara vəd edilən ərazilərdə dövlət qurmaq xəyalı ilə bölgənin türk əhalisini “təmizləmək”də davam edir, qadın, uşaq, qoca fərqi qoymadan yüzminlərlə dinc insanı amansız qırğına məruz qoyurdu.
ERMƏNİLƏRİN ANADOLUDA TÖRƏTDİYİ SOYQIRIMLAR
Rusiya, İngiltərə və Fransanın dəstəyi ilə ermənilər sürətlə təşkilatlanaraq gizli şəkildə silahlanmışdılar. Bu işdə erməni kilsələri xüsusi fəallıq nümayiş etdirərək, həm ideoloji təbliğat mərkəzi, həm də cəbbəxana rolunu icra edirdi. Təhrikedici fəaliyyətlər nəticəsində 1880-ci illərdən başlayaraq, Şərqi Anadoluda erməni komitələri qurulmağa başlayır. Komitələrin fəaliyyətinin gücləndirilməsi məqsədilə Osmanlı sərhədlərindən kənarda erməni terrorçu təşkilatları quruldu. Anadoludan kənarda qurulan “Hnçak”, “Daşnak”, “Ramqavar”, “Silahlılar Cəmiyyəti”, “Ermənistana Doğru Cəmiyyəti”, “Gənc Ermənistan Cəmiyyəti”, “Qara Xaç Cəmiyyəti” kimi təşkilatlar Anadoluda aktiv fəaliyyət göstərməklə erməni əhalisini dövlətə qarşı silahlı üsyanlara, müsəlman əhalinin qətlinə sövq etdi. Belə ki, 1887-ci ildə Cenevrədə “Hnçak”, 1890-cı ildə Tiflisdə daşnak komitələri yaradıldı. Bu terrorçu təşkilatlar “Anadolu torpaqlarının və Osmanlı ermənilərinin xilas edilməsi” vəzifəsini qarşılarına məqsəd qoymuşdular. Öz fəaliyyətlərini İstanbula və Anadoluya yayan bu təşkilatlar erməni məsələsinə Qərbin daha çox diqqətini cəlb etməyə çalışırdılar.
Ermənilərin ilk üsyanı 1890-cı ildə Ərzurumda gerçəkləşdi. Bunun ardınca, həmin il Qumqapı nümayişi, 1892-93-cü illərdə Kayseri, Yozqat, Çorum və Merzifon hadisələri, 1894-cü ildə Sasum üsyanı, Babıali nümayişi və Zeytun üsyanı, 1896-cı ildə Van üsyanı və Osmanlı Bankının zəbt olunması 1903-cü ildə ikici Sasun üsyanı, 1909-cu ildə Adana üsyanı sıralandı. Təkcə 1895-ci il ərzində Osmanlı imperiyasının Anadolu bölgəsinin 24 mühüm şəhərində mütəşəkkil olaraq eyni vaxtda və bəzən bir-birinin ardınca “Hnçak” və digər erməni komitələri üsyanlar və iğtişaşlar həyata keçirdilər. Üsyanlar zamanı erməni silahlıları yaxınlıqdakı müsəlman kəndlərinə basqın edir, evləri yandırır, əhalini öldürürdülər. 1895-ci ilin iyulunda İstanbulda hnçakçılar müsəlman uşaqların oxuduğu məktəbi, 30 evi, 20 dükanı, avqust ayında Amasiyada 58 evi, 165 dükanı yandırdılar. Mənbələrə görə, təkcə 1895-ci ildə öldürülənlərin sayı 10617 nəfər olub. Üsyan adlandırılmasına baxmayaraq, ermənilərin türklərə qarşı törətdikləri əməllər faktiki olaraq soyqırımı idi. 1895-1896-cı illərin Zeytun qırğınında iştirak edən bir erməni gündəliyində qeyd edir: “Üsyan ərzində türklər 13 min əsgər, onlarla bərabər 20 min dinc insan itirdilər, biz isə 125 nəfəri itirdik”.
Erməni quldur təşkilatları yalnız kütləvi qırğınlar törətmir, həm də ayrı-ayrı insanlara qarşı terror aksiyaları həyata keçirirdilər. 1890-cı il iyulun 15-də “Hnçak” partiyasının təşkilatçılığı ilə İstanbulda baş verən partlayışda 17 nəfər ölən və yaralanan oldu. Dövlət məmurları da erməni terrorçu təşkilatlarının hazırladıqları sui-qəsdlərin qurbanı olurdular. Ermənilərin özbaşınalığı o səviyyəyə çatmışdı ki, hətta 1905-ci ildə Sultan Əbdülhəmidə qarşı da sui-qəsd törətmişdilər. Erməni komitələri bəzi hallarda erməni əhalinin özünə zülm edərək, yaxud onların qaniçən əməllərinə qarşı çıxan erməniləri qətlə yetirərək, daha sonra günahı türklərin üzərinə atmağa çalışırdılar.
I Dünya müharibəsi illərində “Böyük Ermənistan” xülyası ilə Osmanlı dövlətinə xəyanət edərək düşmən cəbhəsinə qoşulan ermənilərin özbaşınalığı daha da artdı. 1915-ci ildə rus orduları Şərqi Anadoluya daxil olması ilə erməni silahlı dəstələri Van, Bitlis, Ərzurum, Ərzincan, Qars və bir çox başqa vilayətlərdə amansız qırğınlar törətdilər, bəzi vilayətlər yerlə-yeksan edildi. O zaman S.C.Şou yazırdı: “...bütün müharibə ərzində ən dəhşətli qırğın başladı. Milyondan çox müsəlman kəndli camaatı öldü... Ərzincana doğru çəkilən Osmanlı ordusu ilə birlikdə getməyə cəhd edən minlərlə qaçqın yolda tikə-parça edildi...”
24 APREL HƏQİQƏTİ
Həm ön, həm də arxa cəbhədə döyüşmək məcburiyyətində qalmasına baxmayaraq, Osmanlı rəhbərliyi uzun müddət ermənilərin yaratdığı təhlükəni “məhəlli tədbirlərlə” həll etməyə çalışıb. Lakin qırğınların əhatə dairəsinin genişlənməsi, təhlükənin artması Osmanlı rəhbərliyini daha qəti addım atmağa vadar etdi. Ermənilərin həmin dövrdə Anadoluda bir milyondan artıq türkü qətlə yetirməsinə baxmayaraq, Osmanlı rəhbərliyi xəyanətkar quldurlara qarşı sərt cəzalandırma üsullarına əl atmadı. Əksinə, müharibənin qızğın çağında cəbhə bölgəsində təhlükəsizliyin təmin edilməsi məqsədilə bölgənin üsyanlar qaldıran erməni əhalisinin imperiyanın içərilərində yerləşdirilməsi məsələsi gündəmə gəldi.
Əvvəlcə, 1915-ci il aprelin 24-də ölkədə qarışıqlıq yaradan, erməniləri silahlandıraraq, türklərin yaşadığı kəndləri məhv etməyə yönəldən erməni komitələrinin fəaliyyəti dayandırıldı. Dövlət əleyhinə fəaliyyətdə ittiham olunan komitələrin 2345 nəfər rəhbəri və fəal üzvü həbs olundu. Göründüyü kimi, ermənilərin bütün dünyaya car çəkərək qondarma “erməni soyqırımı”nı anma günü kimi qeyd etdikləri 24 aprel tarixi, əslində, dövlətə xəyanət edən, dinc əhaliyə qarşı ağlasığmaz vəhşiliklər törədən erməni komitələrinin aparıcı şəxslərinin həbs olunduğu gündür. Bu tarixin, hətta ermənilərin “soyqırımı” kimi təbliğ etdiyi köçürülmə tədbiri ilə də birbaşa əlaqəsi yoxdur.
TƏHCİR QANUNU - ERMƏNİLƏRİN KÖÇÜRÜLMƏSİ
Şərqi Anadoluda yaşayan ermənilərin üsyan və qırğınlarda geniş iştirakını nəzərə alan Osmanlı hökuməti 27 may 1915-ci ildə onların müharibə zonasından uzaq ərazilərə - Anadolunun içərilərinə, eləcə də, Suriyaya köçürülməsini nəzərdə tutan qərar qəbul etdi. Bir neçə aydan sonra Məclisdə təsdiq olunan qanunda “silahlı qüvvələrin əleyhinə casusluq və xəyanətləri aşkara çıxarılan kənd və qəsəbələrin başqa bölgələrə yerləşdirilməsi”nin vacibliyi qeyd olunur, hətta hər hansı etnik qrupun, o cümlədən, ermənilərin adı çəkilmir. Qanunda qoyulan şərtlər və tələblər Osmanlı dövlətinin xəyanətkar topluma münasibətdə humanist mövqeyini gözlər önünə sərir. 27 may 1915-ci il tarixli “Təhcir” (“Köç”) qanunu ilə nəzərdə tutulmuşdu:
1) Köçürülməsi lazım bilinənlər gedəcəkləri yerlərə qədər təhlükəsiz şəkildə aparılacaqdır; 2) Yollarda onların rahatlıqları, can və mal təhlükəsizlikləri təmin olunacaqdır; 3) Getdikləri yerlərdə tam yerləşdirilmələrinə qədər özlərini köçkün ödənişindən, güzəranlarını və yeyib-içməklərini təmin etmək üçün hər cür yardım ediləcəkdir; 4) Maddi vəziyyətlərinə uyğun olaraq onlar mal və ərazi ilə təmin olunacaqlar; 5) Hökumət tərəfindən ev tikiləcəkdir; 6) Əkinçilərə toxumluq, sənətkar olanlara öz sənətləri ilə bağlı alətlər veriləcəkdir; 7) Özləri ilə apara bilmədikləri malların əvəzi malla ödənəcəkdir. Və bu olmadığı təqdirdə onlara həmin malların qarşılığı olaraq pul ödənəcəkdir; 8) Boşaldılan şəhər və qəsəbələrdə olan ermənilərə aid daşınmaz malların siyahısı tutulacaq, onların qiymətləri və miqdarı müəyyən edilərək köçkünlərə veriləcəkdir; 9) Köçkünlərin istifadəsində olan zeytunluq, tutluq, meyvə bağları, portağal bağçaları, dükanlar, fabriklər, anbar və digər gəlir gətirəcək daşınmaz mallar satılacaq və ya kirayə veriləcək. Ondan gələn gəlir həmin köçkünlərə, mal sahiblərinə veriləcəkdir.
Qərarın müharibənin qızğın çağında Osmanlı dövlətinin olduqca çətin durumda olduğu bir vaxtda qəbul edilməsinə baxmayaraq, hökumət böyük miqdarda xərc tələb edən bu tədbirləri sistemli şəkildə həyata keçirdi. Lakin ermənilər həmin dövrdən bu hadisəni “soyqırımı” kimi qələmə verməyə başladılar. Elə bu məsələdə ermənilərin fikirləri bir-birilə ziddiyyət təşkil edir. Məlum olduğu kimi, hazırda erməni lobbisi 1915-ci il köçü zamanı 1,5 milyon erməninin qətlə yetirildiyini iddia edir. Halbuki, həmin dövrün erməni, türk və digər mənbələrin irəli sürdükləri rəqəmlər əsasında I Dünya Müharibəsi ərəfəsində Anadoluda 1,2-1,4 milyon erməninin yaşadığı məlum olur. Erməni tarixçisi C. Kirokosyanın məlumatına görə, ermənilərin üçdə ikisi köçürülməyə məruz qalıb. Bu isə köçürülən ermənilərin ümumi sayının 1 milyondan da az olduğunu deməyə əsas verir. Belə olan təqdirdə 1,5 milyon erməninin öldürülməsi necə mümkün ola bilərdi? Buradan da görünür ki, Türkiyəyə yönəldilən qondarma “erməni soyqırımı” iddiaları həqiqətdən uzaq olmaqla bərabər, erməni lobbisinin, Ermənistan dövlətinin və onlara havadarlıq edən bəzi ölkələrin siyasi ambisiyalarına xidmət edir.
Əsl soyqırımını ermənilər törədiblər
Tarixi faktlar onu göstərir ki, əsl soyqırımını məhz ermənilər törədiblər. Bəlli olduğu kimi, ermənilər 1905-1907-ci illərin kütləvi qətliamlarından sonra 1918-ci ildə böyük miqyasda qırğınlar həyata keçiriblər. Bu dövrdə baş verən böyük siyasi hadisələr isə nəinki bu qırğınları yubadıb, əksinə, prosesləri daha da sürətləndirib. 1917-ci ilin fevralında Çar Rusiyası dağılıb, həmin ilin oktyabrında bolşeviklər hərbi çevriliş edərək hakimiyyəti ələ keçiriblər. Bu zaman dekabrın 16-da Bakı Sovetində sədr olan Stepan Şaumyan Leninin əmri ilə Qafqazda fövqəladə və səlahiyyətli komissar təyin olunub və ona 500 min rubl pul ayrılıb. Yanvar ayında isə yenə Leninin imzası ilə Bakı Sovetinə 30 milyon 800 min rubl, 5 000 tüfəng, 2 aeroplan və 2 zirehli maşın ayrılıb. Onu da qeyd edək ki, 1917-ci il dekabrın 18-də imzalanmış Ərzincan müqaviləsinə görə, rus ordusu Şərqi Anadoludan çəkilməli və Rusiyaya qayıtmalı idi. Lakin bu razılaşma sona qədər icra olunmayıb. Ağır fəsadlarını isə yenə də Azərbaycan xalqı çəkib. Anadoludan qayıdan rus qoşunlarının tərkibində Türkiyəyə qarşı vuruşan erməni hərbi birləşmələri, onların 5000 əsgəri Bakıya gəlib. Tarixçilərin qənaətinə görə, bolşevik hökumətinin ayırdığı 5000 tüfəng də məhz Bakıya yerləşdirilən erməni hərbçilərinə verilib. Bu hərbi qüvvələr azərbaycanlıların qətlə yetirilməsinə, soyqırımına məruz qalmasına yönəldilib.
Beləliklə, 1918-ci il martın 24-də Şaumyanın başçılığı ilə azərbaycanlılara qarşı başlanmış soyqırımı bir neçə gün davam edib. Erməni daşnak-bolşevik hərbi birləşmələri Şamaxını işğal etdikdən sonra Quba qəzasında da azərbaycanlıların soyqırımına başlayıb. Yeri gəlmişkən, Qubada baş vermiş soyqırımını təsdiq edən ən tutarlı faktlardan biri də rayonda aşkarlanmış kütləvi məzarlıqdır.
Faktlar sübut edir ki, 1918-ci ilin ilk aylarından Quba qəzasında müsəlman əhalisinə qarşı həyata keçirilən qırğınları faciə adlandırmaq vəhşiliklərin mahiyyətini tam açmır. Minlərlə insanın, dinc əhalinin, qadınların, uşaqların və qocaların əzab və işgəncə ilə qətlə yetirilməsi dəhşətli və ağlasığmaz bir hadisə idi. Tarixçilərin də qeyd etdikləri kimi, 1918-ci ildə mart soyqırımının həyata keçirilməsi sırf siyasi ambisiyalara xidmət edib. Qırğınlarda erməni daşnak qüvvələri ilə yanaşı, bolşevik əsgərləri də iştirak edib. Bu qırğınların əsas məqsədi Quba qəzasında da müsəlman əhalisini məhv edərək erməni idarəçiliyinə nail olmaqdan ibarət idi. Çünki Sovet rejiminə rəhbərlik edən Şaumyan Cənubi Qafqazda “Böyük Ermənistan” dövləti yaratmaq üçün bütün imkanlarını işə salmışdı.
Erməni daşnak qüvvələri bolşeviklərin köməyi ilə Quba qəzasında üç dəfə qırğın törədiblər. Təbii ki, bu qırğınlar təkcə Şamaxı və Quba ilə tamamlanmayıb. Soyqırımı Azərbaycanın bütün bölgələrini əhatə edib. Hətta Cənubi Azərbaycanda 150 min nəfər, təkcə Urmiya şəhərində 10 min nəfər qətlə yetirilib. Ermənilər daxil olduqları bütün yaşayış məskənlərini dağıdıb, mədəni, ictimai obyektlərin hamısını tamamilə məhv edib. Həmin dövrdə Şamaxının 75 kəndi, Qubanın 122 kəndi, Zəngəzurun 115 kəndi ermənilər tərəfindən tamamilə məhv edilib, Azərbaycan ərazisində 700 min nəfər soyqırımına məruz qalıb. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının açıqladığı rəqəmlərə görə, həmin hadisələr zamanı təkcə Bakıda 12 min nəfərdən artıq azərbaycanlı qətlə yetirilib. Başqa mənbələrdə isə bu rəqəmin daha da artıq olduğu göstərilir. Məsələn, “Azərbaycan” qəzetinin həmin dövrlərdə işıq üzü görən saylarında mart hadisələri zamanı Bakı və ətraf kəndlərdə 30 mindən artıq azərbaycanlının qətlə yetirildiyi qeyd olunur. Ermənilərin öz nümayəndələrindən biri isə qeyd edir ki, “biz Bakıda 25 min nəfəri qətlə yetirmişik”.
Qeyd etmək lazımdır ki, azərbaycanlıların ermənilər və onların havadarları tərəfindən qətlə yetirilməsi, soyqırımına məruz qalması sonrakı dövrlərdə də davam edib. 1920-ci ilin may ayından 1921-ci ilin noyabrına qədər Azərbaycanda ermənilər tərəfindən 48 min nəfər qətlə yetirilib. 1930-cu illərə də diqqət yetirsək görərik ki, bolşevik hökuməti tərəfindən müxtəlif repressiyalar adı altında xalqımız soyqırımına məruz qalıb. Bu proses 1941-1945-ci illər II Dünya müharibəsində də davam edib. Həmin müharibədə Azərbaycandan 700 min nəfər iştirak edib. Onların yarısı geri qayıtmayıb. Müharibəyə gedənlərin 70-80 faizi rus dilini bilmirdi. O zaman orduda olan ermənilər, rus şovinistləri əmri yerinə yetirməmək bəhanəsi adı altında azərbaycanlıları güllələyirdilər.
Qeyd edək ki, xalqımıza qarşı soyqırımlar törədən mənfur qonşularımız öz çirkin niyyətlərini reallaşdırmaq üçün istənilən fürsətdən yararlanmağa çalışıblar. Bu istiqamətdə növbəti addım ötən əsrin 60-cı illərində atılıb. Belə ki, 1960-cı illərdə Ermənistan Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edib. Eyni zamanda, 1977-ci ildə SSRİ Konstitusiyası hazırlanarkən ermənilər bundan istifadə edərək öz çirkin məqsədlərinə nail olmağa çalışsalar da, Ulu öndər Heydər Əliyev buna imkan verməyib.
1988-ci ildən isə mənfur qonşularımız yenidən fəallaşmağa başlayıb. SSRİ rəhbərliyinin razılığı ilə Ermənistan Azərbaycana qarşı ərazi iddiaları irəli sürüb, işğalçılıq siyasətinə start verib və bu gün həmin təcavüzün nəticələri davam etməkdədir.
Bundan başqa, ermənilər 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində XX əsrin ən dəhşətli soyqırımlarından birini törədiblər. Ermənistanın silahlı qüvvələri keçmiş SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməyi ilə bu şəhəri viran edib, azərbaycanlılara qarşı soyqırımı törədib bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Yaralanan 487 nəfərdən 76-sı uşaq olub. 1275 xocalılı əsir, 150 nəfər isə itkin düşüb. Dövlətin və əhalinin əmlakına 1992-ci il 1 aprel tarixinə olan qiymətlərlə 5 milyard rubl məbləğində ziyan vurulub.
Məhz bütün bu faktlar onu göstərir ki, əsl soyqırımı məhz ermənilər tərəfindən törədilib.
“Yeni Azərbaycan”ın Analitik Qrupu

 
  • Oxunub:  53820  |  
  • Tarix:  24-04-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Bizim bayrağımız qürur mənbəyimizdir

17:55
13 Noyabr
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən növbəti aksiya keçirilib
17:44
13 Noyabr
Vüqar Gülməmmədov: Növbəti ilin dövlət büdcəsinin layihəsi ilə bağlı sənədlərdə sosial-iqtisadi inkişafın meyillərinin əsas göstəricilərinin əks etdirilməsi maliyyə inzibatçılığında şəffaflığının yüksəldilməsinə də şərait yaradır
17:41
13 Noyabr
Samir Şərifov: 2019-cu ilin büdcə layihəsi təkcə ölkəmizdə baş verən makroiqtisadi prosesləri deyil, dünyada və regionda baş verən geosiyasi proseslər nəzərə alınmaqla tərtib olunub
17:39
13 Noyabr
Tbilisidə keçirilən beynəlxalq konfransda “Azerkosmos” və “Azersky”in fəaliyyəti barədə məlumat verilib
17:25
13 Noyabr
Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş olub
17:19
13 Noyabr
Azərbaycan regionda digər sahələrdə olduğu kimi, paralimpiya hərəkatında da lider ölkədir
17:16
13 Noyabr
Qida Təhlükəsizliyi Agentliyi: neqativ hallara qarşı aparılan mübarizə daha da gücləndiriləcək
17:14
13 Noyabr
Beynəlxalq Qızıl Xaç Komitəsi Bərdə şəhərində media nümayəndələri üçün seminar təşkil edib
17:12
13 Noyabr
Şamaxıda “Mənəvi dəyərlərimiz - dünən, bu gün, sabah” mövzusunda seminar-treninq keçirilib
17:10
13 Noyabr
Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib
17:03
13 Noyabr
Ermənistanın Azərbaycana təcavüzü nəticəsində UNESCO-nun dəyər və prinsipləri də kobudcasına pozulub
17:01
13 Noyabr
Dövlət və bələdiyyə idarəçiliyinin strateji istiqamətlərinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
16:58
13 Noyabr
Leyla Abdullayeva: Avropa Parlamentinin etik məsələlərə məsul komitələri deputat Eleni Teoxarusun fəaliyyətini araşdırmalıdır
16:51
13 Noyabr
Peter Pelleqrini: Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
16:29
13 Noyabr
Folklorda milli dövlətçilik ideyaları ən müxtəlif janrlarda əksini tapıb
15:52
13 Noyabr
Azərbaycanda əmək münasibətlərinin leqallaşdırılması istiqamətində mühüm addımlar atılır
15:43
13 Noyabr
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb – operativ məlumat
15:37
13 Noyabr
Doqquz ayda Azərbaycan ilə Slovakiya arasında ticarət dövriyyəsi 33 faiz artıb
14:59
13 Noyabr
Bakıda gənclər təşkilatlarının V Respublika sərgisi açılıb
14:57
13 Noyabr
AQTA-da iri ticarət şəbəkələrinin rəhbərləri ilə görüş keçirilib
14:54
13 Noyabr
“Asan İmza” İƏİT nəzdində Dövlət Sektorunun İnnovasiyalar üzrə Tədqiqat Mərkəzi tərəfindən ən innovativ nümunə kimi qəbul edilib
14:49
13 Noyabr
Nazir: Növbəti ildə əsas kapitala investisiya qoyuluşlarının 17.9 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır
14:47
13 Noyabr
Respublika Veteranlar Təşkilatında Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyi qeyd edilib
14:39
13 Noyabr
Avropa Yenidənqurma və İnkişaf Bankının maliyyə dəstəyi ilə Azərbaycanın özəl sektorunda 157 layihə reallaşdırılıb
14:36
13 Noyabr
Slovakiyanın Baş naziri ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
14:32
13 Noyabr
Şahin Mustafayev: 2019-cu ildə tədiyyə balansının cari hesabının müsbət olacağı proqnozlaşdırılır
13:32
13 Noyabr
Milli Məclisin sədri: 2019-cu ilin dövlət büdcəsi sosialyönümlülüyünü qoruyacaq
13:22
13 Noyabr
İndiyədək Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan layihələrə təqribən 32 milyard dollar xərclənib
13:19
13 Noyabr
Oqtay Əsədov: Vergi sistemində nəzərdə tutulan islahatlar ölkə iqtisadiyyatının inkişafına töhfə verəcək
12:56
13 Noyabr
2040-cı ilədək qlobal enerji tələbatı 25 faizdən çox artacaq
12:51
13 Noyabr
Türkmənistan qazının Avropa bazarlarına tədarükü imkanları müzakirə edilir
12:31
13 Noyabr
İçərişəhərlə tanışlıq Slovakiyanın Baş nazirində zəngin təəssürat yaradıb
12:29
13 Noyabr
Hakan Aras: Azərbaycan ali təhsil verdiyi türkiyəli tələbələrə öz vətəndaşları kimi yanaşır
12:17
13 Noyabr
Səhiyyə Nazirliyi və “Regional İnkişaf” İctimai Birliyi Dünya Diabet Gününə həsr olunmuş aksiya keçirib
12:10
13 Noyabr
Milli Məclisin plenar iclasında 2019-cu ilin dövlət büdcəsi müzakirə olunur
12:05
13 Noyabr
Bakıda akademik Mahmud Kərimovun 70 illik yubileyinə həsr olunan beynəlxalq konfrans işinə başlayıb
11:56
13 Noyabr
Yunanıstanın Saloniki şəhərində “Əbədi Ezamiyyət” filmi nümayiş etdirilib
11:34
13 Noyabr
“Caspian Ecology 2018” sərgisində 8 ölkədən 43 şirkət iştirak edəcək
11:08
13 Noyabr
Dünya şöhrətli professor ölkəmizdə aparılan islahatları izlədiyini bildirib
11:03
13 Noyabr
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
10:49
13 Noyabr
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
10:43
13 Noyabr
Naxçıvanda tələbələr arasında keçirilən “Xəmsə” milli intellektual oyununun qalibləri müəyyənləşib
10:41
13 Noyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub
10:35
13 Noyabr
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək
10:32
13 Noyabr
Sona Əliyeva: Ölkəmiz dünya miqyasında sivilizasiyalar arasında dialoqa, humanitar əməkdaşlığa böyük töhfələr verir
10:30
13 Noyabr
Səyyar “ASAN xidmət” davam edir
10:29
13 Noyabr
“Azeri Light”ın bir barrelinin qiyməti 72 dolları keçib
17:53
12 Noyabr
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi üçün 3,5 milyon manat ayrılıb
17:44
12 Noyabr
Tahir Rzayev: Konstitusiyanın Azərbaycanın hüquqi, demokratik dövlət kimi formalaşmasındakı rolu olduqca böyükdür
17:21
12 Noyabr
Salyanda dini radikalizmlə mübarizə ilə bağlı seminar-müşavirə keçirilir
17:05
12 Noyabr
Nizami Cəfərov: Dövlət başçısının Fərmanı Azərbaycan dilinin həm qorunmasına, həm də inkişafına əhəmiyyətli təsir göstərəcək
17:00
12 Noyabr
Pedaqoji Universitetdə Beynəlxalq Loqopedlər Günü ilə bağlı tədbir keçirilib
16:55
12 Noyabr
Siyasi Sənədlər Arxivində “Azərbaycan tarixində alman səhifələri” mövzusunda sərgi keçirilib
16:53
12 Noyabr
YAP Pirallahı rayon təşkilatı "Yeni Azərbaycan Partiyası zəfərlərə doğru" başlığı altında tədbir keçirib
16:49
12 Noyabr
Silahlı Qüvvələrin Baş Qərargah rəisi təlimlərin gedişi ilə bağlı məruzələri dinləyib
16:38
12 Noyabr
Milli Məclisin bir sıra deputatı milli ordumuzun 100 illiyi ilə bağlı yubiley medalı ilə təltif olunub
16:26
12 Noyabr
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
16:23
12 Noyabr
Prezident İlham Əliyev Bakıda Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışında iştirak edib
16:20
12 Noyabr
Bəxtiyar Aslanbəyli: Ötən 21 ildə “Çıraq” platformasından 700 milyon barreldən çox neft hasil edilib
16:17
12 Noyabr
YAP Nəsimi rayon təşkilatının təşəbbüsü ilə Dövlət Bayrağı Günü münasibətilə fləşmob keçirilib
15:58
12 Noyabr
Dövlət Gömrük Komitəsinin Akademiyasında “Konstitusiya günü” qeyd olunub
15:53
12 Noyabr
Zərdabda Konstitusiya Günü qeyd olunub
15:37
12 Noyabr
Bakı Slavyan Universitetində rus dili ilə bağlı beynəlxalq elmi-praktik seminar keçirilir
15:26
12 Noyabr
İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 24 min 510 ipoteka krediti verilib
15:26
12 Noyabr
YAP Yevlax rayon təşkilatı “Bayrağımız qürur mənbəyimizdir” devizi ilə təntənəli tədbir keçirib
15:09
12 Noyabr
ABŞ gələn il Azərbaycanın gündəlik neft və kondensat hasilatının həcmi ilə bağlı proqnozunu açıqlayıb
15:05
12 Noyabr
Azərbaycan və Türkiyə ürək-damar cərrahlarının birgə toplantısı keçirilib
15:04
12 Noyabr
Hikmət Hacıyev: Azərbaycanın müqabil tərəfdaş ölkələrlə qarşılıqlı hörmət və bərabərhüquqlu prinsiplər əsasında ikitərəfli əlaqələri davamlı olaraq inkişaf edir
14:59
12 Noyabr
Zona seçim turunda Balakən və Oğuzun gənc intellektualları finala vəsiqə qazanıblar
14:46
12 Noyabr
Los-Ancelesdə “Əbədi Ezamiyyət” filminin ABŞ premyerası keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA