Ana səhifə »  Analitik »  Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və “Əsrin müqaviləsi”nin imzalanması ilə reallaşdırılmasına başlanan rasional enerji siyasəti Azərbaycanın hərtərəfli inkişafını təmin etdi
A+   Yenilə  A-
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və “Əsrin müqaviləsi”nin imzalanması ilə reallaşdırılmasına başlanan rasional enerji siyasəti Azərbaycanın hərtərəfli inkişafını təmin etdi

Azərbaycanın iqtisadi-siyasi dirçəlişinin etibarlı təməlinin qoyulması, beynəlxalq mövqeyinin möhkəmlənməsi, xarici siyasətinin səmərəliliyinin artırılması, ikitərəfli və çoxformatlı əlaqələrin genişləndirilməsi, həmçinin, digər çoxsaylı nailiyyətlər “Əsrin müqaviləsi”nin ölkəmizə gətirdiyi əsas dividendlərdir
Sirr deyil ki, Cənubi Qafqaz geosiyasi məkanının lider dövləti olan Azərbaycan sahib olduğu zəngin enerji ehtiyatlarından səmərəli şəkildə istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan biri kimi çıxış edir. Ölkəmiz milli dövlətçilik prinsiplərinə müvafiq olaraq həyata keçirilən praqmatik və rasional siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusuna çevrilib. Təsadüfi deyil ki, Xəzər dənizinə xarici sərmayədarları ilk dəfə dəvət etməklə uzunmüddətli qarşılıqlı faydalı əməkdaşlığın sağlam təməlini atan Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilmir. Bu da Azərbaycanın dünya dövlətlərinin enerji planı və strateji əməkdaşlıqlar perspektivində kəsb etdiyi önəmi aydın şəkildə əks etdirir.
Azərbaycanın iqtisadi-siyasi dirçəlişində tarixi dönüş: “Əsrin müqaviləsi”nin imzalanması və yeni neft strategiyası
Ümumiyyətlə, Azərbaycanın bugünkü sürətli inkişafının, eləcə də, beynəlxalq mövqeyinin möhkəmlənməsinin təməlində uğurlu daxili və xarici siyasət, o cümlədən, ölkənin strateji əhəmiyyətli enerji resurslarının milli maraqlara uyğun istifadə olunması dayanır. Amma bu, heç də birdən-birə və asanlıqla həllini tapan məsələ olmayıb.
Məlum olduğu kimi, Azərbaycan karbohidrogen ehtiyatları ilə ən zəngin olan ölkələrdən biridir. Lakin Çar Rusiyası və SSRİ dövründə Azərbaycan nefti amansızlıqla istismar olunub. Düzdür 1991-ci ildə Azərbaycanın müstəqillik qazanması ilə neftimizin də milli maraqlar naminə istifadəsi üçün ən əlverişli imkan yaranmışdı. Ancaq müstəqilliyimizin ilk illərində ölkədə hökm sürən hərc-mərclik, yarıtmaz, milli maraqlara uyğun olmayan, qeyri-müstəqil daxili və xarici siyasət, sosial-iqtisadi böhran, Ermənistanın hərbi təcavüzü və digər amillərin təsiri ilə parçalanmaq və məhv olmaq təhlükəsi ilə üz-üzə qalan respublikamızda normal enerji siyasətinin yeridilməsi də mümkün deyildi.
Məhz belə bir çətin dövrdə - 1993-cü ilin iyununda xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev sosial-siyasi sabitliyi bərpa etdi, yaranmış vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Heç şübhəsiz, Ulu öndər ölkənin düşdüyü durumdan çıxa bilməsi üçün düzgün neft strategiyasının əhəmiyyətini çox yaxşı bilirdi. Azərbaycanın mövcud maliyyə və texniki imkanları isə hasilatın nizamlanmasına imkan vermirdi. Bu səbəbdən, neft sektorunun inkişaf etdirilməsi, hasilatın artırılması üçün xarici şirkətlərlə əməkdaşlıq zəruri idi. Ulu öndərin qısa zaman çərçivəsində ölkə daxilində həyata keçirdiyi tədbirlər, həmçinin, atəşkəsin imzalanması ilə Ermənistanın hərbi təcavüzünün genişlənməsinin qarşısının alınması nəticəsində yaranan sabitlik xarici şirkətlərin Azərbaycana investisiya yatırımlarını stimullaşdırdı. Azərbaycanda sosial-iqtisadi sabitliyin bərqərar olması, ölkənin müsbət imicinin formalaşması dünyanın aparıcı neft şirkətlərinin ölkəmizlə çoxillik əməkdaşlığa başlaması üçün mühüm təkan oldu. Azərbaycan hökuməti ilə xarici şirkətlərin nümayəndələri arasında təxminən bir il gedən danışıqlardan sonra 1994-cü il sentyabrın 20-də Bakıda 11 beynəlxalq neft şirkəti ilə sonralar “Əsrin müqaviləsi” adını alan müqavilə imzalandı. Bununla da ilk dəfə olaraq Azərbaycanın yaratdığı şərait sayəsində Xəzər dənizində beynəlxalq əməkdaşlığın əsası qoyuldu. ABŞ, Böyük Britaniya, Fransa, Türkiyə, Rusiya və digər ölkələrin ən iri neft şirkətlərinin cəlb olunduğu “Əsrin müqaviləsi” Azərbaycanın regional və qlobal əhəmiyyət daşıyan enerji siyasətinin strateji təməlini təşkil edir.
Ümummilli lider Heydər Əliyev həmin sazişin respublikamızın iqtisadi, siyasi, sosial, humanitar, ictimai həyatında böyük dəyişikliklərə səbəb olacağını bildirirdi: “1994-cü ildən Azərbaycan dövləti özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyanın da əsas mənası, əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən, o cümlədən, neft və qaz sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha da səmərəli istifadə etməkdən ibarətdir”.
“Əsrin müqaviləsi” Azərbaycanı Şərqlə Qərbin qovşağına çevirdi
Qeyd etdiyimiz kimi, “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın milli maraqlarına cavab verən ən doğru - alternativsiz seçim olmaqla yanaşı, eyni zamanda, olduqca çətin bir dövrün fonunda ərsəyə gəlmiş tarixi hadisə idi. Belə ki, həmin dövrdəki ictimai-siyasi vəziyyəti nəzərdən keçirdikdə dünyanın ən nəhəng neft kompaniyalarını Azərbaycana cəlb etməyin nə dərəcədə çətin olmasını izah etməyə ehtiyac qalmır. Çünki bundan əvvəl dövləti idarə edən AXC-”Müsavat” cütlüyü ölkəmizə qarşı elə bir inamsızlıq sindromu yaratmışdı ki, əcnəbi iş adamları, transmilli korporasiyalar, böyük dövlətlər Azərbaycanı investisiya fəaliyyəti və geostrateji əməkdaşlıq üçün əlverişsiz respublika kimi təsəvvür edirdilər. Xüsusilə də neft və yanacaq sektoru kimi ən cəlbedici sahəyə əcnəbi sərmayədarlar kapital yatırmağa risk etmirdilər. Onlar yatıracaqları investisiyaların təhlükəsizliyinə təminat verilməyəcəyindən qorxurdular. Xarici neft şirkətlərində yaranmış bu cür psixoloji baryeri dağıtmaq, Azərbaycanda əlverişli investisiya mühitinin yaradılmasını sübut etmək, yatırılan bütün sərmayələrin qorunmasına təminat vermək heç də asan iş deyildi. Amma qeyd etdiyimiz kimi, Ulu öndər Heydər Əliyev kimi dahi şəxsiyyət, unikal idarəetmə qabiliyyətinə malik dövlət xadimi bunu bacardı. Ümummilli lider Heydər Əliyev dünyanın ən nəhəng neft və qaz şirkətlərini inandırdı ki, Azərbaycana sərmayə qoymaqla ən yaxın zamanda bütün investorlar böyük fayda əldə edə biləcəklər. Ümummilli liderin gərgin zəhməti öz bəhrəsini verdi və əsası qoyulan yeni neft strategiyası qısa zamanda strateji xarakterli siyasi-iqtisadi dividendlər gətirdi.
Beləliklə, 1994-cü ildən sonra Azərbaycan dünyanın enerji tərəfdaşlığı mərkəzinə çevrildi. İmzalanan “Əsrin müqaviləsi” Azərbaycanı, geostrateji əməkdaşlıq baxımından, sözün əsl mənasında, Şərqlə Qərbin qovşağına çevirdi. Məhz bu müqavilə nəticəsində Avropanın, dünyanın bütün aparıcı şirkətlərinin, sərmayədarlarının diqqəti Azərbaycana yönəldi.
Nəticə etibarilə, “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın iqtisadi-siyasi dirçəlişində tarixi dönüş olmaqla yanaşı, eyni zamanda, ölkəmizin və tərəfdaşlarının strateji maraqlarını təmin edən vasitəyə çevrildi.
Neft sektorunun sürətli inkişafının təməli “Əsrin müqaviləsi”nin imzalanması ilə qoyuldu
“Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanda tezliklə bütün sahələrdə böhranın tərəqqi ilə əvəz olunması, iqtisadi keçid dövrünün sürətlə və uğurla başa çatdırılması üçün əlverişli imkanın yaranması demək idi. Ulu öndərin əsasını qoyduğu neft strategiyası da məhz xalqın rifahının təmin edilməsinə, Azərbaycanın milli maraqlarının beynəlxalq səviyyədə qorunmasına xidmət etdi.
“Əsrin müqaviləsi”nin həyata keçirilməsinə başlanan vaxtdan Azərbaycan iqtisadiyyatında dönüş yarandı və neft sektorunda əsaslı işlər görüldü. Birinci növbədə 1995-ci ildə ilkin neft hasilatı layihəsi çərçivəsində “Çıraq-1” özülü Qərb standartlarına uyğun olaraq bərpa olundu. 1997-ci ildə isə “Çıraq” yatağından neft hasilatına başlandı. Bundan iki il sonra Azərbaycan “Əsrin müqaviləsi” çərçivəsində neftin hasilatından gəlir əldə etməyə başladı. Belə ki, 1999-cu ilin dekabrında Azərbaycanın “mənfəət nefti” ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarıldı. Şimal istiqamətindəki uzunluğu 231 km, diametri 720 mm olan Bakı-Novorossiysk neft kəmərinin Azərbaycan hissəsi bərpa və inşa edildi və ilk dəfə 25 oktyabr 1997-ci ildə Azərbaycan nefti Novorossiysk limanına (Rusiya Federasiyasına) nəql olundu. Qərb istiqamətində uzunluğu 837 km, diametri 530 mm olan Bakı-Supsa boru kəməri inşa edilərək, 17 aprel 1999-cu ildə işə salındı. 1999-cu ilin noyabrında ATƏT-in Türkiyənin İstanbul şəhərində keçirilən Sammitində ABŞ, Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkmənistan prezidentləri tərəfindən Bakı-Tbilisi-Ceyhan (BTC) “Əsas İxrac Neft Kəməri”nin çəkilişi haqqında dövlətlərarası Müqavilə imzalandı. 2002-ci il sentyabrın 18-də Bakıda, Səngəçal terminalında Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan ixrac neft kəmərinin təməl daşı qoyularaq tikintisinə başlandı. BTC-nin Azərbaycan hissəsinin Gürcüstan hissəsi ilə birləşdirilməsi 2004-cü ilin oktyabrında baş tutdu. 2006-cı il iyulun 13-də isə Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin təntənəli açılış mərasimi keçirildi. Beləliklə, Azərbaycanın fəal neft siyasəti qlobal əhəmiyyətli regional layihələrin reallaşmasına imkan verdi.
“Əsrin müqaviləsi”nin strateji dividendləri iqtisadi maraqların təmin olunması ilə məhdudlaşmır
Şübhəsiz, “Əsrin müqaviləsi”nin strateji dividendləri təkcə iqtisadi maraqların təmin olunması ilə məhdudlaşmır. Böyük uzaqgörənliklə milli maraqlara cavab verən bu kontraktın imzalanması, eyni zamanda, siyasi-strateji əhəmiyyət kəsb edir. Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsi, xarici siyasətin səmərəliliyinin artırılması, ikitərəfli və çoxformatlı əlaqələrin sıxlaşdırılması, dünya iqtisadiyyatına inteqrasiyanın sürətləndirilməsi, yeni geopolitik tendensiyalara uyğun strateji üstünlüklərin qazanılması “Əsrin müqaviləsi”nin Azərbaycana gətirdiyi dividendlərdir.
“Əsrin müqaviləsi”nin 15-ci ildönümünə həsr olunmuş təntənəli mərasimdəki çıxışı zamanı bu müqavilə imzalanarkən Azərbaycanın milli maraqlarının tam təmin olunduğunu vurğulayan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir ki, ölkəmiz bu müqavilənin həyata keçirilməsi ilə uğurlu inkişaf yoluna qədəm qoymuşdur: “Azərbaycanın müstəqil ölkə kimi dünya birliyinə inteqrasiyası böyük dərəcədə “Əsrin müqaviləsi”nin imzalanması ilə bağlıdır”.
Ümumiyyətlə, “Əsrin müqaviləsi”nin imzalanması ilə, ilk növbədə, xarici şirkətlərin ölkəmizə marağı daha da artdı. İlk vaxtlarda xarici investisiyalar əsasən enerji sektoruna yatırılırdısa, sonradan Azərbaycanın iqtisadi potensialının bütün sahələrdə geniş olduğunu görən xarici şirkətlər digər sahələrə də böyük həcmdə maliyyə yatırımları etməyə başladı.
Məhz bütün bunların nəticəsi kimi, Azərbaycanın iqtisadi imkanları, əlverişli coğrafi mövqeyi respublikamızın möhkəm ikitərəfli və çoxtərəfli əlaqələr qurmasını təmin edib. Bakı-Tbilisi-Ceyhan neft boru kəməri vasitəsilə ixrac olunan neft Azərbaycanın dünya bazarlarındakı mövqeyini möhkəmləndirməklə yanaşı, ölkəmizə müəyyən siyasi dividendlər də gətirir. Belə ki, regiona maraq göstərən ABŞ və Avropa ölkələrinin iri şirkətləri ilə müxtəlif sahələrdə, o cümlədən enerji sferasında əməkdaşlıq Azərbaycanın Qərbə inteqrasiyası, Avroatlantik qurumlarla əlaqələrinin genişlənməsi baxımından da əhəmiyyətlidir. Qlobal əhəmiyyətli regional layihələrin reallaşmasının əsas iştirakçısı olan Azərbaycan beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi qəbul olunur. Eyni zamanda, düzgün neft siyasəti sayəsində iqtisadiyyatı sürətlə inkişaf edən Azərbaycan Cənubi Qafqaz regionunda lider dövlətə, real güc amilinə çevrilib. Bu isə ölkəmizin bütün məsələlərdə öz sözünü deməsinə, tam müstəqil daxili və xarici siyasət yeritməsinə imkan verir. Azərbaycanın siyasi nüfuzunun, iqtisadi və hərbi gücünün artması ölkəmizin əsas problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də ədalətli həlli üçün əlverişli mühitin formalaşmasına təsir edir.
Bir sözlə, Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi və “Əsrin müqaviləsi”nin imzalanması ilə reallaşdırılmasına başlanan rasional enerji siyasəti Azərbaycanın beynəlxalq münasibətlər sistemində müstəqil dövlət kimi iştirakını təmin etdi, eyni zamanda, qeyd etdiyimiz kimi, Azərbaycan çoxşaxəli münasibətlərin fonunda etibarlı tərəfdaş statusu qazandı. Ölkəmiz qısa müddət ərzində regional miqyaslı transmilli layihələrin mərkəzi oyunçusuna çevrildi. Bununla yanaşı, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması yönündə ardıcıl və məqsədyönlü addımlar atıldı. Məhz bütün bunların sayəsində heç bir dövlətdən və beynəlxalq qurumdan asılı olmayan müstəqil Azərbaycanın beynəlxalq münasibətlər sistemində imici möhkəmlənməyə başladı. Bütün bu nailiyyətlər Ulu öndər Heydər Əliyevin gərgin əməyi və uzaqgörən siyasətinin qanunauyğun nəticələri idi və ölkəmizin gələcək inkişafının təməli kimi çıxış etdi.
“Əsrin müqaviləsi”nin həyata keçirilməsi Azərbaycanda bütün sahələrin inkişafına səbəb oldu
Vurğulandığı kimi, “Əsrin müqaviləsi”nin həyata keçirilməsi Azərbaycanda təkcə neft sənayesinin deyil, bütün sahələrin inkişafına səbəb oldu. Ölkə rəhbərliyinin qarşıya qoyduğu əsas məqsədlərdən biri də neftdən gələn gəlirlərin köməyilə digər sahələrin sürətli inkişafına nail olmaqdır. Bu nöqteyi-nəzərdən, neft strategiyasının rasional və səmərəli şəkildə həyata keçirilməsini təsdiq edən ən mühüm göstəricilərdən biri 1999-cu ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaradılmasıdır. Fonda daxil olan neft gəlirləri planlı və sistemli şəkildə ölkə iqtisadiyyatının digər sahələrinin inkişafına yönəldilir. Fondun fəaliyyətinin digər mühüm cəhətlərindən biri isə xərcləmələrdə heç bir qaranlıq məqamın olmaması və şəffaflıq prinsipinə əməl edilməsidir. 2006-cı ildə BTC-nin istismara verilməsi ilə Azərbaycan böyük həcmdə neft gəlirləri əldə etməyə başladı. Bu gün ölkədə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində görülən əsaslı tədbirlərin, təhsil, səhiyyə, idman və digər sahələrin inkişafına dövlət dəstəyinin, özəl sektorun makroiqtisadiyyatda rolunun artmasına şərait yaradan layihələrin gerçəkləşdirilməsinin maliyyə əsaslarının böyük hissəsini neftdən gələn gəlirlər təşkil edir. Həmçinin, Azərbaycanın artan maliyyə imkanları sayəsində əməkhaqları və təqaüdlər dəfələrlə artırılıb, bir milyondan artıq yeni iş yerinin yaradılması ilə işsizliyin səviyyəsi ən aşağı həddə endirilib. Beləliklə, hərtərəfli düşünülmüş neft strategiyasının uğurla reallaşması nəticəsində Azərbaycan sürətli inkişaf yolunu qət edib.
O da qeyd edilməlidir ki, səmərəli strateji kurs sayəsində ölkə iqtisadiyyatı dünyanın rəqabət qabiliyyətli iqtisadiyyatları pilləsində davamlı surətdə irəliləməkdədir. Dünyanın nüfuzlu iqtisadi-maliyyə institutları bu faktı xüsusi olaraq qeyd edirlər və Azərbaycan iqtisadiyyatının yüksək beynəlxalq nüfuza malik olması təqdirəlayiq hal kimi səciyyələndirilir. Eyni zamanda, həyata keçirilən effektiv siyasətin fonunda davam etdirilən rasional iqtisadi islahatlar da Azərbaycan iqtisadiyyatının dinamik inkişafını şərtləndirən mühüm amillərdəndir. Belə ki, ölkə iqtisadiyyatının inkişafı üçün mütəmadi surətdə reallaşdırılan praqmatik islahatlar modeli formalaşdırılıb ki, bu, bütövlükdə milli inkişafa təkan verən əhəmiyyətli amil səciyyəsi daşıyır. Yəni, səmərəli daxili və xarici siyasət kursu, eləcə də aparılan köklü iqtisadi islahatlar bugünkü reallıqları mümkün edib.
“Əsrin müqaviləsi”ndən başlanan uğurlu enerji siyasəti Azərbaycanın milli maraqlarına uyğun şəkildə davam etdirilir
Xüsusi olaraq qeyd etmək lazımdır ki, “Əsrin müqaviləsi”ndən başlanan uğurlu enerji siyasəti Azərbaycanın milli maraqlarına uyğun şəkildə davam etdirilir. Ümumiyyətlə, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan neft strategiyasının həyata keçirilməsində ilk böyük addım olaraq 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasından sonra dünyada neft ölkəsi kimi tanınan Azərbaycan 2,6 trilyon kubmetrlik təsdiqlənmiş qaz ehtiyatları və qaz hasilatı imkanları ilə də beynəlxalq diqqət mərkəzindədir. Xüsusən də, Avropa İttifaqı ölkələri qaz idxalı mənbələrinin şaxələndirilməsi siyasəti çərçivəsində ölkəmizin qaz ehtiyatlarına böyük maraq göstərirlər.
Xatırladaq ki, ümumi ehtiyatları 1,2 trilyon kubmetr həcmində dəyərləndirilən, Azərbaycanın ən böyük təbii qaz mənbəyi olan “Şahdəniz” dəniz qaz-kondensat yatağının işlənməsi üzrə 1996-cı il iyunun 4-də müqavilə imzalanıb. Ulu öndərin əsasını qoyduğu layihələri davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında sonrakı illərdə yatağın istismarı üzrə böyük işlər görülüb. Uğurlu beynəlxalq əməkdaşlığın nəticəsi olaraq 2006-cı ildə Bakı-Tbilisi-Ərzurum (BTƏ) qaz boru kəməri istifadəyə verilib və həmin ilin dekabr ayından dünyanın ən zəngin qaz-kondensat yataqlarından sayılan “Şahdəniz” yatağından hasilat başlanıb. 2007-ci il fevral ayından etibarən Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağından hasil olunan təbii qaz Bakı-Tbilisi-Ərzurum vasitəsi ilə Gürcüstana nəql olunmağa başlanıb. 2007-ci il iyulun 3-də isə “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən təbii qaz BTƏ qaz boru kəməri ilə Türkiyə sərhədlərini aşaraq, qardaş ölkənin qaz kəmərləri sisteminə daxil olub.
Layihənin ikinci mərhələsi olaraq, 2013-cü il dekabrın 17-də Bakıda Prezident İlham Əliyevin iştirakı ilə “Şahdəniz-2” qaz yatağı üzrə yekun investisiya qərarının imzalanması isə “XXI əsrin müqaviləsi” adlandırıldı. “Şahdəniz-2” layihəsinin gerçəkləşməsi “Cənub qaz dəhlizi” vasitəsilə mavi yanacağın Xəzər dənizindən Avropadakı bazarlara çatdırılacağı deməkdir.
Bu məqamda qeyd etmək lazımdır ki, Avropada yeni enerji xəritəsi formalaşdıracaq bu layihə enerji təhlükəsizliyi kontekstində regional və beynəlxalq təhlükəsizliyə mühüm strateji töhfədir. Təkcə layihənin əhəmiyyətinə nəzər yetirmək bunu deməyə əsas verir. Məlum olduğu kimi, “Şahdəniz-2” layihəsi Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinə xidmət etməklə Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlərinin tikintisi ilə bağlı planların reallaşmasına təkan verəcək, Avropaya yeni qaz dəhlizi açacaq. Layihə çərçivəsində 26 sualtı quyunun qazılması, həmçinin, körpü ilə birləşdiriləcək iki platformanın tikintisi, Səngəçalda isə yeni texniki emal və kompressor qurğularının inşası nəzərdə tutulur. Nəql olunacaq qaz Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və digər ölkələrdə milyonlarla istehlakçını təmin edəcəkdir. İlk qazın Avropaya 2019-cu ildə çatdırılması planlaşdırılır.
Göründüyü kimi, “Şahdəniz-2” layihəsi mühüm geostrateji maraqların ifadəçisi olmaq etibarilə, xüsusilə də, Avropada perspektiv enerji təhlükəsizliyinin qarantı kimi çıxış edəcək. Bu, həmçinin, tərəfdaşlar arasında praqmatik iqtisadi maraqların uzlaşdırılması və diversifikasiyasına əsaslanır. “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması mərasimində çıxış edən Prezident İlham Əliyev bu məsələyə xüsusi olaraq toxunaraq qeyd edib ki, “Şahdəniz-2” dünyanın ən iri enerji layihələrindən biridir: “Bu layihə enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir. Bu tarixi layihədə iştirakçı dövlət və şirkətlərin geniş əməkdaşlığı təmin ediləcəkdir”.
Nəticə etibarilə, “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması mövcud xarici siyasət kursunun fonunda, enerji təhlükəsizliyi kontekstində tarixi nəticə kimi səciyyələndirilməlidir. Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu məsələyə toxunan dövlətimizin başçısı vurğulayıb ki, bu, tarixi nailiyyətdir, tarixi qələbəmizdir: “Bu layihə XXI əsrin layihəsidir. Bu layihə Azərbaycana böyük dividendlər gətirəcəkdir - həm iqtisadi, həm siyasi. Ölkəmizin nüfuzu, bizim iqtisadi gücümüz artacaqdır”.
Ümumilikdə, “Şahdəniz-2” layihəsi çərçivəsində ildə 16 milyard kubmetr qazın hasil ediləcəyi gözlənilir. Bunun 6 milyardı Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya ötürüləcək. Bundan əlavə, Türkiyənin şərq sərhədindən ölkənin qərb sərhədinə qədər uzanacaq Trans-Anadolu təbii qaz boru kəmərinin (TANAP) tikintisi də sürətləndiriləcək.
Beləliklə, xəritəyə nəzər saldıqda, son illərdə Azərbaycanın iştirakı ilə qlobal əhəmiyyətli təbii qaz layihələrinin reallaşdırılmasının və bu sahədə irəliyə doğru addımların atılmasının şahidi olmaq mümkündür. Belə ki, BTƏ qaz kəməri Azərbaycan qazını Gürcüstandan keçməklə Türkiyənin şərq hissəsinə daşıyır. Tikiləcək TANAP kəməri qazı Türkiyənin şərqindən qərbinə daşıyacaq, yəni Avropa ilə sərhədə gətirəcək. TAP boru kəməri isə qazın buradan Avropa ölkələrinə paylanmasına imkan verəcək. Bu, Avropada mavi yanacaq bazarını genişləndirəcək, istehlakçı ölkələr enerji mənbələrinin çoxaldılması yolu ilə öz təhlükəsizliklərini daha etibarlı təmin edə biləcəklər. Azərbaycan isə xarici bazarlardakı mövqeyini gücləndirəcək, beynəlxalq nüfuzunu artıracaq və daha sürətli inkişafa nail olacaq.
Azərbaycanın praqmatik enerji siyasəti Xəzər regionunun təhlükəsizliyinin qarantıdır
Əsas strateji məqamlardan biri də budur ki, Azərbaycanın praqmatik enerji siyasəti Xəzər regionunun təhlükəsizliyinin qarantı kimi çıxış edir. Ümumiyyətlə, sirr deyil ki, Azərbaycanın iştirakı və liderliyi ilə gerçəkləşdirilən transmilli layihələr Xəzər regionunu strateji əməkdaşlıq mərkəzinə çevirib. Qarşılıqlı investisiya qoyuluşunun artması, yeni əməkdaşlıq platformalarının gündəmə gətirilməsi, enerji resurslarının, karbohidrogen ehtiyatlarının əlverişli və təhlükəsiz marşrutlarla daşınması hazırkı əməkdaşlığın səmərəli nəticələridir.
Xəzər regionunda əməkdaşlıq əlaqələri və platformalarından bəhs edərkən xüsusi olaraq qeyd etmək lazımdır ki, bu günə qədər həyata keçirilən və əməkdaşlığa təkan verən layihələrdə Azərbaycanın siyasi iradəsi və qətiyyəti öz sözünü demişdir. Bu kontekstdə Azərbaycanın səmərəli və çoxşaxəli xarici siyasəti sayəsində Xəzər regionunun təhlükəsizliyinin təmin olunması təkcə regional əhəmiyyət kəsb etmir. Bu, bütövlükdə, qlobal məsələ kimi dəyərləndirilməlidir. Çünki Xəzər regionunun təhlükəsizliyi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında da mühüm faktor kimi çıxış edir.
Avropa isə Xəzər regionunun, dolayısı ilə, özünün təhlükəsizliyinin təmin olunmasında, qarşılıqlı-faydalı əməkdaşlıq platformalarının gerçəkləşdirilməsində Azərbaycanın enerji siyasətinin əhəmiyyətini xüsusi olaraq qeyd edir. Ümumiyyətlə, Azərbaycan enerji ehtiyatlarının ixracında çoxvariantlı nəqletmə sisteminə - diversifikasiya edilmiş təchizata üstünlük verir və dünyanın aparıcı dövlətləri tərəfindən etibarlı strateji tərəfdaş kimi qiymətləndirilir. Müstəqil enerji siyasəti ölkəmizin beynəlxalq arenadakı mövqeyini, həmçinin, regionun və regionətrafı coğrafiyanın strateji təhlükəsizliyini daha da gücləndirir.
Yeri gəlmişkən, “İnternational Herald Tribune” qəzetinin siyasi şərhçisi Selestin Bohlen “Azərbaycan enerji ixracı sahəsində Avropa və Rusiya arasında tarazlı siyasət aparır” sərlövhəli məqaləsində bildirib ki, Azərbaycanı etibarlı strateji tərəfdaşa çevirən təməl faktor bu ölkənin müstəqil və tarazlı enerji siyasəti yeritməsi ilə bağlıdır. Məqalədə qeyd edilib ki, Xəzər hövzəsinin bayraqdarı Azərbaycan regional miqyasda reallaşdırılan layihələrin mərkəzi oyunçusu olmaqla yanaşı, qlobal enerji siyasətində də tarazlaşdırıcı mexanizmdən səmərəli şəkildə istifadə edir: “Bu da Azərbaycanın dünya miqyasında əhəmiyyətli üstünlüklər əldə etməsinə və mövqeyinin möhkəmlənməsinə səbəb olur. Azərbaycanın enerji siyasəti bu ölkənin yerləşdiyi coğrafiya ilə məhdudlaşmır, bütövlükdə, qlobal əhəmiyyət kəsb edir. Ona görə də enerji əməkdaşlığına, təhlükəsizlik sahəsində səmərli əlaqələrin qurulması və davam etdirilməsinə böyük önəm verən dövlətlər Cənubi Qafqazın məkəzi oyunçusu olan Azərbaycanla əməkdaşlığın davamlı olması niyyətindədirlər”.
Ən əsası budur ki, həyata keçirilən çoxşaxəli enerji siyasəti sayəsində Azərbaycan regional güc mərkəzindən qlobal strateji tərəfdaşa çevrilməkdədir. Bunun nəticəsidir ki, milli dövlətlər regional və beynəlxalq təhlükəsizliyin təmin və mühafizə olunması, eləcə də, səmərəli tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsində Azərbaycanla çoxşaxəli əməkdaşlığa müstəsna önəm verirlər.
Nəticə etibarilə, Azərbaycanın bugünkü uğurlarının təməlində Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu neft strategiyası və onun mühüm nəticəsi olan “Əsrin müqaviləsi” dayanır. Bu strategiyanın uğurlarının Azərbaycanın təbii qaz hasilatı potensialının reallaşdırılmasına yönəldilməsi və ölkəmizin yeni layihələrin təşəbbüsçüsü kimi çıxış etməsi isə Ulu öndərin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin ölkəmizin bundan sonra da sürətli və ardıcıl inkişafına hesablanan siyasətinin göstəricisidir.
“Yeni Azərbaycan”ın
Analitik Qrupu

 
  • Oxunub:  34230  |  
  • Tarix:  20-09-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan iqtisadi və siyasi cəhətdən tam müstəqil ölkədir

22 Aprel 21:14
Sovet İttifaqı Qəhrəmanı Müseyib Allahverdiyevin 110 illiyi qeyd olunub
22 Aprel 21:01
Azərbaycan BMT ilə faydalı və hərtərəfli əməkdaşlıq edir
22 Aprel 20:57
Bakıda X Beynəlxalq Mstislav Rostropoviç Festivalının açılışı olub
22 Aprel 20:42
Məhkəmə qərarlarının icrası işinin təkmilləşdirilməsi üzrə təsirli tədbirlər görülür
22 Aprel 20:38
BDU-nun rektoru tələbə müraciətlərini cari və perspektiv fəaliyyət proqramına daxil edib
22 Aprel 20:35
Bakı Şəhər Baş Polis İdarəsində geniş əməliyyat müşavirəsi keçirilib
22 Aprel 20:32
ADA Universitetində tanınmış meksikalı rəssama həsr olunmuş tamaşa təqdim edilib
22 Aprel 20:28
Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi Azərbaycan Ordusunda silsilə tədbirlərlə qeyd edilir
22 Aprel 20:23
Nazirlərin Moskva görüşü: ehtimallar, ssenarilər və ümidlər
22 Aprel 20:21
Prezident İlham Əliyev Ukraynanın yeni seçilmiş Prezidenti Vladimir Zelenskini təbrik edib
22 Aprel 20:18
Azərbaycan Respublikası Burundi qaçqınlarına yardım edib
22 Aprel 17:50
AZAL-ın prezidenti ABŞ səfiri ilə görüşüb
22 Aprel 17:40
Şahin İsmayılov: Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilib
22 Aprel 17:38
YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib
22 Aprel 17:33
Milli Məclisin deputatı Sahibə Qafarova Şəmkir rayonunda seçicilərlə görüş keçirib
22 Aprel 17:30
Balakəndə 10 yaşayış məntəqəsini əhatə edən yol yenidən qurulur
22 Aprel 17:28
“Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”
22 Aprel 17:27
Tahir Süleymanov: Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi təşkil edir
22 Aprel 17:17
Cavanşir Paşazadə: Qazanılan nailiyyətlərin başlıca səbəbi dövlət başçısının həyata keçirdiyi siyasətin milli maraqlarımıza xidmət etməsidir
22 Aprel 17:15
ADU-nun tələbələri Macarıstanın təqaüd proqramları barədə məlumatlandırılıb
22 Aprel 16:51
ADNSU, BP və “British Council” arasında müqavilə imzalanıb
22 Aprel 16:39
Toxuculuq sənayesində 61,4 faiz artım olub
22 Aprel 16:35
ABŞ-ın Azərbaycandakı səfiri Dillər Universitetində olub
22 Aprel 16:22
Bakıda SOCAR-ın “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neft-kimya” Forumu keçirilir
22 Aprel 16:09
İsveçrə səfirinin diplomatik fəaliyyəti başa çatıb
22 Aprel 16:07
Prezident İlham Əliyev Qazaxda yol tikintisinə 6,8 milyon manat ayırıb
22 Aprel 15:43
Reza Rəhmani: İranla Azərbaycanın münasibətləri qarşılıqlı etimada əsaslanır
22 Aprel 15:29
Bakıda Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıqlar başa çatır
22 Aprel 15:27
AzMİU ilə İstanbul Texniki Universiteti arasında Niyyət Protokolu imzalanıb
22 Aprel 15:15
“Washington Times” erməni lobbisinin pozucu fəaliyyəti haqqında yazıb
22 Aprel 15:09
Fuad Muradov: Azərbaycan dövləti hər zaman xaricdə yaşayan soydaşlarımızın yanındadır
22 Aprel 14:49
Qubada yaşayan dağ yəhudiləri Pesax bayramını qeyd edirlər
22 Aprel 14:28
Hərbi pilotlarımız “Super Muşşak”, L-39 təyyarələri və “Mi” seriyalı helikopterlərdə uçuşlara başlayıblar
22 Aprel 14:18
Vergilər naziri “AmCham”ın nümayəndələri ilə görüşüb
22 Aprel 14:17
DOST könüllüləri DOST mərkəzlərində fəaliyyətə hazırlaşırlar
22 Aprel 14:11
Hanoyda AZƏRTAC və Yonhap informasiya agentlikləri rəhbərlərinin görüşü olub
22 Aprel 14:10
Kiyevdə GUAM-ın Milli Əlaqələndiricilər Şurasının növbəti iclası keçiriləcək
22 Aprel 13:24
YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib - Yenilənəcək
22 Aprel 13:08
Azərbaycan Prezidenti Şri-Lanka Prezidentinə başsağlığı məktubu göndərib
22 Aprel 13:06
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib
22 Aprel 12:48
Nazir: AÇG yataqlarından 156 milyard kubmetrdən çox təbii qaz hasil olunub
22 Aprel 12:38
Pərviz Şahbazov: Bu il təbii qaz ixracında 25 faiz artım gözlənilir
22 Aprel 12:34
“Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə döyüş atışlı birgə taktiki təlimi keçiriləcək
22 Aprel 12:24
“Azərbaycanda regional inkişafın idarə olunmasında yeni istiqamətlər” mövzusunda respublika elmi konfransı keçirilib
22 Aprel 12:00
Bu vaxtadək “Azəri-Çıraq-Günəşli”dən 482 milyon tonadək neft çıxarılıb
22 Aprel 11:39
Pirallahıda “Beynəlxalq Mədəniyyət Günü”nə həsr olunmuş tədbir keçirildi
22 Aprel 11:38
Vyetnam KİV-ləri OANA İcraiyyə Komitəsinin 44-cü iclasına böyük diqqət ayırıb
22 Aprel 11:36
Elman Nəsirov: Azərbaycanın uğurlarını həzm edə bilməyən xarici və daxili bədxahlarımız unutmsasınlar ki, heç bir qüvvə ölkəmizi öz düzgün yolundan sapdıra bilməz
22 Aprel 11:10
Şirvanda kütləvi tibbi müayinə aksiyası çərçivəsində 92 nəfərin üzərində cərrahiyyə əməliyyatı aparılıb
22 Aprel 11:09
Heydər Əliyev Mərkəzində “Oxu günü” keçirilib
22 Aprel 11:03
“100 yaşlı tarix fakültəsinin məzunları” layihəsi çərçivəsində növbəti görüş
22 Aprel 11:02
“ASAN Akademiya 2019” layihəsinin açılış mərasimi keçirilib
22 Aprel 10:58
Maliyyə Bazarlarına Nəzarət Palatasında yaradılmış Apelyasiya Komissiyasının fəaliyyəti açıqlanıb
22 Aprel 10:56
Los-Ancelesdə Azərbaycana həsr olunmuş fotosərgi keçirilib
22 Aprel 10:48
Azərbaycan İlahiyyat İnstitutu ilə Lənkəran Dövlət Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb
22 Aprel 10:30
Müdafiə Nazirliyinin nümayəndə heyəti Moskvada beynəlxalq konfransda iştirak edəcək
22 Aprel 10:22
Ermənistan ordusu cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 23 dəfə pozub
22 Aprel 09:30
UEFA Avropa Liqasının Bakıda keçiriləcək final matçının səfirləri Moskvada azarkeşlərlə görüşüblər
22 Aprel 09:21
Azərbaycan mətbəxi Pekində beynəlxalq qida sərgisində nümayiş olunub
22 Aprel 09:19
Gənc gimnastlarımız: Yaxşı nəticələr əldə etdiyimiz üçün çox xoşbəxtik
22 Aprel 09:16
Stokholmda Azərbaycan mədəniyyəti nümayiş olunub
21 Aprel 20:47
Bakıda keçirilən bədii gimnastika üzrə II "AGF Junior Trophy" beynəlxalq turnirinə yekun vurulub
21 Aprel 19:52
“Oş-Türk dünyasının mədəniyyət paytaxtı” tədbirləri çərçivəsində biznes-forum keçirilib
21 Aprel 19:40
Rafael Ağayev "Karate 1" seriyasından Premyer Liqa turnirində bürünc medal qazanıb
21 Aprel 19:38
Naqif Həmzəyev: Ukraynada səsvermə xirda problemlər çıxmaq şərti ilə yaxşı təşkil olunub
21 Aprel 16:20
Bakı Qarnizonunda nizam-intizamın vəziyyəti təhlil edilib
21 Aprel 15:48
Milli Məclisin deputatı Ukraynada seçki məntəqələrində səsvermə prosesini izləyir
21 Aprel 15:45
Orta ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün keçirilən buraxılış imtahanları başa çatıb
21 Aprel 15:11
Azərbaycan gimnastı lentlə hərəkətlərdə gümüş medal qazanıb
21 Aprel 14:53
Bədii gimnastika üzrə II "AGF Junior Trophy" turnirində gürzlərlə hərəkətlərdə mükafatçıların adları məlum olub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA