Ana səhifə »  Analitik »  Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq mərkəzidir
A+   Yenilə  A-
Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq mərkəzidir

2013-cü il 9 oktyabr seçkilərindən ötən bir il ərzində ölkəmiz daxili və xarici siyasət sahələrində yeni uğurlar qazanıb
Məlum olduğu kimi, 2013-cü il 9 oktyabr prezident seçkilərindən artıq bir il ötdü. Və ötən bir ildə ölkəmiz bütün sahələrdə yeni-yeni uğurlar qazanıb. Daha dəqiq desək, xalqın böyük dəstəyi ilə növbəti dəfə Prezident seçilən cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi son bir il də Azərbaycanın daxili və xarici siyasət sahəsində nəhəng uğurlarla yadda qalıb. Bu müddətdə sürətli sosial-iqtisadi inkişafın davam etdiyi ölkəmiz, eyni zamanda, beynəlxalq mövqelərini daha da möhkəmləndirib.
AZƏRBAYCAN BEYNƏLXALQ SİYASİ MÖVQEYİNİ GÜCLƏNDİRİR
Beləliklə, son bir ildə Azərbaycanın bir çox ölkələrlə ikitərəfli əlaqələri daha da inkişaf edib, həmçinin, yeni mərhələyə qədəm qoyub. Ötən müddət ərzində Prezident İlham Əliyevin Türkiyə, Belarus, Avstriya, Ukrayna, Litva, İsveçrə, Rusiya, Niderland, İran, Çexiya, Gürcüstan, Vyetnam, Çin, Yunanıstan, Fransa, İtaliya və Böyük Britaniyaya rəsmi və işgüzar səfərləri gerçəkləşib, dövlət başçımız Azərbaycana onlarla ölkədən gələn yüksək rəsmi qonaqları qəbul edib.
Bu müddətdə Azərbaycan BMT-də, Avropa strukturlarında, İslam Əməkdaşlıq Təşkilatında və digər beynəlxalq qurumlardakı aktiv fəaliyyətini davam etdirib. Eyni zamanda, ölkəmizin Avropa Şurası Nazirlər Kabinetinə 6 ay müddətində sədrlik etməsi demokratiya, hüquqi dövlət quruculuğu sahəsindəki yüksək nəticələrə beynəlxalq aləmin diqqətini cəlb etmək və Azərbaycanın nüfuzunu artırmaq imkanı verir. Onu da qeyd edək ki, bu ilin may ayında AŞ PA-nın Daimi Komitəsinin Bakıda keçirilən iclasında regional və qlobal əhəmiyyət daşıyan mühüm məsələlər müzakirə olunub.
Məlum olduğu kimi, inkişaf edən Azərbaycan siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal dialoq məkanına çevrilməkdədir. Ölkədə hər il bir neçə mötəbər beynəlxalq siyasi, iqtisadi, yaxud mədəni-humanitar tədbirlər keçirilir. Müxtəlif ölkələdən çoxlu sayda nüfuzlu dövlət və din xadimlərinin, elm adamlarının qatıldığı bu cür tədbirlər Azərbaycanın dünyada tanıdılması və müsbət imicinin formalaşdırılması baxımından çox böyük önəm kəsb edir. Azərbaycana gələn qonaqlar ölkəmizdəki tolerant mühitin, eləcə də, inkişafın, sosial sabitliyin şahidi olurlar. Belə tədbirlər sırasında 2013-cü il 31 oktyabr-1 noyabr tarixlərində keçirilən III Bakı Beynəlxalq Humanitar Forumunu və bu ilin 2-3 oktyabr tarixlərində gerçəkləşən IV Bakı Beynəlxalq Humanitar Forumunu qeyd etmək olar. Bu beynəlxalq tədbirlərdə dünyanın müxtəlif ölkələrindən olan yüzlərlə nüfuzlu siyasi xadim, ayrı-ayrı sahələr üzrə ekspertlər, həmçinin, mətbuat nümayəndələri bir araya gələrək müxtəlif məsələlər üzrə dialoq, fikir mübadiləsi aparır, qərarlar qəbul edirlər. Keçirilən forumlar Azərbaycanın dünyadakı yerinin möhkəmləndiyini bir daha təsdiq edir.
Beynəlxalq Humanitar Forum həm də Azərbaycanın mədəniyyətlərin inteqrasiyasına bəxş etdiyi töhfələrdən xəbər verir. Ölkəmizin qlobal mədəniyyətlərarası dialoq mərkəzinə çevrilməsi təsadüfi xarakter daşımır. Azərbaycan tolerantlıq və multikulturalizm diyarı olaraq humanitar və mədəniyyət sahələrində də qlobal əməkdaşlıq üçün əlverişli məkandır. Azərbaycan bu gün dünyaya istər tolerantlıq, istərsə də iqtisadi inkişaf baxımından yeni model bəxş edib. Hazırda dünyanın bir sıra inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində fərqli mədəniyyətlərin toqquşmasının nəticəsində xoşagəlməz tendensiyalar meydana çıxır. İslamofobiya, irqçilik, ksenofobiya kimi təhlükəli meyillərin bəzən süni şəkildə alovlandırılması bu cür toqquşmaları daha da dərinləşdirir, nəticədə, insan haqlarının pozulması halları artır, sosial sabitlik pozulur. Azərbaycanda isə əsrlərdən gələn multikulturalizm, dözümlülük və qarşılıqlı hörmət mühitində sabitlik, təhlükəsizlik, insan haqlarının müdafiəsi təmin edilib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında Azərbaycan Prezidentinin 2014-cü il mayın 15-də imzaladığı Fərman ölkəmizin multikulturalizm dəyərlərinin və təcrübəsinin dünyada təbliği istiqamətində atılan mühüm addımdır. Mərkəzin yaradılmasında məqsəd multikulturalizmin həyat tərzinə çevrildiyi ölkəmizin dünyaya tolerantlıq nümunəsi olaraq daha geniş tanıdılması, eləcə də, ayrı-ayrı dövlətlərdəki müxtəlif multikultural modellərə xas fəlsəfi, sosial, siyasi və digər aspektlərin Azərbaycan reallığında təhlili və təşviqidir.
Təbii ki, beynəlxalq siyasi mövqelərinin güclənməsi ölkəmizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində milli maraqlara söykənən qətiyyətli mövqeyini, hücumçu diplomatiyasını daha effektli formada davam etdirməyə imkan verir. Ötən bir il ərzində münaqişənin həlli üzrə aparılan danışıqlarda konkret nəticənin əldə olunmamasına baxmayaraq, işğalçı Ermənistanın durumu dəfələrlə pisləşib. İlk növbədə, rəsmi İrəvanın münaqişə ətrafında manevr imkanları tamamilə tükənib. İkincisi, Avropa İttifaqı ilə Assosiativ sazişdən imtina edən Ermənistanın Gömrük İttifaqına işğal etdiyi ərazilərlə birlikdə daxil olmasının qarşısı məhz Azərbaycan Prezidentinin siyasi iradəsi və yüksək nüfuzu sayəsində alınıb. Beləliklə, iki qütb arasında asılı vəziyyətdə qalan Ermənistan təcavüzkar siyasətinin acı nəticələrini dadmaqdadır.
UĞURLU ENERJİ SİYASƏTİ - BEYNƏLXALQ ƏMƏKDAŞLIQ VƏ İNKİŞAF FAKTORU
Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu müstəqil Azərbaycanın neft strategiyası və enerji siyasəti ölkəmizin beynəlxalq əməkdaşlıqda önəmli yer tutmasında və sürətli iqtisadi inkişafında başlıca amillərdəndir. Prezident İlham Əliyevin böyük uğurla davam etdirdiyi enerji siyasəti son 1 ildə də Azərbaycana yeni-yeni nailiyyətlər qazandırmaqdadır.
Məlum olduğu kimi, 2,5 trilyon kubmetrdən artıq təsdiqlənmiş təbii qaz və 2 milyard ton neft ehtiyatları olan Azərbaycan karbohidrogen resurslarla zəngin olan ölkələrdəndir. Ümumi ehtiyatları 1,2 trilyon kubmetrdən artıq dəyərləndirilən, Azərbaycanın ən böyük təbii qaz mənbəyi olan “Şahdəniz” dəniz qaz-kondensat yatağının istismarı üzrə işlər son bir ildə də davam etdirilib. Belə ki, 2013-cü il dekabrın 17-də Bakıda Prezident İlham Əliyevin iştirakı ilə “Şahdəniz-2” qaz yatağı üzrə yekun investisiya qərarının imzalanması mərasimi keçirilib. “Şahdəniz-2” layihəsinin gerçəkləşməsi “Cənub” qaz dəhlizi vasitəsilə mavi yanacağın Xəzər dənizindən Avropadakı bazarlara çatdırılması yönündə mühüm addımdır.
Bu il sentyabrın 20-də isə Bakıda “Əsrin müqaviləsi”nin 20 illiyinə və “Cənub” qaz dəhlizinin təməlinin qoyulmasına həsr olunmuş təntənəli mərasim baş tutub. Bununla da, Asiya ilə Avropanı birləşdirəcək nəhəng qaz dəhlizinin reallaşdırılması yönündə mühüm mərhələyə qədəm qoyulub. Dövlət başçısının “XXI əsrin layihəsi” adlandırdığı “Cənub” qaz dəhlizinin icrası Azərbaycanın zəngin “Şahdəniz” yatağının işlənməsini təmin edəcək.
“Cənub” qaz dəhlizinin təməlinin qoyulması, əlbəttə ki, Azərbaycan qazının Avropaya çatdırılmasını nəzərdə tutan Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz kəmərləri layihələrinin reallaşmasını sürətləndirib. “Cənub” qaz dəhlizinin reallaşması çoxlu sayda ölkəyə prosesdə iştirak imkanı yaradacaq. Belə ki, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya, gələcək mərhələdə Monteneqro, Xorvatiya və digər ölkələr bu layihəyə qoşula biləcəklər. Beləliklə, Avropanın yeni enerji xəritəsi Bakıda çəkilir.
“Cənub” qaz dəhlizi Transxəzər layihəsinin gerçəkləşməsi imkanlarını da artıracaq. Ümumiyyətlə isə, ölkəmizin Şərq-Qərb dəhlizinin formalaşdırılmasındakı rolu artmaqdadır. Belə ki, bu il sentyabrın 22-də Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin birinci mərhələsi çərçivəsində bərə terminalının açılışı olub. 2010-cu il noyabrın 3-də Prezident İlham Əliyev tərəfindən təməli qoyulan yeni limanın reallaşması layihəsinin birinci mərhələsi çərçivəsində bərə terminalı, quru yük terminalı, konteyner sahəsi, giriş-çıxış kanalı, avtomobil və dəmir yolları, eləcə də digər qurğular, infrastruktur obyektləri və binaların tikintisinə başlanılıb. Yerləşdiyi ərazinin böyük üstünlüklərə malik olması sayəsində yeni liman Azərbaycanda nəqliyyatın təhlükəsizliyi məsələlərini uğurla həll etməyə, Bakını Xəzər hövzəsində çox müasir və böyük logistika, nəqliyyat mərkəzinə çevirməyə, Xəzəryanı ölkələr arasındakı əməkdaşlığı dərinləşdirməyə, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin tam gücü ilə işləməsinə əlverişli imkanlar yaradır.
İQTİSADİYYATIN BÜTÜN SAHƏLƏRİ İNKİŞAF EDİR
Qeyd olunduğu kimi, enerji siyasəti həm də Azərbaycanın inkişafında aparıcı rol oynayır. Neft-qaz ixracından əldə olunan gəlirlərin iqtisadiyyatın digər sferalarına yönəldilməsi sayəsində Azərbaycan iqtisadiyyatının çoxşaxəliliyi, müstəqilliyi, əhalisinin isə yüksək rifahı təmin olunub.
Son bir ilin iqtisadi göstəriciləri iqtisadiyyatımızın inkişaf etdiyini təsdiqləyir. Bu ilin əvvəlindən etibarən isə ümumi daxili məhsul 2,5 faiz artıb. Qeyri-neft sektorunda isə 6 faizlik artım qeydə alınıb. İnflyasiya çox aşağı səviyyədə - cəmi 1,5 faiz həddindədir. Əhalinin pul gəlirləri isə 5,4 faiz artıb. Beləliklə, hər il olduğu kimi, əhalinin gəlirləri inflyasiyanı üstələyir və bu, bilavasitə insanların yaşayış səviyyəsinə müsbət təsir göstərir.
Ölkə iqtisadiyyatına böyük həcmdə investisiyaların qoyuluşu davam edir. İlin əvvəlindən yatırılan 19 milyard dollar sərmayənin 11 milyardı daxili sərmayədir.
İlin əvvəlindən ölkənin maliyyə resursları 3 milyard 600 milyon dollar artıb. Bütövlükdə Azərbaycanın 53 milyard dollardan çox valyuta ehtiyatları var ki, bu da dünya miqyasında çox böyük göstəricidir. Ümumi valyuta ehtiyatlarının xarici dövlət borcuna nisbəti 8 dəfədən artıq olub. Eyni zamanda, xarici dövlət borcumuzun ümumi daxili məhsula nisbəti isə 8,5 faiz səviyyəsində qərarlaşıb.
Ötən bir il ərzində, həmçinin, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı da uğurla icra edilib.
Ölkəmizin beynəlxalq qiymətləndirmə reytinqlərində əldə etdiyi yüksək iqtisadi mövqeləri də qorunub saxlanılıb. Belə ki, dünyanın aparıcı üç beynəlxalq reytinq agentliyi tərəfindən ölkəmizə verilən investisiya səviyyəli kredit reytinqləri bir daha təsdiqlənib, Dünya İqtisadi Forumunun qlobal rəqabətlilik indeksində Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyəti bir pillə də artaraq, qiymətləndirmə ilə əhatə olunan 144 ölkə arasında 38-ci yerə yüksəlib. Qeyd olunan reytinqlər Azərbaycan Respublikasının investisiya baxımından cəlbedici ölkələr sırasında aparıcı ölkələrdən biri olduğunu növbəti dəfə nümayiş etdirir.
ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ TƏMİN EDİLİB
Məlum olduğu kimi, son bir ildə ölkəmizdə əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində də mühüm tədbirlər həyata keçirilib. Ümumiyyətlə, vətəndaşların sosial müdafiəsinin yaxşılaşdırılması ölkədə həyata keçirilən sosialyönümlü siyasətin əsas istiqamətlərindən biridir. Bu istiqamətdə görülmüş tədbirlər sistemində ünvanlılıq prinsipinə əməl olunub, aztəminatlı, ailə başçılarını itirən, eləcə də, şəhid ailələri, xüsusi qayğıya ehtiyacı olanlar dövlətin diqqət və qayğısı ilə əhatə olunublar. Ümumiyyətlə, ölkədəki davamlı tərəqqi ən çox sosial müdafiəyə ehtiyacı olan təbəqənin zəruri tələbatlarını ödəmək üçün yeni imkanlar yaradır. Bu baxımdan, əlil və şəhid ailələrinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən dövlət siyasətinin mühüm prioritetlərindən biridir. Bu kateqoriyadan olan insanlar üçün müasir tələblərə cavab verən fərdi və çoxmənzilli yaşayış binalarının tikilib istifadəyə verilməsi bunun əyani təsdiqidir. Eyni zamanda, dövlət başçısı tərəfindən imzalanan müvafiq Fərman və sərəncamlara əsasən, əlillərə ödənilən pensiya və müavinətlərin məbləği hər il artırılıb. Bu il martın 17-də isə dövlət başçısı bu məqsədlə növbəti fərmanları imzalayıb.
Beləliklə, “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərmana əsasən, “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün həcmi aprel ayının 1-dən artırılıb. Yeni Fərmana əsasən, sözügedən müavinətin aylıq məbləği I qrup müharibə əlillərinə 150 manat, II qrup müharibə əlillərinə 130 manat, III qrup müharibə əlillərinə 100 manat müəyyənləşdirilib.
Həmçinin, dövlət əlil vətəndaşların çoxsaylı sosial proqramlara, o cümlədən, reabilitasiya, pulsuz istirahət, texniki-bərpa və nəqliyyat vasitələri ilə təminat proqramlarına cəlb olunmasını həyata keçirir. Əlil vətəndaşlara dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq Nazirlər Kabineti tərəfindən əlillərin sosial müdafiəsi ilə bağlı nəzərdə tutulmuş Dövlət Proqramının maliyyələşdirilməsi təmin olunub. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı da əmək pensiyası almaq hüququ olmayan bir sıra şəxslərə sosial müavinətin verilməsini təmin edib.
Martın 17-də imzalanan digər Fərmanla əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib.
Göründüyü kimi, Azərbaycanda həyata keçirilən sosial siyasət ölkənin hər bir vətəndaşını əhatə edir. Sözsüz, dövlətimizin başçısının müvafiq Sərəncam və fərmanları ölkə ictimaiyyəti, o cümlədən, müharibə veteranları, şəhid ailələri, müharibə əlilləri tərəfindən də yüksək qiymətləndirilir.
Ötən dövr ərzində Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təmin edilməsi işləri davam etdirilib. Bununla yanaşı, hərəkət-dayaq sistemi pozulmuş əlillərin reabilitasiyası, müalicəsi istiqamətində atılan addımlarla bərabər, onların minik avtomobilləri ilə təmin olunması yönündə də mühüm işlər görülüb. Martın 17-də dövlət başçısının müharibə əlilləri və şəhid ailələrinin övladlarının təhsil haqlarının dövlət hesabına ödənilməsi ilə bağlı müvafiq Sərəncamı yüzlərlə ailəyə sevinc bəxş edib.
MƏDƏNİYYƏT VƏ İDMANA QAYĞI GÖSTƏRİLİR
Mədəniyyət və idman sahələri hər zamankı kimi dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Belə ki, son bir il Azərbaycanın yeni mədəniyyət uğurları ilə yadda qalıb. 2013-cü ilin dekabrında Azərbaycan təmsilçisi Türkiyədə keçirilən “Türkvision” mahnı müsabiqəsinin qalibi olub.
Mədəniyyət sahəsində ən mühüm tədbirlərdən biri bu il iyulun 23-dən avqustun 1-dək Qəbələ şəhərində VI Qəbələ Beynəlxalq Musiqi Festivalının keçirilməsi olub. Festivalda ənənəvi olaraq Azərbaycandan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak ediblər. Ümumiyyətlə, Heydər Əliyev Fondunun ən böyük layihələrindən olan Qəbələ Beynəlxalq Musiqi Festivalı 2009-cu ildən başlayaraq hər il yay aylarında keçirilir. Dünyada keçirilən mədəniyyət tədbirləri arasında özünə yer tapan Qəbələ Beynəlxalq Musiqi Festivalı Azərbaycanı dünyanın mədəniyyət mərkəzlərindən birinə çevirib. Bu festival ölkəmizdə mədəniyyətə, musiqiyə, incəsənətə nə qədər böyük önəm verildiyini göstərir.
Mədəniyyət sahəsində əlamətdar hadisələrdən biri kimi, bu il avqustun 26-da Azərbaycan Xalça Muzeyinin yeni binasının açılışını qeyd etmək lazımdır. Bu, UNESCO-nun Qeyri-maddi, mədəni irs siyahısına daxil edilmiş qədim və zəngin sənət nümunələrinin dünyaya tanıdılmasında daha bir mühüm addımdır.
İdman sahəsinə gəlincə, ötən bir ildə Azərbaycan idmançıları ölkədə və xaricdə keçirilən müxtəlif beynəlxalq turnirlərdə uğurlar qazanıblar. Eyni zamanda, 2015-ci il Avropa Oyunlarına hazırlıqla əlaqədar nəhəng idman komplekslərinin tikintisi davam etdirilir. Onlardan biri - Milli Gimnastika Arenasının bu ilin aprelində açılışı olub. 2020-ci ildə təşkil ediləcək Avropa çempionatının final mərhələsinin 4 oyununun Bakı şəhərində keçirilməsi ilə bağlı UEFA İcraiyyə Komitəsinin qərarı da ötən bir il ərzində Azərbaycanın nüfuzlu idman ölkəsi kimi dünyada tanındığını təsdiqləyən növbəti idman uğuru oldu.
Göründüyü kimi, 2013-cü ilin prezident seçkilərindən keçən bir il Azərbaycanda hərtərəfli inkişaf, tərəqqi dövrü kimi müstəqil dövlətçilik tariximizə həkk olunub.
“Yeni Azərbaycan”ın
Analitik qrupu

 
  • Oxunub:  31650  |  
  • Tarix:  10-10-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Nazirlər Kabinetində keçirilən görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin inkişafından danışılıb

21 Fevral 16:39
Ermənistana məxsus taktiki pilotsuz uçuş aparatı məhv edilib
21 Fevral 16:26
Azərbaycan nümayəndə heyətinin Avstraliyaya səfəri davam edir
21 Fevral 16:21
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
21 Fevral 16:18
Anar Quliyev: Bakı şəhərinin Baş planının hazırlanması üçün texniki işlərə başlanılacaq
21 Fevral 16:12
ATƏT məkanında münaqişələrin həlli yalnız konstruktiv dialoq sayəsində mümkündür
21 Fevral 16:10
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərinin başçılıq etdiyi nümayəndə heyəti Bakı Atatürk Liseyində olub
21 Fevral 15:59
Baş nazirin müavini Əli Əhmədov Dünya Bankının Qafqaz üzrə regional direktoru ilə görüşüb
21 Fevral 15:51
Hərbi Akademiyanın yaranmasının 20-ci ildönümü qeyd olunub
21 Fevral 15:38
“Könüllülər Parlamenti”nin plenar iclası keçirilib
21 Fevral 15:35
Azərbaycan hökuməti ilə Qətər hökuməti arasında birgə iqtisadi, ticarət və texniki komissiyanın ikinci iclası keçirilib
21 Fevral 15:32
Bu gün UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinin cavab oyunları keçiriləcək
21 Fevral 15:29
Mehdi Abdullayev: İslahatlar idarəetmənin təkmilləşdirilməsi ilə yanaşı, əhalinin rifahını daha da yaxşılaşdıracaq
21 Fevral 15:26
Tələbələr karyera qurmağın düzgün istiqamətləri barədə məlumatlandırılıb
21 Fevral 15:12
Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 30-cu ildönümü münasibətilə təntənəli mərasim keçirilib
21 Fevral 14:51
Vyanada ATƏT Parlament Assambleyasının 18-ci qış sessiyası işə başlayıb
21 Fevral 14:47
Azərbaycan Respublikası Gənclər Fondunun Müşahidə Şurasının iclası keçirilib
21 Fevral 14:45
Prezident İlham Əliyev Ağdamda yol tikintisinə 2,3 milyon manat ayırıb
21 Fevral 14:42
Qida Təhlükəsizliyi Agentliyində işə yeni qəbul olunan əməkdaşlarla görüş keçirilib
21 Fevral 14:39
Ekspert: Radikal müxalifətin yalnız aksiya keçirməkdə israr edərək üzərinə heç bir öhdəlik götürmək istəməməsi ölkəni xaosa sürükləmək cəhdidir
21 Fevral 14:33
Bəxtiyar Əliyev: Xocalı soyqırımı insanlığa qarşı törədilmiş ən ağır cinayətdir
21 Fevral 14:28
Prezidentin yeni fərmanı ciddi bir sosial məsələnin həlli istiqamətində atılan növbəti addımdır
21 Fevral 14:26
Bu gün futbol üzrə qadınlar arasında 2021-ci il Avropa Çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək
21 Fevral 14:22
Azərbaycan ilə Ukrayna arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
21 Fevral 14:19
Milli Kitabxanada “21 fevral - Beynəlxalq Ana Dili Günüdür” adlı kitab sərgisi açılıb
21 Fevral 14:17
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi BMT-nin Baş katibinə Xocalıda erməni qoşunları tərəfindən törədilmiş hərbi cinayətlər haqqında məktub göndərib
21 Fevral 14:11
Elmar Məmmədyarov: Azərbaycan Respublikası UNESCO-nun dəyərlərinə və prinsiplərinə sadiqdir
21 Fevral 14:06
Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Xaçmazda fəaliyyətə başlayıb
21 Fevral 14:01
Bakı Ali Neft Məktəbində xeyriyyə konserti: “Xoşbəxt et, xoşbəxt ol”
21 Fevral 13:57
Birinci vitse-prezident Mehriban Əliyeva həyatının mənasını Vətəninə və xalqına xidmətdə görür
21 Fevral 13:50
BDU-da Tvinninq layihəsinin rəhbərləri ilə görüş keçirilib
21 Fevral 12:50
Prezident İlham Əliyev Sovet İttifaqı Qəhrəmanı, general-leytenant Ruslan Auşevi qəbul edib
21 Fevral 12:35
Mübariz Qurbanlı: Xocalı soyqırımını törədənlər bu cinayətə görə cavab verməli olacaqlar
21 Fevral 12:34
Komitə sədri: Xocalı soyqırımı silahsız, dinc Azərbaycan xalqına qarşı xüsusi amansızlıqla törədilib
21 Fevral 12:30
Tvinninq layihəsinin icrasına dair müzakirələr aparılıb
21 Fevral 12:21
Azərbaycan və İsveçrə arasında mədəni sahədə əməkdaşlıq müzakirə olunub
21 Fevral 12:09
Avropa Gənclərinin Yay Olimpiya Festivalının talismanları – Cırtdan və Bəbirin təqdimatı olub
21 Fevral 12:06
Azərbaycanın dini liderləri Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət ediblər
21 Fevral 11:58
Dünya Bankının regional direktoru Mersi Tembon: Azərbaycanda sosial sahədə həyata keçirilən köklü islahatları yüksək qiymətləndiririk
21 Fevral 11:46
Yeni Azərbaycan Partiyanın mərkəzi qərargahında elektron kitabxana yaradılıb
21 Fevral 11:20
Birinci vitse-prezident Mehriban Əliyevanın əzmkar və geniş fəaliyyətinin təməlində xalqa layiqli xidmət məramı dayanır – Hicran Hüseynova
21 Fevral 11:09
Gənclər milli-mənəvi və dini dəyərlərimizin qorunmasında fəal mövqe tutmalıdırlar
21 Fevral 11:03
Tikinti obyektlərinin tikintisinə və istismarına icazənin alınması üzrə elektron müraciət sistemi təqdim edilib
21 Fevral 10:58
Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
21 Fevral 10:53
Sabirabad Sənaye Məhəlləsinin bu ilin ikinci yarısında istifadəyə verilməsi nəzərdə tutulur
21 Fevral 10:47
Avropadaxili Vergi Administrasiyaları Təşkilatının icraçı katibi “ASAN xidmət” mərkəzi ilə tanış olub
21 Fevral 10:40
SOCAR-ın Türkiyədəki investisiya layihələri müzakirə olunub
21 Fevral 10:17
Eduard Matoko: Azərbaycan UNESCO-nun etibarlı tərəfdaşıdır
21 Fevral 10:11
Azərbaycan və Avstriyanı uzun illərdən bəri möhkəm dostluq əlaqələri bağlayır
21 Fevral 10:09
ATƏT PA–nın İpək Yoluna Dəstək Qrupunun Avstriyada keçirdiyi toplantıda mühüm qərarlar qəbul edilib
21 Fevral 10:07
Xarici siyasətdə milli maraqlar: Azərbaycan Prezidentinin dünyaya mesajı
21 Fevral 10:05
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub
21 Fevral 09:57
Bakıda “Mənəvi dəyərlərimiz gələcəyimizdir” mövzusunda konfrans keçirilib
21 Fevral 09:55
Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatı Şurasının iclası keçirilib
21 Fevral 09:50
AzMİU-da Karyera sərgisi təşkil olunub
21 Fevral 09:49
Azərbaycan və çeçen xalqları arasında dostluq, qardaşlıq münasibətləri möhkəm təməllərə əsaslanır
21 Fevral 09:49
BSU-nun tələbələri ölkəmizi Çelyabinskdə layiqincə təmsil ediblər
21 Fevral 09:48
Azərbaycan iqtidarının əldə etdiyi hər bir uğur Əli Kərimli və ətrafının siyasi iflasını dərinləşdirir
21 Fevral 09:47
162 saylı məktəbdə “Valideynin məktəbdə bir günü” layihəsi çərçivəsində 100 nəfər valideynlə görüş keçirilib
21 Fevral 09:46
“UNEC-100” - Strateji idarəetmə
21 Fevral 09:46
ABŞ-dakı yəhudi diasporu Xocalı soyqırımı qurbanlarının xatirəsini anacaq
21 Fevral 09:45
“Nar” 45-dən çox bölgəni 4G şəbəkəsi ilə təmin edib
20 Fevral 20:53
Birləşmiş Krallığın Kosmik Agentliyi ilə “Azərkosmos”un əməkdaşlığının perspektivləri müzakirə olunub
20 Fevral 20:51
Azərbaycan nümayəndə heyəti Ümumdünya Radiorabitə Konfransına hazırlıq iclasında iştirak edir
20 Fevral 20:48
Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun birinci iclasının kommünikesi qəbul edilib
20 Fevral 20:46
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində görüş keçirilib
20 Fevral 20:44
31-ci Beynəlxalq İnformatika Olimpiadasının yerli və beynəlxalq təşkilat komitələrinin birgə iclası keçirilib
20 Fevral 20:41
Avrokomissar: Azərbaycan qazının yaxın gələcəkdə Avropa İttifaqına çatmasını səbirsizliklə gözləyirik
20 Fevral 20:40
Xocalı soyqırımı qurbanlarının xatirəsi dünyanın bir çox ölkəsində yad ediləcək
20 Fevral 20:37
“Xocalı: Şahidlər danışır” kitabının təqdimatı olub
20 Fevral 20:35
Günter Ottinger: Cənub Qaz Dəhlizi kimi iddialı infrastruktur layihələri çox deyil

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28
HAVA HAQQINDA
Bakı
gündüz+8 +11
gecə+2 +5