Ana səhifə »  Analitik »  Azərbaycan Avrasiyanın enerji xəritəsinin zənginləşməsinə strateji töhfələr verir
A+   Yenilə  A-
Azərbaycan Avrasiyanın enerji xəritəsinin zənginləşməsinə strateji töhfələr verir

Prezident İlham Əliyev: “Cənub” qaz dəhlizi layihəsi burada - Azərbaycanda son 20 il ərzində tərəfdaşlarımızla apardığımız işə əsaslanır
Məlum olduğu kimi, neft sənayesinin inkişafında zəngin tarixə və böyük ənənələrə malik olan Azərbaycanda ötən ilin sentyabr ayında daha bir möhtəşəm enerji layihəsinin - XXI əsrin layihəsi kimi xarakterizə edilən “Cənub” qaz dəhlizinin icrasına start verilib. Fevralın 12-də isə Bakıda Asiya ilə Avropanı, Xəzər hövzəsi ilə uzaq Adriatik dənizi sahillərini əlaqələndirəcək “Cənub” qaz dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edib. Dövlətimizin başçısı “Cənub” qaz dəhlizi Məşvərət Şurasının ilk iclasında nitq söyləyib.
“Əsrin müqaviləsi” ilə Xəzər hövzəsində beynəlxalq əməkdaşlığın təməli qoyulub
Şübhəsiz, XXI əsrin layihəsi adını alan “Cənub” qaz dəhlizi Azərbaycanın praqmatik enerji siyasətinin, bu kontekstdə beynəlxalq əməkdaşlığının qanunauyğun nəticəsi kimi xarakterizə edilir. Ölkəmizin enerji diplomatiyası regional və qlobal təhlükəsizliyə, əməkdaşlığa fundamental töhfələr verir. Sirr deyil ki, karbohidrogen ehtiyatları ilə zəngin olan Xəzər hövzəsində beynəlxalq əməkdaşlığın təməli Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin uzaqgörənliyi ilə 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” ilə qoyulub. 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıdan Ümummilli lider Heydər Əliyev ölkəmizin uzunmüddətli inkişafına və rifahına hesablanan yeni neft strategiyasını hazırladı. Məhz Ümummilli liderin vəziyyəti düzgün qiymətləndirməsi və çox böyük səyləri hesabına 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın altı dövlətini təmsil edən 11 transmilli neft şirkətinin iştirakı ilə Xəzərdəki “Azəri-Çıraq-Günəşli” yatağının birgə işlənməsinə dair “Əsrin müqaviləsi” adını alan beynəlxalq kontrakt imzalandı. Bununla da Xəzər xoşməramlı beynəlxalq əməkdaşlıq mərkəzinə çevrildi. Beləliklə, Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu Azərbaycanın neft strategiyasının reallaşdırılması nəticəsində dünyanın aparıcı enerji şirkətləri Xəzər dənizinin Azərbaycan milli sektorunda karbohidrogen ehtiyatlarının hasilatı və nəqlinə cəlb olunub, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında yeni etibarlı mənbə rolunu oynamağa başlayıb.
Yeri gəlmişkən, Prezident İlham Əliyev “Cənub” qaz dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşündə söylədiyi nitqdə bu məsələ ilə bağlı qeyd edib ki, 1994-cü il Azərbaycanın yeni enerji strategiyasının başlanğıc ili idi: “Hökumətimiz ilə dünyanın əsas neft şirkətləri konsorsiumu arasında müqavilə imzalandı. 1994-cü ildə imzalanan müqavilə dərhal “Əsrin müqaviləsi” adını aldı. Bu, sərmayələrin həcmi və resurs əsası kimi götürülən “Azəri-Çıraq-Günəşli” yatağının dünyadakı ən böyük neft yataqlarından biri olması faktı ilə bağlı idi. İyirmi ildən çoxdur ki, həmin yataq işlənilir və ölkəmizdə neft hasilatının əsas özəyi hesab olunur. Buna görə də 1994-cü il enerji strategiyasının başlanğıc ili oldu. Beləliklə, Xəzər dənizi ilk dəfə olaraq xarici sərmayələr üçün açıq elan edildi”.
“Əsrin müqaviləsi”nin imzalanması “Azəri-Çıraq-Günəşli” yatağının beynəlxalq konsorsium tərəfindən uzun illər ərzində uğurlu istismarı ilə nəticələnib. İndiyədək layihə çərçivəsində 2,5 milyard barel neft hasil olunub və təxminən 30 milyard dollar həcmində investisiya yatırılıb.
Bu müddət ərzində Xəzərdə uğurlu beynəlxalq əməkdaşlıq Azərbaycana böyük dvidendlər gətirib. Ölkənin neft sənayesinə iri həcmli investisiya qoyuluşu təmin edilib, yeni texnologiyaların tətbiqinə başlanılıb. “Əsrin müqaviləsi” çərçivəsində əldə olunan gəlirlər Azərbaycanın maliyyə imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Azərbaycan qısa müddətdə investisiya idxal edən ölkədən sərmayə ixrac edən ölkəyə çevrilib. Türkiyə, Gürcüstan, Ukrayna, Rumıniya, İsveçrə və digər ölkələrin sərmayə bazarlarında Azərbaycanın payı getdikcə artır.
“Əsrin müqaviləsi” çərçivəsində Azərbaycanın əldə etdiyi gəlirlər maksimum dərəcədə səmərəli şəkildə zəruri olan sahələrə yönəldilir. Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi altında iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun, o cümlədən də özəl bölmənin inkişafı siyasəti həyata keçirilir. Respublikamızda ənənəvi neft sənayesinin yenidən qurulması ilə paralel surətdə, müasir çağırışlar nəzərə alınmaqla modern sənaye quruculuğu həyata keçirilir. Neft gəlirləri, həmçinin, institusional inkişafa, ölkənin gələcəyi baxımından müstəsna əhəmiyyət daşıyan insan kapitalı yetişdirilməsinə, sosial məzmunlu layihələrin icrasına, bütün ölkəboyu abadlıq-quruculuq işləri aparılmasına yönəldilir.
Beləliklə, “Əsrin müqaviləsi”nin reallaşdırılması ilə Azərbaycanın mənzərəsi dəyişib və ölkənin qarşısında yeni inkişaf perspektivləri açılıb. “Cənub” qaz dəhlizi isə Azərbaycanın dinamik inkişafına yeni təkan verəcək.
“Cənub” qaz dəhlizi: XXI əsrin layihəsi
“Əsrin müqaviləsi”nin 20 illiyinin qeyd olunduğu bir vaxtda yeni qlobal layihənin - “Cənub” qaz dəhlizinin icrasına start verilməsi ilk növbədə gələcəyə baxış kimi dəyərləndirilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Cənub” qaz dəhlizi layihəsi burada - Azərbaycanda son 20 il ərzində tərəfdaşlarımızla apardığımız işə əsaslanır”.
Avropanın enerji təhlükəsizliyi üçün nəzərdə tutulan “Cənub” qaz dəhlizi 3600 kilometr məsafədə uzanmaqla Bakı-Tbilisi-Ceyhanın uzunluğunu iki dəfə üstələyəcək. On illər boyu davam edəcək layihənin yerinə yetirilməsinə 45 milyard dollar sərmayə qoyuluşu nəzərdə tutulub. Layihənin icrası nəticəsində dünyanın ən mürəkkəb və ən zəngin qaz-kondensat yataqlarından biri olan “Şahdəniz” yatağının ehtiyatlarının işlənməsi təmin olunacaq. “Şahdəniz” yatağında hasilatın pay bölgüsü haqqında müqavilənin müddəti 2048-ci ilə qədər uzadılıb. Bu tarix təsadüfən seçilməyib. Əlamətdar haldır ki, 2048-ci ildə Azərbaycanda sənaye üsulu ilə ilk neft quyusu qazılmasının 200 ili tamam olacaq.
Qeyd etdiyimiz kimi, yeni neft strategiyasının uğurla reallaşdırılması Azərbaycanda dinamik inkişafa təkan verib. Son 10 ildə respublikamızda ümumi daxili məhsul 3 dəfədən çox, büdcə xərcləri 20 dəfə artıb. Xarici dövlət borcu ümumi daxili məhsulun cəmi səkkiz faizini təşkil edir. İşsizlik 5 faizə düşüb, yoxsulluq cəmi 5 faiz həcmindədir. Davos Dünya İqtisadi Forumunun hesablamalarına əsasən, Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə dünyada 38-ci yerdə qərar tutub.
“Cənub” qaz dəhlizinə diqqət çəkən başqa bir önəmli cəhət isə ondan ibarətdir ki, bu layihə tərəfdaş ölkələrin hamısına fayda gətirəcək. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Cənub” qaz dəhlizi enerji təhlükəsizliyi layihəsidir. Bu, bizim üçün enerji təhlükəsizliyidir. Çünki Azərbaycan beynəlxalq bazarlara böyük həcmdə təbii qazı ixrac etmək imkanı qazanacaq. Bu, həm də istehlakçı və tranzit ölkələr üçün enerji təhlükəsizliyidir”.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu daha da artacaq
Son illərdə dünyada baş verən kataklizmlər, o cümlədən də siyasi böhranlar Avropa ölkələrini etibarlı enerji təhlükəsizliyi barədə daha ciddi düşünməyə sövq edir. Bu kontekstdə qeyd etmək olar ki, “Cənub” qaz dəhlizi Avropanın enerji təhlükəsizliyinə sanballı töhfə olacaq. 2011-ci ilin yanvarında Avropa Komissiyasının sədri Joze Manuel Barrozu və Azərbaycan Prezidenti İlham Əliyev Bakıda “Cənub” qaz dəhlizi ilə bağlı Birgə Bəyannamə imzalayıblar. Həmin vaxtdan bəri Avropa Komissiyası, tərəfdaş ölkələr və şirkətlər bu layihəni reallaşdırmaq üçün birgə çalışıblar. Bütün kəmərlərin inşasının başa çatdırılması üçün daha 5 il tələb olunacaq. Yeni dəhliz vasitəsilə Xəzərin qaz ehtiyatları Avropa İttifaqının mərkəzi ölkələrinə çatdırılacaq. İstehlakçı ölkələr sırasında Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya, növbəti mərhələdə Monteneqro, Xorvatiya və digər ölkələrin adlarını sadalamaq mümkündür.
Qeyd edək ki, Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,5 trilyon kubmetrə bərabərdir. Proqnozlaşdırılan qaz ehtiyatlarımız isə 4-5 trilyon kubmetr səviyyəsindədir.
Deyilənləri ümumiləşdirərək qeyd etmək olar ki, əsas etibarilə, 2000-ci illərin əvvəllərindən başlayaraq Azərbaycanın böyük qaz ehtiyatlarının hasilatı və Avropa istehlakçılarına çatdırılması ilə bağlı müxtəlif təşəbbüs və layihələr irəli sürülmüş, lakin bunların praktiki nəticəsi olmamışdır. Azərbaycan bu sahədə də liderliyi öz əlinə götürmüş və “Cənub” qaz dəhlizi layihəsinin reallaşdırılması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsinə başlanmışdır. 2011-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında “Cənub” qaz dəhlizi ilə bağlı birgə bəyannamə, 2012-ci ildə Türkiyə ilə TANAP-a dair saziş imzalanmış, 2013-cü ildə TAP layihəsi əsas ixrac marşrutu kimi seçilmiş, 2013-cü il dekabrın 17-də “Şahdəniz-2” layihəsinə dair yekun investisiya qərarı qəbul edilmiş və 2014-cü ildə “Cənub” qaz dəhlizinin təməlqoyma mərasimi keçirilmişdir. 2015-ci il fevralın 12-də isə, qeyd edildiyi kimi, Bakıda “Cənub” qaz dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşü keçirilmiş və “Cənub” qaz dəhlizi layihəsinin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunmuş, mətbuat üçün bəyanat qəbul edilmişdir.
Dolayısıyla, Azərbaycanın təşəbbüsü və liderliyi ilə Avropanın enerji təminatında yeni mənbənin müəyyənləşdirilməsi və yeni dəhlizin yaradılması tarixi hadisədir. “Cənub” qaz dəhlizi Məşvərət Şurasının işində dünyanın ayrı-ayrı ölkələrini təmsil edən vəzifəli şəxslərin iştirakı layihə ilə bağlı müzakirələrin daha yüksək səviyyəyə qaldırıldığını, etibarlı enerji təchizatçısı kimi Azərbaycanın yalnız Avropa üçün deyil, daha geniş miqyasda əhəmiyyətinin artdığını göstərdi. “Cənub” qaz dəhlizi dünya əhəmiyyətli layihəyə çevrilmişdir. Bu layihə, eyni zamanda, Avropa İttifaqının etibarlı tərəfdaşı kimi Azərbaycanın əhəmiyyətini daha da artırmışdır. Prezident İlham Əliyevin praqmatik, uzaqgörən və tam müstəqil siyasəti sayəsində Azərbaycan rəyi nəzərə alınan ölkə kimi dünya dövlətləri arasında öz layiqli yerini, etibarlı tərəfdaş imicini daha da möhkəmləndirmişdir.
Azərbaycan Avropanın təhlükəsizlik çətirinin sütunlarından biridir
Bu tarixi hadisə kontekstində qeyd edə bilərik ki, Avrasiyanın enerji xəritəsinin zənginləşməsinə fundamental strateji töhfələr verən Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu daha da artacaq. Bu, ilk növbədə, Azərbaycanın praqmatik enerji siyasəti ilə əlaqədardırsa, digər tərəfdən, ölkəmizlə səmərəli işbirliyi kontekstində yeni əməkdaşlıq platformalarının formalaşdırılması ilə bağlıdır. Prezident İlham Əliyev “Cənub” qaz dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşündə bu məqamlara toxunaraq vurğulayıb: “Enerji resurslarının şaxələndirilməsi hazırda beynəlxalq təşkilatların əsas arenasında müzakirə olunan məsələdir. Azərbaycan şaxələndirmədə öz rolunu oynayır. Şaxələndirmə haqqında danışanda biz yalnız marşrutların deyil, həm də mənbələrin şaxələndirilməsini nəzərdə tuturuq. Marşrutların da şaxələndirilməsi vacibdir, lakin mənbə eyni olanda vəziyyət çox dəyişmir. Mənbələrin şaxələndirilməsi vacibdir. Bu halda, Xəzər dənizində çıxan qaz - Azərbaycan qazı növbəti illər ərzində Avropa istehlakçıları üçün yeganə yeni qaz mənbəyi olacaq”.
Şübhəsiz, bu əməkdaşlıq formatında davam etdirilən işbirliyi, Azərbaycanın Avrasiyanın enerji xəritəsini zənginləşdirəcək layihələrə imza atması, Avropanın enerji təhlükəsizliyinə strateji töhfələr verməsi “qoca qitə” təmsilçiləri tərəfindən də yüksək qiymətləndirilir. “Cənub” qaz dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşündə bu məqamlar bir daha diqqət mərkəzində olub. “Cənub” qaz dəhlizinin reallaşmasında Prezident İlham Əliyevin xidmətlərini xüsusi vurğulayan Avropa Komissiyasının enerji birliyi üzrə sədr müavini Maroş Şevçoviç Avropa İttifaqında enerji birliyinin qurulması ilə məşğul olduğunu və gündəlikdə duran layihə ilə bağlı müzakirələrin siyasi baxımdan daha yüksək səviyyəyə qaldırıldığını deyib. O, Avropanın enerji təhlükəsizliyi üçün mənbələrin və resursların şaxələndirilməsində maraqlı olduğunu bildirib. Aparılan hesablamalara görə, Avropa İttifaqının idxal etdiyi qazın həcminin gələcəkdə 84 faiz, neft idxalının isə 94 faiz təşkil edəcəyini açıqlayan Maroş Şevçoviç bundan sonra da Avropa İttifaqının üzvü olan bütün ölkələrin enerji təhlükəsizliyi, Avropa enerji sisteminə real inteqrasiya istiqamətində ardıcıl addımların atılacağını bildirib. O, bu baxımdan “Cənub” qaz dəhlizi layihəsinin uğurla və sürətlə həyata keçiriləcəyinə ümidvar olduğunu vurğulayıb.
Beləliklə, “Cənub” qaz dəhlizi enerji resurslarının mənbələrinin və marşrutlarının diversifikasiyası baxımından Avropanın prioriteti olacaq.
Mütəxəssislər “Cənub” qaz dəhlizinin əhəmiyyətini yüksək qiymətləndirirlər
Yeri gəlmişkən, ekspert-mütəxəssislər də “Cənub” qaz dəhlizinin əhəmiyyətini yüksək qiymətləndirirlər. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) “Azneft” İstehsalat Birliyi “Bibiheybətneft” NQÇİ-nin rəisi İlqar Həmzəyev “İki sahil” qəzetinə açıqlamasında bildirib ki, “Əsrin müqaviləsi”nin 20 illiyi münasibətilə Bakıda keçirilən tədbirlərdə Azərbaycan daha bir uğura imza atıb: “XXI əsrin tarixi hadisəsi adlandırılan “Cənub” qaz dəhlizinin təməli qoyuldu. “Şahdəniz-2”dən hasil olunacaq təbii qazın Avropaya çatdırılması üçün şaxələndirilmə prinsipi üzrə alternativ layihələrə üstünlük verən Azərbaycan yeni boru kəmərinin çəkilməsi ilə bağlı mövqeyini rəsmən bəyan etdi. Bu günlərdə Bakıda keçirilən “Cənub” qaz dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşünün təşkili sübut etdi ki, bu, nəzəri deyil, reallaşmaq üzrə olan layihədir”.
Onun sözlərinə görə, bu dəhliz başa çatdıqdan sonra Türkiyə, Yunanıstan və Albaniya ərazilərindən keçərək 2000 kilometrlik məsafəni qət edəcək və Xəzər dənizini Avropa İttifaqının mərkəzi ilə birləşdirəcək: “XXI əsrin mühüm strateji, enerji dəhlizi olan “Cənub” qaz dəhlizi layihəsi əməkdaşlıq kəməri olmaqla enerji təhlükəsizliyinə töhfədir”.
İ.Həmzəyev qeyd edib ki, mərasimdə Azərbaycanın enerji layihələrinin regionda çoxşaxəli əməkdaşlıq üçün yaratdığı sabitliyi yüksək dəyərləndirən iştirakçılar bildiriblər ki, Azərbaycan qitə dövlətləri üçün etibarlı tərəfdaşdır: “Azərbaycan qazının Trans-Adriatik boru xətti ilə nəqli marşrutunun seçilməsini dəstəkləyən dövlət başçılarının çıxışlarında qeyd olunur ki, “Cənub” qaz dəhlizi layihəsi Avropanı qazla təchiz etməyə istiqamətlənsə də, qlobal enerji təhlükəsizliyinin təmin olunmasında böyük əhəmiyyətə malikdir. Birləşmiş Ştatlarda “Cənub” qaz dəhlizi layihəsinin əhəmiyyətini geniş kontekstdə vurğulayır. Alternativ enerji layihələri, Azərbaycan ilə ABŞ-ın enerji tərəfdaşlığının güclənməsi Avropanın qaz təchizatının genişləndirilməsi baxımından mühüm addımdır”.
“Paytaxtımız Avropa üçün çox böyük bir hadisə olan “Cənub” qaz dəhlizi layihəsinin Məşvərət Şurasının iclasına ev sahibliyi etməklə öz qlobal əhəmiyyətini bir daha dünyaya nümayiş etdirdi”. Bu sözləri isə SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov “İki sahil” qəzetinə açıqlamasında deyib.
O qeyd edib ki, Azərbaycan dövləti öz neft-qaz ehtiyatlarından səmərəli istifadə proqramlarına malikdir və “Cənub” qaz dəhlizi layihəsi növbəti qlobal enerji layihəsinin davamıdır. Onun sözlərinə görə, bu layihə Azərbaycan qazının Avropaya çatdırılması istiqamətində növbəti dəyərli addımdır və dövlətimizə xeyli iqtisadi dividendlər gətirəcək.
“Yeni Azərbaycan”ın
Analitik Qrupu

 
  • Oxunub:  36570  |  
  • Tarix:  14-02-2015  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

15:04
25 Sentyabr
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İtaliya Senatının sədri ilə görüşüb
14:35
25 Sentyabr
“Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində Milli Məclisin rolu” mövzusunda konfrans təşkil olunub
14:29
25 Sentyabr
Bəstəkarlar İttifaqında Üzeyir Hacıbəylinin zəngin irsinə dair elmi məruzələr dinlənilib
14:24
25 Sentyabr
Azərbaycanda “Dünyanın ən böyük dərsi” layihəsi reallaşdırılır
14:19
25 Sentyabr
GEANT Assosiasiyası ilə əməkdaşlıq davam edir
14:16
25 Sentyabr
TAP İtaliyadakı istehlakçılara təhlükəsiz, şaxələndirilmiş və rəqabətədavamlı enerji təmin edəcək
14:12
25 Sentyabr
Monqolustan Prezidenti AMEA-nın Yüksək Texnologiyalar Parkı ilə tanış olub
14:08
25 Sentyabr
Azərbaycan dünyada müasir və keyfiyyətli hərbi təyinatlı məhsulların istehsalçısı kimi tanınır
14:06
25 Sentyabr
Yaxın gələcəkdə Ticarətin Asanlaşdırılması Mərkəzi istifadəyə veriləcək
14:03
25 Sentyabr
Prezident İlham Əliyev “ADEX-2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi ilə tanış olub
13:54
25 Sentyabr
Sudan Azərbaycanla kosmik sahədə əməkdaşlıq etməkdə maraqlıdır
12:57
25 Sentyabr
İspaniya universitetləri AMEA ilə elmi əməkdaşlıqda maraqlıdır
12:56
25 Sentyabr
Nikolay Yankov: Naxçıvan Muxtar Respublikası ilə Bolqarıstan arasında əməkdaşlıq daha da genişləndiriləcək
12:48
25 Sentyabr
Naxçıvanda “İslam filmləri həftəsi”nin açılış mərasimi keçirilib
12:46
25 Sentyabr
Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqanın Azərbaycana işgüzar səfəri
12:42
25 Sentyabr
Milli Məclisin deputatı AŞPA-nın Tbilisidə keçirilən komitə iclasında iştirak edir
12:36
25 Sentyabr
Mədəniyyət naziri Qusarda vətəndaşlarla görüşüb
12:17
25 Sentyabr
Kestutis Yankauskas: Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var
12:09
25 Sentyabr
Gömrük Komitəsi 3 istiqamətdə islahatlar aparır
11:59
25 Sentyabr
Çində Azərbaycan dili üzrə kadrların hazırlanmasına başlanılıb
11:43
25 Sentyabr
Qriqori Trofimçuk: Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
11:37
25 Sentyabr
UNEC-də imtahan prosesi təkmilləşdirilir
11:27
25 Sentyabr
Azərbaycanlı gənclər Polşadakı Ermənistan səfirliyi qarşısında aksiya keçiriblər
11:26
25 Sentyabr
Çində ilk dəfə Azərbaycan Araşdırmalar Mərkəzi yaradılacaq
11:26
25 Sentyabr
Bakıda üçüncü “ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisi açılıb
11:24
25 Sentyabr
Azərbaycan nümayəndə heyəti Adanada film festivalının təntənəli açılış mərasimində iştirak edib
11:23
25 Sentyabr
"Bakı-2018"də 21 ölkənin cüdoçuları mükafatçılar sırasında yer alıblar
11:14
25 Sentyabr
Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək
11:07
25 Sentyabr
Bolqarıstan Elmlər Akademiyasının sədri: Arxeoloqlarımızın birgə tədqiqatlar aparmaları üçün dəstək göstərməyə hazırıq
11:00
25 Sentyabr
Nyu-Yorkda Azərbaycanın Yunanıstan və Qana ilə əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
10:33
25 Sentyabr
Əlcəzair Azərbaycan şirkətlərinin bu ölkənin enerji sektorunda iştirakında maraqlıdır
10:22
25 Sentyabr
Prezident İlham Əliyev Avropa İnvestisiya Bankının vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
10:21
25 Sentyabr
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüş olub
10:20
25 Sentyabr
Prezident İlham Əliyev Bolqarıstanın Baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
10:08
25 Sentyabr
Bakıda keçirilən dünya çempionatının altıncı günündə 88 cüdoçu medallar uğrunda mübarizə aparacaq
10:02
25 Sentyabr
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İtaliyaya rəsmi səfərə gəlib
10:01
25 Sentyabr
Azərbaycanın XİN rəhbəri GUAM-Yaponiya Nazirlər görüşündə iştirak edib
09:59
25 Sentyabr
Stefaniya Giannini: Azərbaycan-UNESCO əməkdaşlığının daha da inkişaf etdirilməsinə hazırıq
09:54
25 Sentyabr
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozmaqda davam edirlər
21:12
24 Sentyabr
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib
20:29
24 Sentyabr
Məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində tədbirlər görülür
20:25
24 Sentyabr
Azərbaycan Dillər Universitetinin tələbələri Aleksandr Soljenitsının yaradıcılığına maraq göstərirlər
20:24
24 Sentyabr
AMEA-da “Turkish Aerospace” şirkətinin nümayəndələri ilə görüş keçirilib
20:14
24 Sentyabr
Səfa Mirzəyev: Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq nəticəsində böyük uğurlar əldə olunub
20:09
24 Sentyabr
Türkiyədə keçirilən simpoziumda narkomaniyaya qarşı mübarizədə medianın rolu barədə müzakirələr aparılıb
20:01
24 Sentyabr
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir
17:47
24 Sentyabr
Polo üzrə Azərbaycan millisi Avropa çempionatında üçüncü qələbəsini qazanıb
17:44
24 Sentyabr
Gündüz ümumtəhsil məktəbləri nəzdindəki qiyabi qrupların tədris planları təsdiqlənib
17:39
24 Sentyabr
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
17:38
24 Sentyabr
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
17:30
24 Sentyabr
Sevinc Fətəliyeva: Milli Məclisin fəaliyyətində beynəlxalq əməkdaşlıq mühüm yer tutur
17:27
24 Sentyabr
Baş Prokurorluğun nümayəndə heyəti MDB dövlətləri Baş prokurorlarının Əlaqələndirmə Şurasının iclasında iştirak edib
17:17
24 Sentyabr
Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalının bağlanış konserti Heydər Əliyev Mərkəzində keçiriləcək
17:15
24 Sentyabr
Azərbaycan və Monqolustan prezidentlərinin görüşü olub
16:59
24 Sentyabr
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
16:49
24 Sentyabr
Azərbaycan Ordusunda “Ən yaxşı tank bölüyü” adı uğrunda yarışlara start verilib
16:46
24 Sentyabr
Azərbaycanın və Bolqarıstanın elmlər akademiyaları arasında əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb
16:33
24 Sentyabr
İkinci M.A.P. Bakı Beynəlxalq İncəsənət Festivalının proqramı olduqca zəngindir
16:31
24 Sentyabr
Universitetlər arasında Prezident təqaüdçülərinin sayına görə UNEC birincidir
16:26
24 Sentyabr
Azərbaycan Cüdo Federasiyasının Sumqayıt Təlim-Məşq Bazası istifadəyə verilib
15:59
24 Sentyabr
Rusiyanın məşhur yazıçı-dramaturqu ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
15:55
24 Sentyabr
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli “Caspian Energy Forum Baku–2018”də iştirak edib
15:42
24 Sentyabr
Çində ADNSU-nun iştirakı ilə Energetika Universitetlərinin Beynəlxalq Assosiasiyası yaradılıb
15:36
24 Sentyabr
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərinin 20-ci Qlobal Forumu keçirilir
15:24
24 Sentyabr
Azay Quliyev: Helsinki prinsipləri əsasında yaranan ATƏT bu prinsiplərin bərqərar olunmasını təmin edə bilmir
15:21
24 Sentyabr
Orxan Məmmədov: Ölkəmizdə kiçik və orta biznesin inkişafı yönündə vacib tədbirlər reallaşdırılır
15:20
24 Sentyabr
Cümhuriyyətin müstəqillik ideyalarına sədaqət Azərbaycan Prezidentinin siyasi fəaliyyətində mühüm yer tutur
14:44
24 Sentyabr
Azərbaycanın daxili işlər naziri İranda səfərdədir
14:38
24 Sentyabr
Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa Azərbaycana işgüzar səfərə gəlib
14:30
24 Sentyabr
Azərbaycan Respublikası Prokurorluğunun yaranmasının 100 illiyinə həsr olunmuş konfrans keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA
Bakı
gündüz+20 +28
gecə+19 +21