Ana səhifə »  Analitik »  Azərbaycana qarşı “qara piar” kampaniyasının arxasında anti-Azərbaycan və islamofob dairələr dayanır
A+   Yenilə  A-
Azərbaycana qarşı “qara piar” kampaniyasının arxasında anti-Azərbaycan və islamofob dairələr dayanır

Dünya erməniliyinə xidmət edən bu dairələrin ABŞ dövlət katibi Con Kerriyə açıq məktubunda da əks olunan subyektiv məqamlar və böhtan xarakterli fikirlər bu kampaniyanın gerçək mahiyyətini aşkar edir
Müasir beynəlxalq münasibətlər sisteminin müstəqil aktoru, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan bu gün beynəlxalq miqyasda müasir demokratik ölkə kimi tanınır. Ölkəmizin daxili siyasət kursunun mühüm istiqamətlərindən birini demokratik təsisatların təkmilləşdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi təşkil edir. Azərbaycanda demokratiya və onun başlıca atributları olan vətəndaş cəmiyyəti və hüquqi dövlətin mütləq komponentlərinin təşəkkül tapmasını, həmçinin inkişafını təmin edən əsas amillərdən biri məhz davamlı hüquqi islahatların həyata keçirilməsidir. Mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edən, səmərəli beynəlxalq əlaqələrə malik olan, qlobal miqyasda etibarlı strateji tərəfdaş kimi tanınan ölkəmizdə ictimai-siyasi institutlar, o cümlədən, media qurumları qanunlar çərçivəsində sərbəst və azad fəaliyyət mexanizminə malikdirlər.
Sadalanan pozitiv məqamlara və nailiyyətlərə baxmayaraq, Azərbaycanın müasir dünya siyasəti və beynəlxalq münasibətlər sistemindəki mövqeyinin davamlı surətdə möhkəmlənməsindən narahatlıq keçirən bəzi dairələr “demokratiya”, “insan hüquqları” kimi dəyərləri siyasi manipulyasiya predmetinə çevirərək ölkəmizə qarşı təzyiq mexanizmi formalaşdırmağa çalışırlar. Əslində, bu cür təzyiq mexanizmləri və “qara piar” kampaniyasının arxasında məhdud geosiyasi maraqlara malik olan subyektlər, eləcə də islamofob dairələr dururlar. Bu dairələr vaxtaşırı olaraq bəyanatlarda, yaxud çağırışlarında müstəqil daxili və xarici siyasət kursuna malik olan ölkələri hədəfə alır, müxtəlif ittihamlar səsləndirərək subyektiv, ədalətsiz və qərəzli mövqe sərgiləyirlər.
Anti-Azərbaycan və islamofob dairələrin, dünya erməniliyinin Azərbaycana qarşı “qara piar” kampaniyası təsadüfi deyil
Bu baxımdan, amerikalı ekspertlər, siyasətçilər və Birləşmiş Ştatlarda yaşayan bəzi azərbaycanlıların ABŞ dövlət katibi Con Kerriyə açıq məktubunda ölkəmizə qarşı böhtan - ittiham xarakterli, subyektiv mülahizələrə söykənən məqamların yer alması təsadüfi deyil. Məktubda adı keçən şəxslərin kimliyi və fəaliyyətinə nəzər yetirdikdə də bu kampaniyanın mahiyyəti ortaya çıxır. Qeyd edək ki, məktubu imzalayanların arasında ABŞ dövlət katibinin demokratiya və insan hüquqları üzrə keçmiş köməkçiləri Elliot Abrams və Devid Kramer, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç, “Azadlıq” radiosunun keçmiş direktoru Cefri Qedmin, “Freedom House” təşkilatının direktoru Mark Laqon, Demokratiya və Şərqi Avropa İnstitutunun direktoru İrena Lasota, AZAD təşkilatından Elmar Şahtaxtinski, Qorxmaz Əsgərov, Ramiz Yunus və başqaları var.
Əslində, bu cür “qara piar” kampaniyası gözlənilən idi, çünki mühüm hadisə və proseslər ərəfəsində anti-Azərbaycan və islamofob dairələrin təbliğatına dəfələrlə rast gəlinib. Heç uzağa getməyək, “Eurovison-2012” beynəlxalq mahnı müsabiqəsi çərçivəsində qərəzli dairələr “demokratiya”, “insan hüquqları” kimi məsələlərdən istifadə edərək Azərbaycana təzyiq etməyə çalışır, bu istiqamətdə bütün təbliğat vasitələrinə istinad edirdilər. Məhz ilk Avropa Oyunları ərəfəsində də “qara piar” kampaniyasına start verilməsi özlüyündə bir neçə məqamdan xəbər verir. Birincisi, islamofob qüvvələr, anti-Azərbaycan dairələri Azərbaycanın beynəlxalq imicinə xələl gətirməyə çalışır, bu istiqamətdə manipulyasiya edirlər. İkincisi isə, erməni lobbisi, dünya erməniliyi beynəlxalq miqyasda həm informasiya cəbhəsində, həm də diplomatik müstəvidə islamofob dairələrin arxasına sığınaraq Azərbaycan əleyhinə təbliğat kampaniyasını şiddətləndirməyə çalışırlar. Bu cür sinxron fəaliyyətin məhz 24 aprel - qondarma erməni “soyqırımı” ərəfəsində kəskinləşməsi isə heç də təsadüfi deyil.
Demokratik siyasi sistemə malik olan Azərbaycanda insan hüquqlarının təminatı yüksək səviyyədədir
Bütövlükdə, ABŞ dövlət katibi Con Kerriyə açıq məktubda əks olunan subyektiv məqamlar və böhtan xarakterli çalarlar bir sıra məsələlərə yenidən nəzər salmağa vadar edir. Belə ki, ilk növbədə o qeyd edilməlidir ki, Azərbaycan demokratik, hüquqi dövlət olaraq insan hüquq və azadlıqlarının təminatını ali prinsip kimi qəbul edir. Ölkəmizdə siyasi sistemin demokratikliyini təmin edən əsaslardan biri insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə təmin edilməsidir. Bu istiqamətdə həm qanunvericilik bazası kifayət qədər təkmildir, həm də praktik baxımdan əhəmiyyətli işlər görülməkdədir.
Ölkəmizdə həyata keçirilən çoxşaxəli humanizm siyasətinin real və qanunauyğun nəticəsi kimi, Azərbaycanda insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi yönündə yeni keyfiyyət dəyişiklikləri baş verib. Eyni zamanda, bu sahədə əldə edilən nəticələr hüquqi dövlət quruculuğuna töhfə verən əhəmiyyətli faktor kimi çıxış edir.
İnsan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə təmin və müdafiə olunması demokratikləşmə prosesinin də operativ və effektiv səciyyə almasını şərtləndirib. Odur ki, bütün bunların fonunda Azərbaycan demokratik inkişaf yolunda qətiyyətlə irəliləyir.
Azərbaycanda seçkilər azad və demokratik keçirilir
Məsələ kontekstində digər bir nüansa da toxunmaq vacibdir. Belə ki, Azərbaycan demokratik dövlət olaraq seçki sisteminin də beynəlxalq standartlara uyğun olaraq formalaşdırılmasını daim diqqət mərkəzində saxlayıb. Bu fakt bir daha Azərbaycanda demokratik cəmiyyətin mövcudluğunu, eləcə də, siyasi sistemin demokratiklik səviyyəsinin yüksək şəkildə təminatını göstərir. Bu isə ölkədə seçkilərin tam şəffaf və ədalətli şəkildə baş tutmasının əsas təminatçılarından biri qismində çıxış edir.
Eyni zamanda, Azərbaycanda azad və şəffaf seçkilərin keçirilməsi üçün mükəmməl seçki qanunvericiliyi formalaşdırılıb. Məlum olduğu kimi, Azərbaycanın Seçki Məcəlləsi hazırlanarkən beynəlxalq təcrübə əsas götürülüb və bu sənəd Avropa Şurasının Venesiya Komissiyasının müsbət rəyini alıb. Bununla belə, qəbul olunduğu zamandan indiyə qədər də Seçki Məcəlləsinin üzərində xeyli təkmilləşdirmə işləri aparılıb.
Birmənalı olaraq qeyd edə bilərik ki, ölkəmizdə keçirilən seçkilərin bütün mərhələlərində namizədliyini irəli sürmüş şəxslərin öz fəaliyyətini ölkə qanunvericiliyi çərçivəsində həyata keçirməsi üçün zəruri şərait yaradılır, namizədlər istər Bakıda, istərsə də regionlarda öz seçiciləri ilə görüşlərini normal, hər hansı qanun pozuntusuna yol vermədən təşkil edir, onlara ayrılmış təşviqat imkanlarından bərabər şəkildə yararlanırlar. Eləcə də, seçki prosesinin təhlükəsizliyi dövlət orqanları tərəfindən lazımi şəkildə təmin olunur.
Seçki prosesinin vacib elementlərindən biri də müşahidəçilik institutudur. Məlum olduğu kimi, Azərbaycan dövləti keçirilən bütün seçkilərin geniş beynəlxalq müşahidəçi missiyaları tərəfindən izlənilməsinə maraqlıdır. Məhz buna görə də müvafiq strukturlar tərəfindən bir sıra beynəlxalq təşkilatlara, ölkə parlamentlərinə və digər qurumlara seçkiləri izləmək üçün dəvətlər göndərilir.
Sadalananlar isə deməyə əsas verir ki, qarşıdan gələn parlament seçkiləri bir daha Azərbaycanda demokratiyanın təntənəsi olacaq. Ölkəmiz bu seçkiləri də beyənlxalq standartlara uyğun şəkildə, azad və şəffaf keçirmək əzmini ortaya qoyacaq.
Azərbaycanda söz, fikir və mətbuat azadlığı yüksək səviyyədə təmin olunub
Ermənilərə havadarlıq etməyə çalışan, ölkəmizə qarşı təzyiq və şantaj həyata keçirmək istəyən sözügedən anti-azərbaycançı dairələr Azərbaycanda bərqərar olan söz və mətbuat azadlığı məsələsini də manipulyasiya alətinə çevirməyə çalışırlar. Halbuki ölkəmizdə azad sözün inkişafına, fikir plüralizminə yaradılan şərait, müstəqil mətbuatın inkişafına göstərilən diqqət və qayğı göz önündədir. Ölkəmizdə azad sözün inkişafı üçün 1998-ci ildən etibarən kütləvi informasiya vasitələri üzərində dövlət senzurası tamamilə aradan qaldırılıb. KİV-in azad fəaliyyətinin təmin olunması üçün bir sıra qanunların qəbulundan sonra bu sahədə formalaşan mühit onu deməyə əsas verir ki, Azərbaycanda fikir və söz azadlığı etibarlı şəkildə və yüksək səviyyədə təmin olunub. Bu, o deməkdir ki, ölkədə hər hansı mətbuat orqanı, yaxud kütləvi informasiya vasitəsi jurnalist etikası çərçivəsində istənilən məlumatı yaya bilər, sərbəst fəaliyyət göstərə bilər.
Azərbaycanda mövcud olan hüquqi bazada vətəndaşların fikir və düşüncələrini sərbəst ifadə etməsi üçün geniş imkan yaradır. Belə ki, Konstitusiyanın 50-ci maddəsinin 1-ci bəndində deyildiyi kimi, hər kəsin qanuni yolla istədiyi məlumatı axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. Konstitusiyada, həmçinin, “irqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqat və təbliğatın” yolverilməzliyi də öz əksini tapıb. Bundan başqa, “Kütləvi informasiya vasitələri haqqında”, “Məlumat azadlığı haqqında” və digər qanunlarla ölkədə media qurumlarının sərbəst şəkildə yaradılması və fəaliyyəti təmin edilib.
Qanunların, hüquqi bazanın mövcudluğu söz və fikir azadlığı üçün lazım olan birinci şərtdirsə, onun reallıqda təmin olunması səviyyəsi bir o qədər əhəmiyyət daşıyan digər bir mühüm məsələdir. Bugünkü Azərbaycan reallığına nəzər saldıqda ölkədəki çoxsaylı mətbuat orqanlarının müxtəlif xarakterli informasiyalar, müəllif rəyləri təqdim etdiyini görmək olar. KİV-dəki bu rəngarənglik, əslində demokratiyanın çox vacib şərti olan fikir plüralizminin bir göstəricisidir. Cəmiyyətdəki müxtəlif düşüncə və mövqelərin işıqlandırılması baxımından söz, fikir, mətbuat azadlığı təmin edilib. Medianın hətta radikal müxalifətin nəzarətində olan hissəsi belə dövlətin mətbuata etdiyi maddi yardımlardan bərabər şəkildə bəhrələnir. Bu gün Azərbaycanda jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımlardan siyasi mövqeyindən asılı olmayaraq, bütün jurnalistlər yararlana bilərlər. Prezident İlham Əliyevin göstərişi ilə qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borclarının dövlət büdcəsi tərəfindən ödənilməsi, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Konsepsiyasının qəbul olunması, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması bu sahədə ciddi irəliləyişin yaranmasına gətirib çıxarıb. Bu addımlar kompleks şəkildə dövlətin, Azərbaycan hakimiyyətinin mətbuata yüksək münasibətindən xəbər verir.
Beləliklə, sadalananlar onu göstərir ki, demokratik siyasi sistemə malik olan Azərbaycanda söz, fikir və özünüifadə, o cümlədən, mətbuat azadlığı təmin olunub.
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı üçün əlverişli şərait yaradılıb
Qeyd etdiyimiz kimi, Azərbaycanda müşahidə edilən dinamik sosial-iqtisadi tərəqqi ilə yanaşı, demokratik inkişaf, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu istiqamətində mühüm nailiyyətlərin əldə edilməsi ermənipərəst, anti-azərbaycançı dairələri ciddi şəkildə narahat etməkdədir. Bunun ən bariz sübutu isə həmin erməni lobbisinin nəzarətində olan mərkəzlərin və şəxslərin vətəndaş cəmiyyətinin inkişafına dəstək adı altında davam etdirdikləri spekulyativ oyunlardır. Korporativ maraqlarını təmin etmək, Azərbaycan dövlətinə təzyiq mexanizmi formalaşdırmaq üçün yaradılan, erməni mənafeyinə xidmət göstərən və “vətəndaş cəmiyyəti” pərdəsi altında gizlənməyə çalışan qruplaşmaların ifşası, onların Azərbaycan dövlətçiliyinə qarşı istiqamətlənən fəaliyyətinin üzə çıxması bu mərkəzləri yenidən aktivləşdirib. Ölkəmizin demokratik inkişafında mühüm rola malik III sektorun inkişafına adekvat olmayan fikirlər səsləndirməklə əsl həqiqətləri gizlətməyə çalışırlar. Bu gün Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına olduqca münbit şərait yaradılıb, eyni zamanda, vətəndaş cəmiyyəti institutları cəmiyyəti irəli aparmaq, dövlətin həyata keçirdiyi siyasətə, atdığı addımlara ən müxtəlif formada dəstək vermək potensialına malikdirlər.
Azərbaycanın QHT sektorunun fəaliyyətinə dövlət təminatı verən əsas qanun 1995-ci ildə qəbul edilmiş ölkə Konstitusiyasıdır. Sərbəst birləşmək azadlığını özündə əks etdirən Konstitusiyanın 58-ci maddəsi hər kəsin başqaları ilə birləşmək, hər kəsin istənilən birlik, o cümlədən, siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququnu təsbit etməklə yanaşı, bu birliklərin sərbəst fəaliyyətinə tam təminat verir. Bundan başqa, 1998-ci ildə “Qrant haqqında” qanunun qəbulu qeyri-hökumət təşkilatlarının əsas maliyyə mənbəyini və bütövlükdə donor-resipient münasibətlərini tənzimləmək baxımından əhəmiyyətli rol oynadı. 2000-ci ildə qəbul edilən “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanun isə qeyri-hökumət təşkilatlarına aid əksər məsələlərə aydınlıq gətirir.
2007-ci ildə MDB məkanında ilk dəfə olaraq Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyasının yaradılması, o cümlədən, 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının formalaşdırılması bu baxımdan müstəsna əhəmiyyət kəsb edir. Fondun yaradılması bilavasitə vətəndaş cəmiyyəti institutlarının inkişafına çox böyük təkan verib. Bu qurum vasitəsilə dövlət tərəfindən vətəndaş cəmiyyəti institutlarına hər il maliyyə vəsaitləri ayrılır.
Beləliklə, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı üçün əlverişli şərait yaradılıb, bu sektorun dinamik inkişafı müşahidə edilməkdədir.
Azərbaycanda mövcud olan əsaslı ictimai-siyasi sabitlik, demokratik inkişaf ermənipərəst qüvvələrin planlarını pozur
Nəticə etibarilə, sadalananlar demokratk imicə və dinamik inkişafa malik olan Azərbaycana qarşı “qara piar” kampaniyasının mahiyyətini aşkar edir. Bu faktlar eyni zamanda, amerikalı ekspertlər, siyasətçilər və ABŞ-dakı bəzi azərbaycanlı “beşinci kolon” təmsilçilərinin Birləşmiş Ştatların dövlət katibi Con Kerriyə açıq məktubunda əksini tapan fikirlərin nə dərəcədə yalnış və həqiqətdən uzaq olduğunu bir daha ortaya qoyur.
Belə olduğu halda, maraqlı bir sual ortaya çıxır: Bu ermənipərəstləri narahat edən nədir?
Bu sualın cavabı isə elə həmin müraciətdə öz yerini alır. Bəlli olur ki, anti-Azərbaycan və islamofob dairələri, əsas etibarilə, iki məqam xüsusi narahat edir. Birincisi, ölkəmizdə “Qeyri-Hökumət Təşkilatları” haqqında Qanunda edilən dəyişikliklərlə təşkilatların maliyyə şəffaflığının təmin olunması məsələsinə xüsusi diqqət yetirilməsidir. Bu amil “vətəndaş cəmiyyətinin inkişafı” pərdəsi arxasında fəaliyyət göstərərək ölkədə ictimai-siyasi sabitli pozmaq və təxribatçı hərəkətlərə yol vermək istəyən qüvvələri neytrallaşdırdığı üçün həmin dairələr ciddi narahatlıq keçirirlər. Bu həm də ondan xəbər verir ki, Azərbaycanda mövcud olan əsaslı ictimai-siyasi sabitlik, demokratik inkişaf ermənipərəst qüvvələrin planlarını pozur. İkincisi isə, Azərbaycanın qanunvericilik bazasına və beynəlxalq təcrübəyə əsaslanaraq, ölkəmizdə xarici yayımların məhdudlaşdırılması həmin dairələr tərəfindən ciddi narahatlıqla qarşılanır, çünki onlar “qara piar” kampaniyasını məhz bu cür media institutları vasitəsilə aparırlar. Həmin media qurumlarının fəaliyyəti məhz dezinformasiya və manipulyasiyaya söykənir.
Beləliklə, xoruzun quyruğu aydın görünür. Azərbaycanın suveren iradəsini, müstəqil daxili və xarici siyasətini narahatlıqla qarşılayan qüvvələr, islamofob və anti-Azərbaycan dairələr “qara piar” kampaniyası vasitəsilə ölkəmizə təzyiq etməyə çalışırlar. Amma Azərbaycan öz inkişaf yolunda irəliləyir və ictimai maraqların, milli təhlükəsizliyin təmin olunması əsas məqsəd kimi müəyyənləşdirilmişdir. Bəzi anti-Azərbaycan dairələrin bu cür neqativ cəhdləri heç bir nəticə verməyəcək. Həmçinin, belə manipulyasiyalarla ölkəmizdə ictimai rəyə təsir etmək mümkün deyil. Bu səylər nə Azərbaycanın pozitiv beynəlxalq imicinə kölgə sala, nə də ki ölkəmizdəki ictimai-siyasi sabitliyə təsir göstərə bilər.
“Yeni Azərbaycan”ın
Analitik Qrupu

 
  • Oxunub:  45900  |  
  • Tarix:  15-04-2015  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanın liderliyi ilə regionda şaxələndirilmiş enerji və nəqliyyat dəhlizləri yaradılıb

18 Aprel 20:01
Mədəniyyət nazirinin birinci müavini Budapeştdə Nəsimiyə həs olunacaq tədbirlərdə iştirak edəcək
18 Aprel 19:58
Bakı Dövlət Universitetində SOCAR istiqrazları və “İqtisadiyyat 2.0” mövzusunda konfrans keçirilib
18 Aprel 19:53
Naxçıvan Hərbi Qarnizonunun Təlim-Tədris Mərkəzində komanda-qərargah təlimləri keçirilir
18 Aprel 19:47
Milli Məclisin deputatları Ukraynada seçkiləri müşahidə edəcəklər
18 Aprel 17:57
Azərbaycan İlahiyyat İnstitutu Ağcabədidə abituriyent və tələbələrlə görüş keçirib
18 Aprel 17:56
Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəri gürcü dilinə tərcümə olunub
18 Aprel 17:54
XV Avropa Gənclər Olimpiya Festivalının komanda idman növlərinin qrupları bəlli olub
18 Aprel 17:53
Mayda Ankarada Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişindaşımaya dair müzakirələr aparılacaq
18 Aprel 17:50
"The Seoul Times" qəzeti Azərbaycan əhalisinin sayının 10 milyona çatmasından yazır
18 Aprel 17:30
Dilarə Cəbrayılova: Bu gün ölkəmizdə islahatlar dalğası bütün sahələri əhatə edir
18 Aprel 17:14
ADU-da “Heydər Əliyev və jurnalistikamız” mövzusunda tədbir keçirilib
18 Aprel 17:08
“Dünya dini liderlərinin II Bakı sammiti” ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilib
18 Aprel 17:04
Tahir Süleymanov: Azərbaycanın onilliklərə bərabər inanılmaz bir inkişaf yolu keçməsi Prezident İlham Əliyevin əzmkar fəaliyyətinin nəticəsidir
18 Aprel 16:47
Sergey Lavrov ATƏT-in baş katibi ilə Qarabağ münaqişəsini müzakirə edəcək
18 Aprel 16:33
Prezident İlham Əliyev İranın sənaye, mədən və ticarət nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
18 Aprel 16:28
Ermənistan parlamentində qarşıdurma baş verib
18 Aprel 16:25
Əli Hüseynli: Azərbaycanın işğal olunmuş ərazilərində terrorçu qruplaşmalar yaradılır
18 Aprel 16:21
“İrəli” İctimai Birliyinin “Gənclər kuboku: Aprel zəfəri” layihəsi davam edir
18 Aprel 16:09
Hesablama Palatasının nümayəndə heyəti beynəlxalq müzakirələrdə iştirak edir
18 Aprel 16:06
Elmira Axundova: Əminəm ki, Ulu Öndərimizlə bağlı əsərlərim Türkiyədə bütün azərbaycansevər oxucuların qəlbini oxşayacaq
18 Aprel 15:49
Azərbaycan Ali Hərbi Məktəbinin rəisi Türkiyədə bir sıra görüşlərdə iştirak edib
18 Aprel 15:48
Elmar Məmmədyarov: Brüssel sammiti "Şərq tərəfdaşlığı" tarixində yeni bir səhifə olacaq
18 Aprel 15:44
Prezident İlham Əliyev Bakının Qaraçuxur qəsəbəsində yenidən qurulan Neftçilər parkında yaradılan şəraitlə tanış olub
18 Aprel 15:38
Xorvatiyalı nazir Bakıya səfər edəcək
18 Aprel 15:37
Azər Badamov: Azərbaycan güclü iqtisadiyyata malik olan ölkədir
18 Aprel 15:08
NATO-nun Beynəlxalq Hərbi Qərargahının baş direktoru Hərbi Akademiyada olub
18 Aprel 15:02
“Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”nin tabeliyindəki tibb müəssisələrinin siyahısı təsdiq edilib
18 Aprel 14:53
Çexiyada Şərq Tərəfdaşlığı Proqramının 10 illiyinə həsr olunmuş tədbir keçirilib
18 Aprel 14:36
Azərbaycanla Ukraynanın ticarət dövriyyəsi 142 milyon dolları ötüb
18 Aprel 14:35
Gəncə Dövlət Universiteti ilə Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi arasında memorandum imzalanıb
18 Aprel 14:30
Akademik İqrar Əliyevin anadan olmasının 95 illiyi qeyd edilib
18 Aprel 14:28
Son üç ayda Azərbaycana dünyanın 157 ölkəsindən 6 yüz mindən çox ziyarətçi gəlib
18 Aprel 14:21
Vəkillər Kollegiyası Prezidentin Fərmanından irəli gələn məsələlərlə bağlı genişmiqyaslı işlər həyata keçirəcək
18 Aprel 14:18
Amerikalı mütəxəssis tələbələri narkomaniyanın təhlükəli fəsadları barədə məlumatlandırıb
18 Aprel 14:10
Bakıda “Sağlamlıq və xoşbəxtlik” devizi altında növbəti yarışlara start verilib
18 Aprel 14:07
ABŞ-ın Vaşinqton ştatının ən böyük vilayətində Azərbaycanla bağlı təqdimat keçirilib
18 Aprel 14:03
Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq uğurla davam etdirilir
18 Aprel 14:00
Bəstəkarlar İttifaqında dahi şair və mütəfəkkir Nəsiminin yaradıcılığına həsr olunan məruzələr dinlənilib
18 Aprel 13:59
Gənclər və idman naziri Biləsuvarda vətəndaşları qəbul edib
18 Aprel 13:56
AQTA ilə Türkiyə Kənd Təsərrüfatı Müəssisələrinin Baş İdarəsi arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
18 Aprel 13:51
Cari ildə ölkədən 7,7 milyon tonadək neft ixrac edilib
18 Aprel 13:49
Orxan Məmmədov: Kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətinin dəstəklənməsi prioritet məsələdir
18 Aprel 13:39
Mavritaniya qəzetlərində Azərbaycanın 10 milyonuncu vətəndaşının dünyaya gəlişi ilə bağlı məqalə dərc edilib
18 Aprel 13:33
Dövlət qulluqçularının peşə bayramı gününün qeyd edilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib
18 Aprel 12:33
Azərbaycan ilə Pakistan arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi yolları müzakirə edilib
18 Aprel 12:27
Ukraynanın dövlət agentliyi AZƏRTAC-ın xüsusi müxbirinin Prezident İlham Əliyevin uğurlu siyasəti barədə məqaləsini yayıb
18 Aprel 12:23
BMT və Vəkillər Kollegiyası vəkillər üçün seminar keçirir
18 Aprel 12:09
Azərbaycan pambıq lifi və ipliyinin ixracını artırıb
18 Aprel 12:00
Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsinin elmi-nəzəri təhlilinə dair dəyirmi masa keçirilir
18 Aprel 11:57
Azərbaycan səfiri etimadnaməsinin surətini Portuqaliya Xarici İşlər Nazirliyinin baş katibinə təqdim edib
18 Aprel 11:45
Qusar və Xaçmaz rayonları ərazisində sərhəd mühafizə orqanlarının xidməti-döyüş fəaliyyəti yoxlanılıb
18 Aprel 11:41
Bakı Dövlət Universitetinin nəzdində tibb fakültəsinin yaradılmasının 100 illik yubileyinə həsr olunan konfrans keçirilib
18 Aprel 11:32
Azərbaycan Turizm Assosiasiyası turizm kursları təşkil edəcək
18 Aprel 11:27
Çində nəşr olunan “Lookwe” jurnalının aprel buraxılışı Azərbaycana həsr olunub
18 Aprel 11:21
Raket və artilleriya bölmələri döyüş atışlarını yerinə yetirib
18 Aprel 11:12
Ötən gün 24 cinayətin üstü “isti izlər”lə açılıb
18 Aprel 11:09
İlin ilk iki ayı ərzində Azərbaycanda 23 min 400 körpə doğulub
18 Aprel 10:59
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 24 dəfə pozub
18 Aprel 10:54
“Visa International” bu il Rəqəmsal Ticarət Qovşağının 3-cü konfransında iştirak edəcək
18 Aprel 10:43
ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti görüşü Vaşinqtonda keçirməyi təklif edib
18 Aprel 10:35
Azərbaycan və Hindistan arasında tələbə mübadiləsi ilə bağlı müzakirələr aparılıb
18 Aprel 10:23
Marek Qrobarçik: Polşa Azərbaycanla gəmiqayırma sahəsində əməkdaşlıq etməyə maraqlıdır
18 Aprel 10:18
18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür
18 Aprel 10:10
Tariximizin xanlıqlar dövrünün qiymətləndirilməsinə və siyasi təhlilinə dair fundamental əsər
18 Aprel 10:07
Azərbaycanın liderliyi ilə regionda şaxələndirilmiş enerji və nəqliyyat dəhlizləri yaradılıb
18 Aprel 10:02
“Şahdağ. Dağların şahı” sənədli filminin təqdimatı olub
18 Aprel 09:59
Akademik Urxan Ələkbərov Ankarada Azərbaycanın davamlı inklüziv inkişafı mövzusunda məruzə edib
18 Aprel 09:57
Ədliyyə Nazirliyində mediasiya institutunun tətbiqinə dair dəyirmi masa keçirilib
18 Aprel 09:54
Bakıda “Tolerant Azərbaycan” mövzusunda konfrans keçirilib
18 Aprel 09:53
Bakıda bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması konsepsiyası hazırlanır

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+12 +15
gecə+9 +11