Ana səhifə »  Analitik »  Azərbaycana qarşı “qara piar” kampaniyası haradan və necə idarə olunur?
A+   Yenilə  A-
Azərbaycana qarşı “qara piar” kampaniyası haradan və necə idarə olunur?

Azərbaycan iqtisadi inkişafına, sosial-siyasi sabitliyə, beynəlxalq müstəvidə əldə etdiyi nüfuzuna və mövqeyinə görə güclü, qüdrətli bir dövlətə çevrilib. Bu pozitiv inkişaf tendensiyası ölkəmizdə bütün sahələrin paralel tərəqqisini təmin edir. Eyni zamanda, dövlətin xüsusi qayğı və diqqəti sayəsində dinamik inkişaf tempinə malik olan sahələrdən biri də idman sektorudur. Azərbaycanda idmanın inkişaf etdirilməsi istiqamətində görülən genişmiqyaslı işlər nəticəsində ölkəmiz Avropanın idman mərkəzlərindən birinə çevrilib. Ölkəmizin birinci Avropa Oyunlarına ev sahibliyi etmək iddiasını ortaya qoyması və namizədliyini rəsmi şəkildə irəli sürməsinin arxasında da məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsizliyin təmin olunduğu sabit ölkə olması amili dayanır.
Bunlarla yanaşı, Azərbaycan ilk Avropa Oyunlarını Yay Olimpiya Oyunları səviyyəsində keçirmək əzmindədir. Bakıda birinci Avropa Oyunları ilə əlaqədar həyata keçirilən infrastruktur layihələri, yeni idman arenalarının inşası, mövcud obyektlərdə əsaslı yenidənqurma işlərinin aparılması, atletlər kəndinin hazırlanması, digər çoxsaylı tədbirlərin əlaqələndirilməsi və qısa müddətdə reallaşdırılması görülən işlərin miqyası barədə konkret təsəvvür yaradır. Yerli və xarici ekspertlər də bu qənaətdədirlər ki, iyunda Bakıda keçiriləcək birinci Avropa Oyunları Azərbaycanın və Avropanın idman tarixində əlamətdar hadisə olacaq. Birinci Avropa Oyunlarının əhəmiyyətindən bəhs edərkən, o da qeyd edilməlidir ki, bu yarışma Azərbaycan reallıqlarının nümayişi və təbliği baxımından xüsusi əhəmiyyət kəsb edəcək.
Azərbaycana qarşı “qara piar” kampaniyası NED təşkilatına həvalə edilib
Lakin bütün bunlara rəğmən, cari ilin iyun ayında paytaxt Bakıda keçiriləcək ilk Avropa Oyunları ərəfəsində anti-Azərbaycan dairələr və erməni lobbisi yenə də Azərbaycana qarşı “qara piar” kampaniyasında fəallaşıblar. Bu kontekstdə birinci Avropa Oyunları ilə bağlı spekulyasiya xarakterli çağırışlar diqqət çəkir. Bu çağırışların yayımlandığı media qurumlarına, eləcə də, bəyanatların məzmununa nəzər saldıqda görünür ki, kampaniyanın arxasında Qərbdəki islamofob, ermənipərəst dairələr durur. Aparılan araşdırmalara görə, Azərbaycana qarşı bu “qara piar” kampaniyası “National Endowment for Democracy” (NED) təşkilatına həvalə edilib. Azərbaycan ictimaiyyətinə bəllidir ki, bu təşkilat ölkəmiz daxilində illeqal fəaliyyətə malik olan “beşinci kolon”a maliyyə dəstəyi verməklə təxribatçı və dağıdıcı planlar üzərindən hərəkət edir.
“APA Analitik Mərkəzinin” məlumatına görə, bir müddət bundan öncə mərkəzi fiqur NED olmaqla Azərbaycanla bağlı xüsusi layihə hazırlanıb: “Hazırda layihə təsdiq mərhələsindədir və yaxın günlərdə onun açıqlanması nəzərdə tutulur. 2 il müddətində həyata keçiriləcək layihəyə artıq külli miqdarda vəsait ayrılıb. Sənədin preambula hissəsində açıq şəkildə bildirilir ki, “Azərbaycana öz davranışlarına görə yerini göstərmək zamanı gəlmişdir”. Bu ayın əvvəlində “Freedom House” təşkilatının sabiq rəhbəri Devid Kramer, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç, “5-ci kolon”un parlaq nümayəndələrindən olan və hazırda Amerikada yaşayan Elmar Şahtaxtinski də daxil olmaqla bir qrup şəxsin ABŞ dövlət katibi Con Kerriyə müraciət ünvanlaması ilə layihənin ilkin konturları ictimaiyyətə açıqlanıb. Onun qapalı hissəsinə gəldikdə, konqresmen və senatorlar da daxil olmaqla 100 nəfər tanınmış ictimai-siyasi xadimdən imzalar alınması, Konqresdə dinləmələr təşkil edilməsi ilə yanaşı, Azərbaycana qarşı sanksiyaların tətbiqi, vətəndaşlarımızın səyahət imkanlarının məhdudlaşdırılması, bank hesablarının dondurulması və digər istiqamətlərdə tədbirlərin reallaşdırılması təşəbbüsü irəli sürülür. Sənədə əsasən, Azərbaycanda bu məqsədlərə dəstək verən təşkilat qismində “milli şura” adlandırılan qurumun cəlb olunması planlaşdırılıb. Lakin məsələ ilə bağlı ən maraqlı məqam ondan ibarətdir ki, kampaniyanın əsas fəaliyyət mərkəzi rolunu ABŞ-ın dövlət katibi Con Kerrinin Konqresdəki ofisi oynayır”.
Ermənipərəst və islamofob mövqeyi ilə seçilən Con Kerri əsas fiqur kimi...
Göründüyü kimi, “qara piar” və təzyiq kampaniyasının episentrində məhz ermənipərəst ABŞ Dövlət katibinin xidmətləri və direktivləri dayanır. Əlbəttə, bu, təəccüblü görünmür, çünki Con Kerri öz ermənipərəst və islamofob mövqeyini daha öncə dəfələrlə aşkar şəkildə nümayiş etdirib. C.Kerri digər bir neçə senatorla birlikdə hələ 1990-cı ildə SSRİ rəhbəri M.Qorbaçova ünvanladıqları məktubda onu Dağlıq Qarabağ problemini “Qarabağ xalqının Sovet dövləti çərçivəsində gələcək siyasi və mədəni mənsubiyyətini seçmək hüququnu tanımaqla həll etməyə” çağırırdı. 2012-ci ilin sentyabrında Kerrinin erməni zabitini qətlə yetirməkdə təqsirli bilinərək Budapeşt məhkəməsi tərəfindən məhkum olunmuş Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun Azərbaycana gətirilməsinə münasibəti də onun ermənipərəstliyinin bariz nümunəsi kimi səciyyələndirilə bilər. “Mən Azərbaycanın Ramil Səfərovu qaytarmasından, onu əfv etməsindən, hərbi rütbəsini yüksəltməsindən və qəhrəmana çevirməsindən şokdayam”, - deyə o bildirmişdi. Göründüyü kimi, ABŞ dövlət katibi Con Kerrinin Azərbaycana qarşı qərəzli və qeyri-obyektiv münasibətinin kökü hələ 90-cı illərə gedib çıxır.
Beynəlxalq hüquq-müdafiə təşkilatları təzyiq qrupları rolunda...
Mənbə onu da əlavə edir ki, “İnsan hüquqları naminə idman” kampaniyası adlandırılan ikinci sənədə əsasən, Avropada hərəkətverici qüvvə rolunda beynəlxalq hüquq-müdafiə təşkilatları çıxış etməklə, habelə rəsmi dairələr, Avropa İttifaqı, Avropa Şurası, ATƏT və digər böyük beynəlxalq təşkilatlar cəlb olunmaqla Azərbaycana qarşı yeni “qara piar” layihəsinin icrasına başlanmışdır: “Sənəddə açıq şəkildə bildirilir ki, bu il və qarşıdan gələn illərdə Azərbaycanda birinci Avropa Oyunlarının, parlament seçkilərinin, “Formula 1” yarışmasının, İslam Həmrəylik Oyunlarının və digər mühüm beynəlxalq tədbirlər keçiriləcəyinə görə, dünya ictimaiyyətinin diqqəti ölkəmizə yönələcəkdir və bu fürtsətdən istifadə edilməklə Azərbaycana qarşı məcburetmə tədbirləri həyata keçirilməlidir”.
Məlumdur ki, Azərbaycana qarşı “qara piar” kampaniyasında həmin dairələr ayrı-ayrı ölkələrdə demokratik inkişaf səviyyəsini, insan hüquqlarının vəziyyətini araşdırdığı iddia edilən, lakin sözün əsl mənasında, təzyiq qrupu kimi çıxış edən təşkilatların xidmətlərindən istifadə edirlər. Bu kontekstdə “Human Rights Watch”, “Amnesty İnternational”, “Freedom House” kimi təşkilatların qərəzli, subyektiv mülahizələrə əsaslanan bəyanatları, hesabat və çağırışları xüsusi rol oynayır. Qərbdəki islamofob dairələrin kampaniyasında siyasi alət kimi çıxış edən bu cür təşkilatlar, əslində, ənənəvi fəaliyyətlərini davam etdirirlər. Məlumat üçün qeyd edək ki, cari il yanvarın 15-16-da Polşanın paytaxtı Varşavada beynəlxalq QHT-lərin görüşündə ermənipərəst “People in Need” (Çexiya), həmçinin, “Human Rights Watch”, “İnternational Media Support” (Danimarka), “Platform London”, “Netherlands Helsinki Committee”, “İndex on Gensorship”, “Article XlX”, “İnternational Partnership for Human Rights”, “YouAid Foundation” və digər təşkilatların nümayəndələri iştirak ediblər. Layihənin icrasına Sərhədsiz Reportyorlar, Avropada Stabillik Təşəbbüsü, İnsan Hüquqları və Biznes üçün Polşa Təşkilatı, Belarus Məlumat Ofisi və başqa qurumların cəlb olunmasının zəruriliyi rəyi ifadə edilib.
Mənbə məlumat verir ki, görüşdə Azərbaycana qarşı təşkil olunacaq kampaniyanın ilkin konturları müzakirə olunub: “Bildirilib ki, bu ilin iyununda Bakıda birinci Avropa Oyunlarının keçirilməsi beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycana yönəltmək və Xədicə İsmayılova, İntiqam Əliyev, Leyla və Arif Yunuslar, Anar Məmmədli və digərlərinin azad edilməsinə nail olmaq üçün əlverişli məqam yaradıb. Müzakirənin nəticəsi olaraq tərtib olunmuş ilkin layihədə kampaniyanın əsas məqsədi, çağırışı, kommunikasiya, Azərbaycanda, beynəlxalq miqyasda və internetdə fəaliyyətin əsas istiqamətləri, lazım olan resurslar öz əksini tapıb, habelə işçi qruplar müəyyənləşdirilib. Sənəddə qeyd olunub ki, kampaniyanın məqsədi - “hakimiyyət tərəfindən Azərbaycanın müsbət imicini yaratmaq üçün həyata keçirilən piar cəhdlərini məhv etməkdir”.
Kampaniyaya ümumi nəzarət Vaşinqton və Londondan həyata keçirilir
Beləliklə, Azərbaycanda illeqal fəaliyyət göstərməyə çalışan “beşinci kolon”u dəstəkləyən anti-Azərbaycan dairələri ilk Avropa Oyunları ərəfəsində ölkəmizə qarşı “qara piar” kampaniyasını davam etdirir. ABŞ-da NED-in vasitəsilə reallaşdırılan kampaniya ilə Avropada start verilmiş layihənin koordinasiyasına dair razılaşmanın olduğu və ümumi nəzarətin Vaşinqton və Londondan həyata keçirildiyinə dair faktlar mövcuddur. Yuxarıda adı çəkilən mənbə qeyd edir ki, bu kampaniyaya məhz aprelin 20-də Londonda keçirilmiş tədbir zamanı start verilib: “Daha sonra onun əsas hərəkətverici qüvvəsi olan İMS təşkilatının mərkəzi ofisinin yerləşdiyi Kopenhagendə geniş təqdimat nəzərdə tutulsa da, sonradan həmin tədbirin “Article XIX”un təşkilatçılığı ilə dünən - aprelin 28-də Londonda keçirilməsi qərara alınıb. Həmçinin, əlavə sənədlərə əsasən demək olar ki, Azərbaycanla bağlı tədbirlər əsasən Gürcüstan vasitəsilə reallaşdırılacaq və Tbilisinin Azərbaycana qarşı qarayaxma kampaniyasında platsdarm rolu bir az da genişləndiriləcək”.
Transmilli media qurumlarının siyasi manipulyasiyası Azərbaycanın pozitiv beynəlxalq imicinə qarşı...
O da qeyd edilməlidir ki, “qara piar” kampaniyasında Əl-Cəzirə, BBC və Nordic Broadcastes mərkəz KİV-lər olmaqla transmilli media strukturlarının xidmətlərindən də xüsusi olaraq istifadə edilir. Həmin media qurumları dezinformasiya xarakterli məlumatları və subyektiv mülahizələrə söykənən - ittiham xarakterli fikirləri dövriyyəyə buraxmaqla “qara piar” kampaniyasına “töhfə”lər verir, bu məsələlərlə bağlı dünya ictimaiyyətini manipulyasiyaya məruz qoyurlar. Qeyri-obyektiv mülahizələrə tribuna verən transmilli media qurumları təzyiq qruplarının ruporu qismində çıxış edirlər.
Azərbaycan ictimaiyyəti “qara piar” kampaniyasına kəskin etiraz edir
Azərbaycan ictimaiyyətinin nümayəndələri - ekspertlər, vətəndaş cəmiyyəti təmsilçiləri, gənclər bu cür “qara piar” kampaniyasına kəskin etiraz edirlər. Politoloq Elşad Mirbəşiroğlunun sözlərinə görə, ilk Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı ABŞ dövlət katibinin Konqresdəki ofisindən idarə olunan “qara piar” kampaniyası, öz növbəsində, bir sıra məqamlardan xəbər verir: “Birincisi, bununla növbəti dəfə bəlli olur ki, müxtəlif ölkələrdə idarə etdikləri “beşinci kolon” vasitəsilə təxribatçı planlar reallaşdırmağa çalışan Qərbdəki, xüsusilə də ABŞ-dakı müəyyən dairələr erməni lobbisinin təsiri altındadır və onlarla sinxron fəaliyyət göstərir. Bu, hər şeydən öncə, “demokratiya”, “insan hüquqları” kimi məfhumları əldə bayraq etmiş Qərbin fəaliyyətinin gerçək mahiyyətini aşkar edir. İkincisi, faktlar göstərir ki, ilk Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı sistemli “qara piar” və təzyiq kampaniyası təşkil etməkdə iki məqsəd var: bunlardan biri Azərbaycanın müsbət beynəlxalq imicinə zərbə vurmaq, ikincisi isə, ölkə daxilində qeyri-qanuni, dağıdıcı fəaliyyət göstərən və himayə etdikləri “beşinci kolon”un nümayəndələrini müdafiə etməkdir”.
Politoloq əlavə edib ki, bəhs olunan “qara piar” kampaniyasında NED, “Freedom House”, “Amnesty İnternational”, “Human Rights Watch” kimi təşkilatların, eləcə də, bir sıra nüfuzlu beynəlxalq media təsisatlarının xidmətlərindən istifadə olunması təsadüfi deyil: “Çünki adlarını çəkdiyim təşkilatlar öz əməlləri ilə bundan öncə dəfələrlə sübut ediblər ki, onlar ermənipərəst dairələrdən, islamofob qüvvələrdən aldıqları direktivlər əsasında fəaliyyət göstərirlər və əsas etibarilə, müstəqil dövlətlərə qarşı təzyiq kampaniyasında istifadə edilirlər. Əslində, bu gün özünü dünyaya “demokratiya beşiyi”, “insan hüquqlarının müdafiəçisi” kimi təqdim edən Qərb, əsasən ABŞ bu cür qərəzli kampaniyalarla öz nüfuzunu sarsıdır, imicinə xələl gətirir. Azərbaycan ictimaiyyəti bütün bu qərəzli çağırışların, təzyiq kampaniyasının mahiyyətini yaxşı dərk edir və öz haqlı narazılığını bildirir”.
“Bakı 2015” Avropa Oyunlarına Dəstək Koalisiyasının koordinatoru, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov isə bildirib ki, ABŞ dövlət katibinin Azərbaycana qarşı “qara piar” kampaniyasında rolunun olması çox təəssüfvericidir: “Bu hal, eyni zamanda, ABŞ kimi nüfuzlu bir dövlət üçün utancverici məqamdır. Azərbaycan ictimaiyyəti - ziyalılar, ekspertlər, media nümayəndələri bu cür halları yolverilməz hesab edir. Azərbaycana qarşı yönəlmiş bu cür kampaniyalar heç bir nəticə verməyəcək, ilk Avropa Oyunları yüksək səviyyədə keçiriləcək”.
YAP Gənclər Birliyi ofisinin koordinatoru Şəfəq Əhmədova deyib ki, birinci Avropa Oyunları ərəfəsində ölkəmizdə görülən yüksək səviyyəli hazırlıq işləri Azərbaycan əleyhinə olan bəzi destruktiv qüvvələri daha kəskin formada qıcıqlandırır: “Bu qüvvələr davamlı şəkildə Azərbaycanın iqtisadi, sosial, siyasi, humanitar və digər sahələrdə əldə etdiyi uğurları gözdən salmaq məqsədilə “qara piar” kampaniyası aparır. Xatırlatmaq istəyirəm ki, “Eurovision” mahnı müsabiqəsi ərəfəsində də qərəzli təbliğat aparılmışdı, bu gün - Avropa Oyunları ərəfəsində də buna rast gəlinir. Azərbaycanda keçiriləcək Avropa Oyunlarına hazırlıqla əlaqədar həyata keçirilən tədbirlər haqqında dezinformasiyalar yaymaqla, qərəzli, qeyri-obyektiv materiallar dərc etməklə ölkəmizin imicinə zərbə vurmağa cəhdlər edilir”.
Onun sözlərinə görə, bütün bunlara baxmayaraq, Azərbaycan dünyada böyük nüfuz sahibidir və yaradılan infrastruktur Avropa Oyunlarının ən yüksək səviyyədə baş tutması üçün bütün şəraitin mövcudluğunu göstərir. “Avropa Oyunlarına hazırlıqla bağlı ölkəmizdə qarşıya qoyulan bütün hədəflərə qısa zamanda nail olunub. Bütün bunlar əminliklə onu söyləməyə əsas verir ki, Azərbaycanda keçiriləcək I Avropa Oyunları öz möhtəşəmliyi ilə yaddaşlarda qalacaqdır”, - deyə o bildirib.
YAP Gənclər Birliyi ofisinin koordinatoru Fərid Nəsibov isə deyib ki, Azərbaycan bir çox dünya əhəmiyyətli - mötəbər tədbirlərə ev sahibliyi etmişdir: “İlk Avropa Oyunlarının məhz Azərbaycanda keçirilməsi təsadüfi deyil. Demokratiya adı altında gizlənmiş ermənipərəst dairələr isə Azərbaycanın uğurlarını qəbul edə bilmir, ölkəmizə qarşı qarayaxma kampaniyası aparırlar. Bütün bu təzyiq cəhdlərinə baxmayaraq, Azərbaycan ilk Avropa Oyunlarına uğurla ev sahibliyi edərək daha bir möhtəşəm nailiyyətin altına imza atacaqdır”.
“Yeni Azərbaycan”ın
Analitik Qrupu

 
  • Oxunub:  42660  |  
  • Tarix:  29-04-2015  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan ilə Avstriya arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

16:28
19 Sentyabr
Omanın Dövlət Şurası sədrinin Azərbaycana səfəri başlayıb
16:23
19 Sentyabr
Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri hər bir sahədə uğurla inkişaf edir
16:21
19 Sentyabr
Van İ: Dövlət başçıları arasında əldə edilmiş razılaşmalar Azərbaycan-Çin münasibətlərinin inkişafının əsasını təşkil edir
16:17
19 Sentyabr
Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti Milli Məclisdə görüşlər keçirib
16:15
19 Sentyabr
Təlimə cəlb olunan hərbi hissələrin və hərbi texnikanın döyüş qabiliyyəti yoxlanılıb
15:56
19 Sentyabr
Səudiyyə Ərəbistanı Məşvərət Şurasının sədri Azərbaycandadır
15:51
19 Sentyabr
Almatıda Azərbaycan - Qazaxıstan turizm forumu keçiriləcək
15:48
19 Sentyabr
“Bakı-2018”: Cüdo üzrə dünya çempionatının püşkü atılıb
15:45
19 Sentyabr
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsində yaradılan “Dədə Qorqud” kamera orkestrinin təqdimatı olacaq
15:34
19 Sentyabr
Daşkənddə “Tasanno-2018” milli mətbəx festivalında Azərbaycan da təmsil olunub
15:13
19 Sentyabr
Bakı Kitab Mərkəzində Milli Musiqi Günü qeyd edilib
15:01
19 Sentyabr
İbrahim Öztək: Bakıda keçirilən parad Azərbaycan-Türkiyə birliyini bir daha bütün dünyaya göstərdi
14:54
19 Sentyabr
Ömrünü kimya elminin inkişafına həsr etmiş görkəmli alim
14:51
19 Sentyabr
Görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsi anılıb
14:44
19 Sentyabr
"Səs” İnformasiya Agentliyinin 10 illik yubileyi qeyd edilib
14:32
19 Sentyabr
AHİK sədri: Azərbaycan ilə BƏT arasında əməkdaşlıq müxtəlif sahələrin inkişafına töhfə verir
14:21
19 Sentyabr
Fəxri ad almış bir qrup mədəniyyət xadiminə orden və medallar təqdim olunub
14:09
19 Sentyabr
UNESCO-nun Mərkəzi Asiya üzrə koordinatoru Bakıda beynəlxalq simpoziuma qatılacaq
14:05
19 Sentyabr
Azərbaycanın və Ukraynanın Dövlət Miqrasiya xidmətləri arasında əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb
14:03
19 Sentyabr
Moskvada “Bakı şəhərinin azad olunması – 100” mövzusunda “dəyirmi masa” keçirilib
14:01
19 Sentyabr
Elçin Əhmədov: Azərbaycan-Türkiyə birliyi və strateji tərəfdaşlığı regional təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir
12:38
19 Sentyabr
Bakıda “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda tədbir keçirilir
12:35
19 Sentyabr
Mehdi Hüseynzadənin 100 illiyi ilə bağlı birgə tədbirlər keçirəcək
12:32
19 Sentyabr
Pirallahıda Beynəlxalq Sülh Günü münasibətilə fləşmob keçirilib
12:29
19 Sentyabr
Məktəb direktorları ilə görüşdə qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb
12:15
19 Sentyabr
Gənclər Fondu gənclər təşkilatlarına təklif edilən imkanlar barədə təqdimat keçirib
12:06
19 Sentyabr
Cibuti Milli Assambleyasının sədri Azərbaycana səfərə gəlib
11:45
19 Sentyabr
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı 190-dan çox ölkəyə yayımlanacaq
11:45
19 Sentyabr
Nazirlər Kabinetinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb
11:38
19 Sentyabr
Azərbaycan Prezidenti İlham Əliyev Avstriyanın vitse-kanslerinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
11:31
19 Sentyabr
Naxçıvanda Milli Musiqi Günü qeyd edilib
11:09
19 Sentyabr
Gürcüstan parlamentinin nümayəndə heyəti Azərbaycan parlamentinin 100 illik yubileyi tədbirlərində iştirak edəcək
11:07
19 Sentyabr
Sabah Bakıda cüdo üzrə dünya çempionatına start veriləcək
10:58
19 Sentyabr
Rusiyanın sərhəd gözətçi gəmisinin və Dövlət Sərhəd Xidmətinin gəmi və katerlərinin iştirakı ilə birgə təlimlər keçirilib
10:47
19 Sentyabr
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
10:45
19 Sentyabr
Görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsi ürəklərdə əbədi yaşayır
10:25
19 Sentyabr
Ermənistan silahlı qüvvələri iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 87 dəfə pozub
10:22
19 Sentyabr
Neftçilərə yeni mənzillərinin orderləri təqdim edilib
17:58
18 Sentyabr
Bakı Dövlət Universitetində beynəlxalq elmi konfrans: “Dünya azərbaycanlıları: tarix və müasirlik”
17:54
18 Sentyabr
Nazir müavini: “Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır
17:53
18 Sentyabr
Bilik Fondu Abşeronda və Tərtərdə Milli Musiqi Gününü qeyd edib
17:51
18 Sentyabr
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
17:46
18 Sentyabr
Bakıda Azərbaycan-Qazaxıstan İşçi Qruplarının ilk iclası keçirilib
17:44
18 Sentyabr
Vitse-kansler: Avstriyada da şahmat, cüdo və güləş idman növlərinin Azərbaycandakı səviyyəyə yüksəlməsini istərdim
17:19
18 Sentyabr
Vətənə xidmət şərəfdir
17:15
18 Sentyabr
Əli Həsənov: Ailəsini siyasi alver predmetinə çevirən Paşinyanın rəhbərlik etdiyi xalqı hansı fəlakətlər gözlədiyini ehtimal etmək çətin deyil
17:11
18 Sentyabr
Cüdo üzrə Azərbaycan yığması dünya çempionatına hazırdır
17:02
18 Sentyabr
Azərbaycanı “Uşaq Avroviziya-2018” mahnı müsabiqəsində Fidan Hüseynova təmsil edəcək
17:01
18 Sentyabr
Prezident təqaüdçüsü: “UNEC Azərbaycanın ən yaxşı universitetləri sırasındadır”
16:48
18 Sentyabr
43-cü Dünya Şahmat Olimpiadasının başlanmasına 5 gün qalır
16:36
18 Sentyabr
Azərbaycanla Moldova ikitərəfli daşımalar və tranzit keçid üçün “İcazə”ləri artıracaq
16:07
18 Sentyabr
Sona Əliyeva: Möhtəşəm parad Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının tərənnümüdür
15:58
18 Sentyabr
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin zəif görənlər bölməsinin təqdimatı olub
15:30
18 Sentyabr
Bəstəkarlar İttifaqında “Üzeyir Hacıbəyli və Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda elmi konfrans təşkil edəcək
15:22
18 Sentyabr
Aşura mərasimlərində heç bir halda xurafata yol vermək olmaz
15:05
18 Sentyabr
Milli Məclisdə Rumıniya Deputatlar Palatası xarici işlər komitəsinin sədri ilə görüş olub
14:45
18 Sentyabr
Biləsuvarda Gənclər Evi açılıb
14:38
18 Sentyabr
Azərbaycan ilə Avstriya arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
14:34
18 Sentyabr
Prezident İlham Əliyev Biləsuvarda Bayraq Muzeyinin açılışında iştirak edib
14:32
18 Sentyabr
Bakı metrosunda Milli Musiqi Günü qeyd olunub
14:31
18 Sentyabr
Çinin Sinxua agentliyinin nümayəndə heyəti Xəzər Televiziyasının fəaliyyəti ilə tanış olub
14:28
18 Sentyabr
Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolu istifadəyə verilib
14:26
18 Sentyabr
İşaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət təminatları sistemi daha təkmil hüquqi əsasda formalaşır
14:24
18 Sentyabr
Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün təlim keçirilir
14:22
18 Sentyabr
Sinxua agentliyi “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində AZƏRTAC-la əməkdaşlığa hazırdır
14:16
18 Sentyabr
Prezident İlham Əliyev Biləsuvar rayonuna səfərə gəlib
14:15
18 Sentyabr
Bakı Musiqi Akademiyasının qarşısında Milli Musiqi Günü təntənəli şəkildə qeyd edilib
14:13
18 Sentyabr
AMEA Naxçıvan Bölməsində arxeoloji ekspedisiyaların yekunları müzakirə olunub
12:44
18 Sentyabr
Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin Bakıda keçirilmiş iclasının qərarları açıqlanıb
12:43
18 Sentyabr
İnsan resurslarının idarə edilməsi sahəsində qabaqcıl Azərbaycan təcrübəsi müzakirə olunub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA
Bakı
gündüz+23 +26
gecə+18 +20