Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / “Müsəlman birliyi” adlı terrorçu qruplaşmanın məqsədi dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə nail olmaqdır

“Müsəlman birliyi” adlı terrorçu qruplaşmanın məqsədi dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə nail olmaqdır

02.12.2015 [10:04]

Onlar təhdidlə, zorakı yollarla əhalinin kütləvi şəkildə hakimiyyətə qarşı radikal çıxışlarını təşkil etməyə, Şərqdə baş verən qanlı ssenariləri Azərbaycanda təkrarlamağa və ölkəni Liviyaya, Suriyaya çevirməyə çalışırlar
Azərbaycanda dinamik inkişafın və möhkəm ictimai-siyasi sabitliyin davamlı olmasında mühüm rol oynayan amillərdən biri də etibarlı təhlükəsizlik və sabitlik mühitidir. Sirr deyil ki, hüquqi dövlət olan Azərbaycanda rasional daxili və xarici siyasət kursu sayəsində siyasi, iqtisadi, hərbi, sosial, ekoloji və digər istiqamətlərdə təhlükəsizliyin təmin olunması strateji maraqların gerçəkləşməsinə və inkişaf dinamikasının davam etməsinə əlverişli şərait yaradıb.
Azərbaycanda cəmiyyətə və dövlətə təhdid ünsürləri effektiv vasitələrlə neytrallaşdırılır
Şübhəsiz, hər bir ölkənin milli təhlükəsizliyi müxtəlif istiqamətlərdə təhdid ünsürlərinin neytrallaşdırılması və neqativ faktorlarla mübarizə metodlarının düzgün müəyyənləşdirilməsindən asılıdır. Azərbaycanda milli təhlükəsizliyin təmin olunmasına konseptual yanaşma mövcuddur və təhdid ünsürləri effektiv vasitələrlə neytrallaşdırılmaqdadır. Xüsusilə də ölkəmizin milli təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan strateji amillərdən biri də, qeyd etdiyimiz kimi, ictimai-siyasi sabitlikdir. Bu gün Azərbaycan, sözün əsl mənasında, sabitlik adası kimi səciyyələndirilə bilər. Yəni Azərbaycanın milli gücünü artıran əhəmiyyətli amillərdən biri də möhkəm təməllərə söykənən sabitlikdir. Bu məsələdə yerli və xarici ekspertlərin ümumi rəyi odur ki, Azərbaycanda mövcud olan və ardıcıl səciyyə daşıyan sabitliyin əsasında duran başlıca faktor hakimiyyətin həyata keçirdiyi siyasi kursun milli maraqlara tam cavab verməsidir. Ölkəmizdə mövcud olan milli həmrəylik, xalq-iqtidar birliyi də Azərbaycanın milli gücünün artmasında ifadə olunur.
Bəzi xarici dairələrin əlaltıları ölkəmizdə sabitliyi pozmaq, hətta konstitusiya quruluşunu dəyişmək üçün təxribatçı və illeqal fəaliyyət göstərir
Lakin təəssüflər olsun ki, Azərbaycanın inkişafından narahatlıq duyan bəzi xarici dairələrin əlaltıları ölkəmizdə sabitliyi pozmaq, hətta konstitusiya quruluşunu dəyişmək üçün təxribatçı və illeqal fəaliyyət göstərir, hüquqazidd əməllərə yol verirlər. Təbii ki, bu cür illeqal fəaliyyət müxtəlif adlar altında davam etdirilir. Bu baxımdan, din pərdəsi arxasında çıxış edən terrorçuların fəaliyyətini xüsusi vurğulamaq gərəkdir. Eyni zamanda, din amilindən siyasi-ideoloji vasitə kimi istifadə edən bir sıra ölkələrin də müəyyən maraq və müdaxilələri aydın sezilir. Məhz bu çərçivədə müəyyən hərəkətlənmələrə, qanunazidd və cəmiyyətdə təşəkkül tapmış dəyərlərə uyğun olmayan təxribatçı hərəkətlərə də rast gəlinir.
Respublikada ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar, terror aktları törətməyi planlaşdıran və din pərdəsi arxasında fəaliyyət göstərən terrorçu dəstə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədilə “Müsəlman birliyi” adlı hərəkat yaradıblar. Həmçinin paytaxtın Nardaran qəsəbəsində qanunsuz yığıncaqlar keçirərək respublikanın əhalisini hakimiyyətə qarşı qaldırmağın yollarını müzakirə edib, bununla bağlı tərəfdarlarına göstərişlər verib və əhaliyə çağırış vərəqələri paylayıblar. Silahlı cinayətkar dəstənin hər bir üzvünün üzərinə düşən konkret vəzifələr, o cümlədən hakimiyyət nümayəndələrinə qarşı terror aktları törədəcək məsul şəxslər müəyyən edilib. Xüsusi nüans budur ki, Taleh Bağırzadə və onun ətrafında birləşmiş terrorçular xalqı itaətsizliyə çağırıb, nəzarətlərində olan saytlar və sosial şəbəkələr vasitəsilə hakimiyyət orqanlarını, vəzifəli şəxsləri hədələyib, onlara qarşı ölüm çağırışları ediblər. Başlıca məqam ondan ibarətdir ki, Nardaranda bir tərəfdə terrorçular, radikal-ekstremist təfəkkürlü ünsürlər, digər tərəfdə isə onların iddialarını bölüşməyən və buna görə də təhdid və təzyiqlərlə üzləşən insanlar birgə yaşamaq məcburiyyətində qalıblar. Qeyd edildiyi kimi, bu terrorçu dəstə Nardaran əhalisini qorxu içində saxlayıb, sadə insanları yoldan çıxarıb, onların mövqeyini bölüşməyənləri məcburi şəkildə öz iradəsinə tabe etdirərək məkrli niyyətlərini həyata keçirməyə çalışıb. Onların başlıca məqsədi təhdidlə, zorakı yollarla əhalinin kütləvi şəkildə hakimiyyətə qarşı radikal çıxışlarını təşkil etmək, Şərqdə baş verən qanlı ssenariləri Azərbaycanda təkrarlamaq və ölkəni Liviyaya, Suriyaya çevirməkdir.
Beləliklə, əminliklə söyləmək olar ki, Nardaran kəndində sabitliyin pozulmasına yönəlik təxribatçı hərəkətlərə yol verənlər dindarlar deyil, terrorçulardır. Əslində, Nardaran olayları dinin necə siyasi-ideoloji təsir vasitəsinə çevrildiyinə, din pərdəsi arxasında gedən proseslərin kimlər tərəfindən, necə idarə edildiyinə və digər məsələlərə dair bir sıra məqamları yenidən aktuallaşdırdı.
Terrorçu-ekstremist qruplaşmalar Nardaranı “dövlət içində dövlət” hesab edirlər
Qəzetimizin ötən sayında dərc olunan məqalədə qeyd etmişdik ki, Nardaranda mövcud olan ab-hava, insanların davranışları, geyimi, dövlətə, dinə münasibəti və s. Azərbaycan xalqına xas olmayan forma alıb. Küçələri İŞİD-in hökmranlıq etdiyi Şərq ölkələrindəki qara bayraqlar bəzəyir, dini ayinlər teokratik dini dövlətlərə xas olan üslubda icra olunur. Bu insanlar sivil birgəyaşayış prinsipini inkar edir, özləri üçün teokratik, arxaik yaşayış modeli müəyyənləşdirərək dövlətin qanunlarını, ictimai həyat normalarını inkar etməyə çalışırlar. Onlar Nardaranı “dövlət içində dövlət” hesab edirlər. Reallıq budur ki, uzun illərdir bu qəsəbənin sakinləri dövlətin Konstitusiya quruluşunu, qanunlarını, ictimai həyat normalarını inkar etməklə özünəməxsus üsul-idarə modeli tətbiq ediblər. Qəsəbədə icra hakimiyyəti, bələdiyyənin fəaliyyətinə imkan verilmir, hüquq-mühafizə orqanlarının, digər dövlət qurumlarının yerli bölmələrinin yaradılmasına maneçilik törədilir. Eyni zamanda, burada təhsil və səhiyyə sistemi tamamilə pozulub. Uşaqlar orta məktəbdən yayındırılır, ifrat radikal dini təlim həyata keçirilir. Dövlət institutlarının fəaliyyəti əvəzinə qəsəbədə anlaşılmaz “ağsaqqallar şurası hakimiyyəti” yaradılıb və bütün məsələlər bu qurum tərəfindən tənzimlənir. Beləliklə, Nardaran müasir və inkişaf edən Azərbaycanın reallığına tamamilə zidd olan, İŞİD poliqonunu xatırladan bir məkandır.
Azərbaycan güclü dövlətdir və heç bir qüvvənin ölkədəki sabitliyi pozmaq istəyi baş tutmayacaq
Görünən odur ki, dindən siyasi məqsədlər naminə istifadə olunması cəhdləri, bu kontekstdə terrorçuların xidmətlərindən yararlanmaq təcrübəsi indiki mərhələdə xüsusi aktuallıq kəsb edir. Bütövlükdə isə, Bakının Nardaran kəndində baş verən hadisə din pərdəsi arxasında fəaliyyət göstərən, əslində isə, xarici dairələrin göstərişləri ilə Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq və qarşıdurma yaratmaq istəyən terrorçuların əsl simasını xalqa açıq nümayiş etdirdi.
Bütün hallarda Azərbaycanda dini təhlükəsizlik təmin olunub və dövlət terrorçuların xaos yaratmaq cəhdlərinə izin verməyəcək! Azərbaycan güclü dövlətdir və heç bir qüvvənin ölkədəki sabitliyi pozmaq və müxtəlif qanlı ssenarilər reallaşdırmaq istəyi baş tutmayacaq. Buna cəhd edənlər isə layiqli cəzalarını alacaqlar.
“Yeni Azərbaycan”ın
Analitik Qrupu

Paylaş:
Baxılıb: 2325 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30