Ana səhifə »  Analitik »  Nardaranda normal həyat ritmi tam təmin olunub
A+   Yenilə  A-
Nardaranda normal həyat ritmi tam təmin olunub

Görülən tədbirlər nəticəsində qəsəbədə küçə və meydanlar radikal dini simvolikalardan, ekstremist və terrorçuların qurduğu “barrikada”lardan” təmizlənib
Son vaxtlar dünyada ayrı-ayrı hegemon güc mərkəzlərinin, bəzi “beynəlxalq” təşkilatların öz korporativ maraqlarından çıxış edərək müstəqil siyasət həyata keçirən milli dövlətləri müxtəlif vasitələrlə təhdid etmək cəhdləri daha da intensivləşib. Bəhs olunan dairələrin milli cəmiyyətlərin həmrəyliyini pozmaq və idarə olunan anarxiyaya sürükləmək ssenariləri müxtəlif ölkələrin timsalında dəfələrlə faş edilib.
Xaricdəki islamofob və digər antimilli mərkəzlərin öz çirkin təxribat və təhdid ssenarilərini gerçəkləşdirmək istədikləri ölkələrdən biri də Azərbaycandır. Bu da təsadüfi deyil. Son vaxtlar qlobal miqyasda müşahidə edilən arzuolunmaz tendensiyaların fonunda Azərbaycanın sabitlik və inkişaf adası kimi fərqlənməsi, müstəqillik yolu ilə inamla irəliləməsi, dünyada etibarlı tərəfdaş imici qazanması dostlarımızı sevindirməklə yanaşı, düşmənlərimizin, əleyhdarlarımızın da əks-reaksiyalarına səbəb olur. Azərbaycanın öz taleyinin sahibi olması və milli maraqlara, cəmiyyətdən gələn sosial sifarişlərə əsaslanan müstəqil siyasət həyata keçirməsi, qlobal miqyasda güclü suveren aktor kimi fərqlənməsi sözügedən dairələrə heç də xoş gəlmir. Bədxahlarımız ölkəmizə qarşı zaman-zaman təzyiq mexanizmlərini işə salırlar, məqsədyönlü çirkin kampaniya təşkil edərək dünyada Azərbaycan haqqında mənfi imic formalaşdırmağa çalışırlar. Antimilli mərkəzlərin bütün bu və digər cəhdləri Azərbaycandakı möhkəm daxili sabitliyi, vətəndaş, iqtidar-xalq həmrəyliyini pozmağa, daxildə xaos yaratmaqla ölkəmizi daim təhdid altında saxlamağa yönəlib.
Əslində, islamofob və digər antimilli dairələr Azərbaycana qarşı şər kampaniyasını, necə deyərlər, arası kəsilmədən həyata keçirirlər. Xaricdəki antimilli mərkəzlərin ölkəmizdəki dayaqlarını isə “beşinci kolon”da yer alan ünsürlər təşkil edirlər. Təəssüflə vurğulamaq lazımdır ki, Azərbaycanda da “beşinci kolon” mövcuddur və bu düşərgədəki “sapı özümüzdən olan baltalar” imperialist güc mərkəzlərinin, o cümlədən də xaricdəki islamofob və digər dairələrin ölkəmizlə bağlı hazırladıqları müxtəlif qərəzli ssenarilərdə məmnuniyyətlə rol alırlar.
Ölkədə dövlət-din münasibətləri yüksək səviyyədə qurulub
Xaricdəki məlum mərkəzlərdən Azərbaycana qarşı yönləndirilən təxribat və təhdid ssenariləri müxtəlif ideoloji zəminə istinad edilərək hazırlanır. Bəzi təxribatçı mərkəzlər ölkəmizə tarixi-milli ənənələrimizlə bir araya sığmayan yeni reallıqlar diktə etmək məqsədilə demokratiya pərdəsi arxasında gizlənirlər. Son günlərdə Bakının Nardaran qəsəbəsində baş verən hadisələr isə Azərbaycandakı sabitliyə, mövcud dövlət quruluşuna qarşı yönələn ssenarilərdə həm də din amilindən ideoloji zəmin kimi istifadə edildiyini ortaya qoyub.
Azərbaycanda din dövlətdən ayrıdır. Bununla belə, bütün dünya ölkəmizin timsalında dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimləndiyinin şahidi olur. Ölkəmizdə dövlət tərəfindən xalqımızın əsrlərdən bəri yaşatdığı milli-mənəvi-dini dəyərlərin qorunub saxlanılmasına və daha da zənginləşdirilməsinə böyük önəm verilir. Təsadüfi deyil ki, təkcə son 12 il ərzində respublikamızda 250-yə yaxın məscid tikilib və yaxud təmir edilib.
Azərbaycan öz üstünlüyünü həm də ölkənin çoxmədəniyyətli və çoxkonfessiyalı olmasında görür. Hazırda Azərbaycan əhalisinin 96 faizini müsəlmanlar, 4 faizini xristian, yəhudi və digər dinlərin nümayəndələri təşkil edirlər. Respublikamızda 597 dini icma var ki, onlardan da 21-i qeyri-müsəlman icmasıdır.
Din pərdəsi altında gizlənən terrorçu qrupun Azərbaycanda qarşıdurma yaratmaq cəhdlərinin qarşısı qətiyyətlə alınır
Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, Azərbaycanda dini zəmində hər hansı narazılıq yaranmasına heç bir zəmin yoxdur. Nardaranda baş verənlər din pərdəsi altında gizlənən və xaricdəki mərkəzlərdən idarə olunan terrorçu qrupun Azərbaycanda qarşıdurma yaratmaq cəhdlərini ifşa etdi. Bəhs olunan olay din pərdəsi arxasında fəaliyyət göstərən, əslində isə, xarici dairələr tərəfindən idarə olunan terrorçuların Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq və qarşıdurma yaratmaq cəhdi kimi dəyərləndirilir. Bu hadisənin müqəddəs İslam dini və səmimi inanclı insanlarla hər hansı bağlılığı yoxdur. Taleh Bağırzadə və onun ətrafında birləşmiş terrorçular xalqı itaətsizliyə çağırıb, nəzarətlərində olan saytlar və sosial şəbəkələr vasitəsilə hakimiyyət orqanlarını, vəzifəli şəxsləri hədələyib, onlara qarşı ölüm çağırışları ediblər. Nardaranda bir tərəfdə terrorçular, radikal ekstremist təfəkkürlü ünsürlər, digər tərəfdə isə onların iddialarını bölüşməyən və buna görə də təhdid və təzyiqlərlə üzləşən insanlar birgə yaşamaq məcburiyyətində qalıblar. Bu terrorçu dəstə Nardaran əhalisini qorxu içində saxlayıb, sadə insanları yoldan çıxarıb, onların mövqeyini bölüşməyənləri məcburi şəkildə öz iradəsinə tabe etdirərək məkrli niyyətlərini həyata keçirməyə çalışıb. Terrorçuların başlıca məqsədi də bəllidir. Onların məqsədi təhdidlə, zorakı yollarla əhalinin kütləvi şəkildə hakimiyyətə qarşı radikal çıxışlarını təşkil etmək, Şərqdə baş verən qanlı ssenariləri Azərbaycanda təkrarlamaq və ölkəni Liviyaya, Suriyaya çevirməkdir.
Dini terrorçu qruplaşmanın üzvləri qəsəbə sakinlərini iğtişaşlara çəkərkən özlərinin qanunazidd əməllərini müxtəlif sosial problemlərlə əlaqələndirməyə çalışıblar. Halbuki Nardaran kəndində sosial problemlərin həll edilməməsi ilə bağlı iddialar tamamilə əsassızdır. Kənd sakinlərinin sosial, kommunal təminatının yaxşı olmadığı barədə iddialar öz təsdiqini tapmır. “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində bütün Bakıətrafı kənd və qəsəbələrin, o cümlədən Nardaran kəndinin sosial-iqtisadi problemləri uğurla həll edilir.
Radikal terrorçu qruplaşma Nardaranda Azərbaycanın dövlət quruluşu ilə bir araya sığmayan idarəçilik üsulu yaratmağa çalışıb
Nardaranda terrorçu qruplaşmanın fəaliyyəti dövlətçilik nöqteyi-nəzərindən də təhlükə yaradırdı. Belə ki, Nardaranda mövcud olan ab-hava, insanların davranışları, geyimi, dövlətə, dinə münasibəti və s. Azərbaycan xalqına xas olmayan forma almışdı. Küçələri “İŞİD”-in hökmranlıq etdiyi Şərq ölkələrindəki qara bayraqlar bəzəyib, dini ayinlər teokratik dini dövlətlərə xas olan üslubda icra olunurdu. Bu insanlar sivil birgəyaşayış prinsipini inkar edib, özləri üçün teokratik, arxaik yaşayış modeli müəyyənləşdirərək dövlətin qanunlarını, ictimai həyat normalarını inkar etməyə çalışırdılar. Diqqəti çəkən məqamlardan biri ondan ibarətdir ki, uzun illər ərzində bu qəsəbənin sakinləri dövlətin konstitusiya quruluşunu, qanunlarını, ictimai həyat normalarını inkar etməklə özünəməxsus üsul-idarə modeli tətbiq ediblər. Qəsəbədə icra hakimiyyətinin, bələdiyyənin fəaliyyətinə imkan verilməyib, hüquq-mühafizə orqanlarının, digər dövlət qurumlarının yerli bölmələrinin yaradılmasına maneçilik törədilib. Eyni zamanda, burada təhsil və səhiyyə sistemi tamamilə pozulub. Uşaqlar orta məktəbdən yayındırılıb, ifrat radikal dini təlim həyata keçirilib. Dövlət institutlarının fəaliyyəti əvəzinə, qəsəbədə anlaşılmaz “ağsaqqallar şurası hakimiyyəti” yaradılıb və bütün məsələlər bu qurum tərəfindən tənzimlənib.
Beləliklə, Nardaran müasir və inkişaf edən Azərbaycanın reallığına tamamilə zidd olan, “İŞİD” poliqonunu xatırladan bir məkana çevrilib. Elə bütün bunlara görədir ki, qəsəbə həm də terrorun, radikal ekstremizmin yuvasına çevrilib.
Qəsəbədə mənfi ab-hava aradan qaldırılıb
Təbii ki, bütövlükdə Azərbaycan cəmiyyəti dövlətçilik mövqeyindən çıxış edərək Nardaranda kök salmış terrorçulara və onların tərəfdarlarına qarşı ölkə qanunvericiliyinə uyğun ciddi tədbirlər görülməsini, bu kəndin azğınlaşmış dəstənin hökmranlığından, Azərbaycan xalqına, hüquqi dövlət prinsipinə xas olmayan mənfi hallardan, stereotiplərdən xilas edilməsini istəyirdi. Azərbaycan ictimaiyyətinin mövqeyi belədir ki, dövlət, hüquq-mühafizə orqanları Nardaranı “İŞİD” tipli istehkama döndərənlər barədə sərt ölçü götürməli, qəsəbədə qanunların, ictimai davranış normalarının bərqərar edilməsi üçün zəruri olan bütün tədbirləri görməlidir.
Elə buna görə də, bu günlərdə ölkənin müvafiq qurumları uzun illərdir Nardaranı burada yuva salmış terrorçulardan və radikal ekstremistlərdən təmizləmək, dövlət orqanlarının fəaliyyətini bərpa etmək, qəsəbədə mövcud olan mənfi ab-havanı aradan qaldırmaq, əmin-amanlığı və normal həyat ritmini bərpa etmək məqsədi ilə uğurlu əməliyyat keçiriblər. Görülən tədbirlər nəticəsində qəsəbədə küçə və meydanlar radikal dini simvolikalardan, ekstremist və terrorçuların qurduğu “barrikada”lardan təmizlənib. Əməliyyat həyata keçirilən zaman ictimai qaydaları pozan, müqavimət və itaətsizlik nümayiş etdirən şəxslər haqqında qanun çərçivəsində müvafiq tədbirlər görülüb. Əməliyyat zamanı insanları itaətsizliyə və müqavimət göstərməyə çağıran terrorçu və ekstremist dəstənin üzvləri gizlənsələr də, hazırda onların müəyyənləşdirilməsi və saxlanması istiqamətində tədbirlər davam etdirilir.
Beləliklə, Azərbaycan dövləti ekstremistlərə və terrorçulara, müxtəlif təxribatçı qüvvələrə, onların havadarlarına öz gücünü və qətiyyətini nümayiş etdirib. Bundan sonrakı dövrdə də Nardaranda hakimiyyət orqanlarının funksiyasının mənimsənilməsi, təxribat törətmək, təhdid və təzyiq vasitəsilə insanları radikallığa və itaətsizliyə məcbur etmək cəhdlərinin qarşısı ən sərt şəkildə alınacaq.
“Yeni Azərbaycan”ın
Analitik Qrupu

 
  • Oxunub:  44820  |  
  • Tarix:  03-12-2015  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanın enerji resurslarının nəqlinin şaxələndirilməsi üçün müasir və yeni infrastruktur şəbəkəsi yaradılır

22 Fevral 21:19
Təhsil naziri və Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi 23 nömrəli məktəbdə
22 Fevral 21:17
“ASAN Viza” üçün “Radiant Launch” mükafatının təqdimolunma mərasimi keçirilib
22 Fevral 21:12
Mərkəzi Seçki Komissiyasının sədri Moldovaya səfər edib
22 Fevral 21:09
Xocalı soyqırımı ötən əsrin ən dəhşətli faciəsidir
22 Fevral 21:07
YAP Səbail rayon təşkilatının yaranmasının 26-cı ildönümü qeyd olunub
22 Fevral 21:04
Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib
22 Fevral 21:02
Ermənistan yeni geosiyasi turbulentlikdə: boş vədlər və sözçülüyün “real töhfələri”
22 Fevral 20:51
Şahin Mustafayev: Yeni gəmilər ASCO-nun Xəzərdəki üstünlüyünü davamlı edəcək
22 Fevral 20:45
VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin bağlanış mərasimi keçirilib
22 Fevral 20:34
ADA Məktəbinin təqdimatı olub
22 Fevral 20:32
Bahar Muradova: Beynəlxalq təşkilatlar çərçivəsində verilmiş qərarların praktikada həyata keçirilməsinə çalışmaq lazımdır
22 Fevral 20:14
Azərbaycan və Türkiyə Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib
22 Fevral 20:08
Xocalı soyqırımı qurbanlarının xatirəsi Argentinada da ehtiramla anılıb
22 Fevral 19:55
Deputat: Dağlıq Qarabağın azərbaycanlı icması sülh danışıqlarında maraqlıdır və daim buna hazırdır
22 Fevral 19:46
Kseniya Kiriçenko: Yaxın beş ildə Rusiyadan Azərbaycana turist axını iki dəfə artırılacaq
22 Fevral 19:34
ATƏT sənədlərində Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları münaqişə tərəfləri deyil, yalnız maraqlı tərəflər kimi müəyyən edilir
22 Fevral 18:49
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
22 Fevral 18:36
Azərbaycan-Xorvatiya münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub
22 Fevral 17:39
Bu ilin ilk ixrac missiyası Çinə təşkil olunacaq
22 Fevral 17:37
Aqiyə Naxçıvanlı: Cəmiyyət hər zaman ailənin möhkəm bünövrə əsasında qurulmasına, onun inkişafına çalışmalıdır
22 Fevral 17:29
YAP Ağstafa rayon təşkilatında Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
22 Fevral 17:23
Azərbaycan İlahiyyat İnstitutunda “Erasmus+” proqramı tətbiq olunacaq
22 Fevral 17:19
ADU-da Xocalı soyqırımına həsr olunmuş silsilə tədbirlər keçirilib
22 Fevral 17:14
BDU və Avropa Şurasının Bakı ofisi birgə tədbirlər keçirəcək
22 Fevral 17:08
ATƏT PA-nın iclasında Ermənistan Azərbaycanın mədəni və tarixi abidələrinin dağıdılmasını dayandırmağa çağırılıb
22 Fevral 17:04
Bahar Muradova: ATƏT qaçqın və məcburi köçkünlərin problemlərinə lazımi diqqət ayırmır
22 Fevral 17:00
Dünya Bankı ilə ədliyyə sahəsində birgə layihələr uğurla həyata keçirilir
22 Fevral 16:41
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22 Fevral 16:38
Naxçıvan: uğurlu inkişaf strategiyası yeni mərhələdə
22 Fevral 16:37
UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin püşkü atılıb
22 Fevral 16:35
Sumqayıtda yeni yaşayış kompleksinə köçürülmə başlanır
22 Fevral 16:24
Abşeron rayonunda “KOB Dostu” fəaliyyətə başlayıb
22 Fevral 16:11
Şəmsəddin Hacıyev: Azərbaycan dünyada nüfuzlu, etibarlı tərəfdaş ölkə kimi özünü təsdiq edib
22 Fevral 15:45
Azərbaycanda ilk dəfə Qubada Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanıldı
22 Fevral 15:43
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hacıqabulda vətəndaşları qəbul edəcək
22 Fevral 15:40
Azərbaycan nümayəndə heyəti Melburnda bir sıra görüşlər keçirib
22 Fevral 15:18
ATƏT: Son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müsbət dinamikaya ümid yaranıb
22 Fevral 14:47
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib
22 Fevral 14:40
Ərdoğan Türkiyə və Azərbaycan arasında hərbi sahədə mühüm sənədi təsdiqlədi
22 Fevral 14:37
"Xocalıya ədalət" kampaniyası çərçivəsində İsraildə soyqırım qurbanlarının anım günü keçirilib
22 Fevral 14:33
Pauerliftinq üzrə Paralimpiya yığmamızın üzvləri ilə görüş keçirilib
22 Fevral 14:31
Qida Təhlükəsizliyi Agentliyində beynəlxalq ekspertlərin iştirakı ilə seminar keçirilib
22 Fevral 14:27
Energetika naziri Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində bir sıra görüşlər keçirib
22 Fevral 14:21
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22 Fevral 14:19
Pakistan mətbuatında Xocalı faciəsi haqqında məqalələr yayılıb
22 Fevral 14:17
Milli Olimpiya Komitəsi media və kommunikasiya mütəxəssisləri üçün təlim proqramına başlayıb
22 Fevral 14:14
Beynəlxalq konqresdə ADNSU-nun rektorunun məruzəsi dinlənilib
22 Fevral 14:12
Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək millimizin oyunlarının təqvimi müəyyənləşib
22 Fevral 14:09
BANM-in tələbələri təhsillərini Bolqarıstanda və Yunanıstanda davam etdirəcəklər
22 Fevral 14:07
Prezident İlham Əliyev Xızıda yol tikintisinə 850 min manat ayırıb
22 Fevral 13:01
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
22 Fevral 12:58
Səhiyyə naziri Oqtay Şirəliyev Biləsuvarda vətəndaşları qəbul edib
22 Fevral 12:57
Mirzəcan Xəlilov: Sumqayıtda böyük sənaye müəssisələrinin yaradılması ölkəmizin iqtisadi gücünü əhəmiyyətli dərəcədə artırır
22 Fevral 12:36
Birinci vitse-prezident Mehriban Əliyeva Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi ilə görüşüb
22 Fevral 12:26
Tahir Budaqov: Hesablamalara görə, qarşıdakı 2 ayda Azərbaycan əhalisinin sayı 10 milyona çatacaq
22 Fevral 12:21
Fransanın Overny-Ron-Alp regionu ölkəmizlə aqrar sahədə əməkdaşlıqda maraqlıdır
22 Fevral 12:18
Avtomobil yolları işçiləri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
22 Fevral 12:15
Türkmənistan rəsmisi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda olub
22 Fevral 12:14
Türkiyənin İğdır şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla anılıb
22 Fevral 12:10
Azərbaycanın kənd təsərrüfatı naziri Fransada işgüzar səfərdədir
22 Fevral 12:07
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Qarabağ müharibəsi əlili üçün ev tikilməsi barədə tapşırıq verib
22 Fevral 11:43
Xocalı soyqırımı qurbanlarının xatirəsi Vaşinqtonda yad edilib
22 Fevral 11:23
Teruyuki Katori: Naxçıvan iqtisadi baxımdan azad və öz inkişafını təmin edən bir diyardır
22 Fevral 11:14
Yaponiya səfiri Naxçıvanın tarixi abidələri, sənaye, mədəniyyət və səhiyyə müəssisələri ilə tanış olub
22 Fevral 10:59
Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Madriddə anım mərasimi təşkil edilib
22 Fevral 10:38
İqtisadiyyat Nazirliyində Dünya Bankı ilə müzakirələr aparılıb
22 Fevral 10:13
Ermənistan ordusu iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 22 dəfə pozub
22 Fevral 10:09
ATƏT PA-nın iclasında korrupsiya ilə mübarizədə “ASAN xidmət” modelinin üstünlüklərindən bəhs edilib
22 Fevral 10:08
Bahar Muradova: Sərhəd zonalarında və təmas xətti boyu yaşayan insanların hüquqlarının qorunması mühüm əhəmiyyət daşıyır
22 Fevral 10:01
Tahir Mirkişili: Xarici müdaxilələr, qonşu ölkəyə qarşı işğalçılıq siyasəti insanların yaşamaq hüququnu məhdudlaşdırır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28
HAVA HAQQINDA