Ana səhifə »  Analitik »  Ölkəmizdə terrorçuların xaos yaratmaq cəhdlərinə izin verilməyəcək!
A+   Yenilə  A-
Ölkəmizdə terrorçuların xaos yaratmaq cəhdlərinə izin verilməyəcək!

Azərbaycan dövləti ekstremistlərə və terrorçulara, müxtəlif təxribatçı qüvvələrə, onların havadarlarına öz gücünü və qətiyyətini nümayiş etdirdi
Müasir dövrdə bir sıra müsəlman ölkələrində cərəyan edən proseslər din və dini amil məsələsini xüsusilə aktuallaşdırıb. Müəyyən qərəzli dairələrin ssenariləri və planları əsasında müxtəlif dövlətlərə, cəmiyyətlərə qarşı neqativ imicin formalaşdırılmasına yönəlik hərəkətlər bu kontekstdə ayrıca vurğulanmalıdır. Şübhəsiz, bu baxımdan, ayrı-ayrı milli-etnik qrupları və məzhəbləri təxribata sövq etmək, mövcud hakimiyyətlərlə vətəndaşlar arasında qarşıdurma yaratmaq istinad olunan əsas üsullardır. Bununla yanaşı, muzdlu terrorçulardan həmin ölkələrin “narazı vətəndaşlar”ı adı ilə istifadə edilərək tamamilə xaos mühiti formalaşdırılır. Ən əsası isə, bu planlar əsasında sivil insanların qətli, ölkələrin xaosa və anarxiyaya sürüklənməsi faktı növbəti dəfə sübuta yetirir ki, müəyyən mərkəzlər din amilindən özlərinin maraqlarını təmin etmək üçün təsir vasitəsi kimi istifadə etməkdədirlər. Milli-etnik strukturların dağıdılması, milli, dini zəmində konfrantasiyaların yaradılması həmin dairələrin ambisioz iddialarına söykənən xaos fəlsəfəsinə xidmət edir. Buradan çıxış edərək, eyni zamanda, müxtəlif dövlətlərə yönəlmiş antitəbliğata xidmət edən imic formalaşdırmağa çalışılır. Müxtəlif vasitələrdən, həmçinin mediadan istifadə edilərək müəyyən ölkələrə qarşı “qara piar” kampaniyası aparılır. Bu zaman əsas götürülən məqam vətəndaşla hakimiyyət arasında ziddiyyət yaratmaq, o cümlədən narazı qruplar formalaşdırmaqdır.
Şübhəsiz, dinin siyasiləşdirilməsi, yaxud dindən siyasi vasitə kimi istifadə olunması kifayət qədər təhlükəli nəticələr vəd edir. Birincisi, dini təriqət və qruplaşmaların siyasi proseslərə qoşulması həm cəmiyyət daxilində, həm də bu zəmində xaotik proseslərin yaranmasını şərtləndirir. İkincisi, bu zaman milli maraqlar yox, dini-ideoloji cərəyanların tələbləri əsas götürülür.
Bu gün müsəlman Şərqində din pərdəsi arxasında cərəyan edən proseslər həmin coğrafiyada milli dövlətçiliyin sıradan çıxarılması, xaos platformasının formalaşdırılması kimi neqativ nəticələrlə xarakterizə olunmaqdadır. Həmin coğrafi məkanda beynəlxalq terror şəbəkəsinin elementləri olan terrorçu dəstələrin (“Cəbhət əl-Nüsra”, “Boko Haram”, “əl-Qaidə”, İŞİD, “Ləşkəri Taiba”, “Taliban” və digər bu kimi təşkilatlar) xidmətlərindən, ilk növbədə, milli dövlətlərin “anarxiya aparatı”na çevrilməsi məqsədilə istifadə edilir. Həmin dövlətlər öz müstəqillikləri və funksionallıqlarını itirməklə de-fakto xaotik proseslər “istehsal edirlər” və burada dini ayrı-seçkilik və separatizm, məzhəblərarası savaş kimi amillər ön plana çıxır.
Görünən odur ki, həmin strateji planlar digər coğrafi məkanlarda da bir sıra ölkələr üçün nəzərdə tutulub və bu, bəzi dövlətlərdə cəmiyyət daxilində rüşeym halındadır.
Taleh Bağırovun rəhbərlik etdiyi terrorçu dəstənin məqsədi nədir?
Bu kontekstdə Azərbaycan da din pərdəsi arxasında fəaliyyət göstərən terrorçu qruplaşmaların diqqətindən kənarda deyil. Respublikada ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar, terror aktları törətməyi planlaşdıran və din pərdəsi arxasında fəaliyyət göstərən terrorçu dəstə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədilə “Müsəlman birliyi” adlı hərəkat yaradıb. Həmçinin paytaxtın Nardaran qəsəbəsində qanunsuz yığıncaqlar keçirərək respublikanın əhalisini hakimiyyətə qarşı qaldırmağın yollarını müzakirə edib, bununla bağlı tərəfdarlarına göstərişlər verib və əhaliyə çağırış vərəqələri paylayıblar. Silahlı cinayətkar dəstənin hər bir üzvünün üzərinə düşən konkret vəzifələr, o cümlədən hakimiyyət nümayəndələrinə qarşı terror aktları törədəcək məsul şəxslər müəyyən edilib. Xüsusi nüans budur ki, terrorçu dəstə başçısı Taleh Bağırov və onun ətrafında birləşmiş terrorçular xalqı itaətsizliyə çağırıb, nəzarətlərində olan saytlar və sosial şəbəkələr vasitəsilə hakimiyyət orqanlarını, vəzifəli şəxsləri hədələyib, onlara qarşı ölüm çağırışları ediblər. Başlıca məqam ondan ibarətdir ki, Nardaranda bir tərəfdə terrorçular, digər tərəfdə isə onların iddialarını bölüşməyən və buna görə də təhdid və təzyiqlərlə üzləşən insanlar birgə yaşamaq məcburiyyətində qalıblar. Qeyd edildiyi kimi, bu terrorçu dəstə Nardaran əhalisini qorxu içində saxlayıb, sadə insanları yoldan çıxarıb, onların mövqeyini bölüşməyənləri məcburi şəkildə öz iradəsinə tabe etdirərək məkrli niyyətlərini həyata keçirməyə çalışıb. Onların başlıca məqsədi təhdidlə, zorakı yollarla əhalinin kütləvi şəkildə hakimiyyətə qarşı radikal çıxışlarını təşkil etmək, Şərqdə baş verən qanlı ssenariləri Azərbaycanda təkrarlamaq və ölkəni Liviyaya, Suriyaya çevirməkdir.
Beləliklə, əminliklə söyləmək olar ki, Nardaran kəndində sabitliyin pozulmasına yönəlik təxribatçı hərəkətlərə yol verənlər dindarlar deyil, terrorçulardır.
Dəfələrlə qeyd edildiyi kimi, Nardaranda mövcud olan ab-hava, insanların davranışları, geyimi, dövlətə, dinə münasibəti və s. Azərbaycan xalqına xas olmayan forma almışdı. Küçələri İŞİD-in hökmranlıq etdiyi Şərq ölkələrindəki qara bayraqlar bəzəyir, dini ayinlər teokratik dini dövlətlərə xas olan üslubda icra olunurdu. Bu insanlar sivil birgəyaşayış prinsipini inkar edir, özləri üçün teokratik, arxaik yaşayış modeli müəyyənləşdirərək dövlətin qanunlarını, ictimai həyat normalarını inkar etməyə çalışırdılar. Onlar Nardaranı “dövlət içində dövlət” hesab edirdilər.
Uzun illərdir bu qəsəbənin sakinləri dövlətin Konstitusiya quruluşunu, qanunlarını, ictimai həyat normalarını inkar etməklə özünəməxsus üsul-idarə modeli tətbiq ediblər. Qəsəbədə icra hakimiyyəti, bələdiyyənin fəaliyyətinə imkan verilmir, hüquq-mühafizə orqanlarının, digər dövlət qurumlarının yerli bölmələrinin yaradılmasına maneçilik törədilirdi. Eyni zamanda, burada təhsil və səhiyyə sistemi tamamilə pozulub. Uşaqlar orta məktəbdən yayındırılır, ifrat radikal dini təlim həyata keçirilirdi. Dövlət institutlarının fəaliyyəti əvəzinə qəsəbədə anlaşılmaz “ağsaqqallar şurası hakimiyyəti” yaradılıb və bütün məsələlər bu qurum tərəfindən tənzimlənirdi.
Nardaranda normal həyat ritmi tam təmin olunub
Bütün hallarda Azərbaycanda təhlükəsizlik, ictimai-siyasi sabitlik təmin olunub və dövlət terrorçuların xaos yaratmaq cəhdlərinə izin verməyəcək! Azərbaycan güclü dövlətdir və heç bir qüvvənin ölkədəki sabitliyi pozmaq və müxtəlif qanlı ssenarilər reallaşdırmaq istəyi baş tutmayacaq. Buna cəhd edənlər isə layiqli cəzalarını alacaqlar.
Məlum olduğu kimi, dekabrın 1-də Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq Nardaranda birgə xüsusi əməliyyat keçiriblər. Əməliyyatın məqsədi Nardaranı uzun illərdir yuva salmış terrorçulardan təmizləmək, dövlət orqanlarının fəaliyyətini bərpa etmək, qəsəbədə mövcud olan mənfi ab-havanı aradan qaldırmaq, əmin-amanlığı və normal həyat ritmini bərpa etmək olub. Qəsəbədə tədbirlərin həyata keçirilməsinə başlanıb, küçə və meydanlar radikal dini simvollardan, ekstremist və terrorçuların qurduğu “barrikada”lardan təmizlənib. Əməliyyat zamanı insanları itaətsizliyə və müqavimət göstərməyə çağıran terrorçu və ekstremist dəstənin üzvləri gizlənib, amma onların müəyyənləşdirilməsi və saxlanması istiqamətində konkret tədbirlər görülüb. Şübhəsiz, bundan sonrakı dövrdə Nardaranda hakimiyyət orqanlarının funksiyasının mənimsənilməsi, təxribat törətmək, təhdid və təzyiq vasitəsilə insanları radikallığa və itaətsizliyə məcbur etmək cəhdlərinin qarşısı alınacaq. Azərbaycan dövləti bir daha belə halların baş verməməsi üçün zəruri tədbirləri sona kimi davam etdirməkdə tam qətiyyətlidir. Son hadisələrin fonunda isə əminliklə demək olar ki, Azərbaycan dövləti ekstremistlərə və terrorçulara, müxtəlif təxribatçı qüvvələrə, onların havadarlarına öz gücünü və qətiyyətini nümayiş etdirdi.
“Yeni Azərbaycan”ın
Analitik Qrupu

 
  • Oxunub:  47490  |  
  • Tarix:  04-12-2015  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Şərqdə ilk demokratik respublikanın parlamentinin 100 illiyi təntənə ilə qeyd olunub

15:07
22 Sentyabr
Milli Məclisdə Azərbaycan-Oman əlaqələrinin inkişafı məsələləri müzakirə edilib
14:43
22 Sentyabr
Azərbaycan Prezidenti parlamentin 100 illiyi münasibətilə keçirilən iclasda ciddi mesajlar verdi
14:37
22 Sentyabr
GUAM-a üzv dövlətlərin hökumət başçılarının iclasına hazırlıq məsələləri müzakirə olunub
14:30
22 Sentyabr
Avropalı diplomatlar Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyini ziyarət ediblər
14:26
22 Sentyabr
Elmin İnkişafı Fondu yeni qrant müsabiqələri elan edəcək
14:23
22 Sentyabr
XİN: KTMT baş katibinin Ermənistan-Azərbaycan münaqişəsinə dair açıqlama verməsi təşkilatın mandatından kənardır
14:18
22 Sentyabr
Nyu-Yorkda keçiriləcək ABŞ-Xəzər Biznes Forumuna 100-dən çox şirkət qatılacaq
14:17
22 Sentyabr
Tahir Rzayev: Azərbaycan Parlamenti 100 il ərzində şərəfli bir yol keçib
12:50
22 Sentyabr
Favzi Daoud: Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
12:41
22 Sentyabr
Aydın Hüseynov: Azərbaycan parlamenti tarixdə şərəfli iz qoyub
12:35
22 Sentyabr
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
12:18
22 Sentyabr
İndoneziya Regional Nümayəndələr Şurasının sədri Azərbaycana səfərə gəlib
11:24
22 Sentyabr
Dövlət Komitəsinin sədri Mingəçevirdə vətəndaşları qəbul edəcək
10:30
22 Sentyabr
Kristina Marti Lanq: İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
10:27
22 Sentyabr
Cüdo üzrə dünya çempionatı: Azərbaycanın 3 idmançısı mübarizəyə qoşulub
10:24
22 Sentyabr
Bolqarıstanın Varna şəhərində Azərbaycan mədəniyyətinə dair fotosərgilər nümayiş etdirilib
10:22
22 Sentyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 112 dəfə pozub
20:45
21 Sentyabr
BMT və qlobal çağırışlar: "intertarixi" zərurət kontekstində
20:43
21 Sentyabr
Bilgəhdə Beynəlxalq Ahıllar Günü münasibətilə tədbir keçirilib
20:40
21 Sentyabr
Slovakiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Müdafiə Sənayesi Nazirliyində olub
20:39
21 Sentyabr
Soçi və İdlib: Rusiya-Türkiyə əməkdaşlığı qlobal geosiyasi proseslər kontekstində
20:23
21 Sentyabr
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidenti ilə görüşüb
20:13
21 Sentyabr
Bakıda keçirilən cüdo üzrə dünya çempionatının ikinci gününə yekun vurulub
20:05
21 Sentyabr
Mərzuq Əli əl-Ğanim: Küveyt və Azərbaycan hər zaman bir-birinin yanındadır
19:56
21 Sentyabr
Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində özünüqiymətləndirmə təlimi keçirilib
19:52
21 Sentyabr
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
19:29
21 Sentyabr
Azərbaycan ilə Britaniya Şurası arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
19:24
21 Sentyabr
“Azİz” Beynəlxalq Assosiasiyasının nümayəndə heyəti Bakı Kitab Mərkəzinin qonağı olub
19:23
21 Sentyabr
AQTA ilə Asiya İnkişaf Bankı arasında strateji əməkdaşlıq imkanları öyrənilir
19:09
21 Sentyabr
Naxçıvanda yeni Asfalt-Beton Zavod Kompleksi istifadəyə verilib
18:37
21 Sentyabr
“ASAN xidmət” təcrübəsi Uqandada tətbiq olunacaq
18:29
21 Sentyabr
Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasın iştirakçıları ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
18:26
21 Sentyabr
Prezident İlham Əliyev: Azərbaycanın dünyada təhlükəsizliyə töhfəsi getdikcə artır
18:13
21 Sentyabr
Prezident İlham Əliyev: Bu gün Azərbaycan dünya xəritəsində bir uğur nümunəsidir
18:08
21 Sentyabr
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
18:06
21 Sentyabr
Azərbaycan Dillər Universiteti Çinin müxtəlif universitetləri ilə əlaqələr qurub
18:01
21 Sentyabr
Prezident İlham Əliyev: Dağlıq Qarabağ heç vaxt Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq
17:49
21 Sentyabr
Prezident: Bu gün Ermənistandan səslənən çox ziddiyyətli və bəzən cəfəng fikirlər münaqişənin həllinə yox, onun dərinləşməsinə xidmət göstərir
17:46
21 Sentyabr
Hikmət Babaoğlu: "Prezidentin nitqi Ermənistan rəhbərliyinin savadsız çıxışlarına tutarlı cavab idi"
17:41
21 Sentyabr
Prezident: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ən böyük ədalətsizlikdir
17:38
21 Sentyabr
Prezident İlham Əliyev: Demokratik inkişafla bağlı siyasətimizin aparılmasında Azərbaycan parlamentinin çox böyük rolu var
17:37
21 Sentyabr
Azərbaycan UNESCO-nun sülh konfransında təmsil olunub
17:28
21 Sentyabr
Adil Əliyev: Azərbaycan parlamentinin bir əsrlik keçdiyi şərəfli yol müasir dövlətimizin inkişafında özünəməxsus yer tutur
17:15
21 Sentyabr
Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclas keçirilib
16:43
21 Sentyabr
İbrahim Əhməd Ömər: Sudan Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirmək əzmindədir
16:29
21 Sentyabr
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
16:25
21 Sentyabr
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
16:23
21 Sentyabr
BDU ilə Darüssəlam Qontor Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb
16:13
21 Sentyabr
Bəstəkarlar İttifaqı Anarı “Üzeyir Hacıbəyli” medalı ilə təltif edib
16:12
21 Sentyabr
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
15:52
21 Sentyabr
Dövlət Aqrar Ticarət Şirkəti ilə Rusiya Kənd Təsərrüfatı Nazirliyinin Analitik Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanacaq
15:36
21 Sentyabr
Jan-Fransua Mansel: Fransa-Azərbaycan əlaqələrinin inkişafında parlamentlərarası münasibətlər xüsusi rol oynayır
15:34
21 Sentyabr
Dünya şöhrətli Sadhquru Heydər Əliyev Mərkəzində mühazirə deyəcək
15:27
21 Sentyabr
Bob Bləkmən: Demokratik inkişaf nəticəsində Azərbaycan dünyaya açılan bir ölkəyə çevrilib
15:25
21 Sentyabr
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşüb
14:35
21 Sentyabr
Kənd Təsərrüfatı Nazirliyində Asiya İnkişaf Bankının nümayəndələri ilə görüş keçirilib
14:32
21 Sentyabr
Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib
14:29
21 Sentyabr
Dövlət Gömrük Komitəsinin sədri Lənkəran şəhərində vətəndaşları qəbul edib
14:27
21 Sentyabr
Polad Bülbüloğlu Mixail Şvıdkoya Azərbaycan Prezidentinin fəxri diplomun təqdim edib
14:23
21 Sentyabr
Dastanbek Cumabekov: Azərbaycan parlamentinin qəbul etdiyi qanunlar ölkənin demokratik inkişafı üçün əsaslı zəmin yaradıb
14:20
21 Sentyabr
Əmək və əhalinin sosial müdafiəsi naziri dörd rayon və şəhərin sakinləri ilə görüşüb
14:18
21 Sentyabr
Mərzuq əl Ğanim: Küveyt Şərq ilə Qərb arasında körpü rolunu oynayan Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır
14:15
21 Sentyabr
ATƏT PA-nın sədri: Azərbaycanın regionda vacib ölkəyə çevrilməsinə parlament də öz töhfəsini verib
14:14
21 Sentyabr
Piter Kropş Avropa Xəbər Agentlikləri Alyansının prezidenti seçilib
14:11
21 Sentyabr
Arif Məlikovun yubileyinə həsr edilmiş elmi sessiya
14:09
21 Sentyabr
Tsveta Karayançeva: Sevindiricidir ki, 100 il sonra müstəqil Azərbaycan müasir dövlət kimi inkişaf edir
13:32
21 Sentyabr
Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti ilə görüş keçirilib
13:29
21 Sentyabr
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
12:57
21 Sentyabr
Məleykə Abbaszadə: Gələn tədris ili üzrə ali məktəblərə qəbul üçün maksimal bal 700 olacaq
12:37
21 Sentyabr
Zakir Həsənov NATO baş katibinin müavini ilə görüşüb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA