Ana səhifə »  Analitik »  Mehriban xanım Əliyeva mədəniyyətimizin, incəsənətimizin, tarixi irsimizin böyük təbliğatçısı və hamisidir
A+   Yenilə  A-
Mehriban xanım Əliyeva mədəniyyətimizin, incəsənətimizin, tarixi irsimizin böyük təbliğatçısı və hamisidir

Prezident İlham Əliyev: Mehribanın rəhbərliyi ilə bir neçə istiqamət üzrə konkret proqramlar icra edilmişdir. Bir çox hallarda Fondun təşəbbüsləri bir qədər sonra həm ictimai təşkilatlar, eyni zamanda, dövlət qurumları tərəfindən dəstəklənmiş və bir növ dövlət proqramına çevrilmişdir
Elə bəşəri dəyərlər var ki, onlar zaman və məkan məhdudiyyətinə sığmır, həmişə və hər yerdə yüksək dəyərləndirilir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın malik olduğu və əməllərində təcəssüm edən dəyərlər məhz bu kateqoriyaya aiddir. Mehriban xanım Əliyevanın irəli sürdüyü təşəbbüslər bir qayda olaraq ümumi mənafedən irəli gəlir. Hamı tərəfindən birmənalı şəkildə qəbul olunur ki, o, özünü məhz insanlara, ələlxüsus da aztəminatlı insanlara kömək əli uzadanda, ölkəmizin imicinin yüksəlməsi naminə hansısa layihəni həyata keçirəndə, milli mədəniyyətimizi dünya auditoriyasına təqdim edəndə rahat və xoşbəxt sanır. “Vətənin bir övladının missiyası nədən ibarətdir?” sualı ətrafında geniş müzakirələr açmaq və müxtəlif cavablar səsləndirmək mümkündür. Fəqət, Mehriban Əliyevanın ölkənin birinci xanımı və Ümummilli lider Heydər Əliyevin adını daşıyan Fondun rəhbəri kimi reallaşdırdığı işlərin timsalında doğma Vətənə necə layiqli övlad olmağın konkret nümunəsini görürük. Mehriban xanım Əliyeva həmişə Azərbaycanın və ölkə vətəndaşlarının qarşısında duran, həlli çətin görünən problemlərin üstünə gedir. Bəzən elə təsəvvür yaranır ki, onun qaldırdığı məsələlərin həlli qeyri-mümkündür, burada uğur qazanmaq mümkün deyil. Lakin bu, Mehriban xanım Əliyevanın xarakteridir. O, Vətən qarşısında layiqli övlad missiyasını, necə deyərlər, çətin işlərin öhdəsindən gəlməklə yerinə yetirməyə çalışır.
Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu regionda ən böyük ictimai təşkilata çevrilib
Mehriban xanım Əliyevanın təəssübkeşliyi, Vətənə, xalqa bağlılığı, daim qurub-yaratmaq həvəsi ilə yaşadığı, gördüyü işdən mənəvi zövq aldığı rəhbərlik etdiyi Heydər Əliyev Fondunun reallaşdırdığı layihələrdə daha konkret şəkildə əks olunur. Məlum olduğu kimi, 2004-cü il mayın 10-da yaradılan Heydər Əliyev Fondu Ulu öndərin ideyalarını böyük əzmlə, sədaqətlə həyata keçirir. Daha dəqiq desək, ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək etməyi, uşaq müəssisələrinin infrastrukturlarını inkişaf etdirməyi, ekologiya sahəsində mühüm tədqiqatları dəstəkləməyi, sağlam həyat tərzini təbliğ etməyi, Azərbaycan Republikasının ərazisində və xaricdə aktual mövzulara dair konfrans və seminarlar, eləcə də uşaqların, yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgilərini təşkil etməyi, dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək verməyi öz fəaliyyətində prioritet məsələlər kimi öndə tutan Fondun fəaliyyəti ölkənin ictimai həyatının bütün sahələrini əhatə edir. Prezident İlham Əliyev Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə və Heydər Əliyev Fondunun 10 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə söylədiyi nitqində Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondunun rəhbəri kimi fəaliyyətini yüksək qiymətləndirərək vurğulayıb: “Onun rəhbərliyi ilə Fond nəinki Azərbaycanda, eyni zamanda, regionda görülən işlərin həcminə görə ən böyük ictimai təşkilata çevrilmişdir. Mehribanın rəhbərliyi ilə bir neçə istiqamət üzrə konkret proqramlar icra edilmişdir. Bir çox hallarda Fondun təşəbbüsləri bir qədər sonra həm ictimai təşkilatlar, eyni zamanda, dövlət qurumları tərəfindən dəstəklənmiş və bir növ dövlət proqramına çevrilmişdir. Xüsusilə Fondun təşəbbüsü ilə başlanmış “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi bu gün geniş vüsət almışdır və dövlət bu proqrama qoşularaq son 10 il ərzində 3 minə yaxın yeni məktəb tikdirə bilmişdir. “Xocalıya ədalət!” kampaniyası da məhz Fondun təşəbbüsü ilə başlamışdır. Ondan sonra dövlət qurumları, ictimai qurumlar bu təşəbbüsə qoşulmuşlar və nəticə etibarilə qısa müddət ərzində 10-dan çox ölkə Xocalı soyqırımını rəsmən soyqırımı kimi qəbul etmişdir”.
Ümumiyyətlə, Fond fəaliyyəti dövründə Ümummilli lider Heydər Əliyevin ideyalarının işığında həmişə səmərəli fəaliyyəti ilə qarşıya qoyduğu məqsədlərə nail olub. Bəhs olunan tədbirdə Fondun prezidenti Mehriban xanım Əliyeva keçilən yola nəzər salaraq deyib: “2004-cü il mayın 10-da Heydər Əliyev Fondu öz fəaliyyətinə başladı. Fond müasir Azərbaycan dövlətçiliyinin əsaslarını qoymuş, müstəqil Azərbaycanın siyasi, iqtisadi və mənəvi dirçəlişini təmin etmiş şəxsin adını daşıyır. Biz fəaliyyətimizin ilk günündən atdığımız addımlarla, gördüyümüz işlərlə bu yüksək ada layiq olmağa çalışmışıq”.
Heydər Əliyev Fondu milli mədəniyyətimizin qorunması və inkişafı istiqamətində geniş fəaliyyət göstərir
Azərbaycanın musiqisinin dünyada təbliği və ölkəmizin beynəlxalq mədəniyyət mərkəzinə çevrilməsi Heydər Əliyev Fondunun fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Fondun mədəniyyətimizin dünyada təbliği istiqamətində gördüyü işlərdən məmnunluq ifadə edən Prezident İlham Əliyev bildirib: “Azərbaycan mədəniyyətinin, mədəni irsimizin qorunması, dünyada təbliği işində Fond əvəzsiz rol oynamışdır. Bizim milli sərvətimiz olan muğam sənəti UNESCO-nun dünya qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir”.
Ümumiyyətlə, Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin inkişafı üçün göstərdiyi xidmətləri xüsusi vurğulamaq lazımdır. Hələ 1995-ci ildə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə hazırda onun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondu təsis olunub. 1996-cı ildə o, Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə Azərbaycan, ingilis və rus dillərində çap olunan “Azərbaycan - İrs” jurnalını təsis edib. Jurnal dünyanın onlarla ölkəsində bir neçə dildə yayımlanıb.
Mehriban xanım Əliyevanın mədəniyyətə və incəsənətə göstərdiyi qayğı ilə əlaqədar fəaliyyətinin böyük bir hissəsi Heydər Əliyev Fondu ilə bağlıdır. Heydər Əliyev Fondunun Azərbaycanın dünyada daha yaxından tanıdılması istiqamətində həyata keçirdiyi layihələr sırasında “Bakıya uçuş. Müasir Azərbaycan İncəsənəti” sərgisini xüsusi vurğulamaq lazımdır. İlk dəfə 2012-ci ilin yanvarında Londonda açılan bu sərgi sonrakı illərdə Paris, Berlin, Moskva, Roma və Vyanada da təşkil edilərək yerli sakinlərin marağını cəlb edib və Bakıda təşkil olunan yekun sərgisi ilə uğurla başa çatdırılıb.
Heydər Əliyev Fondu qədim tarixi abidələrin bərpasına və qorunmasına da xüsusi diqqət ayırır. Məsələn, Fondun dəstəyi ilə 2008-ci ildə Abşeronun ən qədim insan məskənlərindən olan Qala qəsəbəsində Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin yaradılması tarixi keçmişimizi qoruyub saxlamağa, ölkəmizi turizm mərkəzlərindən birinə çevirməyə xidmət edir.
Azərbaycan mədəniyyətinin dünyada təbliğində, eləcə də mədəniyyətlərarası dialoqun genişləndirilməsində Heydər Əliyev Fondunun BMT-nin ən mötəbər qurumlarından olan UNESCO ilə əlaqələri xüsusi yer tutur. Sirr deyil ki, Azərbaycan-UNESCO əlaqələrinin indiki səviyyəyə yüksəlməsində Mehriban xanım Əliyevanın böyük əməyi var. Azərbaycanın birinci xanımı ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə görə 2004-cü il avqustun 13-də təşkilatın şifahi ənənələr və musiqi ənənələri sahəsində xoşməramlı səfiri adına layiq görülüb.
Bu məqamda qeyd edək ki, məhz Prezident İlham Əliyevin və UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səmərəli fəaliyyətinin nəticəsi olaraq muğam və aşıq sənəti, tar ifaçılıq sənəti, eləcə də Azərbaycan xalçası UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Mehriban xanım Əliyeva Bakıda “Muğam Aləmi” III Beynəlxalq Muğam Festivalının açılışında çıxışı zamanı bu nailiyyətləri yüksək qiymətləndirərək deyib: “Hər bir xalqın, hər bir millətin ən böyük sərvəti onun mədəni irsidir. Azərbaycan qədim və zəngin tarixə, mədəniyyətə malik olan bir ölkədir. Əsrlər boyu bizi bir millət kimi qoruyub saxlayan mədəni irsimiz, dilimiz, ədəbiyyatımız, poeziyamız, musiqimiz olub. Muğam isə əsl sənət incisidir. Təsadüfi deyil ki, Azərbaycan muğamı UNESCO-nun bəşəriyyətin mədəni irsinin şah əsərləri siyahısına salınıb və çox sevindirici haldır ki, artıq bu siyahıda Azərbaycan tarı və tar ifaçılığı da vardır. Bu, bizim mədəni irsimizə, mədəni irsimizin qorunmasına dünya miqyasında göstərilən diqqətin və qayğının göstəricisidir”.
Bundan başqa, hər il Fondun dəstəyi ilə keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı Şərq və Qərb musiqisini, eləcə də məşhur ifaçıları, bəstəkarları bir araya gətirir. Həmçinin Heydər Əliyev Fondunun bir sıra dövlət qurumları ilə birgə təşkil etdiyi və 2009-cu ildən keçirilən Respublika muğam müsabiqəsi və Beynəlxalq Muğam Festivalı həm Azərbaycanda muğam sənətinə üz tutan gənclərin sayını xeyli artırıb, həm də milli muğam musiqimizi dünyaya tanıdıb.
Mehriban xanım Əliyeva qayğıkeş ana obrazı ilə cəmiyyətdə böyük rəğbət qazanıb
Azərbaycan xalqının yüksək milli-mənəvi dəyərləri ilə qürur duyan və özünün şəxsi nümunəsində bu dəyərləri dünyaya layiqincə təqdim edən Mehriban xanım Əliyevanın timsalında biz həmçinin qayğıkeş bir ana obrazını görürük. Mehriban xanım Əliyeva həyatının xoş günlərini, milli bayramlarımızı bir qayda olaraq valideyn himayəsindən məhrum qalmış və yaxud fiziki qüsurlu uşaqlarla keçirir. Bununla Mehriban xanım Əliyeva sanki yaddaşları təzələyir, insanlara mesaj verir ki, uşaqları, ələlxüsus da valideyn himayəsindən məhrum qalmış və yaxud fiziki qüsurlu uşaqları taleyin ümidinə buraxmayın, qoy onlar sizlərin mərhəməti sayəsində ana qəlbinin hərarətini, istiliyini hiss etsinlər, özlərini tənha saymasınlar.
Son illərdə Heydər Əliyev Fondunun dəstəyi ilə paytaxt Bakıda və respublikanın bölgələrində çoxlu sayda körpələr evinin, uşaq bağçasının, xüsusi təyinatlı uşaq müəssisəsinin yüksək səviyyədə təmir olunması və hər cür mebellə təchiz edilməsi də Mehriban xanım Əliyevanın uşaqlara xüsusi münasibətinin ifadəsidir. Ümumiyyətlə, Fondun təkcə “Uşaq evləri və internat məktəblərinə dəstək” layihəsi çərçivəsində 32 internat və uşaq evi yenidən qurulub. Əlamətdar haldır ki, Prezident İlham Əliyev son illərdə regionlara səfərləri çərçivəsində Fondun dəstəyi ilə tikilən çoxlu sayda uşaq bağçasının və bu qəbildən olan digər obyektlərin açılışına qatılıb.
Bununla yanaşı, Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaq evləri və internat məktəblərinin məzunu olan gənclər üçün Nizami rayonunda inşa olunmuş yaşayış binası 2013-cü ilin sentyabrında istifadəyə verilib. Digər belə bir yaşayış binası isə 2014-cü il dekabrın 29-da Mehriban xanım Əliyevanın iştirakı ilə Abşeron rayonunun Masazır qəsəbəsində istifadəyə verilib.
Heydər Əliyev Fondunun yüksək səviyyədə reallaşdırılan bir neçə layihə ilə təhsilə dəstək verməsi də Mehriban xanım Əliyevanın uşaqlara, gənc nəslə qayğısının ifadəsidir. Qeyd edək ki, ölkəmizdə Heydər Əliyev Fondu tərəfindən “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” layihələri həyata keçirilir.
Mehriban xanım Əliyevanın yüksək təşkilatçılığı sayəsində Avropa Oyunlarının standartları Azərbaycanda müəyyənləşdirildi
Mehriban xanım Əliyevanın fəaliyyətinin bir istiqaməti də idmanla bağlıdır. Məlumat üçün bildirək ki, Mehriban xanım Əliyeva 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti, 2004-cü il dekabrın 28-də Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilib. Mehriban xanım Əliyevanın beynəlxalq aləmdə nüfuzu Beynəlxalq Gimnastika Federasiyasının Bədii Gimnastika üzrə 2003 və 2004-cü il Dünya Kuboku yarışlarının və 2005-ci il Dünya çempionatının Azərbaycanda keçirilməsinə dair qərarın qəbul olunmasında həlledici rol oynayıb. 2014-cü ilin iyununda isə Bakıda yeni inşa olunan Milli Gimnastika Arenasında bədii gimnastika üzrə yubiley - XXX Avropa çempionatı keçirilib. Bakıda keçirilən yubiley turnirində qitənin 33 ölkəsindən 258 idmançı mübarizə aparıb.
Mehriban xanım Əliyevanın idmana qayğısı, həmçinin bu istiqamətdəki yüksək təşkilatçılıq bacarığından danışarkən ölkəmizin 2015-ci ilin iyununda ev sahibliyi etdiyi birinci Avropa Oyunlarına xüsusi olaraq toxunmaq lazımdır. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsinin üzvləri hazırlıq işlərinə start verilən ilk gündən öz fəaliyyətlərində Avropa idman ailəsinin ölkəmizə göstərdiyi yüksək etimadı doğrultmaq üçün səmərəli fəaliyyət göstərdilər.
Beləliklə, əksər ekspertlərin də vurğuladıqları kimi, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə çalışan “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin üzvlərinin yüksək əzmkarlığı sayəsində gələcək Avropa Oyunlarının yüksək standartlarını məhz Azərbaycan müəyyənləşdirib. Prezident İlham Əliyev birinci Avropa Oyunları ilə əlaqədar keçirilən mükafatlandırılma mərasimində söylədiyi nitqində birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkilində Mehriban xanım Əliyevanın əməyini yüksək qiymətləndirərək deyib: “Təşkilat Komitəsinə rəhbərlik etmiş Mehriban Əliyevanın böyük fəaliyyətini xüsusilə yüksək qiymətləndirirəm. O, bu Oyunların keçirilməsinə çox böyük töhfə vermişdir. Deyə bilərəm ki, bu Oyunların bu səviyyədə keçirilməsinə öz canını qoymuşdur”.
Heydər Əliyev Fondu cəmiyyətdə humanizm dəyərlərinin bərqərar olmasına sanballı töhfələr verir
Azərbaycanda humanizm prinsiplərinin bərqərar olmasına Ümummilli lider Heydər Əliyevin adını daşıyan Fond da öz sanballı töhfələrini verir. Fondun rəhbəri Mehriban xanım Əliyeva daim özündə xeyirxahlığı, humanizm dəyərlərini ehtiva edən təşəbbüslər irəli sürür, o cümlədən ölkəmizdə amnistiya aktlarının ardıcıl təşəbbüskarı kimi çıxış edir. Onun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 2007-ci il mayın 8-də qəbul olunmuş qərarla 9877 məhkum barəsində, 2009-cu il 17 mart tarixli qərarla 9564 məhkum barəsində amnistiya tətbiq edilib. Azərbaycanın ali qanunverici orqanı növbəti Amnistiya Aktını 2013-cü ilin mayında Ümummilli liderin 90 illik yubileyi ilə əlaqədar qəbul edib. Bu qərar 10 min 40 şəxsi əhatə edib. Cari il mayın 20-də isə Milli Məclis Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüskarı olduğu “28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar layihəsini qəbul edib. Bəhs olunan Amnistiya Aktı 10 min nəfərə şamil olunub. Ümumiyyətlə, indiyədək Heydər Əliyev Fondunun təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları əsasında 40 minə yaxın məhkum müxtəlif növ cəzalarından azad edilib. Mehriban xanım Əliyeva sözügedən qərar layihəsinin Milli Məclisdə müzakirəsi zamanı çıxış edərək rəhbəri olduğu Fondun hər bir addımda insanpərvərlik ideyalarını əsas tutduğunu vurğulayıb: “Fond hər bir addımında, hər bir fəaliyyətində insanpərvərlik və humanizm ideyalarını rəhbər tutur, qayğı və yardıma ehtiyacı olan insanlara daim kömək etməyə çalışır. Təsadüfi deyil ki, bu gün bizə üz tutan insanlar Heydər Əliyev Fondunu son ümid yeri kimi qiymətləndirirlər və biz bu ümidi hər zaman doğrultmağa çalışmışıq”.
Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti ölkəmizin hüdudlarından kənarda da yüksək qiymətləndirilir
Mehriban xanım Əliyevanın xeyriyyəçilik fəaliyyəti, həmçinin xalqlar və mədəniyyətlərarası əlaqələrin inkişafına verdiyi əvəzsiz töhfələr xarici ölkələr və nüfuzlu təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Heç də təsadüfi deyil ki, Mehriban xanım Əliyeva 2005-ci il iyunun 9-da Rusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeni ilə təltif olunub. Həmçinin Mehriban xanım Əliyeva 2006-cı il noyabrın 24-də İSESCO-nun xoşməramlı səfiri adına layiq görülüb. Bundan başqa, Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin 2007-ci il yanvarın 29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə Mehriban xanım Əliyevaya bu beynəlxalq təşkilatın mükafatı verilib. Eyni zamanda, genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə 2007-ci ilin mayında Mehriban xanım Əliyeva “Qızıl ürək” beynəlxalq mükafatına, 2009-cu ildə Polşanın “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeninə, 2010-cu ildə Fransanın “Şərəf Legionu” ordeninə, 2012-ci ildə Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru adına layiq görülüb. Mehriban xanım Əliyeva, eyni zamanda, 2015-ci il fevralın 11-də Pakistan İslam Respublikasının “Hilal-e Pakistan” ali ordeni, martın 26-da isə Serbiya qarşısında ictimai, mədəni və humanitar sahələrdə xüsusi xidmətlərinə görə bu ölkənin yüksək dövlət mükafatı olan “Sreten” ordeni ilə təltif edilib.
Ümumiyyətlə, Mehriban xanım Əliyevanın layiq görüldüyü mükafatların və fəxri adların sayı kifayət qədər çoxdur. Ölkənin birinci xanımı daha bir ali mükafatla Heydər Əliyev Fondunun fəaliyyətinin 5 illiyinə həsr olunan mərasimdə təltif olunub. Belə ki, Prezident İlham Əliyev Azərbaycanın ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya “Heydər Əliyev Mükafatı”nı təqdim edib. Dövlət başçısının 29 iyun 2015-ci il tarixli Sərəncamı ilə isə Mehriban xanım Əliyeva Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və birinci Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə ölkəmizin ən ali dövlət təltifi olan “Heydər Əliyev” ordeninə layiq görülüb.
“Yeni Azərbaycan”
Analitik Qrupu

 
  • Oxunub:  46800  |  
  • Tarix:  26-08-2016  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Polşanın “Ambasador” jurnalı: Azərbaycan Avropaya doğru

12:57
19 Dekabr
İl ərzində nostrifikasiya ilə əlaqədar Təhsil Nazirliyinə 3570 müraciət daxil olub
12:55
19 Dekabr
MM-in deputatı: Ölkəmizdə səhiyyənin inkişafı daim diqqət mərkəzindədir
12:53
19 Dekabr
Ülviyyə Həmzəyeva: Azərbaycanda yaradıcı insanlara yüksək dövlət qayğısı göstərilir
12:40
19 Dekabr
Azərbaycanla Rusiyanın Kurqan vilayəti arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
12:34
19 Dekabr
Yanvar-noyabrda Azərbaycandan MDB ölkələrinə 1 milyard dollar dəyərində məhsul ixrac olunub
12:29
19 Dekabr
“ASAN xidmət”in yeni siması - Mr.ASANT
12:18
19 Dekabr
"Azərbaycan dövlətçilik tarixinin parlaq səhifələri" mövzusunda respublika elmi konfransı keçirilib
12:04
19 Dekabr
Azərbaycan yaxın vaxtlarda Birləşmiş Ərəb Əmirliyinə fındıq ixrac edəcək
11:59
19 Dekabr
Həştərxan vilayətinin nümayəndə heyəti ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
11:50
19 Dekabr
Səyyar “ASAN xidmət” qatarının növbəti ünvanı Şirvan şəhəri olub
11:42
19 Dekabr
Azərbaycan “Zolotoy klyuçik” adlı Xəzəryanı ölkələrin XXV yubiley festivalında iştirak edib
11:39
19 Dekabr
Naxçıvan şəhəri qürurla daşıdığı İslam Mədəniyyətinin Paytaxtı missiyasını uğurla başa çatdırdı
11:25
19 Dekabr
Bakıda Azərbaycan Sahibkarlar Konfederasiyasının V qurultayı keçirilir
11:18
19 Dekabr
Azərbaycanda insan kapitalı üzrə yüksək səviyyəli forum işə başlayıb
11:12
19 Dekabr
Prezident İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin nümayəndə heyətini qəbul edib
10:53
19 Dekabr
Azərbaycan müdafiə nazirinin müavini Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb
10:26
19 Dekabr
Hikmət Hacıyev: Azərbaycan dostluq əlaqələrinin daha da möhkəmlənməsi üçün xarici ölkələrlə yorulmadan işləyəcək
10:22
19 Dekabr
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 24 dəfə pozub
10:19
19 Dekabr
Qış fəslinin Azərbaycana gəlmə vaxtı açıqlanıb
20:36
18 Dekabr
Xorvatiya parlamentinin sədr müavini Azərbaycan həqiqətləri barədə məlumatlandırılıb
20:07
18 Dekabr
Məcburi köçkünlərlə növbəti görüş olub
19:58
18 Dekabr
Qida Təhlükəsizliyi Agentliyi media nümayəndələri üçün təlimlərə başlayıb
19:36
18 Dekabr
Ankarada Azərbaycan-Türkiyə 11-ci yüksək səviyyəli hərbi dialoq iclası keçirilir
19:28
18 Dekabr
KİVDF-nin Müşahidə Şurasının növbəti iclası keçirilib
19:16
18 Dekabr
Polşanın “Ambasador” jurnalı: “Azərbaycan Avropaya doğru”
19:10
18 Dekabr
Müdafiə Nazirliyinin rəhbər heyətinin toplanışı keçirilib
19:02
18 Dekabr
Yeni il münasibətilə Gəncənin baş meydanında bayram tədbirlərinə başlanılıb
17:54
18 Dekabr
Azərbaycan-Gürcüstan enerji sisteminin perspektivləri ilə bağlı memorandum imzalanıb
17:53
18 Dekabr
SOCAR-ın strukturuna daxil olan qurumlarda dini maarifləndirmə tədbirləri keçirilib
17:51
18 Dekabr
Səməd Seyidov: Avropa Parlamentində qəbul edilən sənəd gözlənilən nəticə idi
17:50
18 Dekabr
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
17:42
18 Dekabr
Hikmət Babaoğlu: Azərbaycanda kibercinayətkarlığa qarşı polis orqanlarında xüsusi qruplar yaradılmalıdır
17:38
18 Dekabr
ADU-da “KİV-lərdə Azərbaycan dilinin təmizliyinin qorunması” mövzusunda müzakirələr aparılıb
17:36
18 Dekabr
Vüqar Rəhimzadə: Milli Ordumuzun güclü, qüdrətli olması işğal altında olan torpaqlarımızın azad olunmasına gedən yoldur
17:35
18 Dekabr
263 şəhidin 423 vərəsəsinə birdəfəlik ödəmənin verilməsi barədə qərar qəbul edilib
17:33
18 Dekabr
Azərbaycanda innovasiya sahəsində görülən işlər Avropa İttifaqında təqdim olunub
17:31
18 Dekabr
Bir sıra Vahid Tarif-İxtisas Sorğu Kitabçalarında dəyişikliklər edilib
17:29
18 Dekabr
Mamuka Baxtadze: Gürcüstan Cənubi Qafqaz və digər region dövlətləri ilə əlaqələrə xüsusi diqqət yetirir
17:25
18 Dekabr
Milli Kitabxananın kollektivi Tahir Salahovun 90 illik yubileyinə həsr olunmuş sərgi ilə tanış olub
17:22
18 Dekabr
Cənubi Qafqaz iki geosiyasi tendensiya arasında: risklər, yaxud sabitlik?
17:20
18 Dekabr
Əlilliyi olan 72 nəfər Naxçıvandakı müalicə müəssisələrinə göndərilib
17:16
18 Dekabr
“Olimpiya Gündəliyi 2020” Komissiyasının ikiillik hesabatı təqdim olunub
17:08
18 Dekabr
Gədəbəyin 8 yaşayış məntəqəsi qazlaşdırılıb
17:03
18 Dekabr
Azərbaycanın irəli sürdüyü “İtkin düşmüş şəxslər” adlı qətnamə BMT Baş Assambleyasında qəbul edilib
16:55
18 Dekabr
Braziliyada Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş tədbir keçirilib
16:52
18 Dekabr
Azərbaycan on bir ayda ən çox bu ölkələrə məhsul ixrac edib
16:50
18 Dekabr
Fərid Qayıbov: Gimnastika Azərbaycanda idmanın inkişafında böyük rol oynayır
15:53
18 Dekabr
Azərbaycanda əhalinin sosial rifahının gücləndirilməsi dövlət siyasətinin prioritetlərindən biridir
15:50
18 Dekabr
Moskvada VI Rusiya-Azərbaycan Gənclər Forumunun açılışı olub
15:31
18 Dekabr
Əlahiddə Ümumqoşun Ordunun yaradılmasından beş il ötür
15:25
18 Dekabr
Ölkə üzrə pambıq tədarükü 228 min tonu ötüb
15:21
18 Dekabr
Bakı Ali Neft Məktəbi “SOCAR-Foster Wheeler” ilə əməkdaşlığı genişləndirir
15:18
18 Dekabr
Orijinal portretlər və onların xalçalar üzərinə həkk edilmiş sürəti...
15:08
18 Dekabr
Sevinc Fətəliyeva: Heç bir dövlət terrordan sığortalanmayıb
15:00
18 Dekabr
Energetika Nazirliyi BP ilə Anlaşma Memorandumu imzalayıb
14:17
18 Dekabr
Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Ankarada ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib
14:13
18 Dekabr
Türk dünyası üçün 2019-cu il böyük Azərbaycan şairi İmadəddin Nəsimi ili elan olundu
14:00
18 Dekabr
Azərbaycanda 900 mindən çox sahibkarlıq subyekti qeydiyyatdan keçib
13:57
18 Dekabr
“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun yaranmasının 30 illiyi qeyd edilib
13:51
18 Dekabr
Azərbaycan Milli İncəsənət Muzeyinin üçüncü korpusu əsaslı bərpa və yenidənqurmadan sonra açılıb
13:48
18 Dekabr
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi açıqlanıb
13:42
18 Dekabr
Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın Bakıda keçirilməsi ilə bağlı hazırlıq işləri davam edir
12:43
18 Dekabr
Naxçıvan Muxtar Respublikası ilə Türkiyənin Ərzurum Vilayəti arasında səhiyyə, turizm və təhsil sahələrində əməkdaşlıq genişlənəcək
12:41
18 Dekabr
Rasim Musabəyov: Azərbaycanda beynəlxalq tədbirlərin, mühüm görüşlərin keçirilməsi üçün lazımi şərait var
12:27
18 Dekabr
Prezident İlham Əliyev Bakıda Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub
12:24
18 Dekabr
Türkiyənin Kastamonu şəhərində TURKSOY Daimi Şurasının növbəti iclası işə başlayıb
12:19
18 Dekabr
İndiyədək TANAP-la Türkiyəyə 750 milyon kubmetr Azərbaycan təbii qazı göndərilib
12:17
18 Dekabr
Milli Məclisin növbəti plenar iclası keçirilir
12:15
18 Dekabr
Azərbaycan ilə Moldova arasında idxal-ixrac əməliyyatları 6 milyon dollara yaxınlaşıb
12:08
18 Dekabr
“Hüseyn Cavid yaradıcılığı dünya dramaturgiyasının zirvəsidir” adlı konfransın materialları çap edilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA
Bakı
gündüz+7 +9
gecə+4 +6