Ana səhifə »  Analitik »  15 İyun - Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası tarixidir
A+   Yenilə  A-
15 İyun - Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası tarixidir

Ulu öndər Heydər Əliyevin 1993-cü il iyun ayının 15-də hakimiyyətə qayıdışı ilə müstəqil Azərbaycan xaos, anarxiya və tənəzzüldən xilas olaraq tərəqqi yoluna qədəm qoydu
Azərbaycan beynəlxalq münasibətlər sistemində güclü və nüfuzlu dövlət, ictimai-siyasi sabitliyin və davamlı inkişafın təmin olunduğu ölkə kimi tanınır. Ölkəmizin inkişafının, əldə etdiyi nailiyyətlərin əsasında uğurla, uzaqgörənliklə reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Milli inkişaf modelinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi və iqtisadi islahatların davamlı olaraq həyata keçirilməsi, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin təmin və mühafizə olunması, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməsi və digər nailiyyətlər müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir.
Şübhəsiz ki, müstəqil Azərbaycan dövləti hazırkı inkişaf mərhələsinə heç də asan yolla çatmayıb. Məlum olduğu kimi, 1991-ci ildə yenidən müstəqillik əldə etdikdən sonra müxtəlif sosial-iqtisadi, siyasi problemlərlə üzləşən, vətəndaş müharibəsinin astanasında olan Azərbaycan hətta öz müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşmışdı. Ölkə daxilində müxtəlif silahlı qruplaşmaların hakimiyyət uğrunda savaşa çıxması həm siyasi böhrana səbəb olmuş, həm Azərbaycanı müxtəlif xarici kəşfiyyat orqanlarının mübarizə meydanına çevirmiş, həm də vətəndaşlarla siyasi rəhbərlik arasında kəskin konfrantasiyaların meydana çıxmasını şərtləndirmişdi. Məhz bütün bunların nəticəsi kimi, mövcud ictimai-siyasi xaos daha da dərinləşərək anarxiya həddinə çatmışdı.
Müstəqilliyin ilk illəri xaos və anarxiya ilə yadda qaldı
1991-ci ildə müstəqillik əldə etdikdən sonra hakimiyyət postuna yiyələnən, amma tamamilə Kremldən asılı olan ozamankı Azərbaycan rəhbərliyi müstəqillik ideyalarını qəbul etmək, mənimsəmək iqtidarında deyildi. Sadəcə, SSRİ-nin dağılması ərəfəsində formalaşmış təbii geosiyasi şərait, hətta imperiyanın mərkəzində dayanan Rusiyanın belə öz müstəqilliyini elan etməsi, həmçinin xalqların azadlıq mücadiləsi Azərbaycanın da müstəqilliyinin əldə edilməsini şərtləndirdi. Məhz Azərbaycanın ozamankı iqtidarının müstəqillik ideyalarına nə qədər etinasız yanaşmasının bariz nəticəsi idi ki, həmin vaxt hakimiyyətdə olanlar ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində konkret olaraq heç bir strateji addım atmadılar. Eyni zamanda, sonrakı hadisələr də göstərdi ki, ozamankı rəhbərlik təbii geosiyasi situasiyanın fonunda əldə edilmiş müstəqilliyin qorunub saxlanılması kimi milli vəzifəni yerinə yetirmək iqtidarında deyildi.
Beləliklə, müstəqilliyin ilk illərində ölkəyə “rəhbərlik” edən qüvvələrin totalitar təfəkkürlə hərəkət etmələri Azərbaycanı fərqli korporativ maraqlara malik olan güclərin siyasi mübarizə meydanına və ideoloji qarşıdurma poliqonuna çevirmişdi.
AXC-“Müsavat” cütlüyünün antimilli və səriştəsiz siyasəti Azərbaycanı qarşıdurma meydanına çevirdi
Bundan sonra hakimiyyətə gəlmiş AXC-“Müsavat” cütlüyü Azərbaycanı, sözün əsl mənasında, xarici kəşfiyyat orqanlarının mübarizə meydanına çevirdi. Ölkədə tam bir anarxiya yarandı və daxili çəkişmələr özünün pik nöqtəsinə çatdı. Artıq “əlinə silah alan” hakimiyyəti ələ keçirməyə çalışırdı və bölücü meyillər olduqca güclənmişdi. Ermənistanın təcavüzü davam edir və xarici dövlətlər beynəlxalq münasibətlər sistemində Azərbaycanı müstəqil subyekt kimi qəbul etmirdilər.
Belə olan halda, ölkədə separatizm meyilləri baş qaldırmağa başladı. Artıq ölkənin bir sıra ərazilərində - Gəncədə, Lənkəranda, Qusarda və digər regionlarda qanunsuz silahlı birliklər bölücü iddialarla çıxış edərək mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər. Məhz 1993-cü ilin 4 iyun hadisələri də belə bir şəraitdə baş verdi.
Həmin tarixdə Gəncədə sabiq korpus komandiri və AXC-“Müsavat” hakimiyyətinin Qarabağ üzrə xüsusi nümayəndəsi Surət Hüseynovun rəhbərlik etdiyi 709-cu briqadanın ləğvi ilə bağlı qərar imzalandı. Bundan sonra Surət Hüseynov tabeçiliyində olan qoşun hissəsinin Bakıya doğru istiqamət götürməsi əmrini verdi. Vəziyyət getdikcə daha da kəskinləşirdi. 709-cu briqadanı tərk-silah etmək üçün Gəncəyə göndərilən Milli Qvardiya hissələri ilə Surət Hüseynovun rəhbərliyi altında olan silahlı birlik arasında baş verən döyüş hadisələrin kulminasiya nöqtəsi idi. Bu, hakimiyyət daxilindəki ayrılmalar və isterikanı artırmaqla bərabər, xaos və böhranın dərinləşməsinə səbəb oldu. Bu, eyni zamanda, ona dəlalət edirdi ki, Azərbaycan vətəndaş müharibəsi təhlükəsi ilə qarşı-qarşıya idi.
Əslində, Surət Hüseynovun başladığı 4 iyun qiyamı da Azərbaycanda AXC-“Müsavat” iqtidarının heç bir təsir və rola malik olmadığının göstəricisi idi. 4 iyun hadisələri bir daha belə bir məqamı aşkar etdi ki, xalqın dəstəyinə söykənməyən, idarəetmə təcrübəsinə malik olmayan, eləcə də dərin daxili ziddiyyətlər məngənəsində olan hakimiyyət ölkənin müstəqilliyini qorumaq və suverenliyini təmin etmək iqtidarında ola bilməz. Xüsusilə də mürəkkəb proseslərin cərəyan etdiyi bir mərhələdə zəngin dövlətçilik təcrübəsinə malik olan siyasi lider yoxdursa, o zaman hər hansı bir uğurdan bəhs etmək olmaz. Məhz AXC-“Müsavat” hakimiyyətinin komandasında siyasi liderin olmaması həmin qüvvələrin fiaskosunu, eləcə də bütün bu dağıdıcı prosesləri şərtləndirən əsas amillərdən biri kimi çıxış etdi.
Ümummilli lider Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən xilas etdi
Beləliklə, Azərbaycan vətəndaş müharibəsi və parçalanmaq təhlükəsinin astanasında idi. Belə bir situasiyada xalqımız 1993-cü ildə parçalanmaq təhlükəsi ilə üzləşən Azərbaycan dövlətini xilas etmək üçün Ümummilli lider Heydər Əliyevə üz tutdu. O zaman ölkəyə “rəhbərlik” edən qüvvələr də Azərbaycanı məruz qoyduqları təhlükədən xilas etmək üçün Ulu öndər Heydər Əliyevin Bakıya gəlməsini yeganə çıxış yolu kimi dəyərləndirirdilər. Beləliklə, iyunun 9-da Ulu öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi Azərbaycanın taleyi ilə bağlı narahatlıqlara son qoydu. Bu qayıdış xalqımızı fəlakətdən xilas etdi. Böyük xilaskarın Bakıya gəlməsi xəbəri xalq tərəfindən sevinclə qarşılandı. 1993-cü il iyunun 15-də isə Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi.
Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il iyunun 15-də Ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikası Milli Məclisinə Sədr seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycanın mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması məhz bundan sonra mümkün oldu. Belə ki, Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi əsasında atdığı praqmatik addımlar sayəsində ölkədə hökm sürən dağıdıcı proseslərin neytrallaşdırılmasına nail olundu. Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi.
Bir sözlə, Ümummilli lider Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən - qarşıdurmadan, tənəzzül və məhv olmaq təhlükəsindən xilas edərək dirçəliş yoluna çıxardı və Azərbaycanı parçalamaq, forposta çevirmək və korporativ maraqlar əsasında idarə etmək istəyənlər öz niyyətlərinə çata bilmədilər. Bölücülərlə yanaşı, onlara havadarlıq edənlər Azərbaycanda Ulu öndər Heydər Əliyevin yaratdığı milli birliyə məğlub oldular.
Əlbəttə, ölkəmizdə hökm sürən xaotik və anarxik meyillərin neytrallaşdırılmasında, mürəkkəb siyasi-hüquqi kataklizmlərin qarşısının alınmasında və ictimai-siyasi sabitliyin əldə edilməsində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin liderlik keyfiyyətləri birinci dərəcəli amil kimi xüsusi rol oynadı. Məhz o cür mürəkkəb situasiyanın fonunda milli-etnik və subyektlərarası barışmaz ziddiyyətləri aradan qaldırmaq, sosial inteqrasiyanı və onun davamlılığını təmin etmək, xalqla hakimiyyətin kommunikasiyasını və milli ideoloji həmrəyliyi təmin etmək kimi zəruri strateji vəzifələri müvəffəqiyyətlə yerinə yetirən Heydər Əliyev Azərbaycan xalqının xilaskarı olmasını ölkəmizin müstəqilliyini qoruyub saxlamaqla və yeni inkişaf üfüqləri açmaqla sübut etdi. Məhz bütün bu hadisələrin təhlili bu qənaətə gəlməyə imkan verir ki, bu günədək əldə etdiyimiz nailiyyətlərin kökündə məhz Qurtuluş məfkurəsinin dayanması tarixi bir gerçəklikdir. Daha dəqiq desək, Qurtuluş məfkurəsi Azərbaycan dövləti və xalqını tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxaran iftixar mənbəyidir.
Ulu öndər Heydər Əliyev müasir müstəqil Azərbaycanın banisidir
Beləliklə, bütün bunların qanunauyğun sonucu kimi, 1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkilərinin nəticələrinə müvafiq olaraq xalqın yüksək etimadı ilə Azərbaycan Prezidenti seçilən Ümummilli lider Heydər Əliyev qısa bir zamanda Özünün ümummilli maraqlara xidmət edən və ali prinsiplərə söykənən fəaliyyəti ilə ölkədə milli həmrəyliyi, bütövlüyü və inkişafı təmin etdi. Bundan sonra ölkənin siyasi sistemində müsbət mənada əsaslı dəyişikliklər oldu. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi, qarışıq seçki sistemi əsasında parlament seçkilərinin keçirilməsi, dövlətin hüquqi əsaslarının gücləndirilməsi, başqa sözlə, müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaradıldı. Eyni zamanda, vətəndaş cəmiyyətinin qurulması prosesinə start verildi və fərdlərin siyasi həyatda müstəqil inkişafı üçün geniş şərait yaradıldı. Kütləvi informasiya vasitələri üzərində senzura aradan qaldırıldı, insan və vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin edildi. Bunlar isə öz növbəsində siyasi sosiallaşmaya və siyasi mədəniyyətin inkişafına, ümumilikdə, sosial-siyasi institutların səmərəli fəaliyyətinə yol açdı. Bir sözlə, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan milli inkişaf strategiyasının fonunda həyata keçirilən sistematik işlər və görülən məqsədyönlü tədbirlər siyasi sistemin təşəkkül tapmasını, onun struktur elementlərinin mütəmadi surətdə təkmilləşməsini təmin etmiş oldu.
Öz fəaliyyətini Azərbaycanın hərtərəfli inkişafına həsr edən Ulu öndər, eyni zamanda, dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində növbəti addımlarını atdı. Məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin, Ombudsman təsisatının və digər mühüm institutların yaradılması, ölüm hökmünün ləğv edilməsi kimi islahat xarakterli addımlar ölkədə demokratikləşmə prosesinin irəliyə aparılmasında mühüm rol oynadı.
Şübhəsiz, Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu dövlət quruculuğu siyasətinin fonunda əldə edilən nailiyyətlərin sayını istənilən qədər artırmaq olar. Amma təkcə sadalananlar da onu deməyə əsas verir ki, Ulu öndər Heydər Əliyev Azərbaycanı, sözün əsl mənasında, müstəqil ölkəyə çevirdi, müstəqilliyimizi daimi və dönməz etdi.
Praqmatik və balanslaşdırılmış xarici siyasət kursu Azərbaycanı etibarlı tərəfdaşa çevirdi
Azərbaycanı tənəzzüldən xilas edərək dirçəliş yoluna çıxaran Ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı tarixi xidmətlərindən biri də ölkəmizin beynəlxalq arenada müstəqil dövlət kimi tanınması, ikitərəfli və çoxtərəfli səmərəli xarici əlaqələrin qurulması və nəticə etibarilə milli maraqlarımıza müvafiq xarici siyasət strategiyasının əsasının qoyulmasıdır.
Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu praqmatik və balanslaşdırılmış xarici siyasət kursu nəticəsində Azərbaycanın beynəlxalq əlaqələri genişlənməyə başladı, ölkəmizlə əməkdaşlıq etmək istəyənlərin sayı artdı. Həmin dövrdə həyata keçirilən rasional xarici siyasət kursunun mühüm istiqamətlərindən birini enerji resurslarından səmərəli istifadə olunması və bu kontekstdə Azərbaycanın etibarlı strateji tərəfdaşa çevrilməsi təşkil edirdi. İlk növbədə 1994-cü il sentyabrın 20-də Bakıda “Gülüstan” sarayında dünyanın 8 ölkəsindən 11 iri neft şirkəti ilə “Əsrin müqaviləsi” adlanan beynəlxalq saziş imzalandı. Bununla da Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının möhkəm təməli qoyuldu. Ulu öndər Heydər Əliyevin uzaqgörənliyi və qətiyyəti sayəsində imzalanmış “Əsrin müqaviləsi”ndən başlanan enerji siyasəti Azərbaycanın regional və qlobal miqyasda enerji təhlükəsizliyinin təminatına müstəsna töhfələr bəxş etməsini şərtləndirməklə yanaşı, ölkəmizin gücünü və nüfuzunu artıran faktor qismində çıxış etdi. Bundan sonra milli maraqlarımıza müvafiq enerji layihələri gerçəkləşdirildi və bütün bunlar Azərbaycanın etibarlı strateji tərəfdaş kimi ikitərəfli və çoxtərəfli xarici əlaqələrinin səmərəlilik səviyyəsini artırdı. Ölkəmiz miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli strateji layihələrin mərkəzi oyunçusu qismində çıxış etməyə başladı.
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu balanslaşdırma siyasəti sayəsində Azərbaycan qısa zaman kəsiyində regionun güclü və nüfuzlu aktoruna çevrildi, eyni zamanda, qlobal miqyasda milli dövlətlərin etibarlı strateji tərəfdaşı kimi qəbul edildi. Bu isə milli maraqların təmin edilməsi üçün fundamental strateji faktor qismində çıxış etdi.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional xarici siyasət strategiyasının mühüm prioritetlərindən birini də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi təşkil edirdi. Məhz Ümummilli lider Heydər Əliyevin əhəmiyyətli səyləri və gərgin əməyi sayəsində bu problemin həllinə yönəlik məqsədyönlü, sistemli və davamlı addımlar atılmağa başlandı. Münaqişənin ATƏT çərçivəsində həll edilməsi üçün təşkil edilən Minsk qrupunda, həmçinin qurumun bir sıra zirvə toplantılarında məsələnin mahiyyətini dünya ictimaiyyətinin diqqətinə çatdıran Ulu öndər Heydər Əliyev dünya dövlətlərini münaqişəyə yanaşmada diqqətli olmağa və məsələnin tezliklə beynəlxalq hüquq normalarına müvafiq surətdə həll edilməsi işində yaxından iştirak etməyə dəvət etdi. Ulu öndər bir çox dünya dövlətləri ilə bu mövzuda danışıqlar apararaq, Bişkek, Lissabon sammitlərində Azərbaycanın mövqeyinə və maraqlarına uyğun bəyanatların qəbul olunmasına nail oldu.
Bir sözlə, Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi rasional xarici siyasət kursu Azərbaycanın beynəlxalq münasibətlər sistemində müstəqil dövlət kimi iştirakını təmin etdi.
Müstəqil Azərbaycan Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir
Bu gün müstəqil Azərbaycan Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Təsadüfi deyil ki, 2003-cü ildə Azərbaycan xalqı Ümummilli liderin yolunu davam etdirməyi qarşısına məqsəd qoyan cənab İlham Əliyevi özünün Prezidenti kimi gördü və zaman göstərdi ki, xalq öz seçimində yanılmayıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qarşıya qoyduğu bir çox məqsədlərinə nail olub. Prezident İlham Əliyevin ölkəni idarə etdiyi dövrdə bir zamanlar yalnız xəyal kimi görünən nəhəng enerji layihələri, ölkənin hər yerində abadlaşma, müasirləşmə, Azərbaycanın dünyada tanınması və milli maraqlara xidmət edən çoxsaylı digər məqsədlər artıq gerçəkliyə çevrilib. O da məlumdur ki, bu müddət ərzində Azərbaycanı yolundan döndərməyə, xalqı aldatmağa yönələn cəhdlər, ölkənin inkişafına yaradılan süni maneələr də olub. Lakin dövlət başçısının üstün liderlik xüsusiyyətləri, siyasi iradəsi, möhkəm dövlət-xalq birliyi, vətəndaşların Prezidentin ətrafında sıx birləşməsi və ümumi gücün vahid məqsədə yönləndirilməsi nəticəsində formalaşan milli iradə sayəsində xalqımız bütün sınaqlardan uğurla çıxıb.
Bütövlükdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli siyasət sayəsində Azərbaycan Respublikasının inkişafı davam edir, dövlət quruculuğu istiqamətində əhəmiyyətli nailiyyətlər əldə edilir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu strateji əhəmiyyətli milli siyasəti müasir dövrün tələblərinə və qanunauyğunluqlarına müvafiq qaydada davam etdirən Prezident İlham Əliyevin siyasi-strateji kursu xalq-iqtidar birliyini daha da möhkəmləndirir.
Bir sözlə, 1991-ci ilin oktyabrında formal olaraq elan edilməsinə baxmayaraq, 1993-cü ilin iyunundan, yəni Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən sonra real olaraq qazanılan dövlət müstəqilliyi bu gün Prezident İlham Əliyev tərəfindən həyata keçirilən inkişaf siyasətinin fonunda daha da möhkəmlənib. Əsaslı ictimai-siyasi sabitliyə və dinamik iqtisadi tərəqqiyə malik olan Azərbaycan gələcəyə əmin addımlarla irəliləməkdədir.
“Yeni Azərbaycan”ın
Analitik Qrupu

 
  • Oxunub:  22590  |  
  • Tarix:  15-06-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Cənub Qaz Dəhlizi Azərbaycan iqtisadiyyatının inkişafına böyük töhfələr verəcək

17:57
19 Fevral
Yeni zelandiyalı mütəxəssis Aqrar Universitetdə çalışacaq
17:50
19 Fevral
Tovuzda sahibkarlar üçün treninq keçirilib
17:48
19 Fevral
Yeniyetmə cüdoçularımız Avropa kubokunda beş medal qazanıblar
17:47
19 Fevral
“Formula-1” yarışı ilə əlaqədar Lənkəranda keçirilən çempionatda 200-dən çox məktəbli iştirak edib
17:46
19 Fevral
YAP Tovuz rayon təşkilatı imzatoplama kampaniyasını uğurla həyata keçirib
17:44
19 Fevral
Bəxtiyar Vahabzadə - min il bundan əvvəlin və sonranın şairi
17:43
19 Fevral
Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatı imzatoplama kampaniyasını başa vurub
17:42
19 Fevral
“Yurdumuza bahar gəlir” adlı respublika uşaq rəsm müsabiqəsi elan edilib
17:41
19 Fevral
YAP Göygöl rayon təşkilatı imzatoplama kampaniyasını başa çatdırıb
17:27
19 Fevral
Şəhriyar Məmmədyarov Mixail Talın xatirəsinə həsr olunan turnirdə iştirak edəcək
17:23
19 Fevral
Fevralın 20-nə USD/AZN rəsmi məzənnəsi 1,7001 manat səviyyəsində müəyyən olunub
17:21
19 Fevral
İraqın neft naziri Türkiyəyə gedir
17:20
19 Fevral
Məktəblilər arasında epistolyar inşa müsabiqəsinə başlanılıb
17:15
19 Fevral
Xızı-Xaçmaz Turizm və Rekreasiya Zonasının İdarəetmə Şurasının iclası keçirilib
17:12
19 Fevral
“Türkiye Petrolleri” Türkiyədəki yanacaqdoldurma məntəqələrinin sayını artırır
17:11
19 Fevral
Azərbaycan məhsullarının 7 ölkəyə ixracı ilə bağlı danışıqlara başlanılıb
17:06
19 Fevral
Tələbələrə SOCAR-ın daxili təqaüd proqramı haqqında məlumat verilib
16:59
19 Fevral
Sankt-Peterburqda bəstəkar və dirijor İsmayıl Hacıyevin konserti olub
16:58
19 Fevral
Vergilər Nazirliyi şəffaflıq və qarşılıqlı etimad təklif edir
16:54
19 Fevral
Qəbələdə prezident seçkiləri ilə əlaqədar ixtisaslaşdırılmış kurslara başlanılıb
16:41
19 Fevral
Dövlət orqanlarında olan vakant vəzifələrin tutulması üçün müsahibələr elan edilib
16:32
19 Fevral
İxtisaslaşdırılmış kurslar seçki komissiyaları üzvlərinin peşəkarlığının yüksəldilməsində mühüm rol oynayır
16:27
19 Fevral
Zərdabın Gəlmə kəndində yem emalı müəssisəsi açılıb
16:25
19 Fevral
Nərimanov rayonunda YAP-ın namizədinin imzatoplama kampaniyasında vətəndaşlar mütəşəkkil qaydada iştirak edirlər
16:16
19 Fevral
160 nömrəli Klassik Gimnaziyada ənənəvi “Məzun günü” təşkil olunub
16:13
19 Fevral
Ağstafa rayonunda seçicilər YAP-ın imzatoplama kampaniyasında fəal iştirak ediblər
16:10
19 Fevral
2018-ci il “Cənub Qaz Dəhlizi” layihəsinin tamamlanması üçün həlledici il olacaq
16:05
19 Fevral
Gömrükçülər 439,1 qram tiryək müsadirə edib
16:00
19 Fevral
Azərbaycan Dövlət Pedaqoji Universiteti daha bir xarici universitetlə əlaqələr qurur
15:58
19 Fevral
Monteneqro Prezidenti VI Qlobal Bakı Forumunda iştirak edəcək
15:58
19 Fevral
Markus Şox: Azərbaycanda multikulturalizm və tolerantlıq ideyalarının inkişafı istiqamətində atılan addımlar təqdirəlayiqdir
15:57
19 Fevral
Elm müəssisələrində mülki müdafiə istiqamətində biliklər artırılır
15:47
19 Fevral
9 saylı Binəqədi II seçki dairəsi dairə seçki komissiyasında ixtisaslaşmış kurslar keçirilir
15:42
19 Fevral
Paytaxtda karqo şirkətindən və mağazadan oğurluq edən şəxs saxlanılıb
15:42
19 Fevral
“Elektron hökumət” portalındakı müraciətlərin yarıya qədəri “İş yerinə dair arayış” elektron xidmətinə ünvanlanıb
15:39
19 Fevral
Respublika Müalicəvi Diaqnostika Mərkəzinin keçirdiyi aksiyasında ürək qüsuru olan 6 yaşınadək uşaqlar əməliyyat olunublar
15:38
19 Fevral
Azərbaycanda seçkilərin keçirilməsi üçün zəruri olan ictimai-siyasi sabitlik mövcuddur
15:36
19 Fevral
YAP Cəbrayıl rayon təşkilatı imzatoplama kampaniyasını başa vurub
15:34
19 Fevral
Niyazi Səfərov: Yerli məhsulların daxili və xarici bazarlara çıxarılması istiqamətində vacib addımlar atılır
15:32
19 Fevral
İmzatoplama kampaniyası Tərtərdə də uğurla davam edir
15:31
19 Fevral
Azərbaycan atleti İstanbulda bürünc medal qazanıb
15:30
19 Fevral
“Pxençan-2018”: Kanadalı fiqurlu konkisürənlər qısa proqramda dünya rekordunu yeniləyiblər
15:27
19 Fevral
23 saylı Nəsimi-Səbail seçki dairəsini əhatə edən məntəqələrdə prezident seçkilərinə ciddi hazırlıq işləri görülür
15:14
19 Fevral
“Liberty” Vyetnam Qran-Prisi layihəsini həyata keçirmək niyyətindədir
15:13
19 Fevral
Yol polisi əməkdaşları su kanalına aşan avtomobildəki qadını və azyaşlını xilas ediblər
15:10
19 Fevral
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
15:03
19 Fevral
Gənc sərhədçilər Vətənə sədaqət andı içiblər
15:01
19 Fevral
10 saylı Binəqədi üçüncü seçki dairəsi dairə seçki komissiyasında ixtisaslaşdırılmış kurslar keçirilir
15:00
19 Fevral
“YARAT” növbəti film festivalına ev sahibliyi edəcək
14:57
19 Fevral
Bencpress, pauerliftinq və didliftinq üzrə Bakı çempionatının qalibləri müəyyənləşib
14:55
19 Fevral
Rumıniya xəbər agentliyi Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclası barədə yazır
14:54
19 Fevral
Seçki subyektlərinin fəaliyyətinin təkmilləşdirilməsində ixtisaslaşdırılmış kursların önəmli rolu var
14:48
19 Fevral
19 fevral – Ümumdünya Su Məməlilərinin Mühafizəsi Günüdür
14:47
19 Fevral
“Naxtel” operatorunun istifadəçi sayı 20 min 700 nəfər artıb
14:46
19 Fevral
Rocer Federer PTA reytinqində ən yaşlı liderdir
14:45
19 Fevral
Füzulidə keçirilən yarmarkada məhsullar 15-20 faiz ucuz satılıb
14:43
19 Fevral
Xocalı soyqırımının ildönümü ilə əlaqədar “Uşaqlar və müharibə” mövzusunda tədbir keçirilib
14:26
19 Fevral
Əmanətlərin Sığortalanması Fondu "Gəncəbank"ın kreditorlarına müraciət edib
14:15
19 Fevral
YAP Bərdə rayon təşkilatı imzatoplama prosesini uğurla başa çatdırıb
14:13
19 Fevral
Gənc boksçularımız Belarusa yollanıblar
14:13
19 Fevral
Seçkilərin şəffaf keçirilməsində seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların əhəmiyyəti böyükdür
14:12
19 Fevral
Yeni hərraca 191 dövlət əmlakı çıxarılıb
14:10
19 Fevral
Heydər Məmmədəliyev Azərbaycan Güləş Federasiyasının fəxri diplomu ilə təltif edilib
14:09
19 Fevral
Tərtər rayonunda 5276 nəfər kütləvi tibbi müayinədən yararlanıb
14:09
19 Fevral
Binəqədi I seçki dairəsi dairə seçki komissiyasında üçgünlük ixtisaslaşdırılmış kurslara başlanılıb
14:08
19 Fevral
Vikipediyaya Azərbaycan mədəniyyəti haqqında özbək dilində məqalə yerləşdirilib
14:07
19 Fevral
Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib
14:06
19 Fevral
Millimizin Bakıda seleksiya xarakterli təlim-məşq toplanışı başılayıb
14:05
19 Fevral
Tərtərdə seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar başlayıb
14:04
19 Fevral
“Synergy Baku” velosiped komandası mövsümdə ilk qələbəsini qazanıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28
HAVA HAQQINDA
Bakı
gündüz+5 +7
gecə+2 +4