Ana səhifə »  Analitik »  15 iyun Azərbaycan xalqının və dövlətinin qurtuluş tarixidir
A+   Yenilə  A-
15 iyun Azərbaycan xalqının və dövlətinin qurtuluş tarixidir

Ulu Öndər Heydər Əliyev Azərbaycanı tənəzzüldən və məhv olmaq təhlükəsindən xilas edərək tərəqqi yoluna çıxardı
Cənubi Qafqaz regionunun lider dövləti olan, beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış edən, dünyada etibarlı tərəfdaş, sabitlik adası olaraq tanınan Azərbaycan dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir. Təbii ki, müasir müstəqil Azərbaycan dövləti hazırkı inkişaf mərhələsinə asan yolla çatmayıb. Məlum olduğu kimi, müstəqilliyin ilk illərində müxtəlif sosial-iqtisadi, siyasi problemlərlə üzləşən, vətəndaş müharibəsinin astanasına yaxınlaşan Azərbaycan hətta öz müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşmışdı. Ölkə daxilində müxtəlif silahlı qruplaşmaların hakimiyyət və səlahiyyət savaşına çıxması həm siyasi böhrana səbəb olmuş, həm də Azərbaycanı müxtəlif xarici kəşfiyyat orqanlarının mübarizə meydanına çevirmişdi. Məhz bütün bunların nəticəsi kimi, mövcud ictimai-siyasi xaos daha da dərinləşərək anarxiya həddinə çatmışdı. Bir sözlə, həmin dövrdə ölkəyə “rəhbərlik” edən qüvvələrin səriştəsiz və milli maraqlardan uzaq siyasəti Azərbaycanı uçurumun astanasına yaxınlaşdırmış, ölkəmizin müstəqilliyinin itirilməsi təhlükəsini meydana çıxarmışdı.
AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti xaos və tənəzzül dövrü kimi yadda qaldı
Beləliklə, 1993-cü ildə respublikada artıq həyatın bütün sahələrini böhran bürümüşdü. AXC-Müsavat cütlüyünün yarıtmaz fəaliyyəti nəticəsində ölkədə tam bir xaos və anarxiya yaranmış, daxili çəkişmələr özünün pik nöqtəsinə çatmışdı. Artıq əlinə silah alan hakimiyyəti ələ keçirməyə çalışırdı və separatist meyillər kəskin xarakter almışdı. Ermənistanın təcavüzü davam edir və xarici dövlətlər beynəlxalq münasibətlər sistemində Azərbaycanı müstəqil subyekt kimi qəbul etmirdilər. Qısacası, səriştəsiz rəhbərliyin “fəaliyyət”i nəticəsində müstəqilliyimiz süquta uğramaq təhlükəsi ilə üzləşmişdi.
Həmin dövrdə ölkəni “idarə edən” siyasi komandanın səriştəsizliyi və naşılığını göstərən çoxsaylı faktlar, bariz reallıqlar mövcud idi. Məsələn, parlamentin sədri kiçik elmi işçi idi, 11 il ərzində kiçik bir dissertasiyanı müdafiə edə bilməmişdi. Baş nazir isə əvvəllər kiçik mövsümi ticarətlə məşğul olmuşdu. Belə bir təcrübədən sonra əvvəl dövlət katibi kimi ciddi siyasi post, daha sonra baş nazir postu onun miqyası üçün olduqca ağır idi. Bunlarla yanaşı, yol verilən qanunazidd hərəkətlər Azərbaycanın dərin tənəzzülünü və xaosu şərtləndirmişdi. Belə ki, dövlət əmlakının açıq-aşkar mənimsənilməsi, qeyri-qanuni yolla xaricə satılması, bir sözlə, dövlət əmlakının talan edilməsi adı hala çevrilmişdi. Ölkədə özəlləşdirilmə prosesi getmədiyi halda, 3 mindən çox xidməti maşını məmurlar şəxsi istifadə üçün mənimsəmişdilər. Ehtiyat mənzil fondu AXC hakimiyyətinin ilk aylarında satılıb mənimsənilmiş, bir çox hallarda yeni “bəylər” tərəfindən məşuqələrinə ərməğan edilmişdi. Adi fizika müəllimi olmuş müdafiə naziri Şuşanın itirilməsində, ordunun iflic vəziyyətinə salınmasında xüsusi rol oynamışdı, ordu siyasi proseslərdə müstəqil tərəf kimi çıxış edərək parlament sədri və prezidentə meydan oxuyurdu. Rəzil faktlardan digər biri isə daxili işlər nazirinin canlı efirdə bir müxalifət nümayəndəsini döyməsi, buna görə heç bir məsuliyyət daşımaması idi. Üstəlik, vəzifədən çıxandan sonra dərhal müxalifətə keçmiş - iyunun 4-nə - Gəncədə iğtişaşlar başlayan günə Bakıda AXC hakimiyyətinə qarşı mitinqlər təyin etmişdi. Heç bir hüquqi əsası olmadan yaradılmış “ekologiya polisi”, “bələdiyyə polisi” kimi qeyri-qanuni qurumlar faktiki olaraq daxili işlər nazirinin varlanması naminə dövlət səviyyəsində reketliklə məşğul idilər. Kriminal düşüncəli adamların dövlət başına vəzifəyə gətirilməsi, ölkədə mənəviyyatsızlığın hökm sürməsi, daxili işlər nazirinin insanları qanunsuz həbs etməsi, məhkəməsiz 700 nəfər məhbusun azadlığa buraxılması, silahlandırılması acınacaqlı vəziyyəti əks etdirən növbəti faktlar idi. Bununla yanaşı, xarici işlər nazirinin Fizika İnstitutunun heç bir diplomatik təcrübəsi olmayan, heç bir xarici dil bilməyən kiçik elmi işçisi olması və belə mühüm vəzifəyə təyin edilməsi həmin dövrdə dövlət idarəçiliyinin hansı prinsiplər əsasında həyata keçirildiyini göstərən faktlardan idi. Yeni müstəqil ölkənin diplomatik korpusu da özü kimi təcrübəsiz, texniki sahələrdə çalışan kiçik elmi işçilərdən formalaşdırılmışdı.
Ümumiyyətlə, həmin dövrdə ciddi hakimiyyət böhranı mövcud idi. Başqa sözlə, hakimiyyətə gələndən sonra AXC üzvləri dərhal bir-biri ilə mübarizəyə başlamışdılar. Hakimiyyət daxilində Müsavat, Yurd, “Boz qurd”, “boz pencəklilər” və s. kiçik qruplaşmalar yaranaraq biri-birinə qarşı və birincilik uğrunda mübarizə aparırdılar. Daxili işlər naziri və parlament sədri prezidentlik iddialarını açıq şəkildə dilə gətirir, nəzarətlərində olan media quruluşlarında prezident əleyhinə sərt kampaniya aparırdılar. Əli Kərimlinin nəzarətində olan media qurumları isə baş nazir və spikeri ələ salırdı, prezidentin özünə yaxın AXC İcraiyyə Komitəsi rəsmi bəyanatla nazirləri, parlament sədrini dövlətə və ya hakimiyyətə xəyanətdə ittiham edirdi. Bundan başqa, Ali Baş komandan olduğunu unutmuş prezident ölkədə real vəziyyətdən, cəbhədəki durumdan xəbərsiz olmaqla yanaşı, nazirlərin fəaliyyətinə nəzarət etməyi lazım bilmirdi. Sonradan özlərinin də etiraf etdiyi kimi, Ə.Elçibəyin reytinqinin ən yaxşı vaxtında ona etimad göstəricisi 33 faizi ötməmişdi. Beləliklə, bütün bu neqativ faktlar - daxili ziddiyyətlər və çəkişmələr, eyni zamanda, xalqın həmin qüvvələrə ciddi inamsızlığının nəticəsi kimi, AXC-Müsavat cütlüyü cəmi 1 il hakimiyyətdə qala bildi. Ümumiyyətlə, səriştəsiz - naşı və milli maraqlardan uzaq mövqedə olan bu qüvvələrin hakimiyyətə gəlməsi ilə Azərbaycanın yeni tarixinin ən faciəli dövrü başlandı. Nəticədə AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırlaşması, torpaqların işğalı ilə nəticələndi.
Azərbaycanın qurtuluşu və dirçəlişi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır
Belə bir gərgin və böhranlı vəziyyətdə xalq ümidini dahi siyasətçi, böyük dövlət xadimi Heydər Əliyevə bağlamış, 1992-ci ilin oktyabrında bir qrup Azərbaycan ziyalısı Ona müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etmişdilər.
İyun hadisələri zamanı hətta ozamankı hakimiyyət də Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur olmuş, xalqın təkidli tələbi və iqtidarın çoxsaylı xahişi ilə Ulu Öndər Heydər Əliyev Bakıya qayıtmışdı. Beləliklə, 1993-cü il iyunun 9-da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev xalqın təkidli tələbi ilə Bakıya qayıtdı, ölkənin xaos, vətəndaş qarşıdurması, dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən xilas edilməsi tarixi missiyasını həyata keçirməyə başladı. İyunun 15-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi, həmin gün Azərbaycan xalqının tarixinə Milli Qurtuluş günü kimi düşdü. Heç şübhəsiz, Qurtuluş xalqımızın Ümummilli Lider Heydər Əliyevin tarixi missiyasına verdiyi düzgün, ədalətli, obyektiv qiyməti əks etdirir. Ümumiyyətlə, Ulu Öndərin tarixi missiyasının həyata keçirilməsi üç güclü faktor üzərində qurulub: birincisi, xalqın Ümummilli Liderə olan möhkəm və sarsılmaz inamı, dəstəyi, ikincisi, Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, qüdrəti və əzəməti, üçüncüsü isə, Ulu Öndərin xalqına, millətinə, Vətəninə olan sonsuz, təmənnasız, əzəmətli sevgisi.
Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinə Sədr seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycanın mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması məhz bundan sonra mümkün oldu. Belə ki, Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi əsasında atdığı praqmatik addımlar sayəsində ölkədə hökm sürən dağıdıcı proseslərin neytrallaşdırılmasına nail olundu. Və Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi.
Bir sözlə, böyük dövlət xadimi Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən - qarşıdurmadan, tənəzzül və məhv olmaq təhlükəsindən xilas edərək dirçəliş yoluna çıxardı və Azərbaycanı parçalamaq, forposta çevirmək və korporativ maraqlar əsasında idarə etmək istəyənlər öz niyyətlərinə çata bilmədilər. Asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu. Ən əsası, nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişənin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son verilməsi, ilk parlament seçkilərinin keçirilməsi, referendum yolu ilə Konstitusiyanın qəbul edilməsi, idarəetmə sisteminin formalaşdırılması, neft müqavilələrinin imzalanması, Azərbaycanın iqtisadi dirçəlişinin əsasının qoyulması, respublikamızın beynəlxalq əlaqələrinin formalaşdırılması, ölkənin dünya birliyinə inteqrasiyası prosesinə başlanması dövlətimizin tərəqqi yolunda inamla irəliləməsini təmin etdi, Azərbaycanın qarşısında aydın perspektivlər açıldı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Qurtuluş Günü müasir Azərbaycan tarixində dönüş nöqtəsi idi: “Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtması nəticəsində Azərbaycanda sabitlik bərpa edildi, inkişafa start verildi və bugünkü Azərbaycan dünya miqyasında seçilən ölkələrdən biridir. Təəssüf ki, Ulu Öndər Heydər Əliyev müstəqilliyimizin ilk günlərindən Azərbaycanda rəhbərlikdə olmamışdır. Əgər olsaydı, bir qarış torpaq belə işğal altına düşməzdi. Əfsuslar olsun ki, müstəqilliyin ilk illərində ölkəmizə rəhbərlik etmiş şəxslər zəiflik, qorxaqlıq göstərdilər. O ki qaldı, AXC-Müsavat cütlüyünün hakimiyyətinə, o, biabırçı dövr idi, xəyanətkar hakimiyyət torpaqlarımızı qoruya bilmədi”.
Dövlət başçısının vurğuladığı kimi: “Qurtuluş Günü bugünkü reallıqları şərtləndirən gündür. Təsəvvür edin, əgər Ulu Öndər Heydər Əliyev müstəqilliyimizin ilk illərindən Azərbaycanda hakimiyyətdə olsaydı, biz özümüzü böyük bəlalardan qoruya bilərdik”.
Ulu Öndər Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur
Sadalananların qanunauyğun nəticəsi kimi, 1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkilərinin nəticələrinə müvafiq olaraq xalqın dərin etimadı ilə Azərbaycan Prezidenti seçilən Ümummilli Lider Heydər Əliyev qısa zamanda Özünün ümummilli maraqlara xidmət edən və ali prinsiplərə söykənən fəaliyyəti ilə ölkədə milli həmrəyliyi, bütövlüyü və inkişafı təmin etdi. Qeyd etdiyimiz kimi, müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi, qarışıq seçki sistemi əsasında parlament seçkilərinin keçirilməsi, dövlətin hüquqi əsaslarının gücləndirilməsi, başqa sözlə, müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaradıldı. Kütləvi informasiya vasitələri üzərində senzura aradan qaldırıldı, insan və vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin edildi. Bunlar isə öz növbəsində siyasi sosiallaşmaya və siyasi mədəniyyətin inkişafına, ümumilikdə, sosial-siyasi institutların səmərəli fəaliyyətinə yol açdı. Bir sözlə, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan milli inkişaf strategiyasının fonunda həyata keçirilən sistematik işlər və görülən məqsədyönlü tədbirlər siyasi sistemin təşəkkül tapmasını, onun struktur elementlərinin mütəmadi təkmilləşməsini təmin etmiş oldu. Öz fəaliyyətini Azərbaycanın hərtərəfli inkişafına həsr edən Ulu Öndər, eyni zamanda, dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində növbəti addımlarını atdı. Məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin, Ombudsman təsisatının və digər mühüm institutların yaradılması, ölüm hökmünün ləğv edilməsi kimi islahat xarakterli addımlar ölkədə demokratikləşmə prosesinin irəliyə aparılmasında mühüm rol oynadı. Milli ideologiyanın yaradılması da Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissəsindən biridir. Məlum olduğu kimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid mərkəzdə birləşdirən milli məfkurəyə çevrildi.
Bunlarla yanaşı, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu praqmatik və balanslaşdırılmış xarici siyasət kursu nəticəsində Azərbaycanın beynəlxalq əlaqələri genişlənməyə başladı. Ölkəmiz beynəlxalq arenada müstəqil dövlət kimi tanındı, ikitərəfli və çoxtərəfli səmərəli xarici əlaqələr quruldu. “Əsrin müqaviləsi”nin imzalanmasından sonra Azərbaycan iqtisadiyyatında dönüş yarandı və genişmiqyaslı işlərə başlandı. Daha sonra Azərbaycan neftinin dünya bazarlarına nəqli istiqamətində müstəsna əhəmiyyət kəsb edən tədbirlər görüldü və mühüm əməkdaşlıq layihələri gerçəkləşdirildi. O da qeyd edilməlidir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan xarici siyasət kursunun mühüm prioritetlərindən birini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi təşkil edir. Məhz Ümummilli Lider Heydər Əliyevin gərgin əməyi və ardıcıl səyləri nəticəsində bu problemin həllinə yönəlik məqsədyönlü, sistemli və davamlı addımlar atıldı, məsələnin mahiyyəti dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Ulu Öndər Heydər Əliyev bir çox dünya dövlətləri ilə bu mövzuda danışıqlar apararaq beynəlxalq tədbirlərdə, o cümlədən sammitlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin və bəyanatların qəbul olunmasına nail oldu. Bütövlükdə, milli maraqlara əsaslanan uğurlu xarici siyasət Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirdi, Azərbaycan etibarlı tərəfdaş kimi tanınmağa başladı.
Şübhəsiz, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu dövlət quruculuğu siyasətinin fonunda əldə edilən nailiyyətlərin sayını istənilən qədər artırmaq olar. Amma təkcə sadalananlar da onu deməyə əsas verir ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanı, sözün əsl mənasında, müstəqil ölkəyə çevirdi, müstəqilliyimizi daimi və dönməz etdi.
Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında uğurla və inamla inkişaf edir
Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün uğurla və inamla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs Azərbaycanın qüdrətinin daha da artmasını təmin edib, ölkəmiz möhtəşəm nailiyyətlər qazanaraq yeni zirvələr fəth edir. Milli inkişaf modelinin uğurla tətbiq edilməsi və hədəflənən nəticələrin əldə olunması, sosial-iqtisadi və institusional islahatların uğurla həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin qorunması, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməsi və digər nailiyyətlər müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir.
Ümumiyyətlə, müstəqil Azərbaycanın müasir mənzərəsini səciyyələndirərkən bir sıra məqamları xüsusi olaraq diqqətə çatdırmaq məqsədəmüvafiqdir. Bu kontekstdə əvvəla qeyd edək ki, Cənubi Qafqaz regionunun lider dövləti olan, spesifik inkişaf modeli ilə fərqlənən Azərbaycanda bütün sahələri əhatə edən çoxşaxəli və paralel islahatlar həyata keçirilir. Ölkəmizdə uğurla və inamla davam etdirilən islahatlar dinamik tərəqqini sürətləndirməklə yanaşı, yeni inkişaf perspektivləri formalaşdırıb. Eyni zamanda, çevik və məqsədyönlü fəaliyyət göstərən yeni idarəetmə strukturunun formalaşdırılması üçün mühüm institusional islahatlar həyata keçirilib, əhəmiyyətli nəticələr əldə olunub. Şübhəsiz ki, çoxşaxəli islahatların reallaşdırılması davamlı xarakter daşıyır. Dərin iqtisadi və institusional islahatların davamı kimi hüquqi islahatların aparılması da bu kontekstdə mühüm əhəmiyyətə malikdir. Təsadüfi deyil ki, Azərbaycanda həyata keçirilən çoxşaxəli islahatlar beynəlxalq səviyyədə, nüfuzlu reytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirilir. Bununla yanaşı, milli maraqlara əsaslanan müstəqil xarici siyasət kursuna malik olan Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində mövqeyi mütəmadi olaraq möhkəmlənir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxvektorlu və praqmatik xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Hazırda regional güc mərkəzi olan, bölgədə sabitləşdirici aktor kimi çıxış edən Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb. Ölkəmiz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür, beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim edir. Bunlara paralel olaraq Azərbaycan, eyni zamanda, beynəlxalq miqyasda əməkdaşlıq və təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirir. Sadalananların fonunda ayrı-ayrı milli dövlətlər, o cümlədən dünya siyasətinin güc mərkəzləri kimi çıxış edən ölkələr Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirirlər. Eyni zamanda, respublikamızla müxtəlif sahələri əhatə edən əlaqələrin inkişafına xüsusi əhəmiyyət verilir. Bütövlükdə, dünyada böyük etimad qazanan Azərbaycanın strateji tərəfdaşlıq əlaqələri güclənir, dostlarının və tərəfdaşlarının sayı artır.
Beləliklə, müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında uğurla və inamla inkişaf edir.
“Yeni Azərbaycan”ın
Analitik Qrupu

 
  • Oxunub:  25560  |  
  • Tarix:  15-06-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: İslahatlar təkmilləşmə deməkdir, islahatlar yeni dövrə uyğunlaşma deməkdir, islahatlar tərəqqi deməkdir

14 Noyabr 22:19
Azərbaycanın Xarici İşlər naziri BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi ilə görüşüb
14 Noyabr 22:14
Ali Erbaş: Terror təşkilatlarına yardım edənlərə Bakı Sammiti vasitəsilə mesaj göndərməyə çalışacağıq
14 Noyabr 22:12
Milli Xalça Muzeyində “Muzeylər, tekstil kolleksiyaları və qarşılıqlı əməkdaşlıq perspektivləri” adlı konfransın açılışı olub
14 Noyabr 22:10
Azərbaycan və Kolumbiya arasında əməkdaşlıq məsələləri müzakirə olunub
14 Noyabr 21:20
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib
14 Noyabr 21:13
Martin Pammer: Azərbaycan dinlər arasında dialoqun təmin olunmasında mühüm rol oynayır
14 Noyabr 21:11
Dünya dini liderlərinin II Sammiti işini plenar iclasla davam etdirib
14 Noyabr 21:01
İsrailin Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır
14 Noyabr 20:57
AQTİ “Məktəbəqədər təhsil müəssisələrində qida təhlükəsizliyi” mövzusunda təlimlərə başlayıb
14 Noyabr 20:53
Prezident İlham Əliyevin təşəbbüsü xalqlar və dövlətlər arasında əməkdaşlığa böyük töhfədir
14 Noyabr 20:51
Şeyxülislam Allahşükür Paşazadə Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüb
14 Noyabr 20:49
Azərbaycan ilə Sinqapur arasında əməkdaşlıq məsələləri müzakirə olunub
14 Noyabr 20:46
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətin Vyanada görüşləri davam etdirir
14 Noyabr 20:43
Milli Məclisin deputatları Belarusda keçiriləcək parlament seçkilərini müşahidə edəcəklər
14 Noyabr 20:37
Mirzəcan Xəlilov: Gələn ilin dövlət büdcəsində qeyri-neft sektoruna verilən üstünlük xüsusi olaraq nəzərə çarpır
14 Noyabr 20:33
Tahir Süleymanov: Ölkəmizin müsbət reallıqları, inkişaf meylləri gələn ilin büdcə proqnozlarının müəyyənləşdirilməsinə də öz müsbət təsirini göstərib
14 Noyabr 20:31
Azərbaycan Dillər Universitetində Əhməd bəy Ağaoğluya həsr edilən dəyirmi masa keçirilib
14 Noyabr 20:30
Elman Nəsirov: Müsavat Partiyasının rəhbərliyi Azərbaycanın adına ləkə gətirəcək addımlarla bağlı öz mövqeyini bildirməlidir
14 Noyabr 17:55
Bakıda “MDB üçün 100 ideya” beynəlxalq gənclər layihəsi çərçivəsində sərgi təşkil olunub
14 Noyabr 17:44
Azərbaycan Prezidenti İlham Əliyev Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüb
14 Noyabr 17:33
İtalyan mətbəxində Azərbaycan kənd təsərrüfatı məhsullarından istifadə olunacaq
14 Noyabr 17:31
Prezident İlham Əliyev Rusiyanın Qaraçay-Çərkəz Respublikasının başçısının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
14 Noyabr 17:27
Prezident İlham Əliyev Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
14 Noyabr 17:06
Əli Hüseynli: Azərbaycan Prezidenti İlham Əliyevin məhkəmə-hüquq sahəsindəki islahatları yeni mərhələyə qədəm qoyub
14 Noyabr 17:02
Rusiya Federasiyasının nümayəndə heyəti yeni Peşə Təhsil Mərkəzində
14 Noyabr 16:45
“Türkün dastanı” kitabının təqdimatı olub
14 Noyabr 16:44
Goranboyun Xasadarlı kəndində 54 fərdi yaşayış evinə təbii qaz verilib
14 Noyabr 16:37
Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
14 Noyabr 16:27
Parisdə Azərbaycan ilə Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
14 Noyabr 16:24
Hərbi Dəniz Qüvvələri genişmiqyaslı təlim çərçivəsində tapşırıqları icra edir
14 Noyabr 16:20
Tur-aksiya: Məktəblilər Azərbaycanın şimal qapısı sayılan Qusarın və qədim Qubanın görməli yerlərini gəziblər
14 Noyabr 15:38
Qlobal neft tələbatı 2040-cı ildə 106,4 milyon barrelə çatacaq
14 Noyabr 15:38
Bakıda Dünya dini liderlərinin II Sammiti keçirilir
14 Noyabr 15:32
II Azərbaycan Diabet Konqresi keçirilib
14 Noyabr 15:15
“Caspian Ecology” – X yubiley Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisinin rəsmi açılışı olub
14 Noyabr 15:02
İstanbulda "Azərbaycan Respublikasının xarici siyasəti" mövzusunda konfrans keçirilib
14 Noyabr 14:56
Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkiləri ilə əlaqədar Şəkidə seminar-müşavirə təşkil edib
14 Noyabr 14:40
Zülfiyyə Veysova: Bir gündə 650 min ağacın əkilməsi ekoloji tarazlığın bərpası baxımından əvəzolunmazdır
14 Noyabr 14:24
Azərbaycan ilə Türkiyə, Rusiya və Malayziya arasında təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub
14 Noyabr 14:19
İcbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək klinik diaqnostik laboratoriyalarda beynəlxalq standartlar tətbiq ediləcək
14 Noyabr 14:12
Multikulturalizm Mərkəzində ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə komissarı ilə görüş olub
14 Noyabr 14:09
UNEC İsrail ali təhsil müəssisəsi ilə əməkdaşlığa başlayır
14 Noyabr 14:07
Əməliyyat təlimində qoşunlar yerdəyişmə tapşırıqlarını icra edib
14 Noyabr 14:05
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
14 Noyabr 13:57
Azərbaycan iqtisadi potensialı kifayət qədər böyük olan ölkədir
14 Noyabr 13:56
İlham Mirzəliyev: 2005-2019-cu illərdə 2700-dən artıq istilik təhcizatı sistemi ilə bağlı layihələr icra olunub
14 Noyabr 13:52
Azərbaycan ilə Rusiya arasında gənclər siyasəti sahəsində əməkdaşlığa dair Saziş imzalanıb
14 Noyabr 13:49
YAP Pirallahı rayon təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
14 Noyabr 13:46
YAP İcra Katibliyində “Azəristiliktəchizat” ASC-nin sədrinin müavini İlham Mirzəliyev mətbuat konfransı keçirib
14 Noyabr 12:46
Stefania Ciannini: Azərbaycanla əməkdaşlıqda maraqlıyıq
14 Noyabr 12:45
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi davam edir
14 Noyabr 12:42
Abdullahi Godah Barre : Azərbaycanla münasibətlərimiz uğurla inkişaf edir
14 Noyabr 12:34
Muxtar respublikada gənclərin sağlamlığının qorunması və fiziki inkişafına xüsusi diqqət yetirilir
14 Noyabr 12:28
Doqquz ayda bank sektorunun aktivləri 6,3 faiz artıb
14 Noyabr 12:19
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu gün də bir qrup şəhid ailəsi və müharibə əlilini mənzillə təmin etdi
14 Noyabr 12:04
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının iştirakçıları Gəncədə
14 Noyabr 11:59
“Bakı” İstilik Elektrik Mərkəzi qışa hazır vəziyyətə gətirilib
14 Noyabr 11:57
FAO Azərbaycanda meşəçilik sahəsində yeni layihələr həyata keçirəcək
14 Noyabr 11:39
Əli Həsənov: “Radikal müxalifətə başçılıq edənlərin təfəkkürü dünyada baş verən prosesləri yamsılamaqdan o yana keçmir”
14 Noyabr 11:29
Bakı Nəqliyyat Agentliyi tərəfindən gətirilən 280 yeni avtobus artıq paytaxtdadır
14 Noyabr 11:24
Azərbaycanla İsveçrə Əməkdaşlıq Ofisinin əməkdaşlığının perspektiv imkanları müzakirə olunub
14 Noyabr 11:13
Ölkəmiz “Dünya Robot Olimpiadası”nda təmsil edilib
14 Noyabr 11:10
Noyabrın 14-ü Dünya Diabetlə Mübarizə Günüdür
14 Noyabr 11:07
Bakıda MDB-yə üzv dövlətlərin Gənclərlə İiş üzrə Şurasının iclası keçirilir
14 Noyabr 10:57
Heydər Əliyev Fondu 18 yaşınadək olan şəkərli diabet xəstələrini insulinlə təmin edəcək
14 Noyabr 10:40
AQTA sədri İsveçrə Əməkdaşlıq Ofisinin nümayəndələri ilə görüşüb
14 Noyabr 10:32
Bu gün “Avro-2020” seçmə mərhələsində 11-ci tura start veriləcək
14 Noyabr 10:22
Bu gün Dünya dini liderlərinin II Bakı Sammiti öz işinə başlayır
14 Noyabr 10:13
Avstriyanın Zaltsburq şəhərində Azərbaycanın fəxri konsulluğunun açılışı olub
14 Noyabr 10:10
Ankarada geniş bir ərazidə Xocalı parkı salınır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA