Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Uşaqlar üçün növbəti “ekoloji laboratoriya” təşkil olunacaq

Uşaqlar üçün növbəti “ekoloji laboratoriya” təşkil olunacaq

13.05.2016 [09:32]

Mayın 14-də IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçiriləcək.
İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, hər ay keçirilən və müxtəlif mövzuları əhatə edən “Uşaqlar üçün ekoloji laboratoriya”nın may təlimi “Yaşıl enerji” mövzusuna həsr olunacaq. Təlim zamanı uşaqlara elektrik enerjisi, onun əldə olunması, alternativ enerji mənbələri, enerjiyə qənaətlə bağlı maraqlı faktlar və məlumatlar çatdırılacaq, həmçinin balacalara elektrik təhlükəsizliyi tədbirləri izah ediləcək. Bundan əlavə, gənc təbiətsevərlər bir sıra eksperimentlərin keçirilməsində iştirak edəcək, müxtəlif ərzaqlardan və meyvələrdən enerjinin alınması prosesinə əyani şahidlik edəcəklər. “Laboratoriya”nın iştirakçıları təlimçilərin köməyi ilə öz elektrik dövrələrini də yaradacaqlar.
May laboratoriyası uşaqlara elektrik enerjisi ilə bağlı biliklər qazandırmaqla yanaşı, həm də enerjiyə qənaətin mühüm əhəmiyyətə malik olmasını kiçik yaşlarından mənimsəmələrinə töhfə verəcək.
Təlim IDEA İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində təşkil olunacaq. “Uşaqlar üçün ekoloji laboratoriya”da iştirak etmək istəyənlərdən IDEA İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlamaları xahiş olunur.

Paylaş:
Baxılıb: 562 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Maraqlı

Xarici siyasət

Xəbər lenti

Ədəbiyyat

Siyasət

Siyasət

3-cü iclas...

01 May 10:36

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31