Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Tərtər rayonunun “Şahinlər” komandası respublika üçüncüsü olub

Tərtər rayonunun “Şahinlər” komandası respublika üçüncüsü olub

13.05.2016 [09:33]

Tərtər rayon İcra Hakimiyyətdə “Şahin” hərbi-idman oyununun respublika final yarışında 3-cü yeri tutmuş Seydimli kənd tam orta məktəbinin komandasının üzvləri ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov şagirdləri qazandıqları uğur münasibətilə təbrik edib, gənc nəslin hərbi vətənpərvərlik ruhunda yetişməsində, hərbi və fiziki hazırlığında “Şahin” hərbi-idman oyununun əhəmiyyətini yüksək qiymətləndirib. Bildirib ki, yeniyetmələrin və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin daha da gücləndirilməsi, orta məktəb şagirdlərini hərbi-idman oyunlarına geniş cəlb edilməsi onların ordu sıralarında xidmətə hazırlanmasında böyük rol oynayır.
Tədbirdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna xüsusi diqqət və qayğı göstərdiyi, dövlətimizin gənclər siyasətində hərbi vətənpərvərlik amilinin mühüm yer tutduğu diqqətə çatdırılıb.
Görüşdə komanda üzvlərinə və müəllimlərə qiymətli hədiyyələr təqdim edilib, xatirə şəkili çəkdirilib.

Paylaş:
Baxılıb: 734 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Xəbər lenti

İqtisadiyyat

Gündəm

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31