Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / MDB dövlətlərinin bədən tərbiyə və idman üzrə Şura iclasının iştirakçıları Qəbələdən xoş təəssüratlarla ayrılıblar

MDB dövlətlərinin bədən tərbiyə və idman üzrə Şura iclasının iştirakçıları Qəbələdən xoş təəssüratlarla ayrılıblar

11.06.2016 [09:36]

Qəbələ şəhərində keçirilən MDB iştirakçısı olan dövlətlərin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığı haqqında Saziş iştirakçılarının bədən tərbiyə və idman üzrə Şurasının iclası iyunun 10-da başa çatıb.
AZƏRTAC xəbər verir ki, iclasda iştirak edən Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistanın bədən tərbiyəsi və idman nazirliklərinin yüksək vəzifəli şəxsləri Qəbələ rayonundakı idman və turizm obyektləri, istehsal müəssisələri ilə tanış olublar. Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev qonaqlara rayonun tarixi, sosial-iqtisadi inkişaf proqramı çərçivəsində həyata keçirilən müxtəlif layihələr və Qəbələdə yaradılan müasir idman və turizm infrastrukturu barədə məlumat verib.
Şura iclasının iştirakçıları qonaqpərvərliyə görə təşəkkür edərək, paytaxt Bakı ilə yanaşı, regionlarda, o cümlədən Qəbələdə də sürətli inkişafın şahidi olduğunu diqqətə çatdırıblar.
Sonra qonaqlar Heydər Əliyev Konqres Mərkəzi, “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi, Stend və Ox Atıcılığı Kompleksi, “Beltman” piano fabriki ilə yaxından tanış olublar. Şura iclasının iştirakçıları Qəbələdən xoş təəssüratlarla ayrılıblar.
Qeyd edək ki, MDB-nin yaranmasının 25 illiyi münasibətilə keçirilən Şuranın iclasında bu quruma üzv olan ölkələrdə bədən tərbiyəsi və idman sahəsində ümumi siyasətin işlənilməsi və tədbirlər planının hazırlanması, 2020-ci ilə qədər olan dövr ərzində bədən tərbiyəsi və idman üzrə Milli Strategiyanın həyata keçirilməsi, eyni zamanda, 2018-2020-ci illər üçün tədbirlər planı layihəsinin hazırlanması və digər məsələlər müzakirə olunub.

Paylaş:
Baxılıb: 524 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Xəbər lenti

İqtisadiyyat

Gündəm

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31