Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Londonda BMT-nin sülhməramlı əməliyyatları ilə bağlı müdafiə nazirlərinin görüşü keçirilib

Londonda BMT-nin sülhməramlı əməliyyatları ilə bağlı müdafiə nazirlərinin görüşü keçirilib

09.09.2016 [10:18]

Londonda BMT-nin sülhməramlı əməliyyatları mövzusunda müdafiə nazirlərinin görüşü keçirilib. Böyük Britaniyanın müdafiə naziri Maykl Fallonun sədrliyi ilə keçirilən tədbirdə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov iştirak edib. Görüşə ümumilikdə 80-ə yaxın ölkənin müdafiə nazirləri qatılıblar.
Bu tədbir ötən ilin sentyabrında BMT-nin baş katibi Pan Gi Mun və ABŞ Prezidenti Barak Obama tərəfindən 50-dək ölkənin dövlət başçısı ilə dünyada sülhməramlılığın qorunmasına dair keçirilən görüşün davamı və bu sahədə qlobal miqyasda görülən işlərin daha da sürətləndirilməsi xarakteri daşıyır.
Görüşün əsas məqsədi sülhməramlı əməliyyatların planlaşdırılması işinin daha da yaxşılaşdırılması, ötən ilin sentyabrında qəbul edilən qərarların icrasına başlanılması, BMT sülhməramlılarının gələcək təminatı və təlimləri, münaqişə zonalarında mülki əhalinin xüsusilə qadın və uşaqların qorunması, XXI əsrdə qlobal səviyyədə sülhün və təhlükəsizliyin təmin edilməsidir.

Paylaş:
Baxılıb: 357 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

İqtisadiyyat

Neft ucuzlaşıb

29 Aprel 10:31

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Ruhun qidası...

27 Aprel 11:35

Sosial

Ədəbiyyat

Siyasət

8-ci qətnamə

27 Aprel 11:10

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30