Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Avropa İttifaqı Regional Komitə üzvlərindən ibarət müşahidə qrupu

Avropa İttifaqı Regional Komitə üzvlərindən ibarət müşahidə qrupu

28.09.2016 [10:12]

Avropa İttifaqı Regional Komitəsinin 4 üzvündən ibarət müşahidə qrupu Konstitusiyaya dəyişikliklərə dair 26 sentyabr 2016-cı il referendumunu müşahidə etmək üçün Azərbaycana səfər etdi və səsvermə günü səsvermə prosesini izlədi.
Müşahidə qrupu səfər öncəsi referenduma çıxarılan konstitusion dəyişikliklərin məzmununu və legitimliyini araşdırdı, ümumxalq səsverməsi günü, 26 sentyabrda, 10 dairənin 2 məntəqəsində səsvermə prosesini izlədi.
Müşahidə qrupu araşdırmalar və müşahidələr əsasında aşağıdakı nəticələrə gəldi:
- Referendumun keçirilməsi suveren Azərbaycan dövlətinin səlahiyyətinə aiddir və bu barədə qərar milli qanunvericiliyə uyğun qəbul edilib.
- Referenduma çıxarılan dəyişikliklər əsasən ölkədə idarəetmə sisteminin gücləndirilməsinə və insan hüquqlarının müdafiəsinin təkmilləşdirilməsinə xidmət edir.
- Müşahidə qrupunun üzvləri olduqları məntəqələrdə çoxsaylı müşahidəçilərin səsvermənin gedişatını müşahidə etmələrinin şahidi oldular.
- Səsvermə prosesi texniki və təşkilati baxımdan yaxşı təşkil edilmişdi.
- Məntəqələrdə seçici aktivliyi yüksək idi, səsvermə prosesi dinc şəraitdə həyata keçdi.
- Hər hansı bir zərurət olmadan polisin və ya yerli icra hakimiyyəti nümayəndələrinin seçki məntəqələrinə daxil olmalarını və səsvermə prosesinə müdaxilə etmələrini müşahidə etmədik. Seçicilər müstəqil və kənar müdaxilə olmadan səsvermədə iştirak edərək öz iradəsini ifadə etdilər.
- Səsvermə başa çatdıqdan sonra müşahidə qrupunun üzvləri bir məntəqədə bülletenlərin sayılmasını izlədilər və digər müşahidəçilərə bülletenlərin sayılması prosesini də izləməyə maneçilik törədilmədiyinin şahidi oldular.
Beləliklə, belə bir nəticəyə gəlirik ki, Konstitusiyaya dəyişikliklərə dair 26 sentyabr 2016-cı il referendumu legitimdir və onun nəticələri Azərbaycan xalqının iradəsinin müstəqil və azad şəkildə ifadəsini əks etdirir.
Aİ Regional Komitə üzvlərindən ibarət müşahidə qrupunun üzvləri
1. Pauliina Haijanen - Finlandiya
2. Müürsepp Kurmet - Estoniya
3. Sukles Urmas - Estoniya
4. Dainis Turlais - Latviya

Paylaş:
Baxılıb: 262 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Kuklaxana

03 May 11:00

İqtisadiyyat

Siyasət

Gündəm

Xəbər lenti

Sosial

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31