Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan Prezidenti İlham Əliyevin və Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaninin Münxendə görüşü olub

Azərbaycan Prezidenti İlham Əliyevin və Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaninin Münxendə görüşü olub

18.02.2017 [09:46]

Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaninin görüşü olub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Azərbaycan ilə Əfqanıstan arasında əlaqələrin uğurla inkişaf edərək müxtəlif sahələri əhatə etdiyi, ikitərəfli münasibətlərimizin daha da genişlənməsi üçün imkanların olduğu bildirilib. Pambıqçılıq, sement istehsalı, səhiyyə, nəqliyyat sahələrində əlaqələrin inkişafı baxımından yaxşı potensialın olduğu vurğulanıb. Azərbaycanın brendi olan “ASAN xidmət”in təcrübəsinin Əfqanıstanda yayılması məsələləri müzakirə edilib. Münasibətlərimizin inkişafında qarşılıqlı səfərlərin intensivləşdirilməsinin vacibliyi vurğulanıb.
Söhbət zamanı ölkələrimiz arasında ticarət əlaqələrinin, ixrac-idxal əməliyyatlarının genişləndirilməsi ilə bağlı müəyyən addımların atılması barədə razılığa gəlinib.

Paylaş:
Baxılıb: 588 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Kuklaxana

03 May 11:00

İqtisadiyyat

Siyasət

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31