Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan növbəti dəfə dünyanın diqqət mərkəzində oldu

Azərbaycan növbəti dəfə dünyanın diqqət mərkəzində oldu

18.02.2017 [10:05]

ABŞ və Rusiya baş qərargah rəislərinin Bakıda görüşməsi ölkəmizin üstün siyasi nüfuzundan, beynəlxalq münasibətlər sistemində yeri və rolundan xəbər verir
Xəbər verildiyi kimi, fevralın 16-da Bakıda Heydər Əliyev Mərkəzində ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və Rusiya müdafiə nazirinin birinci müavini-Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Gerasimov arasında görüş keçirilib. Yerli və beynəlxalq mətbuatda ekspertlər və müxtəlif strateji araşdırma mərkəzləri tərəfindən siyasi analiz predmetinə çevrilən bu hadisə bir çox reallıqların ifadəsi baxımından böyük əhəmiyyətə malikdir.
Azərbaycanın balanslaşdırılmış xarici siyasət kursu pozitiv qarşılanır
İlk növbədə, bu görüşün Bakıda keçirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən balanslaşdırılmış, praqmatik və müstəqil xarici siyasət kursunun dünyanın güc mərkəzləri tərəfindən hörmətlə qarşılanmasının növbəti təsdiqidir. Ümumiyyətlə, sirr deyil ki, Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələbləri və reallıqlarına uyğun olaraq uğurla davam və inkişaf etdirilən praqmatik xarici siyasət kursu Azərbaycan Respublikasının milli dövlət kimi müasir beynəlxalq münasibətlər sistemində gücünü və nüfuzunu artıran amildir. Bunun nəticəsidir ki, milli dövlətlər regional və beynəlxalq təhlükəsizliyin təmin və mühafizə olunması, eləcə də səmərəli tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsində Azərbaycanla çoxşaxəli əməkdaşlığa müstəsna önəm verirlər. Beləliklə, öz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürən Azərbaycan beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim etməkdədir. Bu isə daha çox regional və qlobal inkişafa, sabitliyə, təhlükəsizliyə töhfə kimi xarakterizə edilir. Bütün bunların müqabilində ayrı-ayrı milli dövlətlər, o cümlədən dünya siyasətinin güc mərkəzləri kimi çıxış edən geopolitik subyektlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirirlər.
Bununla yanaşı, müstəqil siyasət yürütməsi, sivilizasiyalararası dialoqa mühüm töhfələr verməsi, regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında strateji tərəfdaş qismində mühüm rol oynaması Azərbaycanın beynəlxalq nüfuzunu artıran əhəmiyyətli faktorlar qismində çıxış edir. Təsadüfi deyil ki, ötən müddət ərzində həyata keçirilən rasional və praqmatik xarici siyasət kursunun fonunda Azərbaycanın beynəlxalq münasibətlər sistemində bir sıra əhəmiyyətli uğurlar əldə etməsi də ölkəmizin beynəlxalq nüfuzunun artmasına və xarici əlaqələrinin əhatə dairəsinin genişlənməsinə təkan verən önəmli faktor olub. Məhz dünya siyasətində mühüm təsir mexanizmlərinə malik olan baş qərargah rəislərinin Bakıda görüşməsi sadalanan reallıqlara adekvat münasibətin ifadəsidir.
Prezident İlham Əliyevin praqmatik fəaliyyəti və şəxsi nüfuzu yüksək qiymətləndirilir
Digər tərəfdən, bəhs olunan görüşün Bakıda keçirilməsini zəruri edən amillər sırasında Azərbaycan Prezidenti İlham Əliyevin praqmatik fəaliyyəti, şəxsi nüfuzu xüsusi yer tutur. Ümumiyyətlə, Prezident İlham Əliyev Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə edir, dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən siyasət həm Azərbaycanın tərəqqisini, beynəlxalq mövqeyinin möhkəmlənməsini təmin edir, həm də bölgənin inkişafında və təhlükəsizliyində müstəsna rol oynayır.
Bunlara paralel olaraq, Prezident İlham Əliyevin həm ABŞ Prezidenti Donald Trampla, həm də Rusiya Prezidenti Vladimir Putinlə qarşılıqlı hörmətə və etimada əsaslanan yüksək səviyyəli əlaqələrə malik olması da xüsusi vurğulanmalıdır. Təsadüfi deyil ki, hər iki lider Prezident İlham Əliyevi etibarlı tərəfdaş, dünya səviyyəli siyasi lider kimi qəbul edir.
Regional güc mərkəzi olan Azərbaycan bölgədə sülh və təhlükəsizliyə müstəsna töhfələr verir
Bununla yanaşı, Azərbaycanın regional təhlükəsizlik və əməkdaşlığa fundamental töhfələr verməsi də beynəlxalq miqyasda yüksək qiymətləndirilir. Məhz bu amil dünya siyasətinin güc mərkəzlərinin Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal iştirakına pozitiv münasibətini şərtləndirən faktor kimi çıxış edir. Bəhs olunan görüşün ölkəmizin paytaxtında baş tutması da bu qəbildən olan nümunələr sırasında yer alır.
Ümumiyyətlə, regional işbirliyi formatlarının yaranmasında Azərbaycanın yeri və rolu müstəsna əhəmiyyət kəsb edir. Ölkəmiz hazırda regionda sabitləşdirici aktor kimi çıxış edir. Başqa sözlə, Avrasiyanın mühüm geostrateji məntəqələrindən biri olan Cənubi Qafqazın lider dövləti kimi çıxış edən Azərbaycan öz çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu ilə regional əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirir. Ölkəmiz beynəlxalq təhlükəsizliyin təmin olunması istiqamətində də fəal rol oynayır. Bu məqamda ölkəmizin Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi və uğurla sədrlik etməsini xüsusi qeyd etmək lazımdır.
Eyni zamanda, Azərbaycan regional ziddiyyətlərin, qarşıdurmaların aradan qaldırılmasında müsbət rol oynayır, konstruktiv yanaşma tərəfdarı kimi barışdırıcı missiya həyata keçirir. Məsələn, ölkəmiz Rusiya ilə Türkiyə arasında gərginliyin aradan qaldırılmasında mühüm rol oynayıb. Bununla yanaşı, Azərbaycanın həm NATO, həm də KTMT-nin regionda maraqlarının uzlaşmasına dəstək verməsi ayrıca vurğulanmalıdır.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 319 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Kuklaxana

03 May 11:00

İqtisadiyyat

Siyasət

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31