Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Multikulturalizm Mərkəzinin Drezden filialının təqdimatında: “Azərbaycanda dinlərarası harmoniya: İslam və lüteranlıq”

Multikulturalizm Mərkəzinin Drezden filialının təqdimatında: “Azərbaycanda dinlərarası harmoniya: İslam və lüteranlıq”

01.03.2017 [10:01]

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Drezden filialının təşkilatçılığı ilə Almaniyanın Drezden şəhərində “Azərbaycanda dinlərarası harmoniya: İslam və lüteranlıq” mövzusunda “dəyirmi masa” keçirilib.
Tədbirdə Saksoniyanın deputatları və konfessiya rəhbərləri, Drezden universitetinin professor və müəllim heyəti, Drezden kitabxanasının rəhbərliyi və ictimaiyyət nümayəndələri, həmçinin Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) şöbə müdiri Nicat Məmmədli və ölkəmizdə fəaliyyət göstərən Bakı lüteranların dini icmasının rəhbəri Vera Nesterova iştirak ediblər. Öncə Xocalı qətliamında şəhid olan insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
BBMM-in Drezden filialının rəhbəri Dr. Birgit Vaysgerber iyirmi beş il bundan əvvəl ermənilərin Xocalıda törətdikləri soyqırımı aktını bütün insanlığa və bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri kimi səciyyələndirib. B.Vaysgerber Xocalı faciəsinin dəhşətləri haqqında “dəyirmi masa” iştirakçılarına məlumat verərək terrorun daima tolerantlığa və multikulturalizmə böyük zərbə vurduğunu və beynəlxalq ictimaiyyətin diqqətini bu qətliama yönəltməyin vacibliyini vurğulayıb.
DQİDK-nın şöbə müdiri Nicat Məmmədli Azərbaycanda mövcud olan konfessiyalararası harmoniyadan, multikulturalizmin Azərbaycan modelinden və bunun dövlət siyasətində prioritet elan olunmasından söz açıb.
Azərbaycandakı lüteran icmasının sədri Vera Nesterova ölkəmizdə bütün dinlərə eyni ehtiramın göstərildiyini, bütün konfessiyaların nümayəndələrinin ölkə Prezidenti İlham Əliyevin daimi diqqət və qayğısı ilə əhatə olunduğunu qeyd edib: “Azərbaycanda bütün dinlər tarixən bir ailə şəklində mövcuddur. Azərbaycanda yaşayan alman əhalisi tərəfindən lüteran kilsəsinin əsası qoyulub. Azərbaycanda hazırda Bakı, Göygöl və Şəmkir şəhərlərində lüteran kilsələri saxlanılır. Azərbaycan Prezidenti İlham Əliyev 30 avqust 2016-cı il tarixli “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” Sərəncam imzalayıb. Bu Sərəncam Azərbaycanda tarixi irsə diqqət və qayğının, ümumiyyətlə, ölkəmizdə tolerantlıq və multikulturalizm siyasətinin bariz təzahürüdür”.

Paylaş:
Baxılıb: 391 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

İqtisadiyyat

Neft ucuzlaşıb

29 Aprel 10:31

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Ruhun qidası...

27 Aprel 11:35

Sosial

Ədəbiyyat

Siyasət

8-ci qətnamə

27 Aprel 11:10

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30