Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Bakıda SİTEM Akademiyasının açılışı olacaq

Bakıda SİTEM Akademiyasının açılışı olacaq

07.04.2017 [09:55]

Açılış mərasimində San Dieqo Dövlət Universitetinin prezidentinin rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edəcək
San Dieqo Dövlət Universitetinin prezidenti, dekanları və professor-müəllim heyəti Bakıya gəlir. Bu barədə “Yeni Azərbaycan” qəzetinə Qlobal Karyera İnstitutunun direktoru Orxan Həsənoğlu məlumat verib.
Onun sözlərinə görə, səfərin məqsədi Bakıda SİTEM akademiyasının açılışını gerçəkləşdirməkdir. Orxan Həsənoğlu bildirib ki, rəhbəri olduğu Qlobal Karyera İnstitutu San Dieqo Dövlət Universiteti ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq gələcəkdə təhsil sahəsində böyük layihələrin həyata keçirilməsinə hesablanıb.
“İlk olaraq Qlobal Karyera İnstitutunun və San Dieqo Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Bakıda Dillər Universitetində SİTEM Akademiyasının açılışı olacaq. San Dieqo Dövlət Universitetinin prezidenti, dekanları və professor-müəllim heyətinin iştirakı ilə aprelin 8-də keçiriləcək tədbirə KİV təmsilçiləri, təhsil sahəsində çalışan şəxslər dəvət edilib” - deyə O. Həsənoğlu bildirib.
Qeyd edək ki, fəaliyyətində beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verən Qlobal Karyera İnstitutunun təşkilatçılığı ilə bu günə kimi ölkəmizdə və xarici dövlətlərdə silsilə tədbirlər keçirilib. Medianın inkişafı, təhsil sahəsində yeniliklərin tətbiqi və s. bu kimi mövzuları əhatə edən həmin tədbirlərdə dünyanın nüfuzlu elm adamları, ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən universitet və akademiyaların təmsilçiləri iştirak ediblər.

Paylaş:
Baxılıb: 371 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Siyasət

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31