Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / YAP Şəmkir rayon təşkilatında Ulu öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətə gəlməsinin 48-ci ildönümü münasibətilə tədbir keçirilib

YAP Şəmkir rayon təşkilatında Ulu öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətə gəlməsinin 48-ci ildönümü münasibətilə tədbir keçirilib

13.07.2017 [09:52]

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətə gəlməsinin 48-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatının təşkilatçılığı ilə silsilə tədbirlər davam etdirilir. YAP Şəmkir rayon təşkilatında keçirilən növbəti tədbiri giriş sözü ilə açan Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev qeyd edib ki, tarixin yetirdiyi görkəmli şəxsiyyətlərdən olan Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində Azərbaycan öz milli-mənəvi dəyərlərini qoruyaraq, üçüncü minilliyə inamla qədəm qoyub: “Bu illər ərzində əsl rəhbər kimi məhz Ulu öndər Heydər Əliyev Azərbaycan həqiqətlərini qətiyyətlə bütün dünyaya tanıda bilmişdir. Azərbaycan yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra özünün geosiyasi imkanlarını gerçəkləşdirməyi bacarmışdır. Ümummilli lider Heydər Əliyev Öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir. Məhz buna görə də Azərbaycan tarixinin 1969-cu ildən bəri yaşanan dövrü Heydər Əliyevin adı ilə sıx bağlıdır və tariximizə Heydər Əliyev dövrü kimi həkk olunmuşdur. Bu dövrün isə Azərbaycanın gələcək tarixi taleyi baxımından başlıca məzmunu azərbaycançılıqdır”.
Daha sonra çıxış edən YAP Şəmkir rayon təşkilatının sədr müavini Ayaz İbrahimov, YAP Şəmkir rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri İdris Əbdürrəhmanov, YAP Şəmkir rayon təşkilatı Gənclər Birliyinin sədri Emin İsmayılov, partiya fəalları Tünzalə Hüseynova və Ceyhun Məmmədov qeyd ediblər ki, Ulu öndər Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsindən sonrakı dövr milli özünüdərkin, milli özünəqayıdışın başlanğıcı kimi qəbul edilir. Onun respublikaya rəhbərlik etməyə başladığı ilk günlərdən Azərbaycanın görkəmli şəxsiyyətlərinin yubileylərinin müntəzəm surətdə qeyd olunması bir ənənə halını almış, bu isə Azərbaycan xalqının ümummilli problemləri ilə sıx bağlı olub milli ruhun, milli özünüdərkin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qaytarılması, müstəqil dövlətçilik ideyalarının gerçəkləşməsi üçün zəmin yaratmışdı.

Paylaş:
Baxılıb: 687 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Maraqlı

Xarici siyasət

Xəbər lenti

Ədəbiyyat

Siyasət

Siyasət

3-cü iclas...

01 May 10:36

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31