Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Linda Lanzillotta: İtaliya Azərbaycan ilə əlaqələrin inkişafına böyük önəm verir

Linda Lanzillotta: İtaliya Azərbaycan ilə əlaqələrin inkişafına böyük önəm verir

02.11.2017 [10:13]

Noyabrın 1-də Milli Məclisin sədri Oqtay Əsədov İtaliya Senatının sədr müavini xanım Linda Lanzillottanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov bu səfərin ölkələrimiz arasında münasibətlərin inkişafına yeni töhfə verəcəyinə inamını ifadə edib.
Qeyd edilib ki, İtaliya ilə ikitərəfli və beynəlxalq parlament təşkilatları çərçivəsində əlaqələrimizi daha da inkişaf etdirmək vacib məsələlərdəndir. Ölkələrimiz arasında fəal siyasi dialoq aparılır, iqtisadi sahədəki münasibətlərimiz hər iki tərəfə real faydalar gətirir. İtaliya Azərbaycanın ən mühüm ticarət tərəfdaşlarından biridir. Təqdirəlayiq haldır ki, əlaqələrimiz yüksələn xətt üzrə inkişaf etməkdədir. Bu inkişaf həyatın bütün sahələrini əhatə edir. Yüksək səviyyəli nümayəndə heyətlərinin, xüsusən dövlət başçılarının görüşləri zamanı aparılan danışıqlar əlaqələrimizi keyfiyyətcə yeni səviyyəyə qaldırıb. Ölkələrimiz arasında imzalanmış 40 sənəd münasibətlərimizin hüquqi bazasını təşkil etməklə yanaşı, həm də səmərəli əməkdaşlığımıza təminat verir. Bu ilin yanvar-sentyabr aylarında İtaliya ilə ticarət dövriyyəmizin həcmi 2 milyard 39 milyon ABŞ dolları həcmində olub. Biz gələcəkdə bu göstəricini daha da artırmaq niyyətindəyik.
Milli Məclisin sədri parlamentlər səviyyəsində münasibətlərimizin də yüksək səviyyədə olduğunu vurğulayıb. Qeyd edilib ki, hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsi ümumi işin xeyrinədir. Milli Məclisdə İtaliya ilə parlamentlərarası əlaqələr üzrə qrupun 69 üzvü var. Bu, deputatlarımızın İtaliyaya olan marağının və xoş niyyətinin göstəricisidir. Müxtəlif beynəlxalq təşkilatlarda hər iki ölkə deputatlarının mütəmadi görüşlərini və onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparmalarını yüksək dəyərləndiririk. İnanırıq ki, gələcəkdə də siyasi, iqtisadi, mədəni sahələrdəki əlaqələrimiz daha da dərinləşəcək.
İtaliya Senatının sədr müavini xanım Linda Lanzillotta ölkəmizə səfərindən və burada gördüklərindən məmnun qaldığını söyləyib. O, ümidvar olduğunu bildirib ki, bu səfər parlamentlər arasında əlaqələrimizin inkişafına müsbət təsirini göstərəcək.
Qonaq Milli Məclisin binasında deputatlar üçün yaradılmış şəraiti yüksək qiymətləndirib, bunu ölkənin inkişafı ilə əlaqələndirib. Bildirilib ki, Azərbaycanın paytaxtı Bakı gözəlliyi ilə qonaqları məftun etməklə yanaşı, ölkənin qısa zaman kəsiyində əldə etdiyi nailiyyətlərin bariz nümunəsidir. İtaliya Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verir. Biz həyatın ən müxtəlif sahələrində bu ölkə ilə münasibətlərimizi daha da dərinləşdirmək niyyətindəyik.
Söhbət zamanı parlamentlərarası əlaqələrin gələcək inkişaf perspektivləri, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi və tərəfləri maraqlandıran digər məsələlər ətrafında söhbətlər aparılıb.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Azər Kərimli, Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə, İtaliyanın ölkəmizdəki səfiri Auqusto Massari və digər rəsmi şəxslər iştirak ediblər.

Paylaş:
Baxılıb: 333 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

İqtisadiyyat

Neft ucuzlaşıb

29 Aprel 10:31

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Ruhun qidası...

27 Aprel 11:35

Sosial

Ədəbiyyat

Siyasət

8-ci qətnamə

27 Aprel 11:10

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30