Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / YAP-ın 25 illik yubileyi ilə əlaqədar Azərbaycan Texnologiya Universitetinin kollektivi “Hərəyə bir ağac əkək” kampaniyasında fəal iştirak edib

YAP-ın 25 illik yubileyi ilə əlaqədar Azərbaycan Texnologiya Universitetinin kollektivi “Hərəyə bir ağac əkək” kampaniyasında fəal iştirak edib

02.12.2017 [01:20]

Azərbaycan Texnologiya Universitetinin kollektivi Gəncədə Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 25 illik yubileyi ilə əlaqədar təşkil olunan “Hərəyə bir ağac əkək” kampaniyasında fəal iştirak edib. Gəncə şəhər İcra Hakimiyyəti və YAP Gəncə şəhər təşkilatının birgə təşkilatçılığı ilə baş tutan yaşıllaşdırma aksiyasında universitet rəhbərliyi və tələbələr birgə iştirak ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə layihələndirilən ağacəkmə kampaniyasında şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri, həmçinin ATU-nun rəhbərliyi və kollektivi xeyli sayda tinglər əkib. Eyni zamanda, ərazidə təmizlik-abadlıq işləri aparıb, yaşıllıq sahəsini alaq otlarından, daşlardan təmizləyib, yeni əkilən ağacları suvarıb, əvvəllər basdırılan tinglərə aqrotexniki qaydada qulluq göstəriblər.
Qeyd edək ki, gələn ilin mart ayına qədər davam edəcək “Hərəyə bir ağac əkək” kampaniyasında 40 min ağac və bəzək bitkisi əkiləcək. Bu möhtəşəm kampaniya Gəncədə yaşıllığın genişləndirilməsinə, ekoloji durumun daha da yaxşılaşdırılmasına böyük töhfə verəcək.

Paylaş:
Baxılıb: 538 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30