Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / "Pole Çudes"in növbəti buraxılışı ölkəmizə həsr ediləcək

"Pole Çudes"in növbəti buraxılışı ölkəmizə həsr ediləcək

14.12.2017 [16:30]

Dünyanın 40 ölkəsinə ixrac edilən Azərbaycanın ilk milli markası "Azərçay" ölkəmizin təbliği və xaricdə tanıdılmasına növbəti dəfə öz töhfəsini verir. Belə ki, artıq on illərdir MDB-nin ən məşhur televiziya layihələrindən biri olan və təxminən 300 milyonluq auditoriyaya sahib "Pole Çudes" verilişinin Beynəlxalq Çay günündə yayımlanacaq buraxılışı Azərbaycana həsr edilib. 
Ölkəmizin tanınmış simaları, Azərbaycan və Rusiyanın məşhur incəsənət xadimlərinin iştirak etdiyi, Rusiyanın Birinci Kanalında yayımlanan "Azərçay"ın ənənəvi dekabr buraxılışında Azərbaycanın mədəniyyəti və çayçılıq ənənələri barədə geniş məlumat verilib. Sevindirici haldır ki, artıq rusiyalı istehlakçıların beynəlxalq çay günü deyəndə ağlına ilk olaraq "Azərçay" gəlir. Qeyd edək ki, Rusiya bazarında apardığı böyük marketinq mübarizəsində Azərbaycanı uğurla təmsil edən "Azərçay" markası artıq Rusiya istehlakçılarının da seçdiyi əsas çay markasına çevrilib. Xatırladaq ki, veriliş 15 dekabr tarixində saat 20:55-də Rusiyanın Birinci Kanalında yayımlanacaq.

Paylaş:
Baxılıb: 288 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Maraqlı

Ədəbiyyat

Xəbər lenti

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30