Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Özbəkistanın review.uz portalı Azərbaycan nefti və əfsanəvi Neft Daşları haqqında material yerləşdirib

Özbəkistanın review.uz portalı Azərbaycan nefti və əfsanəvi Neft Daşları haqqında material yerləşdirib

06.01.2018 [10:47]

Daşkənddəki review.uz portalı Azərbaycan nefti və əfsanəvi Neft Daşları haqqında rus dilində geniş material yerləşdirib.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan neftinin və Neft Daşlarının tarixindən söhbət açılır, bildirilir ki, hələ XIX əsrdə ərəb tarixçisi, coğrafiyaşünası və səyyahı Əhməd əl-Belaruri yazıb ki, Abşeronun iqtisadi həyatı hələ qədim zamanlardan neftlə bağlı olub.
Balaxanıdakı quyulardan birinin üzərindəki daşda aşkar edilən yazıda bildirilir ki, bu quyu 1594-cü ildə usta Allahyar Məmmədnur oğlu tərəfindən qazılıb.
İran tarixçisi Əmin Əhməd Razi isə yazır ki, 16-cı əsrdə Bakı ətrafında təxminən 50 neft quyusu olub.
Sonra materialda neftin sənaye üsulu ilə çıxarılması haqqında məlumat verilir. Bildirilir ki, bu tarix bir neçə mərhələyə bölünür. Neftin mexaniki üsulla çıxarılması birinci mərhələ aiddir və 1847-ci ildən 1920-ci ilə qədər olan dövrü əhatə edir.
Məlumat verilir ki, 1859-cu ildə Bakıda ilk neft emalı zavodu tikilir və 1867-ci ildə 15 neft emalı dəzgahı fəaliyyət göstərib.
Yazıda Bakıdakı neft milyonçuları Hacı Zeynalabdin Tağıyev, İsa bəy Hacınski, Murtuza Muxtarov, Şəmsi Əsədullayev və digərlərinin bu sahədəki fəaliyyəti haqqında da məlumat verilir, bildirilir ki, 1874-cü ildə “Bakı Neft Cəmiyyəti” təsis edilib. 1873-cü ildə isə Robert Nobel Bakıya gəlir və Nobel qardaşları neftin çıxarılması və emalı ilə bağlı şirkət yaradırlar.
Dənizdə neft hasilatını həyata keçirmək məqsədilə 1949-cu ildə Neft Daşlarının təməli qoyulub, burada buruqlarla yanaşı neftçilərin yaşaması üçün qəsəbə də salınıb, Neft Daşları Ginnesin Rekordlar Kitabına düşüb.
Vurğulanır ki, 1969-cu ildən başlayaraq Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkə iqtisadiyyatının neft və qaz sahəsi güclü inkişaf yolu keçib.
Materialda müasir Azərbaycanın neft strategiyası haqqında ətraflı məlumat verilir, “Əsrin müqaviləsi” haqqında danışılır.
Bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyəti nəticəsində ölkənin neft strategiyası yeni mərhələyə qədəm qoyub və bu istiqamətdə işlər davam etdirilir.

Paylaş:
Baxılıb: 370 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Xəbər lenti

Sosial

Tarix bəlli oldu...

16 Aprel 10:33

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30