A+   Yenilə  A-
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafı bundan sonra da davam edəcək

Ufuk Aydın: Ən böyük arzum işğaldan azad olunmuş Dağlıq Qarabağda bir layihədə çalışmaqdır
“Yeni Azərbaycan” qəzeti bu gündən etibarən oxucularına yeni rubrika təqdim edir. “İş adamı” adlanan yeni rubrikamızda ölkəmizdə fəaliyyət göstərən yerli və xarici iş adamları ilə müsahibələr təqdim olunacaq. Rubrikamızın ilk qonağı isə Türkiyənin “SinerjiPro” şirkətinin Azərbaycandakı filialının təsisçisi və baş direktoru Ufuk Aydındır.
Ufuk Aydın 25 dekabr 1968-ci ildə Türkiyənin Zonquldağ şəhərində dünyaya gəlib. Ulu babaları 1890-cı il Osmanlı-Rus müharibəsi zamanı bu bölgədən, yəni Qafqazdan Türkiyəyə köç edən Ufuk bəy “zatən Azərbaycanı vətənimiz kimi hiss edirik. Eyni zamanda, ulu babalarımız da buradan Türkiyəyə köç etdikləri üçün bu torpaqlara daha dərin bağlılığımız var” deyib. 4 qız və 1 oğul atası olan Ufuk Aydını ölkəmizə bağlayan başqa bir səbəb isə azərbaycanlı xanımla ailə qurmasıdr. İxtisasca elektronika və telekommunikasiya mühəndisi olan U.Aydın Türkiyədə özəl televiziyaların inkişaf etdiyi 1990-2004-cü illərdə TV mediası ilə bağlı bir çox sahədə fəaliyyət göstərib. Elə ölkəmizə gəlişi də o dönəmdə Azərbaycanda bir televiziya kanalının modernləşdirilməsi işinə kömək etmək məqsədilə olub. Beləliklə, bu məqsədlə 2006-cı ildə Azərbaycana gələn U.Aydın ilk üç ili Naxçıvanda çalışdıqdan sonra Bakıda “SinerjiPro” şirkətinin Azərbaycan filialının fəaliyyətinin əsasını qoyub. Elə bizimlə söhbətinə də məhz bu şirkət barədə ətraflı məlumat verməklə başladı.
“SinerjiPro” Azərbaycana xüsusi önəm verir”
Onun sözlərinə görə, 1997-ci ildə Türkiyədə təsis edilən və mərkəzi İstanbulda olan “SinerjiPro” müasitr istilik, havalandırma və soyutma sistemləri -HVAC&PLUMBING - və elektrik, inkişaf etmiş bina elektronikası, TV yayımçılığı, peşəkar səs və işıq sistemləri istiqamətində geniş məhsul çeşidləri, güclü mühəndis kadrları olan bir texnoloji şirkətdir: “Fəaliyyət sahəmiz elektromexanika sistemləridir. Əsas müştərilərimizi inşaat sektoru təşkil edir. Həmin müştərilər də peşəkarlardır. Yəni böyük muzeylər, böyük obyektlər, böyük qüllələr, böyük universitet inşaatları, xəstəxanalar, alış-veriş mərkəzləri, hotellərin binaları ilə bağlı elektrik, elektronika, avtomatlaşdırma və peşəkar istilik-soyutma sistemlərinin qurulmasını həm layihələndiririk, həm də onların quraşdırılmasını həyata keçiririk. “SinerjiPro” Türkiyədə, türk cümhuriyyətlərində, Rusiya ərazisində və digər bir sıra ölkələrdə tanınmış bir çox inşaat firması ilə müştərək çalışaraq elektromexanika sahəsində fəaliyyət göstərib. Amma təmsilçiliyimiz Azərbaycanda və Gürcüstandadır. Onu da deyim ki, Azərbaycanda rəsmi filial olaraq qurulan gündən bu vaxta kimi eyni binada, eyni ünvanda fəaliyyətimizi davam etdiririk”.
Məlum olduğu kimi, Azərbaycanda fəaliyyət göstərən və adında “sinerji” sözü olan bir sıra digər şirkətlər də var. Bu isə ortaya “SinerjiPro”nun həmin şirkətlərlə bağlılığının olub-olmamasına dair suallar çıxarır. Müsahibəsində həmin məqama da toxunan U.Aydın “Bu barədə çox suallarla rastlaşdıq və mən bu barədə kiçik bir araşdırma apardım. Məlum oldu ki, Azərbaycanda adında “sinerji” sözü olan 9 şirkət var. Bunun 2-si bizim adımıza qeydlidir (biri filial, biri isə hazırda fəaliyyəti olmayan bir şirkətdir). Yerdə qalan 7-si isə müstəqil şirkətlərdir. Yəni birmənalı şəkildə bəyan edirəm ki, uzun illərdir Azərbaycanda fəaliyyət göstəririk və digər “sinerji”lərlə heç bir bağlantımız yoxdur. Onu da deyim, mənim “SinerjiPro” adımın patenti var. Hətta Azərbaycan ərazisi üzrə də patent alacağıq”, - deyə qeyd edib.
“Qubada çalışdığımız hər gün şəhidlərə dua, türkün düşmənlərinə lənətlə keçdi”
Azərbaycanda fəaliyyət göstərdikləri müddətdə yerli qurumlarla əməkdaşlığın hansı formada qurulmasına gəlincə, müsahibimiz mal-material məsələsində yerli iş adamları və şirkətlərlə əməkdaşlığa üstünlük verdiklərini bildirib: “Yəni yerli şirkətlərdən mal-material almağa üstünlük veririk. Məqsədimiz budur ki, daxili bazara, daxili sektora da faydamız olsun. Dövlət qurumlarına gəlincə, bütün idarələrlə bu və digər formada əməkdaşlığımız var”.
U.Aydın həmçinin Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində reallaşdırılan işlərdən onlara da pay düşdüyünü deyib: “Qəbələdə bir hotel çalışması oldu. Eyni zamanda, Sənqaçalda bir fabrikin qurulmasında, Gəncə və Şəmkirdə bir qrup işlərdə öz sahəmizə uyğun olaraq fəaliyyət göstərdik. Hazırda isə Lənkəranda böyük bir obyektin qurulması prosesində iştirak edirik. Onu da deyim ki, fəaliyyət sahəmizə uyğun olaraq Qubadakı soyqırımı kompleksinin qurulmasında da iştirak etmişik. Orada çalışdığımız hər gün şəhidlərə dua, türkün düşmənlərinə lənətlə keçdi”.
“Azərbaycan son 14 ildə uğurlu inkişaf yolu keçib”
Müsahibəsində ölkəmizdə əldə olunan uğurlardan xüsusi olaraq bəhs edən U.Aydın deyib ki, Azərbaycan son 14 ildə uğurlu inkişaf yolu keçib. Onun sözlərinə görə, güclü iqtisadiyyat olmadan ölkənin hərtərəfli inkişafından, qarşıda duran vəzifələrin uğurlu həllindən söhbət açmaq mümkün deyil: “Bu mənada son 14 ildə Prezident İlham Əliyevin Azərbaycanın güclü potensialından, o cümlədən də neft gəlirlərindən səmərəli istifadə etməklə ölkənin iqtisadi müstəqilliyinin təmin edilməsini hədəfləyən siyasətinin önəmini xüsusi qeyd etmək lazımdır. Bəhs olunan dövrdə Azərbaycanda neftdənkənar, innovativ əsaslı, elm tutumlu iqtisadiyyat quruculuğu diqqət mərkəzində saxlanılıb. Belə məqsədyönlü yanaşmanın nəticəsidir ki, qardaş Azərbaycan qısa müddətdə Cənubi Qafqaz regionunda ən güclü iqtisadiyyata malik ölkəyə çevrilib. 2004-cü ildən bəri bütün dünya üzrə ÜDM istehsalının artımında ən yaxşı göstəricilərdən biri məhz Azərbaycanda qeydə alınıb. Ümumiyyətlə, qardaş ölkə cənab Prezident İlham Əliyevin siyasi qətiyyəti sayəsində elə bir uğurlu iqtisadi inkişaf modeli seçib ki, burada neft amili heç də həlledici rol oynamır, əksinə, ağırlıq mərkəzi tədricən qeyri-neft sektoruna keçir”.
Müsahibimiz onu da bildirib ki, yeni şəraitdə Azərbaycanda aparılan islahatların böyük qismi özəl sektorda aktivliyin artmasına, ölkədə biznes mühitinin optimallaşdırılmasına hesablanıb: “Azərbaycanda kiçik və orta sahibkarlıq subyektlərinin istehsal imkanlarının artırılması məqsədilə həyata keçirilən genişməzmunlu islahatlar sahibkarların yeni ideyalarını həyata keçirmələrinə və onların maddi imkanlarının daha da genişlənməsinə əlverişli iqtisadi mühit formalaşdırır. Prezident İlham Əliyevin 2016-cı il 13 iyul tarixdə imzaladığı müvafiq Sərəncamı əsasında ölkədə özəl bölmənin dəstəklənməsi məqsədilə kompleks tədbirlər intensiv şəkildə davam etdirilib. Onu da vurğulayım ki, həyata keçirilən tədbirlər, özəl sektora göstərilən xüsusi diqqət Azərbaycanda nəinki yerli, həm də bizim kimi xarici iş adamlarının fəaliyyəti üçün də münbit şəraitin yaradılmasına səbəb olub. Beləliklə, bütün bu sadalananların fonunda əminliklə qeyd etməyi özümə borc bilirəm ki, həyata keçirilən işlər ümumilikdə qardaş ölkənin hərtərəfli inkişafına təkan verib və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafı bundan sonra da davam edəcək. Eyni zamanda, onu da xüsusi olaraq vurğulayım ki, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda reallaşdırılan siyasi və iqtisadi islahatlar, həmçinin Konstitusiya islahatları ilə bağlı keçirilən referendumdan sonra vitse-prezidentlik institutunun formalaşdırılması və hörmətli Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin edilməsi idarəetmədə səmərəliliyi və çevikliyi daha da artırıb”.
“İş adamları olaraq, Türkiyə-Azərbaycan qardaşlığına daha çox töhfə verməyə hazırıq”
Ufuk bəy onu da əlavə edib ki, güclü sərmayə təminatı olmadan bu və ya digər istiqamətlər üzrə yeni layihələrin həyata keçirilməsindən də söhbət gedə bilməz: “Bunun nəticəsidir ki, xarici bazarlara çıxarılan Azərbaycan mənşəli məhsulların həcmi əhəmiyyətli dərəcədə artıb. Son statistik məlumatlara görə, Azərbaycanın xarici ticarət dövriyyəsində ixracın payı 61 faizə çatıb, ixrac idxalı 4,7 milyard dollar üstələyir. Eyni zamanda, “Made in Azerbaijan” brendi ilə xarici bazarlara çıxarılan məhsulların ixrac coğrafiyası genişlənir. Statistik məlumatlara görə, 2017-ci ilin 11 ayı ərzində Azərbaycanın ən çox qeyri-neft məhsulları Rusiya Federasiyasından sonra 264 milyon ABŞ dolları həcmində olmaqla Türkiyəyə ixrac edilib. Türkiyənin bu məsələdə ön yerlərdən birini tutması isə heç də təsadüfi deyil. Çünki bir millət-iki dövlət fəlsəfəsinə əsaslanan Türkiyə-Azərbaycan qardaşlığı prezidentlər cənab Rəcəb Tayyib Ərdoğan və cənab İlham Əliyevin siyasi iradələrindən güc alaraq son illər daha da inkişaf edib. Qan, dil, mədəniyyət və din birliyimizin sonucunda da güclü işbirliyi meydana gəlib. Bu əməkdaşlığın nəticələri ortadadır. Azərbaycan Türkiyəyə sərmayə qoyan xarici ölkələr arasında üçüncü sıradadır. Özü də bunlar strateji sərmayələrdir. Yəni hamısı neft-kimya, nəqliyyat və s. bu kimi gələcəyə miras qalan sahələrdir. Məhz bu qardaşlığın nəticəsində TANAP, BTC, BTQ kimi layihələr yaranıb. BTQ dəmir yolu layihəsi xüsusi vurğulanmalıdır. Bunun anlamının, qiymətinin nə olduğunu bundan 50 il sonrakı nəsillər daha yaxşı anlayacaqlar. Onlar bunun faydasını çox yüksək şəkildə görəcəklər. Hazırda da iki qardaş ölkə arasında bütün sahələrdə çox gözəl əməkdaşlıq var. Bu əməkdaşlığın ortaya çıxardığı münbit şəraitin faydasını da bizim kimi şirkətlər, iş adamları görür və iş adamları olaraq, Türkiyə-Azərbaycan qardaşlığına daha çox töhfə verməyə hazırıq”.
“FETÖ xərçəng xəstəliyi kimi Türkiyənin bütün dövlət orqanlarına yayılmışdı”
Söhbət əsnasında Türkiyə-Azərbaycan qardaşlığının zaman-zaman ağır sınaqlardan üzüağ çıxdığını da deyən Ufuk Aydın belə sınaqlardan birinin də 2016-cı il iyulun 15-də yaşandığını bildirib: “Bilirsiniz ki, həmin tarixdə FETÖ terror təşkilatının üzvləri Türkiyədə dövlət çevrilişinə cəhd etdilər. O gün bizə ziyan vuran olaylar oldu. Bizə deyərkən, öncə Vətənimizə və dövlətimizə. Çünki mənim şəxsi qənaətim budur ki, Vətən, dövlət yoxsa, ailə, oğul-uşaq da yoxdur. Bu FETÖ deyə ifadə edilən, amma hardasa 3-4 ildir ortaya çıxmış olan terror təşkilatının Türkiyədəki və dünyadakı hazırlığı 40 illik çox incə-incə, narın-narın toxunmuş bir corab kimidir. Daha dəqiq desək, FETÖ xərçəng xəstəliyi kimi Türkiyənin bütün dövlət orqanlarına yayılmışdı, amma kimsə bunu fərq etməmişdi. Bir gün ortaya çıxdığında isə təcili əməliyyatlar edilməyə başlanıldı. Bu terror təşkilatı ortaya çıxana qədər isə tez-tez siqaret çəkən adam kimi olub Türkiyənin halı. Yəni çoxlu siqaret çəkən insan ancaq xərçəng olduqdan sonra siqareti atar. Amma bu “xəstəlik” ortaya çıxana qədər terror təşkilatının üzvləri, nə yazıq ki, bəzi məsələlərdən sui-istifadə etməklə, guya dini bir müəssisə kimi görünməklə çoxlu dəstəklər alıblar. O da bəllidir ki, bu ünsürlərin zamanında xarici təşkilatlanma ilə bağlı ilk hədəflədikləri ölkə məhz Azərbaycan olub. Bunların içərisində zamanında qurulan dərnəklər, birliklər də olub. Xüsusilə iş sektorunu daha çox ələ keçirmək istəyirdilər. Bu istiqamətdə başımıza çox işlər gəldi. Və son olaraq da olayların zirvədə olduğu dönəmdə FETÖ-yə yaxınlığı ilə tanınan bir dərnəyin içində son 6 ay ərzində mücadilə apardıq. Çox ciddi təmizlik etdik. 15 iyul çevrilişinə cəhddən öncə biz FETÖ-yə bağlı olan şəxsləri bu dərnəkdən kənarlaşdırdıq. Yəni biz də öz vətənsevərliyimizlə bəlli bir mübarizəni imkan daxilində apardıq. Hazırda da Türkiyədə bu təhlükəli qurum və insanlardan, bu “xərçəng”dən qurtulmaq prosesi davam edir. Eyni zamanda, Türkiyə dövlətinin bu “xərçəng”dən xilas olmaq müddətində apardığı mübarizəyə Azərbaycan da lazım olan dəstəyi verdi və verməkdə davam edir. Ümid edirəm ki, çox yaxın gələcəkdə bu “xərçəng” tamamilə təmizlənəcək. Amma çox diqqətli olmaq lazımdır. Çünki FETÖ üzvləri ilan kimi zəhərli, yerin altında gizlənib məqam gözləyən terrorçulardır”.
“SinerjiPro” Azərbaycanda peşəkar mühəndislərin hazırlanmasına yaxından dəstək verir”
Sonda Azərbaycandakı gələcək fəaliyyətləri barədə də danışan Ufuk Aydın ən böyük arzusunun işğaldan azad olunmuş Dağlıq Qarabağda bir layihədə çalışmaq olduğunu deyib: “Mən onu görmədən rahatlıq tapan deyiləm. Yəni Qarabağda bir layihəni reallaşdırmaq xəyalındayam. Bir gün onu görəcəyimizə inanıram. Bununla bərabər, Azərbaycanda bizim fəaliyyət sahəmizlə bağlı peşəkar mühəndislərin hazırlanması işinə yaxından dəstək veririk. Gələcək planlarımız azərbaycanlı mühəndislərin öz şirkətləri, öz qrupları ilə artıq burada fəaliyyət göstərmələrinə nail olmaqdır. Biz bu istiqamətdə ilk addımı atdıq. Belə ki, burada fəaliyyətə başlayanda mühəndis heyəti tamamilə, işçi heyətinin isə tam yarısı Anadolu türklərindən ibarət idi. İndiki vəziyyətdə isə usta-işçi heyətində 95 faiz, mühəndislik heyətində də 30 faiz azərbaycanlı çalışır. Bu da mənim ən çox arzusunda olduğum məsələlərdən biridir”.
Nadir AZƏRİ

 
  • Oxunub:  38940  |  
  • Tarix:  11-01-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan özünün sənaye potensialını daha da gücləndirir

20 Fevral 18:02
Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Ermənistanın təcavüzkar siyasəti barədə məlumatlandırılıb
20 Fevral 17:51
Nəsimi rayonunda əhalinin icbari tibbi müayinəsi aparılır
20 Fevral 17:47
Ankarada Azərbaycan və Türkiyənin Təhsil nazirlikləri arasında əməkdaşlığın mövcud vəziyyəti yüksək dəyərləndirilib
20 Fevral 17:37
Milli Məclisdə “Könüllülər Parlamenti – Azərbaycan, 2019”un iştirakçıları ilə daha bir görüş keçirilib
20 Fevral 17:35
YAP Yasamal rayon təşkilatının yaradılmasının 26-cı ildönümünə həsr edilmiş tədbir keçirilib
20 Fevral 17:28
Hadi Rəcəbli: Prezident İlham Əliyev vətəndaşların rifahının daha da yüksəlməsi üçün davamlı olaraq mühüm qərarlar qəbul edir
20 Fevral 17:24
Avstraliya Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır
20 Fevral 17:20
Hərbi attaşelər Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət ediblər
20 Fevral 17:13
Prezident: Enerji resursları və gəlirlərindən düzgün istifadə sayəsində əhalinin yaşayış səviyyəsini qaldırmağa nail olmuşuq
20 Fevral 17:10
Pərviz Şahbazov: Cənub Qaz Dəhlizinə digər ölkələrin də marağı artır
20 Fevral 16:30
Prezident İlham Əliyev: Azərbaycanın regiondakı rolu artmaqdadır
20 Fevral 16:19
Azərbaycan Prezidenti: Maraqların balansı Cənub Qaz Dəhlizi layihəsinin uğurunu şərtləndirir
20 Fevral 16:11
Günter Ottinger: Cənub Qaz Dəhlizi ilə Avropaya təbii qaz nəqlinin həcmi növbəti illərdə artırıla bilər
20 Fevral 16:09
Ziyad Səmədzadə: Əmanətlərin tam sığortalanmasının daha bir il müddətinə uzadılması banklara inamı artıracaq
20 Fevral 16:03
Prezident: Azərbaycanın uğurlu enerji inkişafı bizə özümüzü dünyaya etibarlı ölkə, etibarlı tərəfdaş kimi təqdim etməyə imkan verib
20 Fevral 16:00
Elçin Mirzəbəyli: Dövlətimizin başçısının bu Fərmanından sonra mənzil sahibləri bir daha sənəd problemi ilə üzləşməyəcəklər
20 Fevral 15:55
Prezident İlham Əliyev: Bu gün Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzinə çevrilir
20 Fevral 15:49
Azərbaycan Prezidenti: Enerji təhlükəsizliyi hər bir dövlətin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir
20 Fevral 15:46
Vüqar Rəhimzadə: Prezidentin yeni Fərmanı insan, vətəndaş amilinə verilən böyük dəyərdir
20 Fevral 15:08
Prezident: Bizim enerji sahəsinin xronologiyasına nəzər salsaq görərik ki, tədricən məqsədimizə çatmışıq
20 Fevral 14:46
Sahibə Qafarova: Təhsil sahəsində həyata keçirilən məqsədyönlü siyasət nəticəsində bu sahədə çox böyük nailiyyətlər müşahidə olunmaqdadır
20 Fevral 14:37
Prezident İlham Əliyev: Cənub Qaz Dəhlizi ümumi marağımızı əks etdirən və qarşılıqlı surətdə əhəmiyyətli layihədir
20 Fevral 14:32
Siyavuş Novruzov: “Azərbaycan hökumətinin atdığı addımlar müxalifəti əndişələndirir”
20 Fevral 14:23
Prezident İlham Əliyevin Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşü olub
20 Fevral 14:22
Yeni subartezian quyuları vasitəsilə Ağcabədidə 480 hektar əkin sahəsi suvarılacaq
20 Fevral 14:16
Nazirlər Kabinetində keçirilən görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin inkişafından danışılıb
20 Fevral 14:12
Prezident İlham Əliyev Avropa İnvestisiya Bankının vitse-prezidenti ilə görüşüb
20 Fevral 14:10
Şərqşünaslıq İnstitutunda Xocalı soyqırımı ilə bağlı ərəb və fars dillərində yeni nəşrlər çapdan çıxıb
20 Fevral 14:01
Hərbi Hava Qüvvələrinin döyüş atışlı taktiki-xüsusi təlimləri başlayıb
20 Fevral 12:53
Prezident İlham Əliyevin İtaliyanın iqtisadi inkişaf nazirinin müavini ilə görüşü olub
20 Fevral 12:49
SOCAR prezidenti: Azərbaycan son 2 ildə hasilatı artırıb
20 Fevral 12:42
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri ilə görüşüb
20 Fevral 12:34
Prezident İlham Əliyevin Türkiyənin energetika və təbii sərvətlər naziri ilə görüşü olub
20 Fevral 12:32
Horadizdə “Ana Vətən” adlı konsert proqramı keçirilib
20 Fevral 12:24
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı işə başlayıb
20 Fevral 12:21
Bu günədək Azərbaycanın dəniz yataqlarından 1,067 milyard ton neft çıxarılıb
20 Fevral 12:11
Sədaqət Vəliyeva: Minimum əmək pensiyasının artırılması dövlətimizin uğurlu sosial siyasətinin əyani təzahürüdür
20 Fevral 11:52
Prezident İlham Əliyev Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı ilə görüşüb
20 Fevral 11:36
Bahar Muradova: ATƏT PA-nın qış sessiyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlər səsləndiriləcək
20 Fevral 11:28
Rayonlar üzrə IX sinif şagirdləri üçün buraxılış imtahanın birinci mərhələsi mart ayında keçiriləcək
20 Fevral 11:09
Tusi-Bohm Planetariumda “Elm günü”nə həsr olunmuş “Açıq qapı” təşkil edildi
20 Fevral 10:48
Daşkənddə ölkəmizin turizm imkanlarından danışılıb
20 Fevral 10:23
Kənd Təsərrüfatı Nazirliyində taxılçılığın inkişafına həsr olunmuş növbəti müşavirə keçirilib
20 Fevral 10:11
Azərbaycan özünün sənaye potensialını daha da gücləndirir
20 Fevral 10:10
Prezident İlham Əliyev növbəti dəfə on minlərlə ailəni sevindirdi
20 Fevral 10:09
Milli Məclisin növbəti iclası keçirilib
20 Fevral 10:07
Moskvada azərbaycanlılar və çeçenlər arasında məişət zəminində baş vermiş insident iki xalqın dostluq münasibətlərinə zərər vura bilməz
20 Fevral 10:04
Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilən cinayətdir...
20 Fevral 10:03
Ötən il Yevlaxda tikinti-quruculuq işləri davam etdirilib
20 Fevral 10:02
Şəhərdə kənd ab-havası
20 Fevral 09:59
“Milli şura” iqtidarın həyata keçirdiyi uğurlu siyasətə özünü “həmmüəllif” kimi göstərməklə siyasi plagiatizmlə məşğul olur
20 Fevral 09:58
Nikol Paşinyanın siyasi riyakarlığı
20 Fevral 09:56
Azərbaycan dövləti milli azlıqların hüquqlarının təminatı sahəsində mühüm nailiyyətlər əldə edib
20 Fevral 09:56
“Nar” sosial şəbəkələrdən abunəçilərinə operativ müştəri xidmətləri göstərir
20 Fevral 09:55
Azercell IV Buktreyler Festivalının əsas tərəfdaşıdır
20 Fevral 09:55
Ötən il respublikamızın cənub bölgəsində sosial-iqtisadi inkişaf baxımından ciddi uğurlar əldə olunub
19 Fevral 20:48
Moskvada Azərbaycanın Rusiyadakı səfirinin Çeçenistanın məsul nümayəndələri ilə görüşü olub
19 Fevral 20:46
Əli Asayev: Respublikalarımız üçün ən ağır və faciəli vaxtlarda biz həmişə bir-birimizi dəstəkləmişik
19 Fevral 20:44
Henrik Hololey: Azərbaycan-Aİ Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ilk iclasının nəticələri təqdirəlayiqdir
19 Fevral 20:32
Gömrük Komitəsi ilə Britaniyanın Daxili İşlər Departamentinin Dövlət Katibliyi birgə bəyanat imzalayıb
19 Fevral 20:31
Küveytdə Xocalı soyqırımının ildönümü ilə əlaqədar bir sıra tədbirlər keçirilib
19 Fevral 20:29
Avstriya Federal Dəmir Yolları Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır
19 Fevral 20:28
Vüqar Rəhimzadə: Əli Kərimli öz liderinə xəyanətlə qazandığı “təcrübəni” indi də Azərbaycan dövlətinə qarşı istifadə edir
19 Fevral 20:22
Musa Quliyev: Prezident İlham Əliyev növbəti dəfə on minlərlə ailəni sevindirdi
19 Fevral 20:20
Lvovda Xocalı soyqırımına həsr olunmuş beynəlxalq seminar keçirilib
19 Fevral 20:17
Hikmət Babaoğlu: Azərbaycanda müxalifətçilik milli maraqlarımıza zərbə vuran alət kimi çıxış edir
19 Fevral 20:13
Rusiya-Azərbaycan sərhədinin demarkasiyası üzrə işçi qrupun növbəti görüşü 2019-cu ilin yazında olacaq
19 Fevral 20:08
Rufiz Qonaqov: Azərbaycanın uğurlarını həzm edə bilməyən xəyanətkarlar ölkədə çaxnaşma yaratmağa çalışırlar
19 Fevral 20:04
Bəhruz Quliyev: Milli xəyanətkarlar toplumu bundan sonrakı cəhdlərində də fiaskoya uğramaqda davam edəcəklər
19 Fevral 18:24
Əli Əhmədov Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28
HAVA HAQQINDA
Bakı
gündüz+5 +7
gecə+1 +2