A+   Yenilə  A-
Respublikamızın şimal-qərb bölgəsində kənd təsərrüfatının ixrac potensialı artırılır

Şəki-Zaqatala iqtisadi rayonuna daxil olan rayonlarda tütünçülüyün və fındıqçılığın inkişaf etdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir
Ölkəmizdə aqrar sektorun inkişafı həyata keçirilən dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Kənd təsərrüfatında məhsul istehsalının artırılması həm ərzaq təhlükəsizliyinin təmin olunması, həm də ölkənin ixrac potensialının gücləndirilməsi baxımından böyük əhəmiyyətə malikdir. Bu istiqamətdə görülən tədbirlər, eyni zamanda, vacib sosial əhəmiyyət kəsb etməklə ölkəmizdə işsizliyin aradan qaldırılması, əmək qabiliyyətli əhalinin məşğulluğunun təmin olunması və vətəndaşların gəlirlərinin artırılmasına xidmət edir. Regionların sosial-iqtisadi inkişaf proqramlarının uğurla icra olunması və dövlətin ciddi dəstək tədbirləri isə aqrar sektorun qarşısında yeni inkişaf perspektivlərinin yaranmasını şərtləndirib. Bunu müxtəlif regionlarda ötən il əldə olunmuş böyük nailiyyətlər də təsdiqləyir.
İxrac edilən kənd təsərrüfatı məhsulları arasında fındıqçılıq ikinci yerdədir
Ölkəmizdə kənd təsərrüfatının inkişafında respublikamızın şimal-qərb regionunun - Şəki-Zaqatala iqtisadi rayonunun da payı böyükdür. Regiona daxil olan rayonlarda görülmüş tədbirlər kənd təsərrüfatının müxtəlif seqmentləri üzrə yüksək məhsuldarlığın təmin olunmasına imkan verib. Bu region üzrə xarakterik olan sahələrdən biri, şübhəsiz ki, fındıqçılıqdır. Azərbaycanda fındıq istehsalının böyük hissəsi Zaqatala, Qax, Balakən və bölgənin digər rayonlarının payına düşür. Fındıq istehsalı bu rayonların kənd əhalisinin əsas qazanc mənbələrindən biri hesab olunur və bu sahəyə maraq ildən-ilə artır.
Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev ötən il bölgələrdə kənd təsərrüfatının ənənəvi sahələrində, o cümlədən fındıqçılıqda çox böyük inkişafın olduğunu vurğulayaraq deyib: “Keçən il 18 min hektarda fındıq bağları salınıb. Beləliklə, fındıq bağlarının sahəsi 55 min hektara çatıb və bizim hədəfimiz 80 min hektara çatdırmaqdır. Fındıqçılıq kənd təsərrüfatının inkişafı və ixrac imkanlarımızın genişləndirilməsi üçün önəmli yer tutacaq. Bu gün ixrac edilən kənd təsərrüfatı məhsulları arasında fındıqçılıq ikinci yerdədir. Fermerlər bu məhsulun ixracından 100 milyon dollardan çox vəsait əldə ediblər”.
Fındıqçılıq Zaqatala rayonunun iqtisadiyyatında da aparıcı yerlərdən birini tutur. Rayon İcra Hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlkin Şəfizadə AZƏRTAC-a bildirib ki, 2017-ci ildə Zaqatala rayonunda sənaye sahəsi üzrə məhsul buraxılışının 83 faizini fındıq və fındıq məhsullarının satışından gələn gəlirlər təşkil edib. Ötən il Zaqatala rayonundan xaricə fındıq və fındıq məhsullarının ixrac edilməsi nəticəsində Azərbaycana 73 milyon dollar və ya 124 milyon 401 min manat vəsait daxil olub. Fındıq ixracından əldə olunan gəlir əvvəlki illə müqayisədə 37,7 faiz artıb. 2017-ci ildə Zaqatala rayonunda fındıq bağlarından 13 min 422 ton, yəni əvvəlki ildəkindən 4 min 512 ton çox məhsul tədarük olunub.
Prezident İlham Əliyevin kənd təsərrüfatının ixrac potensialı yüksək sahələrindən olan fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıqların icrasını təmin etmək məqsədi ilə son illər Zaqatala rayonunda da yeni fındıq bağlarının salınması istiqamətində davamlı iş aparılır. Belə ki, 2016-cı ilin payızında rayon ərazisində 2560 hektar, 2017-ci ilin yaz və payız mövsümlərində isə 1732 hektar sahədə yeni fındıq bağları salınaraq, mövcud fındıq bağlarının ümumi sahəsi 18 min 151 hektara çatdırılıb. Bu bağların 9 min 571 hektarı barverəndir.
Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı göstərişindən sonra Qəbələ rayonunda da əhali tərəfindən yeni fındıq bağlarının salınmasına böyük maraq göstərilir. Artıq bir ildir ki, rayonda kənd təsərrüfatının ixrac potensialı yüksək olan fındıqçılıq sahəsinin inkişaf etdirilməsi üçün yeni bağlar salınır. Plana uyğun olaraq Qəbələdə 2 min hektar sahədə yeni fındıq bağının salınması nəzərdə tutulub.
Rayon Kənd Təsərrüfatı İdarəsindən verilən məlumata görə, son iki ay ərzində Mirzəbəyli, Zərgərli, Tikanlı, Nic, Mıxlıqovaq, Solqıca, Bum və digər kəndlərin sakinləri istifadə etdikləri və bələdiyyə mülkiyyətində olan boş torpaq sahələrini kol-kosdan təmizləyərək əraziyə fındıq tingləri əkiblər. Tinglər kəndlilərin fərdi təsərrüfatlarında yetişdirilərək yeni bağlara köçürülüb. Ümumilikdə 317 hektar sahədə fındıq bağı salınıb.
“Gilan Holdinq” tərəfindən də rayonda böyük fındıq bağlarının salınması üçün tərdbirlər görülür. Bu il şirkət tərəfindən 50 hektar fındıq bağı salınıb. Son bir ildə isə Qəbələdə 1217 hektar sahədə yeni fındıq bağı salınıb. Bölgənin ən böyük fındıqçılıq rayonu olan Qəbələnin 20-yə yaxın kəndində əhali arasında geniş maarifləndirmə işləri aparılmaqla yanaşı, kütləvi şəkildə fındıq tinglərinin əkilməsi işləri həyata keçirilib.
Qeyd edək ki, 2017-ci ildə Qəbələdə mövcud olan 4678 hektar fındıq bağından 9 min 800 ton məhsul yığılıb. Kəndlilər məhsulu yerli bazarlara çıxarmaqla yanaşı, bir kiloqramını 3 manata Qəbələ Fındıq Emalı Zavodunun yerli fındıq qəbulu məntəqələrinə satıblar. Rayonda fındıq emalı zavodunun fəaliyyət göstərməsi kəndliləri ildən-ilə fındıq bağlarını daha da genişləndirməyə və məhsuldarlığı artırmağa həvəsləndirir.
Şimal-qərb rayonlarında tütünçülüyün inkişaf etdirilməsi üçün zəngin ənənə və potensial mövcuddur
Respublikamızın şimal-qərb rayonlarında tütünçülüyün inkişaf etdirilməsi üçün zəngin ənənə və potensial mövcuddur. İxrac potensialı yüksək olan bu sahə uzun illər diqqətdən kənarda qalsa da, son illər ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində tütünçülük yenidən dirçəlməyə başlayıb, bu gəlirli sahəyə maraq göstərənlərin sayı xeyli artıb. Dövlətimizin başçısının regionların mövcud iqtisadi potensialından səmərəli istifadə edilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq, son iki ildə bölgənin rayonlarında digər ənənəvi sahələr kimi, tütünçülüyün inkişaf etdirilməsi istiqamətində də zəruri tədbirlər həyata keçirilir.
Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı tütünçülüklə bağlı atılmış ilk addımların artıq öz nəticəsini verdiyini vurğulayaraq deyib: “Tütünçülüyə göstərilən diqqət öz bəhrəsini verir. Əgər 2016-cı ildə 3500 ton tütün tədarük olunmuşdusa, keçən il bu rəqəm 5200 tona çatıb. Bu il də bir çox önəmli tədbirlər görüləcək, qurutma kameraları alınacaq və fermerlərə əlavə dəstək veriləcək. Biz tütünçülüyün bərpasına çox yaxınıq və gələcəkdə tütünü nəinki xammal kimi, hazır məhsul - siqaret şəklində ixrac etməliyik”.
Gəlirli və ixrac potensialı yüksək sahələrdən olan tütünçülüyün inkişafına dövlət tərəfindən yüksək diqqətin göstərilməsi, bu sahəyə subsidiyaların ayrılması, güzəştli kreditlərin verilməsi zaqatalalı fermerlərin də tütünçülüyə marağını xeyli artırıb. Tütünçülüyün inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər artıq öz müsbət nəticəsini verir.
Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, ötən il Zaqatala rayonundan tütün ixrac edilməsi nəticəsində ölkəmizə 12 milyon dollar və ya 19 milyon 931 min manat vəsait daxil olub. Tütün ixracından əldə olunan gəlir əvvəlki illə müqayisədə 67 faiz artıb. Ötənilki mövsümdə zaqatalalı fermerlər 891 ton, yəni əvvəlki ildəkindən 363 ton çox quru tütün istehsal ediblər.
Zaqatala rayonundakı “Dağlar” kəndli-fermer təsərrüfatının rəhbəri Telman Həsrətov iki ildir ki, tütünçülüklə məşğul olur. O, 2016-cı ildə ilk dəfə 65 hektar sahədə tütün əkib. Azərbaycan Prezidentinin kənd təsərrüfatının ixracyönümlü məhsullarının istehsalının artırılması ilə bağlı tapşırıq və tövsiyələrini nəzərə alaraq, fermer 2017-ci ildə tütün əkini sahələrini daha da genişləndirərək 110 hektara çatdırıb. Telman Həsrətov bildirib ki, ötənilki mövsümdə qəbul məntəqəsinə min tondan çox yaşıl tütün kütləsi və 30 ton quru tütün təhvil verib. Mövsüm ərzində onun təsərrüfatında 50 nəfərədək işçi çalışıb. Zaqatalalı fermer builki mövsümdə tütün əkini sahəsini daha da genişləndirməyi planlaşdırır.
Balakən rayonunda isə əhaliyə məxsus şəxsi təsərrüfatlarda tütün şitillərinin yetişdirilməsi üçün istehsalçılar tərəfindən sadə istixanaların hazırlanmasına başlanılıb və indiyədək 200-dən çox belə istixana yaradılıb. Rayon İcra Hakimiyyəti Aparatının şöbə müdirinin müavini Turan Dibirov məlumat verib ki, istixanalarda yetişdiriləcək tütün şitilləri aprelin əvvəlində sahələrə köçürüləcək. Sadə istixanaların yaradılması bundan sonra da davam etdiriləcək.
Ötən il “Azərtütün” MMC-nin Zaqatala, Qax və Şəki rayonlarında fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələri bölgənin fermer təsərrüfatlarından 16 min 38 ton “Virciniya” növlü yaşıl tütün kütləsi qəbul edib. Mövsüm ərzində bu məntəqələrdə ümumilikdə 2 min 200 ton quru tütün istehsal olunub. Məhsul istehsalı əvvəlki illə müqayisədə 900 ton artıb. “Azərtütün” MMC-nin sədr müavini Mübariz Qədimov məlumat verib ki, mövsüm ərzində Zaqatala məntəqəsinə 4 min 630 ton, Qax məntəqəsinə 5 min 428 ton, Şəki məntəqəsinə isə 5 min 980 ton yaşıl tütün kütləsi daxil olub. Balakən və Oğuz rayonlarının fermerləri də yetişdirdikləri “Virciniya” növlü ətirli tütünü bu məntəqələrə təhvil veriblər.
Məntəqələrdə qurudulmuş tütün emal olunmaq üçün cəmiyyətin Zaqatala rayonunun Aşağı Tala kəndində fəaliyyət göstərən tütün emalı zavoduna göndərilib. İndiyədək zavodda 1100 ton quru tütün emal prosesindən keçib və hazırda bu iş davam etdirilir. İstehsal olunan xammal satış üçün əsasən Rusiya, Belarus və Gürcüstan bazarlarına göndərilir.
Cəmiyyətin rəsmisinin məlumatına görə, 2017-ci ildə şimal-qərb bölgəsi rayonlarında ümumilikdə 2 min hektar sahədə “Virciniya” növlü ətirli tütün əkilib. Cari ildə isə əkin sahələrinin 2400 hektara çatdırılması nəzərdə tutulur.
Aqşin ŞAHİNOĞLU

 
  • Oxunub:  6120  |  
  • Tarix:  16-01-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan iqtisadi və siyasi cəhətdən tam müstəqil ölkədir

20 Aprel 18:49
Milli Məclisin deputatı Ukraynada bir sıra görüşlərdə iştirak edib
20 Aprel 18:48
Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti toplantısı keçirilib
20 Aprel 18:19
Aşıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olmasının 10 illiyi ilə bağlı tədbir keçirilib
20 Aprel 18:15
Balaxanı Tullantıların Zərərsizləşdirilməsi Poliqonunda indiyədək 12 mindən artıq ağac əkilib
20 Aprel 18:00
“Heydər Əliyev siyasi məktəbini öyrənirik” gənc liderlər proqramının icrasına başlanılıb
20 Aprel 17:55
Qobustan qoruğunda “açıq qapı” günü təşkil olunub
20 Aprel 17:53
“Olimpsport” jurnalının fəaliyyətə başlamasının 10 illik yubileyi qeyd olunub
20 Aprel 17:47
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Kitabın işığın olsun” adlı tədbir keçirilib
20 Aprel 17:44
Milli Məclisin deputatı sağlam qidalanma ilə bağlı regional simpoziumda iştirak edəcək
20 Aprel 17:40
Bəstəkarlıq təhsili almış ilk azərbaycanlı qadın Ədilə Hüseynzadəyə həsr edilən kitabın təqdimatı olub
20 Aprel 17:36
Brüsseldə NATO Parlament Assambleyasının 100-cü Rouz-Rout seminarı keçiriləcək
20 Aprel 17:33
Seçenov Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib
20 Aprel 17:30
Gömrük sistemində həyata keçirilən islahatlarla bağlı məlumat verilib
20 Aprel 16:27
Erl Litzenberqer: Amerikada təhsil alan azərbaycanlı tələbələrin sayının ildən-ilə artmasından qürur duyuruq
20 Aprel 16:19
YAP-ın təşkilatçılığı ilə Şəki şəhərində “Uğurlu sosial siyasətin yeni hədəfləri” mövzusunda regional müşavirə keçirilib
20 Aprel 15:54
Baş nazirin müavini Əli Əhmədov: Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas qayəsini insanların rifahının yaxşılaşdırılması təşkil edir
20 Aprel 15:25
Səfir: ABŞ Azərbaycanda aparılan islahatları dəstəkləyirik
20 Aprel 15:03
Əli Əhmədov: Azərbaycanda mövcud olan sabitlik insanların həyatı üçün böyük sərvətdir
20 Aprel 14:33
Türkiyə universitetləri ilə əməkdaşlıq Azərbaycanın inklüziv inkişafı barədə elmi ictimaiyyəti məlumatlandırmağa geniş imkanlar yaradır
20 Aprel 14:20
Professor Akkan Suver: Elmira Axundovanın əsərləri ulu öndər Heydər Əliyev ideyalarını dərindən mənimsəmək üçün əsaslı vəsaitdir
20 Aprel 14:19
Daxili işlər nazirinin birinci müavini Qubada vətəndaşların qəbulunu keçirib
20 Aprel 14:11
YAP-ın təşkilatçılığı ilə Şəkidə “Uğurlu sosial siyasətin yeni hədəfləri” mövzusunda müşavirə keçirilir
20 Aprel 14:06
Azərbaycan-Fransız Universitetinin gələcək superkompüterinin təqdimatı olub
20 Aprel 14:02
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri əsgərlərlə görüşüblər
20 Aprel 13:53
Rauf Əliyev: Qarşıda duran bütün vəzifələr müvəffəqiyyətlə həyata keçiriləcək
20 Aprel 13:45
Baş nazirin müavini Əli Əhmədov Şəki şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib
20 Aprel 13:17
Hikmət Babaoğlu: Mürəkkəb beynəlxalq və regional şərtlər daxilində ölkəmizin əldə etdiyi uğurlar anti-Azərbaycan şəbəkəni ciddi narahat edir
20 Aprel 13:07
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin strukturu təsdiqlənib
20 Aprel 13:03
YAP rayon təşkilatlarında görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib
20 Aprel 12:59
Cavid Osmanov: Enerji sektorunda uğurlarımız davamlıdır
20 Aprel 12:57
Qadınlar İKT-də Beynəlxalq Gününə həsr olunan elmi-praktik konfrans təşkil ediləcək
20 Aprel 12:55
Sona Əliyeva: Azərbaycan reallığında birgəyaşayış nümunəsi dünya üçün örnəkdir
20 Aprel 12:50
Azərbaycan və Rusiya arasında pensiya təminatı sahəsində müqavilə layihəsi hazırlanır
20 Aprel 12:48
Tahir Rzayev: Bu gün iqtisadiyyatın şaxələndirilməsi istiqamətində ölkəmizdə davamlı addımlar atılır
20 Aprel 11:08
“Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
20 Aprel 10:58
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə ikinci “AGF Junior Trophy” beynəlxalq turniri başlayıb
20 Aprel 10:49
Elçin Əhmədov: Anti-Azərbaycan qüvvələrin ölkəmizə təzyiq göstərmək, onu öz yolundan döndərmək cəhdləri əbəsdir
20 Aprel 10:44
Hanoyda OANA İcraiyyə Komitəsinin 44-cü iclası başa çatıb
20 Aprel 10:41
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub
20 Aprel 10:32
Azərbaycan iqtisadi və siyasi cəhətdən tam müstəqil ölkədir
20 Aprel 10:30
Sağlamlıq imkanları məhdud uşaq və gənclərin, sosial müəssisə sakinlərinin sərgisi təşkil olunub
20 Aprel 10:28
Azərbaycandakı diplomatik nümayəndəliklərin rəhbərləri Şamaxıya səfər ediblər
20 Aprel 10:26
Masallıda “Milli aktyorluq məktəbi” mövzusunda keçirilən mühazirə maraqla qarşılanıb
20 Aprel 10:22
YAP Səbail rayon təşkilatında Könüllülər Birliyinin təqdimatı keçirilib
20 Aprel 10:21
YAP Qubadlı rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib
20 Aprel 10:16
Anti-Azərbaycan dairələr tərəfindən ölkəmizə qarşı aparılan “qara piar” kampaniyası heç bir nəticə verməyəcək
20 Aprel 10:13
BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun keçirdiyi beynəlxalq konfransın əsərləri “Clarivate Analytics”də yerləşdirilib
20 Aprel 10:11
“France-24” kanalının saytında Naftalan nefti haqqında məqalə verilib
20 Aprel 10:10
“Nar” korporativ müştərilərinə ödənişsiz MiFi cihazını təqdim edir
20 Aprel 10:09
Azərbaycanın regionlarında əhalinin su təchizatının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır
19 Aprel 21:36
İstanbulda Türkiyə-Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı müzakirə edilib
19 Aprel 21:33
Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydası təsdiqlənib
19 Aprel 21:28
Bakı Dövlət Universitetinin Nizamnaməsi təsdiq edilib
19 Aprel 21:23
Azərbaycan “Equinor” üçün mühüm ölkədir
19 Aprel 21:17
Bakıda İran Ticarət Mərkəzi açılıb
19 Aprel 21:04
Anar Bağırov: Vəkilliyə qəbulla bağlı namizədlər üçün hər cür şərait yaradılıb
19 Aprel 21:01
Gənclər Fondunun yenilənmiş veb-səhifəsinin təqdimatı olub
19 Aprel 20:55
Bakı Metropolitenində Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş seminar keçirilib
19 Aprel 20:53
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
19 Aprel 20:50
Bakıda “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda konfrans keçirilib
19 Aprel 20:45
Vüqar Rəhimzadə: Ölkəmizin uğurlu inkişafı antiazərbaycan qüvvələrin və “5-ci kolon”un çirkin kampaniyasına tutarlı cavabdır
19 Aprel 20:40
Mərakeş qəzeti Azərbaycanın əhalisinin sayının 10 milyona çatmasından bəhs edir
19 Aprel 20:37
Elçin Mirzəbəyli: Azərbaycana qarşı olan qüvvələr ölkə Prezidentinin böyük ictimai dəstəyə malik olmasından narahatdırlar
19 Aprel 20:27
Vyetnamın Baş naziri OANA İcraiyyə Komitəsi iclasının bir qrup iştirakçısını qəbul edib
19 Aprel 20:22
Ekspert: Ölkəmizin uğurları erməni lobbisini, anti-Azərbaycan qüvvələri və daxildəki “5-ci kolon”u ciddi narahat edir
19 Aprel 18:08
Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası fiziki şəxslərin problemli kreditləri ilə bağlı açıqlama yayıb
19 Aprel 18:05
Azərbaycan Ordusunun nümayəndələri NATO-nun çoxmillətli tibb təlimində iştirak edib
19 Aprel 17:57
Paşinyan hökumətində böyük korrupsiya qalmaqalı
19 Aprel 17:48
Azərbaycan və Rusiyanın təhsil müəssisələri arasında təcrübə mübadiləsinə dair müzakirələr aparılıb
19 Aprel 17:46
Seymur Orucov: Bakı şəhərində keçirilən “Formula 1” yarışına dünyada maraq ildən ilə artır

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA