A+   Yenilə  A-
Azərbaycan brendi olan “ASAN xidmət”in fəaliyyətə başlamasından 5 il ötür

“ASAN xidmət” vətəndaş-məmur münasibətlərinə yenilik gətirdi, rüşvətxorluğa qarşı mübarizədə bizə daha da böyük güc verdi. Yəni, göstərdi ki, rüşvətxorluqla mübarizə aparmaq və qələbə çalmaq da mümkündür. “ASAN xidmət”in mənası və əhəmiyyəti bundan ibarətdir”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

 


Yanvarın 15-də “ASAN xidmət”in fəaliyyətə başlamasından 5 il ötür.
Ötən müddət ərzində vətəndaşlara keyfiyyətli və şəffaflıq prinsipləri əsasında xidmətlər təqdim edən “ASAN xidmət” qısa müddətdə əhalimizin inamını və rəğbətini qazanmaqla yanaşı, ölkə hüdudlarından kənarda da kifayət qədər tanınır və öyrənilir.
“ASAN xidmət”: Yaranması və məqsədləri
Fəaliyyətini vətəndaşların vaxtlarına qənaət etməklə rahat və nəzakətli davranış mühitində dövlət xidmətlərini əldə etməsi prinsipi əsasında quran “ASAN xidmət” mərkəzləri dövlətimizin başçısı İlham Əliyevin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb. İlk “ASAN xidmət” 2013-cü il yanvarın 15-də vətəndaşlara xidmət göstərməyə başlayıb. Pilot layihə olduğu üçün 1 nömrəli “ASAN xidmət” mərkəzinin xidmətlərindən ilkin mərhələdə paytaxtın Nəsimi, Nərimanov və Binəqədi rayonlarının sakinləri yararlanıblar.
Hazırda 12 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir ki, onlardan 5-i paytaxt Bakı şəhərində, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı və Qubadadır. Gələcəkdə isə Mingəçevir, Şəki, İmişli, Ağcabədi, Tovuz, Şamaxı, Kürdəmir və Cəlilabadda “ASAN xidmət” mərkəzlərinin açılması nəzərdə tutulub.
“ASAN xidmət” mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumlardır. Mərkəzlər dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına, ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edir.
Bu gün “ASAN xidmət” mərkəzlərdə vətəndaşlara 10 dövlət orqanı ilə yanaşı, özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 250-dən çox müxtəlif xidmətlər göstərir.
“ASAN xidmət” mərkəzinin əsas prinsipləri: Operativlik, şəffaflıq, innovativlik...
“ASAN xidmət” vətəndaşlara dövlət və özəl xidmətləri vahid məkandan göstərilməsini təmin edən nadir bir modeldir və e-hökumətin əhəmiyyətli tərkib hissələrindən biridir. Mərkəzlərin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulur.
Xidmətlərin göstərilməsində innovativ metodlar vətəndaşlara vaxtlarına və vəsaitlərinə qənaət etməyə imkan verir. Belə ki, vahid mərkəzi ziyarət edən vətəndaşlar onlarla dövlət və özəl təşkilatlar tərəfindən göstərilən müxtəlif xidmətlərdən istifadə edə bilərlər.
Xidmətlərin göstərilməsinə görə rüsumlar banklar vasitəsilə ödənilir ki, bu da “ASAN xidmət”in əsas prinsiplərindən olan şəffaflığın təminində önəmli pay sahibidir. Mərkəzlərdə həyata keçirilən bütün əməliyyatlar və tranzaksiyalar videomüşahidə kameralarının vasitəsilə qeydiyyata alınır. Beləliklə, bürokratik maneələr və korrupsiya halları tam aradan qaldırılır.
“ASAN xidmət” mərkəzlərində növbələrini gözləyən vətəndaşların vaxtlarını rahat və mənalı keçirmələri üçün bütün şərait yaradılıb. Mərkəzlərdə vətəndaşlar internet-kafe xidmətlərindən, ana və uşaq otaqlarından, uşaq meydançasından, həmçinin özünəxidmət məntəqələrindən istifadə edə bilərlər.
“Vətəndaş həmişə haqlıdır” şüarını rəhbər tutan “ASAN xidmət”də nəzakətlilik və etik davranış qaydalarına ciddi əməl olunur. Mərkəzlərin əməkdaşları ixtisasartırma üzrə müxtəlif təlimlərdən keçirlər, beləliklə daim etik davranış səriştələrini artırmış olurlar.
“ASAN xidmət”də yeni ideyalar və innovativ metodların tətbiqi vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətini artırmağa xidmət edir.
Əlbəttə, bütün bunların nəticəsidir ki, “ASAN xidmət” mərkəzlərinə edilən müraciətlər gündən-günə artmaqdadır. Hazırda mərkəzlərə daxil olan müraciətlərin sayı 19 milyondan çoxdur.
“ASAN xidmət” vasitəsilə 1 milyon 280 min 941 vətəndaşa səyyar formada xidmət göstərilib
Qeyd olunduğu kimi, bu gün ölkə ərazisində 12 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir və gələcəkdə bu mərkəzlərin sayının daha da artırılacağı gözlənilir.
Lakin “ASAN xidmət” mərkəzlərin təsis olunmadığı bölgələrdə yaşayan vətəndaşlara da xidmət göstərməyi özünə borc bilir. Regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmini üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş irihəcmli xüsusi avtobuslar vasitəsilə səyyar formada əhaliyə xidmətlər göstərilir.
Hazırda 10 səyyar “ASAN xidmət” avtobusu vətəndaşlara xidmət göstərir. 2017-ci il fevralın 1-dən etibarən səyyar “ASAN qatar” yerlərdə vətəndaşlara xidmət göstərməyə başlayıb. 2013-cü ilin iyun ayından etibarən 1 milyon 280 min 941 vətəndaşa səyyar formada xidmət göstərilib.
Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır. Bu gün artıq demək olar ki, “ASAN xidmət” bu əsas məqsədinə nail olub. Belə ki, 2013-cü ildən bu günə kimi keçirilən rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 98-100 faiz arasında dəyişir.
Çoxşaxəli fəaliyyət istiqamətləri
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi vətəndaşların məişət sahəsində qarşılaşdıqları məsələlərin həlli, ölkəmizdə turizm sektorunun, kiçik sahibkarlığın, gənclərin inkişafı və digər istiqamətlərdə də uğurlu fəaliyyəti ilə diqqəti cəlb edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 4 may tarixli Fərmanında verilmiş tapşırığa müvafiq olaraq vətəndaşların məişət sahəsində qarşılaşdıqları məsələlərin həlli üçün kommunal sahədə xidmətlər göstərən “ASAN kommunal” mərkəzləri yaradılıb. “ASAN xidmət”in fəaliyyət prinsipləri və standartlarını rəhbər tutan “ASAN kommunal” mərkəzlərində Azəriqaz, Azərsu, Azərişıq şirkətlərinin 45 növ kommunal xidmətləri göstərilir. Hazırda Bakı şəhərində 2 “ASAN kommunal” mərkəzi fəaliyyət göstərir. Bu günə kimi mərkəzlərə 266 min 719 vətəndaş müraciəti daxil olub.
Dövlətimizin başçısının tapşırığına əsasən yaradılan “ASAN radio” 2015-ci il dekabrın 24-dən etibarən 100 FM dalğasında yayıma başlayıb. “ASAN radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Könüllülər “ASAN xidmət” fəaliyyətə başladığı ilk gündən etibarən bu konsepsiyanın bir komponentidir. Bu prosesə 13 mindən çox könüllü gənc qoşulub. Hazırda könüllülərin sayı 781-dir. Əsas missiya könüllülərin inkişafına şərait yaratmaqla dövlətimizin dayanıqlı inkişafı üçün çalışan, cəmiyyətə faydalı gənc vətəndaşlar qazandırmaqdır.
Həmçinin gənclərin müxtəlif təlimlərdə iştirakı, təcrübə qazanmaları, layihələr həyata keçirmələri üçün də geniş imkanlar yaradılır. Belə ki, “Master 2” proqramı çərçivəsində 1723 gənc 7 həftəlik müddətdə müxtəlif dövlət qurumlarında və özəl təşkilatlarda təcrübə keçib və təlimlərdə iştirak ediblər. Bu günə kimi könüllülər tərəfindən 1000 təlim və 300-dən çox layihə həyata keçirilib.
“ASAN Könüllüləri” Təşkilatı gənclərin hərtərəfli inkişafı üçün “ASAN akademiya”, “Könüllülər yurdu Azərbaycan”, “Mədəniyyət carçısı”, “Könüllülər parlamenti”, “ASAN məktub”, “Əsgərə məktub” kimi böyük layihə və proqramlar həyata keçirməkdə davam edir. “ASAN xidmət” könüllülük fəaliyyəti gənclərin məsuliyyətli vətəndaş kimi formalaşdırılmasını prioritet hesab edir. 844 könüllü “ASAN kadr” portalı vasitəsilə işlə təmin olunub. Qeyd etmək lazımdır ki, ASAN könüllülərinin “ASAN məktub” və “ASAN kadr” layihələri qabaqcıl təcrübələr kimi Birləşmiş Millətlər Təşkilatının “Cənub-Cənub əməkdaşlığı çərçivəsində qabaqcıl mexanizmlər və həllər” adlı portalına daxil edilib.
Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza verilməsi prosedurunun sadələşdirilməsi, müasir informasiya texnologiyalarının tətbiqi ilə operativliyi və şəffaflığı təmin edən elektron viza sisteminin yaradılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti 2016-cı il iyunun 1-də “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN viza” sisteminin yaradılması haqqında” Fərman imzalayıb.
Sistem vasitəsilə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər standart elektron vizanı 3 iş günü, sürətləndirilimiş qaydada isə 3 saat ərzində 3 addımla ( müraciət et, ödəniş et və e-vizanı yüklə) əldə edə bilər. Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə elektron viza verilməsi üçün “ASAN viza” sistemi 2017-ci il yanvarın 10-dan fəaliyyətə başlayıb. Hazırda “ASAN viza” portalı 7 dildə (Azərbaycan, ingilis, fransız, ispan, ərəb, fars və rus) fəaliyyət göstərir.
Dövlətimizin başçısının Fərmanı ilə yaradılan “ASAN viza” sistemi qısa müddət ərzində ölkəmizə turist axınının artmasına şərait yaratdı. Bu günə kimi 278 min əcnəbi və vətəndaşlığı olmayan şəxslərə elektron viza verilib. İlk beşliyə İran, Pakistan, Birləşmiş Krallıq, Hindistan və Türkmənistan daxildir.
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxs Prezident İlham Əliyevin 2016-cı il 23 sentyabr tarixli Fərmanı ilə yaradılıb. “ABAD” publik hüquqi şəxsin yaradılmasında məqsəd Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək məqsədilə sosialyönümlü layihələrin həyata keçirilməsidir.
“ABAD” publik hüquqi şəxsin fəaliyyətinin prioritet istiqamətləri dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək göstərməkdir.
“ABAD” öz fəaliyyətini regional mərkəzlər vasitəsilə həyata keçirir. Pilot çərçivəsində belə mərkəzlər Masallı, Balakən və Quba rayonlarında işə başlayıb. Bu rayonlarda “ABAD”çı ailələrinə mürəbbə, cem, ət və süd məhsullarının istehsalı üçün xüsusi 18 konteyner verilib. “ABAD” fəaliyyəti zamanı dekorativ-tətbiqi sənət ilə məşğul olan 159 və kənd təsərrüfatında çalışan 27 ailəyə dəstək verib. Ümumilikdə 153 sahibkarlıq subyekti yaradılıb.
Satışları təşkil etmək məqsədilə “ABAD” Bakı şəhərinin müxtəlif yerlərində sərgi-satış mərkəzləri açıb - İçərişəhərdə, Heydər Əliyev Beynəlxalq Aeroportunda (“Duty free” zonası), Bakı Dəmir Yolu Vağzalında və Milli Gimnastika Arenasında. Belə bir sərgi-satış mərkəzi turizm prizmasından çox perspektivli olan Şamaxının Dəmirçi kəndində də fəaliyyət göstərir. Bu gün “ABAD” leyblı altında buraxılan məhsulların (mürəbbələr, cemlər, kolbasa və pendirlər) ölkənin ən iri hipermarketində satışı təşkil olunur.
Beynəlxalq əməkdaşlıq və qazanılan mükafatlar
“ASAN xidmət”in qazandığı uğurlar qısa müddət ərzində dünyanın müxtəlif ölkələrində maraqla qarşılandı. Azərbaycanın “ASAN xidmət” təcrübəsinin öyrənilməsinə başlanıldı. 2016-ci il iyulun 12-də Əfqanıstan Prezidentinin sarayında dövlət xidmətlərinin göstərilməsinin mütərəqqi mexanizminin yaradılmasına dair Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib. Anlaşma Memorandumu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Əfqanıstan Respublikasının Maliyyə Nazirliyi arasında imzalanıb. Bu Memoranduma əsasən Azərbaycanın “ASAN xidmət” modeli əsasında Əfqanıstanda dövlət xidmətlərinin göstərilməsi mexanizmi olan “Asan Khedmat” təsis edildi.
“ASAN xidmət”in fəaliyyətini yüksək qiymətləndirən Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani deyib: “Əfqanlar buraya gəldikdən sonra öz ölkələrində dəyişiklik etmək inamı ilə qayıdırlar. Bunların əyani sübutu “ASAN xidmət”dir. Maliyyə naziri səfər etdikdən sonra bu təcrübə dərhal tətbiq olunmağa başladı. Müvafiq qurum yaradıldı”.
Bundan başqa, İtaliya, Koreya, Fransa, İndoneziya, Monteneqro və ISESCO təşkilatı ilə əməkdaşlığa dair Anlaşma memorandumları imzalanıb.
Artıq dünyada Azərbaycan brendi kimi tanınan “ASAN xidmət” modeli müxtəlif mükafatlar qazanıb. “ASAN xidmət” 2015-ci ildə BMT-nin “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında birinci yerə layiq görülərək xüsusi mükafat və diplomla təltif olunub.
Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və tabeliyində olan “ASAN xidmət” mərkəzləri Britaniya Əməyin Mühafizəsi Şurası tərəfindən 13 sahə üzrə keçirilən və müxtəlif dövlətlərdən olan 700-dən çox müəssisənin müraciət etdiyi müsabiqənin “Dövlət xidmətlərinin həyata keçirilməsinin təşkilində təhlükəsiz əmək şəraitinin qurulması” sahəsi üzrə qalibi olub.
Həmçinin 2014-cü il dekabrın 15-də Dövlət Agentliyi və Sabirabad “ASAN xidmət” mərkəzi OHSAS 18001:2007 standartı üzrə beynəlxalq dərəcəli sertifikata layiq görülüb. Standartın əsas tələbi xidmət mərkəzlərinin fəaliyyət göstərdiyi inzibati binalarda təhlükəsiz və sağlam iş mühitinin yaradılması, əməkdaşların effektiv, şəffaf və operativ xidmət göstərməsi, eyni zamanda, vətəndaşların tam təhlükəsiz, keyfiyyətli xidmət almağının təmin edilməsi üçün zəruri tədbirlərin nəzərə alınmasıdır. Zəruri tələblər beynəlxalq ekspertlər tərəfindən qiymətləndirilərək, Dövlət Agentliyinin və Sabirabad “ASAN xidmət” mərkəzinin fəaliyyət göstərdiyi inzibati binanın beynəlxalq standartlara uyğun tikildiyinə dair qərar verilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi İSO 9001:2008 idarəetmə standartı üzrə beynəlxalq sertifikata layiq görülüb.
Keyfiyyətli İdarəetmə Sisteminin Dövlət Agentliyinin işində tətbiqi “ASAN xidmət” mərkəzlərində baş verən hər bir prosesin şəffaf mexanizmlərə və qaydalara əsaslanmaqla həyata keçirilməsinin göstəricisidir. Hər bir prosesin başlanğıcı və sonu arasındakı fəaliyyət tam aydındır və tətbiq olunan şəffaf mexanizmə uyğundur.
Bu gün “ASAN xidmət” ictimai xidmət sahəsində çox ciddi dönüş yaradıb, həmçinin yeni ideyalar, innovasiyalar tətbiq etməklə vətəndaşlarımıza ən keyfiyyətli xidmətlər təklif edir. Azərbaycanı tanıtdıran və təbliğ edən milli brendimiz olan “ASAN” bu gün Azərbaycanda yeni, müasir, mədəni, xalqımızın mentalitetinə xas olan dəyərləri tətbiq edir, onları təbliğ edir. Bir sözlə, “ASAN” ölkəmizin ictimai həyatında böyük rol oynayır.

 
  • Oxunub:  4650  |  
  • Tarix:  16-01-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: 2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir

18 Fevral 21:27
Rusiya-Azərbaycan: Mədəniyyət ustaları dostluq körpüləri salırlar
18 Fevral 21:09
Dünyanın bir sıra ölkələrinin vətəndaşları Xocalıya ədalət istəyiblər
18 Fevral 21:02
Milli Məclisin deputatları BMT-nin parlament dinləmələrində iştirak edəcəklər
18 Fevral 20:35
Ombudsman təsisatında Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri ilə görüş olub
18 Fevral 20:30
Qətər qəzetləri Azərbaycan həqiqətlərindən yazır
18 Fevral 20:28
Azərbaycanın yanvarda ən çox məhsul idxal etdiyi ölkələr açıqlanıb
18 Fevral 20:25
Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişdiyi ölkəyə çevrilir
18 Fevral 19:13
Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti “IDEX-2019” beynəlxalq müdafiə sərgisində iştirak edir
18 Fevral 19:05
Xocalı soyqırımı qurbanlarının xatirəsi İsraildə yad olunacaq
18 Fevral 19:02
Kürdəmir: ümumi məhsul buraxılışının 39,9 faizi kənd təsərrüfatının payına düşüb
18 Fevral 18:50
Azərbaycan və Avstriya dəmir yolları arasında əməkdaşlıq əlaqələri müzakirə edilib
18 Fevral 18:28
Azərbaycan nümayəndə heyəti ATƏT PA-nın qış sessiyasında iştirak edəcək
18 Fevral 18:00
Nazir: Ölkədəki əlverişli mühit sahibkarlara biznesin istənilən sahəsi ilə məşğul olmağa imkan verir
18 Fevral 17:29
Ombudsman Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
18 Fevral 17:28
İsa Həbibbəyli: Ölkəmizdə vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində uğurlu sosial siyasət həyata keçirilir
18 Fevral 17:19
Hikmət Babaoğlu: İşğalçı ölkə Azərbaycanın verdiyi dərsi unuda bilmir
18 Fevral 17:16
Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları
18 Fevral 17:01
Azərbaycanla Böyük Britaniyanın enerji sahəsində əməkdaşlığı müzakirə olunub
18 Fevral 17:00
Prezident İlham Əliyev: Bu il Sumqayıt Kimya Sənaye Parkında bir neçə müəssisənin açılışı nəzərdə tutulur
18 Fevral 16:55
Teodore Doriç: Beynəlxalq Multikulturalizm Qış Məktəbi layihəsi tolerantlıq barədə nəzəri biliklərimizi artırdı
18 Fevral 16:47
Prezident İlham Əliyev Sumqayıtın dənizkənarı bulvarında şəhərin sakinləri ilə görüşüb
18 Fevral 16:42
“Könüllülər Parlamenti – Azərbaycan, 2019” layihəsinin iştirakçıları qanunvericilik prosesi barədə məlumatlandırılıb
18 Fevral 16:37
“Məcburi əməyin və insan alverinin qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirilib
18 Fevral 16:33
Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
18 Fevral 16:29
Qorxmaz Hüseynov: Regional inkişaf proqramları çərçivəsində bölgələrdə 11 min km-dən çox magistral və paylayıcı su, 6 min km kanalizasiya xətləri çəkilib
18 Fevral 16:23
YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib
18 Fevral 16:17
Azərbaycan Prezidenti: “SOCAR Polymer” qeyri-neft ixracını 15 faiz artıracaq
18 Fevral 15:55
Prezident İlham Əliyev: “SOCAR Polymer”in tam gücü ilə işə başlaması əlamətdar hadisədir
18 Fevral 15:50
Gömrükçülər Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin tətbiqi üzrə Türkiyə təcrübəsini öyrənir
18 Fevral 15:47
Azərbaycanda texnologiya transferi və elmin kommersiyalaşdırılmasına həsr olunan seminar
18 Fevral 15:31
ADNSU ilə “Schlumberger” şirkəti arasında əməkdaşlığa dair birgə plan hazırlanacaq
18 Fevral 15:08
Əfqanıstanın Azərbaycandakı səfiri BDU-da olub
18 Fevral 15:05
İlahiyyat İnstitutunda “Xocalıda məhv olmuş 8 ailə” filmi nümayiş etdirilib
18 Fevral 15:04
Sumqayıtda Heydər Əliyev Məktəbinin növbəti məşğələsi keçirilib
18 Fevral 15:01
Miqel Silva Pinto: Azərbaycanda vergi və gömrük sahəsində aparılan islahatlar çox mütərəqqidir
18 Fevral 14:58
“Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib
18 Fevral 14:41
Azərbaycan-Türkiyə münasibətləri dünya dövlətləri üçün bir nümunədir
18 Fevral 14:39
Fitch: 2019-cu ildə Azərbaycanda iqtisadi artım 3,5 faiz təşkil edəcək
18 Fevral 14:36
Ukraynanın ictimai radiosunda Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən danışılıb
18 Fevral 14:31
Səfər Mehdiyev: İndiyədək 100-dən çox şirkət “Yaşıl dəhliz” sisteminin iştirakçısı olub
18 Fevral 14:28
Xocavənd rayonunda Qaradağlı faciəsinin ildönümü qeyd edilib
18 Fevral 14:26
Dövlət Komitəsinin sədri Beyləqanda məcburi köçkünləri qəbul edib
18 Fevral 14:24
Özbəkistan nümayəndə heyəti Azərbaycanın şəhərsalma və tikinti sahəsindəki təcrübəsini öyrənir
18 Fevral 14:20
Azərbaycan əhalisinin sayı 9 milyon 981 min 457 nəfərə çatıb
18 Fevral 14:19
Prezident İlham Əliyev Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisini qəbul edib
18 Fevral 14:13
Sabah Milli Məclisin növbəti plenar iclası keçiriləcək
18 Fevral 14:10
ABŞ Dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müavini Azərbaycana gələcək
18 Fevral 13:16
Türkiyə Böyük Millət Məclisinin deputatları ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
18 Fevral 12:51
Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya kuboku yarışlarına 43 ölkədən 200-dən çox idmançı qatılacaq
18 Fevral 12:45
Sahil Babayev: Vətəndaşların müraciəti gözlənilmədən 3600 nəfərə pensiya təyin edilib
18 Fevral 12:37
"ABAD" "Uğur-2018" Milli mükafatına layiq görülüb
18 Fevral 12:35
Ziyad Səmədzadə: Dövlət büdcəsi ilbəil artır və bunu qoruyub saxlamaq lazımdır
18 Fevral 12:29
Heydər Əliyev Mərkəzində rus avanqard rəssamlarının nadir əsərlərindən ibarət sərgi açılıb
18 Fevral 11:54
Prezident İlham Əliyev Sumqayıtda “SOCAR Polymer”in yüksəksıxlıqlı polietilen zavodunun açılışında iştirak edib
18 Fevral 11:47
Millət vəkili: Xalqımızın sosial-rifah halının yaxşılaşdırılması Prezidentin həyata keçirdiyi siyasi kursun ana xəttidir
18 Fevral 11:43
Nazir: 2018-ci ildə hər 1000 vergiödəyicisinin dördündə səyyar vergi yoxlaması aparılıb
18 Fevral 11:40
Prezident İlham Əliyev Sumqayıt şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib
18 Fevral 11:25
Mikayıl Cabbarov: İri topdan satış müəssisələrində 930 milyon manatlıq dövriyyənin gizlədildiyi aşkarlanıb
18 Fevral 11:24
Nigar Arpadarai: İldən-ilə Formula 1-in təşkilinə görə xərclərimiz azalır, gəlirlərimiz isə artır
18 Fevral 11:19
Kolumbiya radiosunda Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlanıb
18 Fevral 11:11
Nazir: Azərbaycanda Vergi Ombudsmanının yaradılması vergi sistemində şəffaflığı artıracaq
18 Fevral 10:57
“Könüllülər Parlamenti – Azərbaycan, 2019” layihəsinin açılış mərasimi keçirilib
18 Fevral 10:36
Azərbaycan və Belarus müdafiə nazirlərinin görüşü olub
18 Fevral 10:33
Səyyar “ASAN xidmət” davam edir
18 Fevral 09:32
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozmaqda davam edir
18 Fevral 08:56
İstanbulda “Türkiyə-Azərbaycan Ortaq Miras” konserti təşkil edilib
18 Fevral 08:52
Azərbaycanın müdafiə naziri “İDEX – 2019” Beynəlxalq Müdafiə Sərgisində iştirak edir
18 Fevral 08:49
Azərbaycanın müdafiə naziri BƏƏ-nin müdafiə məsələləri üzrə dövlət naziri ilə görüşüb
17 Fevral 11:41
Gəncənin "İmamzadə" dini kompleksində ehsan süfrəsi açılıb
17 Fevral 11:32
Ötən il Azərbaycanda 868,6 ton yaşıl çay yarpağı istehsal olunub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28
HAVA HAQQINDA