A+   Yenilə  A-
Azərbaycanın regionlarında heyvandarlıq intensiv metodlarla inkişaf etdirilir

Ölkənin ən iri heyvandarlıq təsərrüfatlarından olan “Yalama Aqropark”da saxlanılan heyvanların sayı 2 min 220 başa çatdırılıb
Azərbaycan müasir çağırışları nəzərə alaraq regionlarda geniş potensiala malik aqrar sektoru intensiv metodlarla inkişaf etdirməyi hədəfləyib. Son illərdə ölkə boyu mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasının geniş şəkildə təşviq edilməsi və bu məqsədlə praktiki müstəvidə zəruri tədbirlərin həyata keçirilməsi regionlarda kənd təsərrüfatının intensiv metodlarla inkişaf etdirilməsinə yaxşı nümunədir. Prezident İlham Əliyevin heyvanların cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında 2015-ci il 19 avqust tarixli Sərəncamı bu sahədə işlərə güclü təkan verib. Sərəncama əsasən, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması və bu sahəyə marağın gücləndirilməsi üçün süni mayalanma yolu ilə alınan hər baş buzova görə heyvan sahibinə dövlət büdcəsindən subsidiyalar ayrılır.
Qeyd edək ki, belə təşviq tədbirləri yaxşı səmərə verir. Bölgələrdə fermerlərin heyvandarlığa marağı artıb. Onlar dövlət dəstəyindən bəhrələnərək təsərrüfatlarında mal-qaranın baş sayını çoxaldır, ət və süd istehsalının həcmini artırırlar.
2017-ci ildə bölgələrdə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində işlər uğurla davam etdirilib
Artıq tarixə dönən 2017-ci ildə bölgələrdə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində işlər uğurla davam etdirilib. Bu baxımdan Ağcabədi rayonu da istisna təşkil etməyib. Ötən il rayonda fəaliyyət göstərən süni mayalanma texnikləri tərəfindən 5570 baş inək və düyə süni yolla mayalandırılıb, 2153 baş sağlam cins buzov alınıb.
Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlıqda ötən il uğurlu nəticələr əldə edilib. O cümlədən mal-qaranın cins tərkibi daha da yaxşılaşıb, heyvandarlıq məhsulları istehsalında nəzərəçarpacaq artım qeydə alınıb.
Rayon Statistika İdarəsinin məlumatına əsasən, cari il yanvarın 1-nə bütün təsərrüfat kateqoriyaları üzrə rayonda 40 min 992 baş iribuynuzlu mal-qara, 104 min 518 baş qoyun və keçi, 247 min 838 baş ev quşu və 374 arı ailəsi olub. Ötən il təsərrüfatlarda 4252,5 ton ət, 34 min 611,5 ton süd, 8676 min ədəd yumurta istehsal edilib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 1 faiz, süd istehsalı 1,3 faiz, yumurta istehsalı 1,6 faiz artıb.
Heyvandarlıq məhsullarının istehsalının artmasında heyvanların baş sayının artımı ilə yanaşı, cins tərkibinin yaxşılaşdırılması da mühüm rol oynayır. Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir. Rayon Kənd Təsərrüfatı İdarəsindən verilən məlumata görə, 2017-ci ildə 2259 baş inək və düyə süni yolla mayalandırılıb, 844 baş sağlam cins buzov alınıb.
Ağsu rayonunda da heyvandarlıqla məşğul olan fermerlər son illər mal-qaranın cins tərkibinin süni mayalandırma yolu ilə dəyişdirilərək daha məhsuldar heyvanlarla əvəz edilməsində maraqlıdırlar və təsadüfi deyil ki, ötən il də bu istiqamətdə xeyli işlər görülüb.
Bununla əlaqədar Rayon Statistika İdarəsindən verilən məlumata əsasən, 2017-ci ildə 8 texnik tərəfindən 846 baş inəkdə süni mayalandırma aparılıb, 357 baş cins bala alınıb. Keçən il süni mayalandırma yolu ilə alınan buzovların sayı 2016-ci ildəki göstəricidən 71 baş çoxdur.
Şəkili heyvandarlara 114 min manata yaxın subsidiya ödənilib
Şəki rayonunun Orta Zəyzid kəndində fəaliyyət göstərən “Şəki Aqro İndastris” MMC-nin südlük-maldarlıq üzrə özəl damazlıq təsərrüfatında olan inəklərin hər birindən 2017-ci ildə orta hesabla 7 min 605 kiloqram süd sağılıb. Bu göstərici əvvəlki illə müqayisədə 974 kiloqram çoxdur. Gün ərzində hər inəkdən orta hesabla 20,8 kiloqram, yəni əvvəlki ildəkindən 2,6 kiloqram çox süd sağılıb.
Rayonda cins maldarlığın inkişafına mühüm töhfələr verən müəssisədə 2017-ci ildə ümumilikdə 3 min 578 kiloqram süd istehsal olunub ki, bu da əvvəlki illə müqayisədə 16,3 faiz və ya 501 kiloqram çoxdur. Hazırda təsərrüfatda “Holştin-friz” cinsindən olan 1401 baş iribuynuzlu heyvan saxlanılır. Heyvanların sayı əvvəlki illə müqayisədə 109 baş artıb. Ötən il müəssisədə 522 baş buzov doğulub.
2008-ci ildə dövlətin maliyyə dəstəyi ilə yaradılan bu iri heyvandarlıq kompleksinə fermalar, sağım sexi, laboratoriya və yardımçı tikililər daxildir. Kompleksdə alman şirkətinin istehsal etdiyi bir mərkəzdən idarə olunan ən müasir avadanlıq quraşdırılıb. Sağım sexində quraşdırılan avadanlığın köməyi ilə bir dəfəyə 32 baş inəyin südü sağılır.
Qeyd edək ki, ötən il Şəki rayonu üzrə 1108 nəfər heyvan sahibinə süni mayalama yolu ilə alınmış 1139 baş buzovun hər birinə 100 manat olmaqla, ümumilikdə, 113 min 900 manat məbləğində subsidiya ödənilib. Eyni zamanda, dekabr ayında doğulmuş 218 baş buzova görə hesablanan 21 min 800 manat vəsaitin də yaxın vaxtlarda heyvan sahiblərinə ödənilməsi təmin ediləcək.
Şəki şəhər Kənd Təsərrüfatı İdarəsindən bildirilib ki, heyvanların süni yolla mayalandırılması heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına müsbət təsir göstərən ən mühüm amillərdəndir. Ümumiyyətlə, 2017-ci ildə Şəki rayonunun şəxsi və fermer təsərrüfatlarında 5 min 801 baş inək, camış və düyə süni yolla mayalandırılıb. Bu, əvvəlki illə müqayisədə 2,2 dəfə və ya 3 min 129 baş çoxdur.
“Yalama Aqropark”da cins heyvanların ümumi sayının 3 min başa çatdırılması nəzərdə tutulur
Azərbaycanın ən iri heyvandarlıq təsərrüfatlarından olan “Yalama Aqropark”da Avstriya və Almaniyadan gətirilmiş cins inəklərdən üçüncü laktasiya üzrə balalar alınır. Təsərrüfatda saxlanılan heyvanların sayı 2 min 220 başa çatdırılıb. Ötən il “Yalama Aqropark”da 770-ə yaxın buzov doğulub. 2018-ci ilin ilk 15 günündə isə cins heyvanlardan 80 bala alınıb.
Heyvandarlıq təsərrüfatının zootexniki, xidmət rəhbəri Sərdar Hacıyev bildirib ki, aqropark yeni qurulanda Avstriya və Almaniyadan min baş boğaz düyə gətirilib. Təsərrüfatda laktasiya dövründə gündəlik 6-7 buzov doğulur. İlin sonuna kimi aqroparkdakı cins heyvanların ümumi sayının 3 min başa çatdırılması nəzərdə tutulur.
Heyvan sayı nəzərə alınaraq qarşıdakı aylarda “Yalama Aqropark”da 3 tövlə və ümumi tutumu 7 min ton olan 3 silos quyusu tikiləcək. Bununla da müəssisədəki tövlələrin sayı doqquza, taxıl anbarları isə yeddiyə çatacaq.
“Yalama Aqropark”da “Simmental” cinsinə aid südlük-ətlik istiqamətli heyvanlar saxlanılır ki, onlar da südün keyfiyyət göstəricilərinə görə digər cins heyvanlardan fərqlənir. İstehsal edilən südün yağlılıq dərəcəsi 4,2 faiz və daha yuxarı olduğundan tərəfdaş emal müəssisələri tərəfindən kərə yağı istehsalında geniş tətbiq edilir.
Qarşıya qoyulan tapşırığa uyğun olaraq son bir ildə “Yalama Aqropark”ın əkin sahələri 3 dəfə artırılıb, eyni zamanda, istehsal genişləndirilib. Xaçmaz rayonunun Müqtədir qəsəbəsində Dövlət Ehtiyat Fondu torpaqlarından 956 hektar torpaq sahəsi uzunmüddətli icarəyə götürülərək əkin dövriyyəsinə qatılıb. Bununla da müəssisənin əkin dövriyyəsinə cəlb etdiyi torpaq sahəsi 523 hektardan 1479 hektara çatdırılıb. Eyni zamanda, idxaldan asılılığı azaltmaq üçün soya bitkisinin əkini aparılıb, taxıl və qarğıdalı əkini sahəsi genişləndirilib.
Fermer təsərrüfatında həm heyvandarlıq, həm də bitkiçilik inkişaf etdirilir
Tərtər rayonunun Bəyimsarov kəndində fəaliyyət göstərən fermer təsərrüfatı həm heyvandarlıq, həm də bitkiçilik üzrə ixtisaslaşıb. Təsərrüfatda hər iki istiqamət uğurla inkişaf etdirilir.
Təsərrüfatın idarəedicisi Tural İsmayılov bildirib ki, beş il əvvəl yaradılan təsərrüfat 200 hektara yaxın sahəni əhatə edir. Burada həm müxtəlif kənd təsərrüfatı bitkiləri becərilir, həm də heyvandarlıq inkişaf etdirilir.
Tikintisi üçün İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli kredit ayrılan 350 başlıq heyvandarlıq kompleksi ferma, sağımxana, yem, ot və su anbarları, silos quyusundan ibarətdir. Ferma avtomat sulama sistemi ilə təchiz edilib. Heyvanların yemlənməsi səyyar yemləmə aparatı ilə həyata keçirilir.
Hazırda kompleksdə Almaniyadan gətirilmiş 250 baş südlük istiqamətli “Holstein-friz” cinsli heyvan saxlanılır ki, onlardan da 180-i inək və düyələrdir. Hər gün 100 baş sağılan inəkdən aparatlar vasitəsilə 2500 litr süd sağılaraq emal müəssisələrinə verilir.
Kompleksdə inək və düyələr süni yolla mayalandırılır. 2017-ci ildə 160 baş sağlam cins buzov alınıb. Yeni doğulan dişi buzovlar yetişdirilərək, həm fermanın düyə ehtiyacını qarşılayır, həm də yerli təsərrüfatlara satılır ki, bu da onların cins damazlıq heyvanlarla təmin edilməsində mühüm rol oynayır. Erkək buzovlar isə ətlik istiqamətdə bəslənilir. Heyvandarlıq kompleksinin yem təminatı əsasən təsərrüfatda becərilən müxtəlif dənli və yem bitkilərinin hesabına ödənilir.
Bitkiçilik sahəsində də uğurlu nəticələrə nail olunan təsərrüfatda ötən il 40 hektarda pambıq, 35 hektarda taxıl, 100 hektarda dənlik qarğıdalı, 10 hektarda günəbaxan, 14 hektarda yonca becərilib, yüksək məhsuldarlıq əldə edilib. 2018-ci ilin bol məhsulunun əsası qoyulub, 40 hektarda taxıl səpini həyata keçirilib. Pambıq, qarğıdalı, günəbaxan əkiləcək sahələr şumlanıb. Təsərrüfatda Bəyimsarov kəndinin sakinləri olmaqla, 20 nəfər daimi işlə təmin olunub. Əkin-biçin mövsümündə isə 100 nəfərdən artıq kənd sakini mövsümi işlərə cəlb edilir.
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunun kiçik bir kəndində belə təsərrüfatın yaradılmasına dövlətin dəstəyi və insanların zəhmətsevərliyi sayəsində nail olunub. Fermer təsərrüfatının ilbəil daha da genişləndirilməsi isə məhsul bolluğuna səbəb olur, ölkəmizin ərzaq təhlükəsizliyinə xidmət edir.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  6990  |  
  • Tarix:  19-01-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Yüksək səviyyəli infrastruktur quruculuğu Azərbaycanda prioritet sahə kimi müəyyənləşdirilib

23 Avqust 20:18
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başlayıb
23 Avqust 20:05
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başa çatıb
23 Avqust 20:04
Hərbi hissələrdə gənc əsgərlərə psixoloji dəstək fəaliyyətləri həyata keçirilir
23 Avqust 20:00
Putin-Makron: Rusiya ilə Aİ münasibətlərinin ziddiyyətləri azalmır
23 Avqust 19:56
Azərbaycan ilə Qayana arasında bir sıra sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub
23 Avqust 19:34
YAP-ın İcra Katibliyində partiyanın Suraxanı, Sabunçu və Pirallahı rayonlarının ilk partiya təşkilatları sədrlərinin iştirakı ilə müşavirə keçirilib
23 Avqust 17:58
Azərbaycan Prezidenti milli bayram münasibətilə ukraynalı həmkarını təbrik edib
23 Avqust 17:48
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və YAP Qadınlar Şurası xeyriyyə aksiyası keçirəcək
23 Avqust 17:39
Dövlət Komitəsində Füzuli və Cəbrayılın işğalının ildönümü ilə bağlı tədbir keçirilib
23 Avqust 17:26
Vergilər naziri Qubada vətəndaşları qəbul edib
23 Avqust 17:21
Səyyad Salahlı: Din xadimləri də sosial şəbəkələrdən fəal istifadə etməlidirlər
23 Avqust 17:11
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında mübarizə başlayıb
23 Avqust 17:09
Türkiyədə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan xatirə sikkəsi buraxılıb
23 Avqust 16:53
Beyləqanda “Pambıq yığımına hazırlıq və qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib
23 Avqust 16:48
Azərbaycanın BMT-dəki daimi nümayəndəliyi Baş katib Antonio Quterreşə məktub ünvanlayıb
23 Avqust 16:42
Əmlak Məsələləri Dövlət Komitəsində vətəndaşların müraciət və qəbulları canlı bağlantı ilə aparılacaq
23 Avqust 16:35
Məhəbbət Vəliyeva: Bu tədris ili üçün 7 mindən artıq vakant müəllim yeri var
23 Avqust 16:29
Azər Badamov: Həyata keçirilən tədbirlər nəticəsində aqra sahədə daha böyük nailiyyətlər qazanılacaq
23 Avqust 16:24
Tahir Mirkişili: Texnoloji dünyada onun sirlərini və şərtlərini daha yaxşı mənimsəyərək öz milli maraqlarımızı qorumalıyıq
23 Avqust 16:20
Pərvin Kərimzadə: Mehriban xanım Əliyevanın çoxistiqamətli fəaliyyətinin əsasında xalq sevgisi dayanır
23 Avqust 16:17
Fransanın Azərbaycanda yeni səfiri təyin olunub
23 Avqust 16:11
Ramin Quluzadə Tovuzda, birinci müavini Ağstafada vətəndaşları qəbul edib
23 Avqust 16:07
Sabah Fransada G7 sammiti başlayacaq
23 Avqust 15:47
Srisuda Vanapinyosak: Azərbaycan ilə Tailand arasında birbaşa aviareysin açılması hər iki ölkəyə turist axınını artıracaq
23 Avqust 15:42
Qusarın fındıq bağlarından 4 min tona yaxın məhsul toplanacaq
23 Avqust 15:13
Mehriban xanım Əliyeva müasir Azərbaycan qadın hərəkatının lideri kimi dövlətimizin tərəqqisi naminə geniş fəaliyyət göstərir
23 Avqust 14:54
Qarabağ müharibəsi veteranları “Qazax” əlahiddə sərhəd diviziyasında olublar
23 Avqust 14:42
Azərbaycanın xarici dövlət borcu açıqlanıb
23 Avqust 14:19
Kənd Təsərrüfatı naziri Beyləqanda vətəndaşları qəbul edib
23 Avqust 14:15
İlin sonunadək Şəkidə 13 subartezian quyusu istismara veriləcək
23 Avqust 14:10
Bu il 750-dək məcburi köçkün özünüməşğulluq proqramına cəlb olunub
23 Avqust 14:01
Vüqar Rəhimzadə: Bu gün Azərbaycan dövləti və xalqı əleyhinə satqınlardan ibarət “virtual terrorçular” fəaliyyət göstərir
23 Avqust 12:57
KOB-lar “Kapital bazarları vasitəsilə maliyyələşdirmə” mövzusunda maarifləndirilib
23 Avqust 12:54
Hava hücumundan müdafiə vasitələri döyüş atışları icra edib
23 Avqust 12:52
Naxçıvanda Dövlət Bayrağı Muzeyinin yaradılmasının beş illiyi qeyd olunub
23 Avqust 12:43
Səidə Əhmədova: Müəllimlər işə qəbul olunarkən onların psixoloji hazırlıq səviyyəsi nəzərə alınmalıdır
23 Avqust 12:37
Gənclər və İdman naziri Göygöl rayonunda vətəndaşları qəbul edib
23 Avqust 12:09
Şeyxülislam Allahşükür Paşazadə Çeçenistanda səfərdədir
23 Avqust 12:03
Şərurda icbari tibbi sığortanın tətbiqi ilə bağlı ikigünlük təlim başa çatıb
23 Avqust 12:01
UNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil olan müsəlman qəbiristanlığı
23 Avqust 11:42
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında hərbi hissənin yaradılmasının 27-ci ildönümü qeyd olunub
23 Avqust 11:36
Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalarası Əməkdaşlıq Mərkəzi bəyanat yayıb
23 Avqust 11:31
Azərbaycanda istilik təchizatı sisteminin səmərəliliyinin artırılması mövzusunda İşçi Qrupunun iclası keçirilib
23 Avqust 11:05
Jewish Journal: Azərbaycanda qadınlara seçki hüququ verilməsinin 100 illiyi tamam olur
23 Avqust 10:40
Dünya birjalarında neftin qiyməti bahalaşıb
23 Avqust 10:13
Bu gün Xüsusi Dövlət Mühafizə Xidmətinin yaranmasının 26-cı ildönümü tamam olur
23 Avqust 10:03
Füzuli rayonunun tarixi memarlıq və arxeoloji abidələri erməni vəhşiliyinin qurbanına çevrilib
23 Avqust 10:00
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
23 Avqust 09:58
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Füzuli və Cəbrayıl rayonlarının işğalının 26-cı ildönümü ilə əlaqədar bəyanat yayıb
23 Avqust 09:49
Füzuli və Cəbrayıl rayonlarının işğalından 26 il ötür
23 Avqust 09:44
Nur-Sultanda “Etnos günü” festivalında qədim adətlərimiz nümayiş olunub
23 Avqust 09:43
UEFA Avropa Liqasının play-off mərhələsinin oyunları keçirilib
23 Avqust 09:40
Yüksək səviyyəli infrastruktur quruculuğu Azərbaycanda prioritet sahə kimi müəyyənləşdirilib
23 Avqust 09:36
Birinci xanım nümunəsi: Azərbaycan qadınının xeyirxahlığı, müasirliyi və fəallığı modeli
23 Avqust 09:33
Koreya Respublikasının Azərbaycandakı səfiri Pirşağı tullantı sutəmizləyici qurğusunun tikintisi ilə tanış olub
23 Avqust 09:31
“Nar”-ın abunəçi bazası sürətlə artmaqdadır
23 Avqust 09:29
Əli Kərimlinin budəfəki avantürası alınmadı
22 Avqust 22:13
“Linfild” və “Qarabağ” komandalarının start heyətləri məlum olub
22 Avqust 22:10
Azərbaycan XİN: Ermənistan heç bir halda demokratiyanın qasidi statusuna iddia edə bilməz
22 Avqust 20:47
“KOB Dostu” Xəzər rayonunda sahibkarlara xidmət göstərəcək
22 Avqust 20:45
Kiçik dövlət müəssisələrində çalışanlar güzəştli satışı xidmətindən elektron formada istifadə edə bilər
22 Avqust 20:38
Vergilər Nazirliyi: Elektron qeydiyyat xidmətindən istifadə edənlərin sayı artır
22 Avqust 20:32
Vergilər nazirinin müavini Qobustanda vətəndaşları qəbul edib
22 Avqust 20:28
Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
22 Avqust 18:14
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Mədəniyyətlərarası dialoqa Azərbaycanın töhfəsi” mövzusunda konfrans keçirilib
22 Avqust 18:11
Beynəlxalq Cüdo Federasiyasının növbəti konqresi keçirilib
22 Avqust 17:43
AFFA-da “Elit məşq” layihəsinin təqdimatı olub
22 Avqust 17:40
Bəhruz Quliyev: Belə hadisələrin siyasi mübarizə predmetinə çevrilməsinə imkan verməməliyik
22 Avqust 17:06
Bakı metrosunda daha iki yeni qatar xəttə buraxılıb
22 Avqust 17:01
Flora Qasımova: İqtisadi və siyasi böhran işğalçı Ermənistanı uçuruma aparır

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA