Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

19.01.2018 [10:11]

Yanvarın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbir universitetin şəhid olmuş 3 tələbəsi - Rahim Babayev, Canpolad Orucov və Ağabəy Novruzbəylinin barelyefləri önündən başlanıb. İştirakçılar şəhidlərin vaxtı ilə oxuduqları fakültələrdə qoyulan barelyefləri önünə qərənfillər düzüb, onların xatirəsini yad ediblər.
Şəhidlərin ailə üzvləri və yaxınlarının iştirak etdiyi anım tədbirində çıxış edən rektor, professor Mustafa Babanlı 28 il əvvəl baş verən 20 Yanvar hadisələrindən danışıb. ADNSU-nun şəhid olan mübariz ruhlu tələbələrinin həmin günlərdə göstərdiyi şücaəti vurğulayan rektor Azərbaycanın məhz bu cür oğulları sayəsində müstəqilliyini qurduğunu və qoruduğunu deyib. Azərbaycanın müstəqilliyi uğrunda gedən mübarizədə şəhid olan gənclərin ADNSU-da daim qürurla xatırlandığını deyən M.Babanlı şəhidlərin yaxınlarına və ailə üzvlərinə anım tədbirində iştirak etdiklərinə görə təşəkkürünü bildirib.
Tədbirdə iştirak edən şəhidlərin ailə üzvləri onların doğmalarına göstərilən diqqətdən razı qaldıqlarını bildiriblər. Tədbir iştirakçıları həmin dövrü və 20 Yanvar hadisələrini xatırlayıb, şəhid olan qəhrəman oğulları bir daha yad ediblər.
Şəhidlər haqqında xatirələrini bölüşən yaxınları 20 Yanvarın Azərbaycan tarixində şərəfli bir səhifə olduğunu qeyd ediblər. Sonda tədbir iştirakçıları işğal olunmuş torpaqlarımızın düşməndən azad olunacağına, şəhidlərimizin qanının yerdə qalmayacağına inandıqlarını bildiriblər.

Paylaş:
Baxılıb: 361 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31