A+   Yenilə  A-
Son 14 ildə Azərbaycan iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyulub

Prezident İlham Əliyev: Adambaşına düşən sərmayələrin həcminə görə Azərbaycan yenə də dünya miqyasında lider dövlətlər arasındadır
Azərbaycanda regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının uğurla icra edildiyi son 14 ildə yaranan müsbət reallıqlardan biri də ölkənin investisiya cəlbediciliyinin artması ilə bağlıdır. Bəhs olunan dövrdə respublikanın maliyyə təminatı əhəmiyyətli dərəcədə möhkəmlənib ki, bunun da sayəsində milli iqtisadiyyatımızın, bütövlükdə ölkənin qarşısında yeni inkişaf perspektivləri açılıb. 2004-cü ildən etibarən Dövlət proqramlarının icrasına bütün mənbələr hesabına 50 milyarddan çox, o cümlədən birinci proqramın icrasına 16 milyard, ikinci proqramın icrasına isə 34,7 milyard manat vəsait yönəldilib. 2017-ci ildə regionların inkişafına 4,5 milyard manat vəsait xərclənib. O cümlədən ayrı-ayrı şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsi və bir sıra mühüm layihələrin icrası ilə bağlı Prezident İlham Əliyevin imzaladığı 74 Sərəncamla 368 milyon manat vəsait ayrılıb.
Azərbaycana yönəldilən böyükhəcmli sərmayələr ölkəmizə olan inamı ifadə edir
Bütövlükdə, Azərbaycan iqtisadiyyatına müxtəlif mənbələrdən yönəldilən investisiyaların həcmi ildən-ilə artır. Əlamətdar haldır ki, müstəqillik illərində ölkəmizə yönəldilən investisiyaların 93 faizi məhz son 14 ilin payına düşür. Bu proses indi də davam edir. 2017-ci ildə respublikamıza 14,6 milyard dollar həcmində investisiyalar yönəldilib və cari ildə də milli iqtisadiyyatımıza eyni həcmdə sərmayələr qoyulacağı proqnozlaşdırılır.
Qlobal miqyasda ayrı-ayrı ölkələrin sərmayələrin cəlb edilməsində ciddi problemlərlə üzlədiklərini nəzərə alsaq, deyə bilərik ki, Azərbaycanın yüksək investisiya cəlbediciliyini qoruyub saxlaması böyük əhəmiyyət daşıyır. Son 14 ildə respublikamıza sərmayə qoyuluşunun əhəmiyyətli dərəcədə artması ilk növbədə Azərbaycanın müsbət reallıqları ilə bağlıdır. Əvvəlki illərdə yaradılan güclü iqtisadi potensial, müasir infrastruktur təminatı, nəqliyyat dəhlizləri, Avropaya və Asiyaya çıxış imkanlarının eyni bir məkanda cəmləşməsi və əlbəttə ki, möhkəm daxili sabitlik yerli və xarici iş adamlarının çəkinmədən ölkə iqtisadiyyatının müxtəlif sahələrinə sərmayələr yönəltmələrinə güclü stimul verir.
Deyilənlərlə yanaşı, onu da qeyd edək ki, yeni iqtisadi şəraitdə dövlət həmçinin investisiyaların təşviqinin hüquqi bazasının möhkəmləndirilməsinə böyük siyasi iradə nümayiş etdirir. Prezident İlham Əliyevin imzaladığı müvafiq Fərmana əsasən “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” təsdiqlənib. Qaydalarda ölkənin investisiya cəlbediciliyinə nail olmaq üçün böyük güzəştlər nəzərdə tutulub. Dövlət başçısının 2016-cı il 20 aprel tarixdə imzaladığı “İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri”nin təsdiq edilməsi haqqında müvafiq Fərman da ölkəmizin investisiya cəlbediciliyinin yüksəldilməsinə xidmət edən vacib sənəddir. Dövlət başçısının 5 sentyabr 2016-cı il tarixdə imzaladığı növbəti Fərmanla isə “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmana müəyyən dəyişikliklər edilib.
Həyata keçirilən islahatlar öz növbəsində investorlarda iqtisadiyyatımıza sərmayələr yönəltməyə böyük maraq yaradıb. Qeyd edək ki, investisiya qoyuluşunun təşviqi məqsədilə indiyədək 208 sahibkarlıq subyektinə 230 investisiya təşviqi sənədi verilib və bu layihələr nəticəsində yerli istehsala 2 milyard manatdan artıq investisiya yatırılacaq, 16 minədək yeni iş yeri açılacaq. Layihələrin 87 faizi regionların payına düşür.
Respublikamızda investisiya qoyuluşu sahəsində dövlət-özəl sektor əməkdaşlığının yaxşı nümunəsi formalaşıb. Belə ki, ölkəmizdə özəl sahibkarlıq subyektləri dövlət tərəfindən həm siyasi, həm də maddi cəhətdən yüksək səviyyədə dəstəklənirlər. Təkcə 2017-ci ildə 1953 sahibkarın layihəsinə geri qaytarılan kreditlər hesabına 146 milyon manat güzəştli kredit verilib. Bundan başqa, pambıqçılığa 10 milyon manat, tütünçülüyə 1,6 milyon manat, zeytun və badam bağlarının salınmasına və zeytun yağı istehsalı zavodunun tikintisinə 10 milyon manat güzəştli kredit yönəldilib. 2018-ci ildə geri qaytarılan vəsaitlər hesabına sahibkarlara 170 milyon manat güzəştli kreditin verilməsi nəzərdə tutulur. Sahibkarlara göstərilən siyasi dəstək tədbirlərinin miqyası da kifayət qədər genişdir. Məsələn, ölkədə reallaşdırılan genişspektrli islahatlar çərçivəsində sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması müddəti 2021-ci il yanvarın 1-dək uzadılıb.
Öz növbəsində dövlətin hərtərəfli dəstəyindən bəhrələnən milli sahibkarlar ordusunun təmsilçiləri ölkə boyu yeni layihələrin həyata keçirilməsinə fəal şəkildə investisiyalar yönəldirlər. Son illərdə respublikanın müxtəlif regionlarında sahibkarların vəsaitləri hesabına çoxlu sayda təsərrüfatlar, sənaye müəssisələri yaradılıb və hazırda onlar uğurla fəaliyyət göstərirlər. Yalama və Şəmkir aqroparkları, taxılçılıq və digər istiqamətlər üzrə yaradılan iri fermer təsərrüfatları, Sumqayıt, Balaxanı sənaye parklarında uğurla fəaliyyət göstərən sənaye obyektləri bu qəbildəndir. Sahibkarlar Mingəçevir Sənaye Parkının yaradılmasında böyük fəallıq nümayiş etdirirlər. Neftçala Sənaye Məhəlləsinin yaradılması dövlət-özəl sektor əməkdaşlığına yaxşı nümunədir. Hazırda Neftçala Sənaye Məhəlləsində 9 müəssisə və 1 kiçik sahibkarlıq emalatxanası fəaliyyət göstərir. Bəhs olunan sənaye məhəlləsinin yaradılmasına dövlət tərəfindən 20 milyon manatdan çox vəsait ayrılıb. Bütün infrastruktur məsələləri həll olunub, modullar inşa edilib və özəl sektora burada fəaliyyətə başlamaq üçün kreditlər verilib. Özəl sektor da güzəştli şərtlərlə aldığı kreditlər və öz vəsaiti hesabına sənaye məhəlləsinə 45 milyon manat sərmayə yönəldib. Dövlət İnvestisiya Proqramına uyğun olaraq digər bölgələrdə də sənaye zonalarının yaradılması prosesi davam etdirilir.
Respublikamıza yönəldilən investisiyaların daha böyük hissəsini isə xarici sərmayələr təşkil edib ki, bu da təsadüfi deyil. Son illərdə Azərbaycanın, bir tərəfdən, fərqli sosial-iqtisadi inkişaf modeli, digər tərəfdən isə, ölkəmizin daim yeni əməkdaşlıq platformalarından çıxış etməsi respublikamıza qlobal miqyasda böyük nüfuz qazandırıb. Belə bir rasional siyasətin sayəsində, eyni zamanda, xarici investorların ölkəmizə marağı da əhəmiyyətli dərəcədə artıb. Xarici investorlar Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə sərmayələr yönəltməkdə həvəslidirlər. İndiyədək xarici sərmayələr hesabına Bakıda, Sumqayıtda və ölkəmizin digər regionlarında yaradılan istehsalatlar uğurla fəaliyyət göstərirlər. Təkcə Pirallahı Sənaye Parkında xarici tərəfdaşların iştirakı ilə dərman istehsalına qoyulacaq sərmayənin həcmi təqribən 100 milyon dollara bərabərdir. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransdakı nitqində milli iqtisadiyyatımıza böyük həcmlərdə investisiyaların yönəldilməsini ölkəmizə olan dərin inamın əlaməti kimi səciyyələndirərək deyib: “On dörd il ərzində ölkə iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyulmuşdur. Bunun yarısı xarici, yarısı isə daxili sərmayədir. Adambaşına düşən sərmayələrin həcminə görə Azərbaycan yenə də dünya miqyasında lider dövlətlər arasındadır. Xarici sərmayənin qoyuluşu, əlbəttə ki, hər bir ölkə üçün ən vacib amillərdən biridir. Eyni zamanda, bu, onu göstərir ki, ölkəyə inam var, ölkənin siyasətinə dəstək var, ölkənin gələcəyinə ümidlər çox böyükdür. Çünki gələcəyi müəyyən olunmayan, yaxud da ki qaranlıq olan ölkələrə heç kim, heç bir sahibkar, heç bir dövlət, heç bir şirkət investisiya qoymaz”.
Məqsədyönlü investisiya siyasəti ölkənin hərtərəfli inkişafında mühüm rol oynayır
Azərbaycanda ölkənin güclü potensialına, geniş maliyyə imkanlarına əsasən reallaşdırılan investisiya siyasəti məqsədyönlü xarakter daşıyır. Belə ki, əvvəlcə respublikanın perspektiv inkişafı və əhalinin rifah halının yüksəldilməsi baxımından prioritet olan istiqamətlər müəyyənləşdirilir, konkret proqramlar hazırlanır və həmin sahələrə lazım olan qədər dövlət sərmayələri yönəldilir. Prezident İlham Əliyev vurğulayıb ki, indiyədək dövlət sərmayəsi olmasaydı, bölgələrdə hər hansı bir inkişafdan da söhbət açmaq mümkün olmazdı: “Bölgələrdə sərmayə qoyuluşu, əlbəttə ki, regional inkişaf proqramlarının icrası üçün çox önəmlidir. Dövlət öz rolunu oynayıb və oynayacaq. Əgər dövlət sərmayəsi olmasaydı, bölgələrdə heç bir inkişafdan söhbət gedə bilməzdi... Dövlət investisiya siyasəti nəticəsində bölgələrimizdə, demək olar ki, bütün infrastruktur layihələri icra edilib və icra edilir”.
Məqsədyönlü investisiya siyasəti qısa müddətdə Azərbaycanı düclü infrastruktur təminatına malik ölkəyə çevirib. Respublikamızı fərqləndirən mühüm cəhətlərdən biri ondan ibarətdir ki, bütün ölkə boyu zəruri infrastruktur obyektləri bir qayda olaraq dövlət vəsaitləri hesabına yaradılır. Sonradan bu infrastruktur obyektlərindən həm sahibkarlar bəhrələnirlər, həm də onlar yerlərdə insanların kommunal rahatlıqlarla təminatında mühüm rol oynayırlar.
Son 14 ildə ölkədə aparılan infrastruktur quruculuğundan söhbət açarkən respublikanın enerji təminatının güclənməsini xüsusi qeyd etmək lazımdır. Yeni generasiya gücləri sayəsində Azərbaycan daxili enerji istehlakını tam həcmdə yerli istehsal hesabına təmin edir, hətta ölkəmizin müəyyən qədər ixrac imkanları da yaranıb. Qeyd edək ki, 2004-cü ilə qədər Azərbaycanda cəmi 9 elektrik stansiyası mövcud idi və onların ümumi potensialı 3900 meqavata bərabər idi. Son 14 ildə isə respublikamız 30 yeni elektrik stansiyası tikməyə və özünün generasiya güclərini daha 2500 meqavat artırmağa nail olub.
Son illərdə Azərbaycanın güclü infrastruktur təminatına malik ölkəyə çevrilməsi qazlaşdırma sahəsində də qabarıq şəkildə nəzərə çarpır. İndiyədək respublikanın regionlarında genişmiqyaslı qazlaşdırma layihələri həyata keçirilib. 2004-cü ildən ötən dövr ərzində Azərbaycanda qazlaşdırma 51 faizdən 93 faizə çatdırılıb. Artıq proses indiyədək qazlaşdırılmayan və yaxud müəyyən səbəblərdən qaz təminatı dayandırılan kəndləri və kiçik yaşayış məntəqələrini də əhatə edib.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında dəmir yolu, hava, su nəqliyyatı və avtomobil yolları ilə bağlı 64 tədbir nəzərdə tutulub. Artıq nəzərdə tutulan layihələrin bir çoxu yüksək səviyyədə tamamlanıb. Belə ki, 2004-cü ildən bəri respublikamızda 12 min 300 kilometr yol çəkilib, 443 körpü tikilib. Hazırda respublikanın regionlarında kənd yollarının abadlaşdırılması uğurla həyata keçirilir. 2017-ci ildə ölkə miqyasında şərti “40 yol” adlanan, əslində isə daha çox sayda kəndi əhatə edən layihə böyük müvəffəqiyyətlə tamamlanıb.
Dövlət proqramları çərçivəsində ölkədə həyata keçirilən su layihələri əhalinin tələbatının ödənilməsi və regionların zəngin iqtisadi potensialından səmərəli istifadə edilməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Ötən 14 ildə ölkənin bütün bölgələrində içməli su və kanalizasiya layihələri həyata keçirilib. Əgər 2004-cü ildə ölkə üzrə fasiləsiz içməli su ilə təminat 26 faiz səviyyəsində idisə, 2017-ci ildə bu göstərici 67 faizə çatdırılıb.
Dövlət proqramları çərçivəsində regionlarda reallaşdırılan layihələrin, o cümlədən meliorativ tədbirlərin kənd təsərrüfatının stimullaşdırılmasında rolu əvəzsizdir. Son 14 ildə respublikamızda böyük investisiya tutumuna malik Taxtakörpü, Şəmkirçay, Göytəpə və Tovuzçay su anbarları tikilib. Həyata keçirilən meliorativ tədbirlər kənd təsərrüfatının inkişafına güclü təsir göstərib. Ölkənin su ehtiyatlarından daha səmərəli istifadə edilməsinə və dövriyyəyə yeni əkin sahələri cəlb edilməsinə hesablanan layihələr 2017-ci ildə də intensiv şəkildə davam etdirilib. Dövlət investisiya qoyuluşu hesabına görülən meliorasiya və irriqasiya tədbirləri çərçivəsində ötən il 100 min hektardan çox torpağın su təminatı yaxşılaşdırılıb.
2018-ci ildə respublikanın investisiya təminatı daha da gücləndiriləcək
Azərbaycan özünün məqsədyönlü investisiya siyasətini 2018-ci ildə də davam etdirəcək. Cari ildə Dövlət İnvestisiya Proqramında bir sıra önəmli layihələrin həyata keçirilməsinə maliyyə vəsaitlərinin yönəldilməsi nəzərdə tutulub. 2018-ci ildə ölkədə qazlaşdırmanın səviyyəsinin mövcud 93 faizdən 95 faizə çatdırılması hədəflənib. Bu məqsədlər üçün cari ildə Azərbaycan Dövlət Neft Şirkətinə 100 milyon manata yaxın vəsait ayrılması nəzərdə tutulur.
Energetika təsərrüfatının ölkə iqtisadiyyatının genişlənməsində müstəsna rolu nəzərə alınaraq 2018-ci ildə də yeni generasiya güclərinin yaradılması istiqamətində işlər davam etdiriləcək. Cari ildə 400 meqavat gücə malik “Şimal-2” elektrik stansiyasının istifadəyə verilməsi respublikanın enerji ixracı imkanlarını artıracaq.
İçməli su və kanalizasiya layihələri ilə bağlı işlər davam etdiriləcək. Bu il üç şəhərin - Mingəçevir, Qəbələ və Ağdaşın içməli su və kanalizasiya problemi tam həll olunacaq. Daha 20 şəhərdə içməli su və kanalizasiya layihələri icra ediləcək. “Çaylar boyu yerləşən kəndlərdə müasir sutəmizləyici qurğuların tikintisi nəzərdə tutulur. Əvvəlki illərdə də belə layihələr icra edilib və çaylar boyu yerləşən kəndlərdə yüz minlərlə əhali bu imkanlardan faydalanıb. Bu il də bu layihələrin icrası nəzərdə tutulur və ən azı 300 subartezian quyusu qazılmalıdır. Vətəndaşlar bundan həm məişətdə, həm də kənd təsərrüfatında istifadə edirlər”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
2018-ci ildə ölkə boyunca 2300 kilometr avtomobil yolu - magistral, şəhərlərarası, eyni zamanda, kənd yolları çəkiləcək. Bütövlükdə il ərzində 600 kəndin yolunun abadlaşdırılması nəzərdə tutulub.
Ölkədə fəal məşğul əhalinin 40 faizdən çoxunun yaşadığı bölgələrdə aqrar sektorun üstün inkişafının dəstəklənməsi siyasəti cari ildə də davam etdiriləcək. 2018-ci ildə respublikada kənd təsərrüfatının inkişafına 160 milyon manat ayrılması nəzərdə tutulub. Aqrar sahənin inkişafına yönələn tədbirlər sırasında dövriyyəyə yeni torpaqların cəlb edilməsinin böyük əhəmiyyəti var. Prezident İlham Əliyev vurğulayıb ki, Dövlət İnvestisiya Proqramında bu məsələ ilə bağlı olan bütün layihələr ilin sonuna qədər icra edilməlidir: “Bu il ən azı 100 min hektar suvarılmayan torpaqlara su verilməlidir. Beləliklə, biz 2017-2018-ci illərdə 200 mindən çox hektara suyun təminatını təşkil edəcəyik. Bir neçə önəmli kanal layihələri icra ediləcəkdir. Dövlət İnvestisiya Proqramında kifayət qədər vəsait nəzərdə tutulur. Dövlət İnvestisiya Proqramında bu məsələ ilə bağlı olan bütün layihələr ilin sonuna qədər icra edilməlidir”.
Dövlət İnvestisiya Proqramında həmçinin sosial təyinatlı infrastruktur obyektlərinin yaradılmasına da kifayət qədər böyük həcmdə investisiyalar yönəldilməsi nəzərdə tutulub. Cari ildə altı şəhərdə - Qazax, Qobustan, Şəmkir, Quba, Naftalan və Goranboy şəhərlərində yeni rayon mərkəzi xəstəxanalarının tikintisi başa çatdırılacaq, həmçinin Füzuli rayonu və Qəbələ şəhərində mərkəzi xəstəxanaların tikintisi aparılacaq.
Son 14 ildə ölkə miqyasında 3 mindən çox məktəb tikilib və yaxud əsaslı şəkildə təmir edilib. Cari ildə 137 modul tipli məktəb tikiləcək, Bakı şəhərində 12 məktəb əsaslı təmir ediləcək, kəndlərdə 100-dən çox məktəb qazlaşdırılacaq, yüzlərlə məktəbdə təmir işləri aparılacaq. Eyni zamanda, dörd şəhərdə Olimpiya İdman mərkəzləri tikilməlidir. Onlardan ikisi bu il, ikisi isə gələn il istifadəyə veriləcək.
Regionların sərmayə cəlbediciliyinin artmasında yerli icra hakimiyyəti orqanlarının üzərinə böyük məsuliyyət düşür
Yuxarıda deyilənlər Dövlət İnvestisiya Proqramının əhatə dairəsinin kifayət qədər geniş olduğu barədə konkret təsəvvür yaradır. Dövlət bütün ölkə boyu həm iqtisadi, həm də ciddi sosial əhəmiyyət daşıyan layihələrin reallaşdırılmasına güclü siyasi iradə nümayiş etdirir. İndiyədək dövlət vəsaitləri hesabına formalaşdırılan fundamental baza regionların inkişafına münbit zəmin yaradıb.
Ölkə boyu prioritet sahələrə dövlət investisiya qoyuluşu öz yerində. Bu işdə yerli icra hakimiyyəti orqanları daha böyük fəallıq nümayiş etdirməlidirlər. Ötən il respublika miqyasında sərmayə qoyuluşuna görə ilk onluğa aşağıdakı rayonlar - Salyan, Qəbələ, Qazax, Lənkəran, Abşeron, Ağstafa, Sumqayıt, Xaçmaz, Gəncə, İsmayıllı daxil olub. Ümumi dəyəri 100 milyon manatdan çox olan investisiya layihələri beş rayonda icra ediləcək. Onların arasında birinci yerdə Abşeron rayonu gəlir. Burada qoyulacaq sərmayənin həcmi 250 milyon manat səviyyəsində gözlənilir. İkinci yerdə 186 milyon manat həcmində sərmayə qoyuluşu ilə Sumqayıt şəhəri gəlir. Üçüncü pillədə Saatlı rayonu dayanır - 152 milyon manat. Sonrakı yerləri Salyan (126 milyon manat), Qəbələ (116 milyon manat) rayonları və Gəncə şəhəri (98 milyon manat) bölüşürlər. “Yerli icra orqanları sərmayəni cəlb etməlidirlər. O da həqiqətdir ki, ucqar rayonlar, kiçik rayonlar var. Oraya qoyulan sərmayə böyük rayonlara qoyulan sərmayə ilə müqayisə edilə bilməz. Burada biz vahid bir qrafik əsasında təhlil apara bilmərik. Ancaq, eyni zamanda, hər bir rayonda özəl sərmayəni cəlb etmək, sahibkarlara şərait yaratmaq üçün yerli icra orqanları, onların rəhbərləri fəal işləməlidirlər”, - deyə Prezident İlham Əliyev bildirib.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  7170  |  
  • Tarix:  01-02-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: 2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir

18 Fevral 21:27
Rusiya-Azərbaycan: Mədəniyyət ustaları dostluq körpüləri salırlar
18 Fevral 21:09
Dünyanın bir sıra ölkələrinin vətəndaşları Xocalıya ədalət istəyiblər
18 Fevral 21:02
Milli Məclisin deputatları BMT-nin parlament dinləmələrində iştirak edəcəklər
18 Fevral 20:35
Ombudsman təsisatında Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri ilə görüş olub
18 Fevral 20:30
Qətər qəzetləri Azərbaycan həqiqətlərindən yazır
18 Fevral 20:28
Azərbaycanın yanvarda ən çox məhsul idxal etdiyi ölkələr açıqlanıb
18 Fevral 20:25
Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişdiyi ölkəyə çevrilir
18 Fevral 19:13
Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti “IDEX-2019” beynəlxalq müdafiə sərgisində iştirak edir
18 Fevral 19:05
Xocalı soyqırımı qurbanlarının xatirəsi İsraildə yad olunacaq
18 Fevral 19:02
Kürdəmir: ümumi məhsul buraxılışının 39,9 faizi kənd təsərrüfatının payına düşüb
18 Fevral 18:50
Azərbaycan və Avstriya dəmir yolları arasında əməkdaşlıq əlaqələri müzakirə edilib
18 Fevral 18:28
Azərbaycan nümayəndə heyəti ATƏT PA-nın qış sessiyasında iştirak edəcək
18 Fevral 18:00
Nazir: Ölkədəki əlverişli mühit sahibkarlara biznesin istənilən sahəsi ilə məşğul olmağa imkan verir
18 Fevral 17:29
Ombudsman Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
18 Fevral 17:28
İsa Həbibbəyli: Ölkəmizdə vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində uğurlu sosial siyasət həyata keçirilir
18 Fevral 17:19
Hikmət Babaoğlu: İşğalçı ölkə Azərbaycanın verdiyi dərsi unuda bilmir
18 Fevral 17:16
Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları
18 Fevral 17:01
Azərbaycanla Böyük Britaniyanın enerji sahəsində əməkdaşlığı müzakirə olunub
18 Fevral 17:00
Prezident İlham Əliyev: Bu il Sumqayıt Kimya Sənaye Parkında bir neçə müəssisənin açılışı nəzərdə tutulur
18 Fevral 16:55
Teodore Doriç: Beynəlxalq Multikulturalizm Qış Məktəbi layihəsi tolerantlıq barədə nəzəri biliklərimizi artırdı
18 Fevral 16:47
Prezident İlham Əliyev Sumqayıtın dənizkənarı bulvarında şəhərin sakinləri ilə görüşüb
18 Fevral 16:42
“Könüllülər Parlamenti – Azərbaycan, 2019” layihəsinin iştirakçıları qanunvericilik prosesi barədə məlumatlandırılıb
18 Fevral 16:37
“Məcburi əməyin və insan alverinin qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirilib
18 Fevral 16:33
Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
18 Fevral 16:29
Qorxmaz Hüseynov: Regional inkişaf proqramları çərçivəsində bölgələrdə 11 min km-dən çox magistral və paylayıcı su, 6 min km kanalizasiya xətləri çəkilib
18 Fevral 16:23
YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib
18 Fevral 16:17
Azərbaycan Prezidenti: “SOCAR Polymer” qeyri-neft ixracını 15 faiz artıracaq
18 Fevral 15:55
Prezident İlham Əliyev: “SOCAR Polymer”in tam gücü ilə işə başlaması əlamətdar hadisədir
18 Fevral 15:50
Gömrükçülər Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin tətbiqi üzrə Türkiyə təcrübəsini öyrənir
18 Fevral 15:47
Azərbaycanda texnologiya transferi və elmin kommersiyalaşdırılmasına həsr olunan seminar
18 Fevral 15:31
ADNSU ilə “Schlumberger” şirkəti arasında əməkdaşlığa dair birgə plan hazırlanacaq
18 Fevral 15:08
Əfqanıstanın Azərbaycandakı səfiri BDU-da olub
18 Fevral 15:05
İlahiyyat İnstitutunda “Xocalıda məhv olmuş 8 ailə” filmi nümayiş etdirilib
18 Fevral 15:04
Sumqayıtda Heydər Əliyev Məktəbinin növbəti məşğələsi keçirilib
18 Fevral 15:01
Miqel Silva Pinto: Azərbaycanda vergi və gömrük sahəsində aparılan islahatlar çox mütərəqqidir
18 Fevral 14:58
“Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib
18 Fevral 14:41
Azərbaycan-Türkiyə münasibətləri dünya dövlətləri üçün bir nümunədir
18 Fevral 14:39
Fitch: 2019-cu ildə Azərbaycanda iqtisadi artım 3,5 faiz təşkil edəcək
18 Fevral 14:36
Ukraynanın ictimai radiosunda Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən danışılıb
18 Fevral 14:31
Səfər Mehdiyev: İndiyədək 100-dən çox şirkət “Yaşıl dəhliz” sisteminin iştirakçısı olub
18 Fevral 14:28
Xocavənd rayonunda Qaradağlı faciəsinin ildönümü qeyd edilib
18 Fevral 14:26
Dövlət Komitəsinin sədri Beyləqanda məcburi köçkünləri qəbul edib
18 Fevral 14:24
Özbəkistan nümayəndə heyəti Azərbaycanın şəhərsalma və tikinti sahəsindəki təcrübəsini öyrənir
18 Fevral 14:20
Azərbaycan əhalisinin sayı 9 milyon 981 min 457 nəfərə çatıb
18 Fevral 14:19
Prezident İlham Əliyev Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisini qəbul edib
18 Fevral 14:13
Sabah Milli Məclisin növbəti plenar iclası keçiriləcək
18 Fevral 14:10
ABŞ Dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müavini Azərbaycana gələcək
18 Fevral 13:16
Türkiyə Böyük Millət Məclisinin deputatları ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
18 Fevral 12:51
Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya kuboku yarışlarına 43 ölkədən 200-dən çox idmançı qatılacaq
18 Fevral 12:45
Sahil Babayev: Vətəndaşların müraciəti gözlənilmədən 3600 nəfərə pensiya təyin edilib
18 Fevral 12:37
"ABAD" "Uğur-2018" Milli mükafatına layiq görülüb
18 Fevral 12:35
Ziyad Səmədzadə: Dövlət büdcəsi ilbəil artır və bunu qoruyub saxlamaq lazımdır
18 Fevral 12:29
Heydər Əliyev Mərkəzində rus avanqard rəssamlarının nadir əsərlərindən ibarət sərgi açılıb
18 Fevral 11:54
Prezident İlham Əliyev Sumqayıtda “SOCAR Polymer”in yüksəksıxlıqlı polietilen zavodunun açılışında iştirak edib
18 Fevral 11:47
Millət vəkili: Xalqımızın sosial-rifah halının yaxşılaşdırılması Prezidentin həyata keçirdiyi siyasi kursun ana xəttidir
18 Fevral 11:43
Nazir: 2018-ci ildə hər 1000 vergiödəyicisinin dördündə səyyar vergi yoxlaması aparılıb
18 Fevral 11:40
Prezident İlham Əliyev Sumqayıt şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib
18 Fevral 11:25
Mikayıl Cabbarov: İri topdan satış müəssisələrində 930 milyon manatlıq dövriyyənin gizlədildiyi aşkarlanıb
18 Fevral 11:24
Nigar Arpadarai: İldən-ilə Formula 1-in təşkilinə görə xərclərimiz azalır, gəlirlərimiz isə artır
18 Fevral 11:19
Kolumbiya radiosunda Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlanıb
18 Fevral 11:11
Nazir: Azərbaycanda Vergi Ombudsmanının yaradılması vergi sistemində şəffaflığı artıracaq
18 Fevral 10:57
“Könüllülər Parlamenti – Azərbaycan, 2019” layihəsinin açılış mərasimi keçirilib
18 Fevral 10:36
Azərbaycan və Belarus müdafiə nazirlərinin görüşü olub
18 Fevral 10:33
Səyyar “ASAN xidmət” davam edir
18 Fevral 09:32
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozmaqda davam edir
18 Fevral 08:56
İstanbulda “Türkiyə-Azərbaycan Ortaq Miras” konserti təşkil edilib
18 Fevral 08:52
Azərbaycanın müdafiə naziri “İDEX – 2019” Beynəlxalq Müdafiə Sərgisində iştirak edir
18 Fevral 08:49
Azərbaycanın müdafiə naziri BƏƏ-nin müdafiə məsələləri üzrə dövlət naziri ilə görüşüb
17 Fevral 11:41
Gəncənin "İmamzadə" dini kompleksində ehsan süfrəsi açılıb
17 Fevral 11:32
Ötən il Azərbaycanda 868,6 ton yaşıl çay yarpağı istehsal olunub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28
HAVA HAQQINDA