A+   Yenilə  A-
Kənd təsərrüfatının inkişafı istiqamətində atılan addımlar ərzaq təhlükəsizliyinin təmin olunmasında da vacib rol oynayır

Aqrar sahəyə göstərilən diqqət və qayğı ötən il rayonlarda mühüm göstəricilərin əldə olunmasına yol açıb
Azərbaycanın iqtisadi inkişafının əsas istiqamətlərindən sayılan, eləcə də qeyri-neft sektoru arasında gəlirlilik üzrə mühüm yerlərdən birini tutan kənd təsərrüfatının dinamik inkişafının təmini hər zaman dövlət siyasətimizin prioritet istiqamətlərindən sayılır. Bu mənada, aparılan davamlı və hərtərəfli dövlət dəstəyi sayəsində respublikamızda aqrar sahənin inkişafına nail olunub. Təbii ki, bu sahənin inkişafında görülən tədbirlər, aparılan işlər, sahibkarlara göstərilən dövlət dəstəyi mühüm yer tutur. Fermerlərə verilən subsidiyaların artırılması, dövriyyəyə yeni torpaqların cəlb olunması, kollektiv təsərrüfatların yaradılması, müasir texnikanın alınması, intensiv metodların tətbiqi, bu kimi tədbirlər kənd təsərrüfatının əsaslı şəkildə inkişafını, eləcə də ixrac qabiliyyətimizin artmasını şərtləndirir.
Onu da qeyd edək ki, müvafiq Dövlət proqramlarının uğurla reallaşdırılması da ölkəmizin regionlarında kənd təsərrüfatının inkişafına təkan verib. Belə ki, 2004-cü il fevralın 11-də təsdiqlənmiş və hazırda üçüncüsü icra olunan regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı bölgələrin inkişafında mühüm rol oynayıb. Yeri gəlmişkən, bir neçə gün öncə keçirilən Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda çıxış edən Prezident İlham Əliyev də ərzaq təhlükəsizliyi məsələlərinin daim diqqət mərkəzində olduğunu deyib: “Son illərdə bu istiqamətdə irəliləyiş var, amma hələ ki, bizi tam qane edə bilməz. Ona görə bu məsələyə xüsusi diqqət göstərilməlidir. Deməli, biz kənd təsərrüfatının ənənəvi olan və müəyyən dərəcədə unudulmuş texniki sahəsini inkişaf etdirməyə o vaxt başlamışıq ki, ərzaq təhlükəsizliyi məsələlərinə güclü təkan verildi. Ancaq biz yenə də bu məsələ ilə bağlı çox ciddi işləməliyik”.
Qeyd edilməlidir ki, bu gün bölgələrimizdə əldə olunan nailiyyətlər kənd təsərrüfatının əsaslı inkişaf etdiyini deməyə əsas verir. Məsələn, ölkəmizin kənd təsərrüfatında aparılan islahatlar aqrar bölgə olan Ağsu rayonunda da iqtisadiyyatın bu sahəsinin inkişafına güclü təkan verib. Belə ki, ötən il Ağsu rayonunda da kənd təsərrüfatının inkişafında 6,1 faiz artım qeydə alınıb. Aqrar sektorda 75,6 milyon manatlıq məhsul istehsal olunub ki, bu da əvvəlki ildən 4,4 milyon manat çoxdur. Məhsul istehsalının 36,6 faizi bitkiçilik sahələrindəndir. Təkcə keçən il pambıq istehsalı əvvəlki ilə nisbətən 2,7 dəfə artaraq 2786,8 tona çatıb.
Qeyd edilməlidir ki, Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına müvafiq olaraq rayonda ixracyönümlü məhsulların, o cümlədən pambıqçılığın və baramaçılığın inkişafı istiqamətində görülən işlər artıq öz nəticəsini verir. 2016-cı ildə cəmi 35 nəfər fiziki şəxsin çalışdığı 1092 hektarda pambıq əkildiyi halda, ötən il 159 nəfər tərəfindən 2500,8 hektarda məhsul yetişdirilib. Baramaçılığa da maraq artıb. 2017-ci ildə baramaçılıqla məşğul olanların sayı iki dəfədən çox artaraq 52 nəfərə çatıb. Barama istehsalı 1691 kiloqramdan 5492 kiloqrama çatıb. Aqrar sektora göstərilən dövlət dəstəyi, verilən subsidiyalar insanların ixracyönümlü, eləcə də yerli şərait üçün əlverişli olan kənd təsərrüfatı məhsullarının istehsalına marağını artırıb.
Qəbələ rayonunda da iqtisadiyyatın əsasını təşkil edən taxılçılıq, meyvəçilik və tərəvəzçilik məhsullarının satışından yaxşı gəlir əldə edən kəndli fermerlər və fərdi təsərrüfat sahibləri bu sahələrin ildən-ilə daha da inkişaf etdirilməsini qarşıya məqsəd qoyublar. Bu mənada 2017-ci ili Qəbələ rayonu üçün uğurlu il hesab etmək olar. Belə ki, kəndlilər əvvəlki illərlə müqayisədə 2017-ci ildə əkin sahələrini xeyli artırmaqla yanaşı, həm də bol məhsul əldə etməyə nail olublar. 2017-ci ildə Qəbələdə kənd təsərrüfatı məhsullarının yığımı vaxtında və itkisiz başa çatdırılıb. Ötən il 21 min 47 hektar sahədən 64 min 597 ton taxıl tədarük olunub. Cari ilin məhsulu üçün rayonda 20 min 100 hektar sahədə taxıl səpini aparılıb. Həmçinin ötən il Qəbələdə 1598 hektar sahədən 3 min 65 ton qarğıdalı, 8 hektar sahədən 116 ton bostan məhsulları, 854 hektar sahədən 7 min 600 ton tərəvəz, 613 hektar sahədən 12 min 260 ton kartof tədarük olunub. Ötən il bağbanlar 365 hektar üzüm sahəsindən 2065 ton, 6 min 198 hektar meyvə bağından 13 min 527 ton məhsul tədarük ediblər. O cümlədən ötən il 4684 hektar fındıq bağından 7300 ton məhsul tədarük olunub. Son 3 ay ərzində Qəbələdə 314 hektar sahədə yeni fındıq bağı salınıb. Bütün sahələr üzrə əldə edilən nəticələr əvvəlki ilin göstəricilərindən xeyli yüksəkdir.
Zərdab rayonunda da ötən il aqrar sektorun inkişafı istiqamətində ciddi irəliləyişə nail olunub. 2017-ci ildə Zərdabda ümumi məhsul buraxılışının 60,7 faizi kənd təsərrüfatının payına düşüb. Aparılan islahatlar, Prezident İlham Əliyevin ixrac yönümlü məhsulların, o cümlədən baramaçılığın, pambıqçılığın inkişafı ilə əlaqədar verdiyi məsləhət və tapşırıqlar iqtisadiyyatın bu sahəsinin inkişafına ciddi təkan verib. Təsadüfi deyil ki, keçən il rayonda 65 milyon 400 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da inişilki göstəricidən 11 milyon manat çoxdur.
Zərdabda vaxtilə ənənəvi sahə hesab edilən, sonradan, demək olar ki, unudulan baramaçılığın inkişafı üçün konkret tədbirlər görülür. Keçən il 480 qutu (9120 qram) inkubasiya olunan ipəkqurdu toxumundan 27 ton 55 kiloqram barama tədarük edilib ki, bu, əvvəlki ildəkindən 4 dəfə çox olmaqla, respublikada ən yüksək göstəricidir. Bundan başqa, ötən il 3199,3 hektar sahədən 4191,2 ton pambıq istehsal edilib ki, bu da əvvəlki ildəki göstəricidən 4,7 dəfə çoxdur. Eləcə də taxıl istehsalı sahəsində rayon tarixində ən yüksək nəticə qazanılıb. Belə ki, 19 min 753,5 hektar sahədən 2016-cı ildəkindən 6 min 721 ton çox olmaqla, 58 min tondan artıq taxıl yığılıb. 2017-ci ildə çəltik, kartof, bostan-tərəvəz məhsulları istehsalında da diqqətəlayiq nəticələr qazanılıb. 1,5 hektarda zəfəran yetişdirilib. Rayonda habelə heyvandarlıq sahəsində də nəticələr uğurlu olub.
Kürdəmir rayonunda da ötən il aqrar sektorun inkişafı istiqamətində ciddi irəliləyişə nail olunub. Belə ki, 2017-ci ildə Kürdəmir rayonunda 144 milyon 915,5 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub. Aqrar sahədə məhsul istehsalı əvvəlki illə müqayisədə 18 milyon 941 min manat və ya 13,1 faiz artıb. Bununla da rayonda ümumi məhsul buraxılışının 40,6 faizi kənd təsərrüfatının payına düşüb.
Kürdəmirdə də vaxtilə ənənəvi sahə hesab edilən, sonradan demək olar ki, unudulan baramaçılığın inkişafı üçün konkret tədbirlər görülür. Rayonda 2016-cı ildə 3578 kq barama istehsal olunub. 2017-ci ildə barama istehsalı ilə əlaqədar 160 kümçüyə 300 qutu barama qurdu verilmiş, 11,512 ton barama istehsal olunmuşdur ki, bu da ötən ildəkindən 3,2 dəfə (7934 kq) çoxdur. Ənənəvi sahələrdən olan baramaçılığı gələcəkdə daha da inkişaf etdirmək, onun yem bazasını möhkəmləndirmək məqsədi ilə rayonun ayrı-ayrı kəndlərində 2016-cı ilin payız mövsümündə 46 min ədəd tut tingi, 2017-ci ildə isə 70 minə yaxın tut tingi əkilib. Hazırda yeni əkilən tut tinglərinə və mövcud tut bağlarına aqrotexniki qaydada qulluq göstərilir, suvarılır və mühafizəsi üçün qoruyucu zolaqlar çəkilir. Cari ildə barama istehsalının 20 tona çatdırılması nəzərdə tutulub.
Rayonda 2016-cı ildə 1911 hektar sahədə pambıq yetişdirən kürdəmirli fermerlər və torpaq mülkiyyətçiləri 2017-ci ildə pambıq sahələrini 2,1 dəfə artıraraq 4027 hektara çatdırıblar. Ötən il 5001 ton pambıq tədarük edilib ki, bu da 2016-cı ildə istehsal olunan ümumi məhsuldan 2,4 dəfə çoxdur. Artıq Kürdəmirdə bu ilin pambıq əkini üçün hazırlıq görülür. Bu məqsədlə 5 min hektar sahə seçilib və pambıq şumuna başlanılıb. İndiyədək 4 min hektaradək sahədə şum çıxarılıb. Artıq qış aratına başlanılıb.
2017-ci ildə qarğıdalı, kartof, bostan-tərəvəz, meyvə istehsalında da diqqətəlayiq nəticələr qazanılıb. Rayonda habelə heyvandarlıq sahəsində də nəticələr uğurlu olub.
Lənkəranda isə 2017-ci ildə çayçılığın inkişafına 7,7 milyon manat investisiya yönəldilib, əkin sahələri 604 hektara, işləyənlərin sayı 2 min nəfərə çatdırılıb. İstifadəsiz qalan torpaqlarda, eləcə də dağətəyi ərazilərdə, yamaclarda növbəti illərdə terras üsulu ilə yeni çay plantasiyalarının salınması nəzərdə tutulub.
Ötən il respublikada, ilk dəfə olaraq, bölgənin iqlim şəraitinə uyğun yeni texnologiyalar əsasında yetişdirilmiş çəltik şitilləri Koreya Respublikasından gətirilib. Ən müasir maşın və mexanizmlərdən istifadə edilməklə əkilib və biçilib. Bunda məqsəd ənənəvi çəltik sortlarından qiymətli ərzaq olan düyü istehsal edib ölkəmizin ərzaq təhlükəsizliyi proqramına töhfəmizi verməkdir.
2017-ci ildə Lənkəranda 526 hektarda çəltik əkilib, 1815 ton məhsul istehsal olunub, 4,4 milyon manat gəlir əldə edilib. Cari ildə bu gəlirli sahələrin iki dəfə artırılması nəzərdə tutulur. Ekoloji cəhətdən təmiz, dadına görə idxal edilən düyülərdən daha keyfiyyətli olan yerli düyü bu gün daxili bazarda “Lənkəran düyüsü” adı ilə tanınır. Onun daxili bazarda satış rəqabətini təmin etməklə “Made in Azerbaijan” brendi ilə xarici ölkələrə satılması istiqamətində də işlər davam etdirilir. Ötən il rayonda sitrus meyvəçiliyinin inkişafı istiqamətində də işlər davam etdirilib, xaricdən gətirilmiş məhsuldar sitrus növlərindən yeni bağlar salınıb. Rayon üçün ənənəvi olmayan baramaçılığa da insanlar artıq böyük həvəs göstərirlər. Cari ildə rayonda ilk dəfə olaraq barama istehsalına başlanılacaq.
Turizmin inkişafı da rayonda mühüm istiqamətlərdən biri hesab edilir. Ötən il bu sahəyə 25,1 milyon manat investisiya qoyulub, 800 yeni iş yeri açılıb. Yaxın aylarda istifadəyə veriləcək Lənkəran İstisu və Sağlamlıq Mərkəzi rayonda turizmin inkişafına yeni təkan verəcək.
Pərviz SADAYOĞLU

 
  • Oxunub:  7470  |  
  • Tarix:  01-02-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan iqtisadi və siyasi cəhətdən tam müstəqil ölkədir

20 Aprel 18:49
Milli Məclisin deputatı Ukraynada bir sıra görüşlərdə iştirak edib
20 Aprel 18:48
Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti toplantısı keçirilib
20 Aprel 18:19
Aşıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olmasının 10 illiyi ilə bağlı tədbir keçirilib
20 Aprel 18:15
Balaxanı Tullantıların Zərərsizləşdirilməsi Poliqonunda indiyədək 12 mindən artıq ağac əkilib
20 Aprel 18:00
“Heydər Əliyev siyasi məktəbini öyrənirik” gənc liderlər proqramının icrasına başlanılıb
20 Aprel 17:55
Qobustan qoruğunda “açıq qapı” günü təşkil olunub
20 Aprel 17:53
“Olimpsport” jurnalının fəaliyyətə başlamasının 10 illik yubileyi qeyd olunub
20 Aprel 17:47
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Kitabın işığın olsun” adlı tədbir keçirilib
20 Aprel 17:44
Milli Məclisin deputatı sağlam qidalanma ilə bağlı regional simpoziumda iştirak edəcək
20 Aprel 17:40
Bəstəkarlıq təhsili almış ilk azərbaycanlı qadın Ədilə Hüseynzadəyə həsr edilən kitabın təqdimatı olub
20 Aprel 17:36
Brüsseldə NATO Parlament Assambleyasının 100-cü Rouz-Rout seminarı keçiriləcək
20 Aprel 17:33
Seçenov Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib
20 Aprel 17:30
Gömrük sistemində həyata keçirilən islahatlarla bağlı məlumat verilib
20 Aprel 16:27
Erl Litzenberqer: Amerikada təhsil alan azərbaycanlı tələbələrin sayının ildən-ilə artmasından qürur duyuruq
20 Aprel 16:19
YAP-ın təşkilatçılığı ilə Şəki şəhərində “Uğurlu sosial siyasətin yeni hədəfləri” mövzusunda regional müşavirə keçirilib
20 Aprel 15:54
Baş nazirin müavini Əli Əhmədov: Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas qayəsini insanların rifahının yaxşılaşdırılması təşkil edir
20 Aprel 15:25
Səfir: ABŞ Azərbaycanda aparılan islahatları dəstəkləyirik
20 Aprel 15:03
Əli Əhmədov: Azərbaycanda mövcud olan sabitlik insanların həyatı üçün böyük sərvətdir
20 Aprel 14:33
Türkiyə universitetləri ilə əməkdaşlıq Azərbaycanın inklüziv inkişafı barədə elmi ictimaiyyəti məlumatlandırmağa geniş imkanlar yaradır
20 Aprel 14:20
Professor Akkan Suver: Elmira Axundovanın əsərləri ulu öndər Heydər Əliyev ideyalarını dərindən mənimsəmək üçün əsaslı vəsaitdir
20 Aprel 14:19
Daxili işlər nazirinin birinci müavini Qubada vətəndaşların qəbulunu keçirib
20 Aprel 14:11
YAP-ın təşkilatçılığı ilə Şəkidə “Uğurlu sosial siyasətin yeni hədəfləri” mövzusunda müşavirə keçirilir
20 Aprel 14:06
Azərbaycan-Fransız Universitetinin gələcək superkompüterinin təqdimatı olub
20 Aprel 14:02
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri əsgərlərlə görüşüblər
20 Aprel 13:53
Rauf Əliyev: Qarşıda duran bütün vəzifələr müvəffəqiyyətlə həyata keçiriləcək
20 Aprel 13:45
Baş nazirin müavini Əli Əhmədov Şəki şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib
20 Aprel 13:17
Hikmət Babaoğlu: Mürəkkəb beynəlxalq və regional şərtlər daxilində ölkəmizin əldə etdiyi uğurlar anti-Azərbaycan şəbəkəni ciddi narahat edir
20 Aprel 13:07
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin strukturu təsdiqlənib
20 Aprel 13:03
YAP rayon təşkilatlarında görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib
20 Aprel 12:59
Cavid Osmanov: Enerji sektorunda uğurlarımız davamlıdır
20 Aprel 12:57
Qadınlar İKT-də Beynəlxalq Gününə həsr olunan elmi-praktik konfrans təşkil ediləcək
20 Aprel 12:55
Sona Əliyeva: Azərbaycan reallığında birgəyaşayış nümunəsi dünya üçün örnəkdir
20 Aprel 12:50
Azərbaycan və Rusiya arasında pensiya təminatı sahəsində müqavilə layihəsi hazırlanır
20 Aprel 12:48
Tahir Rzayev: Bu gün iqtisadiyyatın şaxələndirilməsi istiqamətində ölkəmizdə davamlı addımlar atılır
20 Aprel 11:08
“Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
20 Aprel 10:58
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə ikinci “AGF Junior Trophy” beynəlxalq turniri başlayıb
20 Aprel 10:49
Elçin Əhmədov: Anti-Azərbaycan qüvvələrin ölkəmizə təzyiq göstərmək, onu öz yolundan döndərmək cəhdləri əbəsdir
20 Aprel 10:44
Hanoyda OANA İcraiyyə Komitəsinin 44-cü iclası başa çatıb
20 Aprel 10:41
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub
20 Aprel 10:32
Azərbaycan iqtisadi və siyasi cəhətdən tam müstəqil ölkədir
20 Aprel 10:30
Sağlamlıq imkanları məhdud uşaq və gənclərin, sosial müəssisə sakinlərinin sərgisi təşkil olunub
20 Aprel 10:28
Azərbaycandakı diplomatik nümayəndəliklərin rəhbərləri Şamaxıya səfər ediblər
20 Aprel 10:26
Masallıda “Milli aktyorluq məktəbi” mövzusunda keçirilən mühazirə maraqla qarşılanıb
20 Aprel 10:22
YAP Səbail rayon təşkilatında Könüllülər Birliyinin təqdimatı keçirilib
20 Aprel 10:21
YAP Qubadlı rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib
20 Aprel 10:16
Anti-Azərbaycan dairələr tərəfindən ölkəmizə qarşı aparılan “qara piar” kampaniyası heç bir nəticə verməyəcək
20 Aprel 10:13
BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun keçirdiyi beynəlxalq konfransın əsərləri “Clarivate Analytics”də yerləşdirilib
20 Aprel 10:11
“France-24” kanalının saytında Naftalan nefti haqqında məqalə verilib
20 Aprel 10:10
“Nar” korporativ müştərilərinə ödənişsiz MiFi cihazını təqdim edir
20 Aprel 10:09
Azərbaycanın regionlarında əhalinin su təchizatının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır
19 Aprel 21:36
İstanbulda Türkiyə-Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı müzakirə edilib
19 Aprel 21:33
Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydası təsdiqlənib
19 Aprel 21:28
Bakı Dövlət Universitetinin Nizamnaməsi təsdiq edilib
19 Aprel 21:23
Azərbaycan “Equinor” üçün mühüm ölkədir
19 Aprel 21:17
Bakıda İran Ticarət Mərkəzi açılıb
19 Aprel 21:04
Anar Bağırov: Vəkilliyə qəbulla bağlı namizədlər üçün hər cür şərait yaradılıb
19 Aprel 21:01
Gənclər Fondunun yenilənmiş veb-səhifəsinin təqdimatı olub
19 Aprel 20:55
Bakı Metropolitenində Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş seminar keçirilib
19 Aprel 20:53
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
19 Aprel 20:50
Bakıda “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda konfrans keçirilib
19 Aprel 20:45
Vüqar Rəhimzadə: Ölkəmizin uğurlu inkişafı antiazərbaycan qüvvələrin və “5-ci kolon”un çirkin kampaniyasına tutarlı cavabdır
19 Aprel 20:40
Mərakeş qəzeti Azərbaycanın əhalisinin sayının 10 milyona çatmasından bəhs edir
19 Aprel 20:37
Elçin Mirzəbəyli: Azərbaycana qarşı olan qüvvələr ölkə Prezidentinin böyük ictimai dəstəyə malik olmasından narahatdırlar
19 Aprel 20:27
Vyetnamın Baş naziri OANA İcraiyyə Komitəsi iclasının bir qrup iştirakçısını qəbul edib
19 Aprel 20:22
Ekspert: Ölkəmizin uğurları erməni lobbisini, anti-Azərbaycan qüvvələri və daxildəki “5-ci kolon”u ciddi narahat edir
19 Aprel 18:08
Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası fiziki şəxslərin problemli kreditləri ilə bağlı açıqlama yayıb
19 Aprel 18:05
Azərbaycan Ordusunun nümayəndələri NATO-nun çoxmillətli tibb təlimində iştirak edib
19 Aprel 17:57
Paşinyan hökumətində böyük korrupsiya qalmaqalı
19 Aprel 17:48
Azərbaycan və Rusiyanın təhsil müəssisələri arasında təcrübə mübadiləsinə dair müzakirələr aparılıb
19 Aprel 17:46
Seymur Orucov: Bakı şəhərində keçirilən “Formula 1” yarışına dünyada maraq ildən ilə artır

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA