Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu BMT-nin mükafatına layiq görülüb

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu BMT-nin mükafatına layiq görülüb

01.02.2018 [10:04]

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu (AZGF) BMT-nin İnkişaf Proqramı (UNDP) və Bəhreyn Krallığının təşəbbüsü və tərəfdaşlığı ilə təsis edilmiş “Davamlı inkişafa nail olmaq üçün gənclərin gücləndirilməsi” Kral Hamad mükafatına layiq görülüb.
AZGF-dən AZƏRTAC-a bildiriblər ki, müsabiqənin məqsədi gənclərə motivasiya verən, diqqət göstərən, innovativ fikirləri dəstəkləyən və onları təşviq edən qurumları aşkar etmək, onların fəaliyyətini hərtərəfli araşdıraraq yüksək nailiyyətləri olan qurumları mükafatlandırmaqdır. Eyni zamanda, bu təşəbbüs gənclərə daha yaxşı gələcəyi təmin etmək məqsədi daşıyan, BMT-nin qəbul etdiyi Davamlı İnkişaf Məqsədlərinə nail olmaq məqsədini daşıyır. Müsabiqədə iştirak edən hər bir nominantın Davamlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində əhəmiyyətli nailiyyətlərinin olmasına diqqət yetirilir.
Bu barədə yanvarın 30-31-də BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında təşkilatın İqtisadi və Sosial Şurasının (ECOSOC) Gənclər Forumunda ətraflı məlumat verilib.
Dünyanın bütün ölkələrinə müraciətin ünvanlandığı bu təşəbbüsdə 87 ölkədən dövlət və qeyri-hökumət təşkilatları iştirak ediblər. Azərbaycan Gənclər Fondu dövlət qurumları nominasiyasında qalib elan olunub.
Seçim xüsusi ixtisaslaşmış münsiflər heyəti tərəfindən həyata keçirilib. Münsiflər heyəti UNDP-nin və BMT-nin digər institutlarının, o cümlədən ECOSOC-un, BMT baş katibinin gənclər üzrə xüsusi elçisinin ekspert və əməkdaşlarından ibarət olub. Münsiflər heyətinə, həmçinin dörd ölkənin gənclər siyasətinə məsul nazirləri də daxil edilib.
Azərbaycan Gənclər Fondu Prezident İlham Əliyevin 2011-ci il 19 dekabr tarixli Fərmanı ilə yaradılıb. Fondun məqsədi əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin səmərəli icrasını təmin etməkdir.

Paylaş:
Baxılıb: 405 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30