Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Ötən il Bakının Nəsimi rayonunda 5059 yeni daimi iş yeri açılıb

Ötən il Bakının Nəsimi rayonunda 5059 yeni daimi iş yeri açılıb

02.02.2018 [10:03]

Nəsimi rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclasında 2017-ci ildə rayonun sosial-iqtisadi inkişafı ilə bağlı görülmüş işlər müzakirə olunub. Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən məlumat verilib.
İcra Hakimiyyətinin başçısı Asif Əsgərov iclasda 2017-ci ildə rayonda görülmüş işlər barədə məlumat verib. O deyib ki, rayon üzrə iqtisadiyyatın bütün sahələrində mövcud olan artım dinamikası saxlanılıb, 5059 yeni daimi iş yeri açılıb. Ümumilikdə 2003-cü ilin oktyabr ayından 2018-ci il yanvar ayının 1-dək rayonun müəssisə, idarə və təşkilatları tərəfindən 43510 daimi iş yeri açılıb. Orta aylıq əməkhaqqı əvvəlki illə müqayisədə 9,2 faiz artaraq 608 manat təşkil edib. Rayon mənzil-kommunal təsərrüfatı, su-kanal, enerji təchizatı və satışı, qaz və istilik xidməti müəssisələrinin işi daim icra hakimiyyətinin nəzarətində olub, yaranmış çətinlik və problemlərin aradan qaldırılmasına operativ kömək göstərilib.
Bildirilib ki, təhsil, səhiyyə, mədəniyyət obyektlərinin işi daim diqqət mərkəzində olub, bu sahələrin fəaliyyətini yaxşılaşdırmaq üçün zəruri tədbirlər həyata keçirilib. Ötən tədris ilində rayonun orta məktəblərini 1685 nəfər bitirib, onlardan 2 məzun qızıl medala layiq görülüb, 1206 məzun tələbə adını qazanıb. Məzunlardan 24 nəfəri 650-dən çox, 1 nəfəri isə 700 bal toplayıb, 234-ü xarici ölkələrin ali məktəblərinə qəbul olunub.
Vətəndaşların müəyyən edilmiş vaxtlarda qəbulu, onların müraciətlərinə əsaslandırılmış yazılı cavabların verilməsi, şəffaflığın artırılması, mövcud nöqsanların aradan qaldırılması məsələləri daim diqqət mərkəzində saxlanılıb.
Yığıncaqda Prezident Administrasiyasının məsul işçisi Tağı Tağıyev də çıxış edib.
Müzakirələrdən sonra cari ilin konkret hədəflərini əks etdirən qərar qəbul olunub. Toplantı iştirakçıları adından Prezident İlham Əliyevə ünvanlanan müraciətdə rayonun sürətli inkişafına göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıq ifadə olunub.

Paylaş:
Baxılıb: 333 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30