A+   Yenilə  A-
Son 14 ildə Azərbaycanda 1,9 milyon yeni iş yeri yaradılıb

Prezident İlham Əliyev: İş yerlərinin yaradılması Azərbaycanda daimi proses olmalıdır. İndi dünyada texnoloji inkişafın çox sürətlə getdiyini və bunun iş yerlərinin ixtisarına gətirib çıxardığını nəzərə alsaq, biz bu sahəyə çox böyük diqqət verməliyik ki, Azərbaycanda işsizlik daim aşağı səviyyədə olsun
Azərbaycan sosial dövlətdir və ölkəmizdə dinamik iqtisadi inkişaf bir qayda olaraq genişməzmunlu sosial təşəbbüslərlə tamamlanır. Bu günlərdə keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda qeyd edildiyi kimi, iqtisadiyyatın sosialyönümlülüyünün təmin edilməsi sayəsində son 14 ildə respublikamızda maaşlar beş, pensiyalar səkkiz dəfədən çox artıb. Bəhs olunan dövrdə ölkə miqyasında bir çox önəmli sosial layihələr icra edilib, çoxlu sayda yeni sosial infrastruktur obyektləri yaradılıb. Prezident İlham Əliyev konfransdakı nitqində Azərbaycanda həyata keçirilən siyasətin təməlində vətəndaşların maraqlarının dayandığını bir daha qətiyyətlə nəzərə çatdırıb.
Azərbaycanı sosial dövlət kimi səciyyələndirən əsas cəhətlərdən biri də ondan ibarətdir ki, ölkəmizdə əhalinin məşğulluğunun yüksək səviyyədə təmin olunması həyata keçirilən məqsədyönlü dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Ölkədə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında həyata keçirilən kompleks tədbirlər əmək bazarının tənzimlənməsində, əmək resurslarının məşğulluq imkanlarının artırılmasında, işçi qüvvəsinin rəqabət qabiliyyətinin yüksəlməsində və əmək resurslarından ümumi iqtisadi inkişafa əsaslanan məqsədəuyğun istifadənin təmin olunmasında mühüm rol oynayıb.
Müvafiq Dövlət proqramları çərçivəsində reallaşdırılan tədbirlər ölkə boyu yeni iş yerlərinin yaradılmasına müsbət təsir göstərib
Məlum olduğu kimi, 2004-cü ildən bəri Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin fərmanları ilə təsdiqlənən müvafiq Dövlət proqramları əsasında təmin edilir. İndiyədək respublikamızda regionların sosial-iqtisadi inkişafına dair iki Dövlət Proqramı yüksək səviyyədə tamamlanıb və hazırda 2014-2018-ci illəri əhatə edən sayca üçüncü proqram da uğurla yerinə yetirilir. Müvafiq Dövlət proqramları həmçinin ölkəmizdə insanların layiqli iş yerləri ilə təmin edilməsi kimi vacib sosial məsələnin həllində də mühüm rol oynayır. Dövlət proqramlarına uyğun olaraq regionların tarazlı şəkildə inkişaf etdirilməsi, bölgələrin də iqtisadi güc amilinə çevrilməsi öz növbəsində çoxlu sayda yeni iş yerlərinin açılması ilə nəticələnib. Ölkə üzrə sənaye sektorunda, kənd təsərrüfatında həyata keçirilən layihələr, o cümlədən də yeni müəssisələrin yaradılması əhalinin məşğulluğunun artmasına müsbət təsir göstərir. Məsələn, Sumqayıt Kimya Sənaye Parkındakı “Azərtexnoline” zavodunda 750 nəfər işlə təmin edilib. Sənaye Parkında ötən il Prezident İlham Əliyevin iştirakı ilə açılan və 2018-ci ildə istifadəyə veriləcək istehsalatlarda 800-ə yaxın yeni iş yeri açılacaq. Mingəçevir Sənaye Parkında yüngül sənaye, o cümlədən tekstil, ayaqqabı, tibbi kosmetika, iplik və digər növ məhsul istehsalı üzrə yerli xammal bazası əsasında 9 fabrikin yaradılması ilə 150-200 milyon dollar investisiya qoyuluşu və 5500-dək yeni iş yerinin açılması nəzərdə tutulur. 2017-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə Neftçalada sənaye məhəlləsi istifadəyə verilib. Hazırda Neftçala Sənaye Məhəlləsində layihələrinin ümumi dəyəri 45 milyon manat təşkil edən 9 rezident, o cümlədən avtomobil, balıq yemi və digər yemlər, balıq konservləri, plastik məmulatlar, suvarma sistemləri, polietilen suvarma boruları və modul tipli məktəb binaları üçün konstruksiyalar istehsalı və digər sahələr üzrə məşğul olan sahibkarlar fəaliyyət göstərirlər. Məhəllədə həmçinin kiçik sahibkarlar üçün emalatxanalar da yaradılıb. Bütövlükdə, Sənaye Məhəlləsində 500-dən çox daimi iş yerinin açılması üçün zəmin yaranıb. Eyni zamanda, Ağstafada sənaye zonası yaradılıb, Masallıda və bir sıra digər rayonlarda da sənaye zonalarının yaradılması uğurla davam etdirilir.
Aqrar sektorda istehsal və ixrac imkanlarının genişlənməsi də regionlarda iqtisadi aktivliyin artmasının göstəricisidir. Son illərdə respublikanın bölgələrində böyük əmək tutumuna malik pambıqçılıq, baramaçılıq, tütünçülük kimi istiqamətlər inkişaf etdirilir. Eyni zamanda, regionlarda iri fermer təsərrüfatları, aqroparklar yaradılır. Bütün bunların da nəticəsində respublika üzrə fəal məşğul əhalinin iş yerləri ilə təmin olunmalarına geniş imkanlar açılıb. Prezident İlham Əliyev son 14 ildə ölkədə çoxlu sayda yeni iş yerlərinin açılmasından məmnunluq ifadə edərək deyib: “On dörd il ərzində əhalimiz 1,5 milyon nəfər artıb. Bu, çox gözəl göstəricidir. Bu, onu göstərir ki, əhalimiz artır, ölkəmiz güclənir. Əlbəttə ki, bu artımın ümumi iqtisadi inkişafımızla sıx əlaqəsi var. Hesab edirəm ki, biz bu göstəriciyə görə fəxr edə bilərik. Əlbəttə ki, əhali artımı hər bir ölkə üçün önəmli amildir. Eyni zamanda, bu, bizi daha da fəal işləməyə sövq etməlidir. Çünki artan əhali, eyni zamanda, bizdən buna adekvat iqtisadi inkişaf tələb edir. Biz 14 il ərzində ölkəmizdə 1,9 milyon iş yeri yaratmışıq ki, onlardan 1,4 milyonu daimi iş yeridir”.
Regionlarda yeni iş yerlərinin yaradılmasının sosial-iqtisadi əhəmiyyəti ilə yanaşı, başqa bir önəmini də xüsusi qeyd etmək lazımdır. Məlumdur ki, bir vaxtlar regionlarda yaşayış yeri üzrə iş tapa bilməyən insanlar, ələlxüsus da gənclər paytaxt Bakıya, digər iri şəhərlərə üz tutmaq məcburiyyətində qalırdılar. İndi ölkə üzrə bu mənfi tendensiya, demək olar ki, tam dayanıb. Bir tərəfdən, regionlarda kommunal xidmətlərin səviyyəsinin yüksəlməsi, mədəni mühitin təmin olunması, digər tərəfdən isə, bölgələrdə yaradılan yeni iş yerləri insanları, ələlxüsus da gəncləri öz doğma yurd-yuvalarına möhkəm tellərlə bağlayır.
İş yerlərinin yaradılması ilə bağlı yeni hədəflər müəyyənləşdirilib
Son 14 ildə Azərbaycan bütün dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında yer alıb. Milli iqtisadiyyatımız 3 dəfədən çox artıb, o cümlədən qeyri-neft sektoru 2,8 dəfə genişlənib. Hazırda Azərbaycan infrastruktur təminatı baxımından dünyada öncül yerlərdən birini tutur. Paralel şəkildə ölkənin valyuta ehtiyatları çoxalıb. Əgər regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının icrasına start verilən 2004-cü ildə Azərbaycanın strateji valyuta ehtiyatları cəmi 1,8 milyard dollar həcmində idisə, hazırda bu göstərici 42 milyard dollara çatıb. Məqsədyönlü siyasət sayəsində respublikanın valyuta ehtiyatları 14 il ərzində 23 dəfə artıb və hazırda Azərbaycan adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə dünya miqyasında qabaqcıl yerlərdən birini tutur.
Belə uğurlu inkişaf öz növbəsində digər proseslərə, o cümlədən də demoqrafik vəziyyətə müsbət təsir göstərib. Ölkədəki sabitlik, dinamik iqtisadi inkişaf, maliyyə imkanlarının genişlənməsi ölkə əhalisinin artması ilə müşayiət olunur. Təbii ki, respublikada iş yerlərinin sayı da əhalinin artım dinamikasına adekvat olmalıdır. Buna görə də ölkəmizdə iş yerlərinin yaradılması ilə bağlı yeni hədəflər müəyyənləşdirilib. Prezident İlham Əliyev diqqəti ona yönəldib ki, uğurlu sosial-iqtisadi siyasətin nəticəsində ölkədə əhalinin artım tendensiyası ilə əlaqədar yeni iş yerlərinin yaradılması da daimi prosesə çevrilməlidir. “İş yerlərinin yaradılması Azərbaycanda daimi proses olmalıdır. İndi dünyada texnoloji inkişafın çox sürətlə getdiyini və bunun iş yerlərinin ixtisarına gətirib çıxardığını nəzərə alsaq, biz bu sahəyə çox böyük diqqət verməliyik ki, Azərbaycanda işsizlik daim aşağı səviyyədə olsun. Necə ki, görülən işlər nəticəsində bu gün Azərbaycanda işsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsindədir. Biz birinci proqramın icrasına başlayanda yoxsulluğun səviyyəsi 50 faiz idi, indi isə 5,4 faizdir”, - deyə dövlət başçısı vurğulayıb.
Şübhə yoxdur ki, regionlarda aqrar sektorun sürətli inkişafına, sənaye müəssisələrinin yaradılmasına göstərilən davamlı səylər ölkədə iş yerlərinin yaradılması ilə bağlı qarşıya qoyulan məqsədlərin də uğurla reallaşmasını təmin edəcək. Prezident İlham Əliyev iş yerlərinin yaradılması baxımından ölkədə reallaşdırılan yeni layihələrin böyük önəminə diqqət çəkərək bildirib ki, bizim planlarımız, bölgələrə və böyük şəhərlərə qoyulan investisiyalar əslində iş yerlərinin yaradılmasını təmin edir. Böyük tikinti və infrastruktur layihələri, sənaye obyektlərinin işə düşməsi, əlbəttə ki, iş yerlərinin açılmasına şərait yaradır.
Paralel şəkildə ölkədə əmək bazarı qabaqcıl dünya təcrübəsi nəzərə alınmaqla təkmilləşdirilir və işçi qüvvəsindən daha səmərəli istifadə edilməsini hədəfləyən mexanizmlər işə salınır. Bu baxımdan respublikamızda əmək münasibətlərinin elektron qeydiyyatı sisteminin tətbiqi xüsusilə diqqətəlayiqdir. Bu sistem əmək bazarı iştirakçılarının hüquq və mənafelərinin dolğun şəkildə təminatında, əmək bazarının tənzimlənməsi prosesində innovativ yanaşmaları özündə ehtiva edən çox səmərəli vasitədir. Ölkəmizdə sosial dialoqun gücləndirilməsi, bu istiqamətdə mühüm addım kimi Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın yaradılması, işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi ilə yanaşı, aktiv əmək bazarı proqramlarının genişləndirilməsi üçün də mühüm önəm daşıyan “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu, peşə standartlarının hazırlanaraq istifadəyə verilməsi perspektivdə əmək bazarının inkişafına güclü stimul yaradan tədbirlərdəndir. Bu tədbirlər, habelə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan müvafiq strateji hədəflərin icrası, insan kapitalının inkişaf etdirilməsi, işçi qüvvəsinin bilik və bacarıq səviyyəsinin artırılması və digər istiqamətlərdə aparılan məqsədəuyğun işlər qarşıdakı dövrdə də ölkəmizin əmək bazarında inkişaf meyillərinin davam etdirilməsinə, onun səmərəliliyinin artırılmasına geniş imkanlar açır. Bundan başqa, Azərbaycan Prezidentinin 2017-ci il 2 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planı”nda əmək bazarının inkişafına xidmət edən tədbirlər də yer alır. Bu tədbirlər sırasına əmək bazarında çevikliyin təmin edilməsi, peşələr üzrə monitorinq aparılması, formal (akademik) təhsilin əmək bazarının tələblərinə uyğunlaşdırılması, peşə təlimi, ixtisasartırma və yenidən hazırlıq vasitəsilə əmək bazarında baş verən sürətli dəyişikliklərin qarşılanması üçün peşə standartlarının hazırlanması prosesinin davam etdirilməsi və digər məsələlər daxildir. Bütövlükdə, sənəddə nəzərdə tutulan tədbirlər ölkəmizdə əmək bazarının bundan sonra da təkmilləşməsinə və genişlənməsinə, insanların layiqli iş yerləri ilə təmin olunmalarına daha optimal şərait yaradılmasına xidmət edir.
Respublikada özünüməşğulluq proqramının əhatə dairəsi genişlənir
Yuxarıda deyilənlərdən də göründüyü kimi, ölkəmizdə yeni iş yerlərinin yaradılmasına dövlət tərəfindən güclü siyasi iradə nümayiş etdirilir və bu istiqamətdə daim yeni təşəbbüslər irəli sürülür. Bu baxımdan özünüməşğulluq proqramının reallaşdırılması böyük aktuallıq daşıyır. Prezident İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamı əsasında 2017-ci ilin əvvəlindən start götürən bu aktiv məşğulluq proqramının əhatə dairəsi getdikcə genişlənir. Bu proqram sayəsində aztəminatlı insanlar müvafiq dövlət dəstəyi göstərilməklə layiqli əmək fəaliyyətinə cəlb edilirlər. Qeyd edək ki, özünüməşğulluq layihəsi çərçivəsində 76 şəhər və rayon üzrə 1172 ailə aktivlərlə təmin edilib. Onlar dövlət dəstəyindən bəhrələnərək müxtəlif fəaliyyət istiqamətləri üzrə kiçik ailə təsərrüfatları yaradıblar. Özünüməşğulluq proqramı çərçivəsində ölkə boyu ailə təsərrüfatlarının yaradılmasına dövlət tərəfindən hərtərəfli dəstək verilir. Ailələr konteynerlərlə, metodik vasitələrlə təmin edilirlər. Verilmiş aktivlər hesabına yaradılan təsərrüfatların 80 faizdən çoxu kənd təsərrüfatı (maldarlıq, quşçuluq, əkinçilik, arıçılıq, bağçılıq, istixana yaratma və s. ), qalan hissəsi xidmət və istehsal sahələrini əhatə edir. İşsiz və işaxtaran şəxslərin onlara verilmiş aktivlərdən səmərəli şəkildə istifadə edərək biznes-planlarına uyğun və ailə əməyinə əsaslanan təsərrüflarını gözlənilən səviyyədə qurmaları proqramın icrası sahəsində müsbət təcrübənin formalaşdığını deməyə əsas verir. Dövlət dəstəyindən bəhrələnən ailə təsərrüfatları istehsal sahəsində yaxşı nəticələr qazanırlar. Bu təsərrüfatlarda hazırlanan bal, mürəbbə, ət və süd məhsulları, suvenirlər həm yerli sakinlər, həm də ölkəmizə gələn turistlər tərəfindən böyük maraqla qarşılanır. Prezident İlham Əliyev özünüməşğulluq proqramının perspektivdə daha çox sayda ailəni əhatə edəcəyinə əminliyini bildirərək deyib: “Bu il biz özünüməşğulluq proqramını daha da böyük həcmdə icra edəcəyik. Bu proqramı biz demək olar ki, keçən il icra etməyə başlamışıq. İlkin nəticələr müsbətdir. Bu il isə atılan addımlar, aparılan islahatlar nəticəsində kifayət qədər böyük - 30 milyon manatdan çox vəsait olacaq və 6 min, bəlkə də 7 min ailə özünüməşğulluq proqramına cəlb ediləcək. Bu, həm iqtisadi, həm də psixoloji cəhətdən çox gözəl layihədir, gözəl təşəbbüsdür. Çünki bu gün hələ də ağır vəziyyətdə yaşayan, dövlətdən sosial yardım alan vətəndaşlar özləri pul qazanacaqlar, öz ailələrini halal zəhmətləri ilə dolandıracaqlar və öz həyatlarını quracaqlar. Dövlət isə öz dəstəyini göstərəcək, lazım olan texnikanı, vasitələri pulsuz verəcək ki, onlar öz işlərini qura bilsinlər. Əgər biz hər il 6-7 min ailə üçün belə şərait yaratsaq, onda sosial yardıma heç kimin ehtiyacı olmayacaq”.
Ailə təsərrüfatlarında hazırlanan məhsulların satış problemi də həllini tapır. Belə ki, bəhs olunan təsərrüfatlar barədə məlumatların “ABAD” mərkəzlərinə ötürülməsi barədə razılığa gəlinib. “ABAD” mərkəzləri kiçik ailə təsərrüfatlarının məhsullarının müxtəlif sərgilərə çıxarılmasına və satışına öz dəstəyini göstərir. Prezident İlham Əliyev “ABAD” mərkəzlərinin yaradılmasını gözəl təşəbbüs kimi səciyyələndirib: “Bu il biz, eyni zamanda, “Ailə Biznesinə Asan Dəstək” layihəsinin sürətli inkişafını görəcəyik. “ABAD” mərkəzlər artıq yaradılır və mən, ümumiyyətlə, bu şəraitlə, imkanlarla tanış olmuşam. Bu da çox gözəl təşəbbüsdür. Bu, fermerlərə, ailə təsərrüfatlarına imkan verir ki, öz məhsullarını müasir formada yerli və xarici bazarlara çıxarsınlar”.
Azərbaycanın həyata keçirdiyi fəal məşğulluq siyasəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
Ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında əmək və məşğulluq sahəsində həyata keçirilən tədbirlər mötəbər beynəlxalq qurumlar tərəfindən yüksək dəyərləndirilir. Bunun təsdiqi olaraq qeyd edək ki, Azərbaycan ötən ilin iyun ayında Beynəlxalq Əmək Təşkilatının (BƏT) Rəhbər Orqanına üzv seçilərək bu mötəbər beynəlxalq qurumun siyasi qərarlarının qəbulunda iştirak hüququ qazanıb. 2016-cı ilin sentyabr ayında isə Azərbaycan Hökuməti ilə BƏT arasında 2016-2020-ci illər üçün əməkdaşlıq prioritetlərini müəyyən edən ikinci Layiqli Əmək üzrə Ölkə Proqramı imzalanıb və hazırda uğurla icra olunur. Azərbaycanın əmək bazarının təkmilləşdirilməsi və əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində qazandığı uğurlar nüfuzlu Davos İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda da yüksək qiymətləndirilib. Dayanıqlı iqtisadi inkişafın təmin olunması şəraitində əmək bazarının inkişafına yönələn islahatlar ölkəmizin bu sahədə də reytinqinin artması ilə nəticələnib. Belə ki, bəhs olunan hesabatda iki pillə yüksələrək 137 ölkə arasında 35-ci yerdə qərarlaşan Azərbaycanın, eyni zamanda, əmək bazarının səmərəliliyi indikatoru üzrə mövqeyi əhəmiyyətli dərəcədə yaxşılaşıb. Ölkəmiz bu kateqoriya üzrə 9 pillə irəliləyərək 17-ci yerə yüksəlib. Bununla da Azərbaycan əmək bazarının səmərəliliyi indikatoru üzrə sıralamada digər bütün MDB ölkələrindən, eyni zamanda, İsrail, Fransa, İsveç, Belçika, Avstriya, Qətər, Yaponiya, İspaniya, İtaliya, Finlandiya, Latviya, Çin, Malayziya və digər ölkələrdən öndə qərarlaşıb. Əmək bazarının səmərəliliyi üzrə ölkəmizin mövqeyinin dünyanın ən mötəbər reytinqində yaxşılaşması Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətin respublikamızın dayanıqlı inkişafını təmin etməklə yanaşı, əmək bazarında da davamlı inkişaf meyillərinə şərait yaratdığını təsdiqləyir. Müqayisə üçün bildirək ki, 2016-cı ildə açıqlanan “2016-2017 Qlobal Rəqabətlilik Hesabatı”nda ölkəmiz əmək bazarının səmərəliliyi göstəricisi üzrə əvvəlki ilə dair hesabatla müqayisədə cəmi 3 pillə irəliləmişdi. Yeni hesabatda Azərbaycan 7 mümkün xaldan 5-ni toplamaqla bundan üç dəfə çox, yəni 9 pillə irəliləyişə nail olub. Bu isə ölkədə müvafiq sahədə həyata keçirilən kompleks tədbirlərin daha yüksək effektivliyə malik olduğundan xəbər verir.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  10980  |  
  • Tarix:  03-02-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanın enerji resurslarının nəqlinin şaxələndirilməsi üçün müasir və yeni infrastruktur şəbəkəsi yaradılır

22 Fevral 17:39
Bu ilin ilk ixrac missiyası Çinə təşkil olunacaq
22 Fevral 17:37
Aqiyə Naxçıvanlı: Cəmiyyət hər zaman ailənin möhkəm bünövrə əsasında qurulmasına, onun inkişafına çalışmalıdır
22 Fevral 17:29
YAP Ağstafa rayon təşkilatında Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
22 Fevral 17:23
Azərbaycan İlahiyyat İnstitutunda “Erasmus+” proqramı tətbiq olunacaq
22 Fevral 17:19
ADU-da Xocalı soyqırımına həsr olunmuş silsilə tədbirlər keçirilib
22 Fevral 17:14
BDU və Avropa Şurasının Bakı ofisi birgə tədbirlər keçirəcək
22 Fevral 17:08
ATƏT PA-nın iclasında Ermənistan Azərbaycanın mədəni və tarixi abidələrinin dağıdılmasını dayandırmağa çağırılıb
22 Fevral 17:04
Bahar Muradova: ATƏT qaçqın və məcburi köçkünlərin problemlərinə lazımi diqqət ayırmır
22 Fevral 17:00
Dünya Bankı ilə ədliyyə sahəsində birgə layihələr uğurla həyata keçirilir
22 Fevral 16:41
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22 Fevral 16:38
Naxçıvan: uğurlu inkişaf strategiyası yeni mərhələdə
22 Fevral 16:37
UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin püşkü atılıb
22 Fevral 16:35
Sumqayıtda yeni yaşayış kompleksinə köçürülmə başlanır
22 Fevral 16:24
Abşeron rayonunda “KOB Dostu” fəaliyyətə başlayıb
22 Fevral 16:11
Şəmsəddin Hacıyev: Azərbaycan dünyada nüfuzlu, etibarlı tərəfdaş ölkə kimi özünü təsdiq edib
22 Fevral 15:45
Azərbaycanda ilk dəfə Qubada Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanıldı
22 Fevral 15:43
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hacıqabulda vətəndaşları qəbul edəcək
22 Fevral 15:40
Azərbaycan nümayəndə heyəti Melburnda bir sıra görüşlər keçirib
22 Fevral 15:18
ATƏT: Son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müsbət dinamikaya ümid yaranıb
22 Fevral 14:47
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib
22 Fevral 14:40
Ərdoğan Türkiyə və Azərbaycan arasında hərbi sahədə mühüm sənədi təsdiqlədi
22 Fevral 14:37
"Xocalıya ədalət" kampaniyası çərçivəsində İsraildə soyqırım qurbanlarının anım günü keçirilib
22 Fevral 14:33
Pauerliftinq üzrə Paralimpiya yığmamızın üzvləri ilə görüş keçirilib
22 Fevral 14:31
Qida Təhlükəsizliyi Agentliyində beynəlxalq ekspertlərin iştirakı ilə seminar keçirilib
22 Fevral 14:27
Energetika naziri Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində bir sıra görüşlər keçirib
22 Fevral 14:21
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22 Fevral 14:19
Pakistan mətbuatında Xocalı faciəsi haqqında məqalələr yayılıb
22 Fevral 14:17
Milli Olimpiya Komitəsi media və kommunikasiya mütəxəssisləri üçün təlim proqramına başlayıb
22 Fevral 14:14
Beynəlxalq konqresdə ADNSU-nun rektorunun məruzəsi dinlənilib
22 Fevral 14:12
Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək millimizin oyunlarının təqvimi müəyyənləşib
22 Fevral 14:09
BANM-in tələbələri təhsillərini Bolqarıstanda və Yunanıstanda davam etdirəcəklər
22 Fevral 14:07
Prezident İlham Əliyev Xızıda yol tikintisinə 850 min manat ayırıb
22 Fevral 13:01
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
22 Fevral 12:58
Səhiyyə naziri Oqtay Şirəliyev Biləsuvarda vətəndaşları qəbul edib
22 Fevral 12:57
Mirzəcan Xəlilov: Sumqayıtda böyük sənaye müəssisələrinin yaradılması ölkəmizin iqtisadi gücünü əhəmiyyətli dərəcədə artırır
22 Fevral 12:36
Birinci vitse-prezident Mehriban Əliyeva Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi ilə görüşüb
22 Fevral 12:26
Tahir Budaqov: Hesablamalara görə, qarşıdakı 2 ayda Azərbaycan əhalisinin sayı 10 milyona çatacaq
22 Fevral 12:21
Fransanın Overny-Ron-Alp regionu ölkəmizlə aqrar sahədə əməkdaşlıqda maraqlıdır
22 Fevral 12:18
Avtomobil yolları işçiləri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
22 Fevral 12:15
Türkmənistan rəsmisi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda olub
22 Fevral 12:14
Türkiyənin İğdır şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla anılıb
22 Fevral 12:10
Azərbaycanın kənd təsərrüfatı naziri Fransada işgüzar səfərdədir
22 Fevral 12:07
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Qarabağ müharibəsi əlili üçün ev tikilməsi barədə tapşırıq verib
22 Fevral 11:43
Xocalı soyqırımı qurbanlarının xatirəsi Vaşinqtonda yad edilib
22 Fevral 11:23
Teruyuki Katori: Naxçıvan iqtisadi baxımdan azad və öz inkişafını təmin edən bir diyardır
22 Fevral 11:14
Yaponiya səfiri Naxçıvanın tarixi abidələri, sənaye, mədəniyyət və səhiyyə müəssisələri ilə tanış olub
22 Fevral 10:59
Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Madriddə anım mərasimi təşkil edilib
22 Fevral 10:38
İqtisadiyyat Nazirliyində Dünya Bankı ilə müzakirələr aparılıb
22 Fevral 10:13
Ermənistan ordusu iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 22 dəfə pozub
22 Fevral 10:09
ATƏT PA-nın iclasında korrupsiya ilə mübarizədə “ASAN xidmət” modelinin üstünlüklərindən bəhs edilib
22 Fevral 10:08
Bahar Muradova: Sərhəd zonalarında və təmas xətti boyu yaşayan insanların hüquqlarının qorunması mühüm əhəmiyyət daşıyır
22 Fevral 10:01
Tahir Mirkişili: Xarici müdaxilələr, qonşu ölkəyə qarşı işğalçılıq siyasəti insanların yaşamaq hüququnu məhdudlaşdırır
22 Fevral 09:54
Bakıda Küveytin milli bayramı qeyd olunub
22 Fevral 09:52
Azərbaycanın enerji resurslarının nəqlinin şaxələndirilməsi üçün müasir və yeni infrastruktur şəbəkəsi yaradılır
22 Fevral 09:49
Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti Azərbaycan xalqının və dövlətinin mənafeyinə xidmət edir
22 Fevral 09:46
DTX-nin arxiv fondlarında saxlanılan tarixi əhəmiyyətli sertifikatların təqdim olunması ilə əlaqədar tədbir keçirilib
22 Fevral 09:43
Azərbaycanın din xadimləri Xocalı soyqırımının ildönümü ilə əlaqədar dünya dini liderlərinə, beynəlxalq təşkilatlara müraciət ediblər
22 Fevral 09:42
“Yeni metodlardan istifadə etmək daha məqbul hesab edilə bilər”
22 Fevral 09:40
YAP Sədərək rayon təşkilatı Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı tədbir keçirib
22 Fevral 09:39
Radikal ünsürlər icazəli mitinqlərdən sonra nəqliyyatın normal fəaliyyətini, sakinlərin dincliyini pozan, ictimai təhlükəsizlik əleyhinə olan əməllər törədirlər
22 Fevral 09:37
ÜTT rəsmisi: Azərbaycanın üzvlüyü ilə bağlı UNEC-də faydalı müzakirələr aparıldı
22 Fevral 09:35
“Nar” ölkə üçün əhəmiyyətli sosial layihələrini bu il də davam etdirəcək
22 Fevral 09:34
Ölkəmizdə yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı atılan addımlar davamlı xarakter daşıyır
21 Fevral 21:22
Dünya futbol ulduzları Bakıya gələcəklər
21 Fevral 21:20
Azərbaycan Gimnastika Federasiyası “Mükafatlandırılan federasiyalar" siyahısında birinci olub
21 Fevral 21:19
Erməni diasporu: Paşinyanın kabinetində "boşalacaq" yerlərdən biri
21 Fevral 21:04
KİV rəhbərləri Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti ilə yaxından tanış olublar
21 Fevral 21:00
Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
21 Fevral 20:46
Qətərin “The Peninsula” qəzeti Azərbaycan səfirliyinin Xocalı soyqırımı ilə bağlı bəyanatını dərc edib
21 Fevral 20:30
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndələri ilə BDU-da görüş keçirilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28
HAVA HAQQINDA
Bakı
gündüz+8 +11
gecə+3 +6