A+   Yenilə  A-
Azərbaycan gəncləri vətənpərvər, yüksək intellektli, milli-mənəvi dəyərlərinə, dövlətə və Vətənə sadiqdirlər

2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə təntənəli mərasim keçirilib
Fevralın 2-də Azərbaycan Gəncləri Günü münasibətilə “Buta Palas”da təntənəli mərasim keçirilib. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 2 fevral tarixli Sərəncamı ilə bir qrup gəncə Prezident mükafatları təqdim olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları və gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.
Gənclər və idman naziri Azad Rəhimov tədbirdə çıxış edərək ölkəmizdə əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətindən danışıb. Bildirib ki, 21 ildir gənclərimiz Ulu öndər Heydər Əliyevin təsis etdiyi Azərbaycan Gəncləri Gününü təntənəli şəkildə qeyd edirlər. Bu dövr yaddaşlarda Azərbaycan dövləti tərəfindən gənclərə göstərilən yüksək diqqət və qayğı illəri kimi qalıb.
Ötən ilin ölkəmizin, o cümlədən gənclərimizin həyatında uğurlu il olduğunu vurğulayan nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Azərbaycan gəncləri 2017-2021-ci illər”də Dövlət Proqramının təsdiq olunması barədə Sərəncamın imzalanmasını xüsusi qeyd edib. Bildirib ki, bu sənəd Azərbaycan Prezidenti tərəfindən gənclərlə bağlı təsdiq edilən üçüncü Dövlət Proqramıdır. Gənclərin bütün sahələrdə maraqlarını nəzərə alan bu proqram müasir dövrün çağırışlarına tam cavab verir. Dünyanın heç bir ölkəsində gənclərlə bağlı ardıcıl olaraq bu qədər proqram qəbul edilməyib.
Nazir paytaxt Bakı ilə yanaşı, regionlarda da gənclərin fəallığının, məşğulluğunun təmin edilməsinin diqqət mərkəzində saxlanıldığını vurğulayaraq, bölgələrdə Gənclər evlərinin inşasının onların məşğulluğu işinə, eləcə də bilik və bacarıqlarının artırılmasına mühüm töhfə verdiyini bildirib. Qeyd edib ki, bu gün Azərbaycan gəncləri vətənpərvər, yüksək intellektli, milli-mənəvi dəyərlərinə, tarixi köklərinə, dövlətə və Vətənə sadiq olmaqla yanaşı, ictimai-siyasi məsələlərlə bağlı əsl vətəndaşlıq mövqeyindən çıxış edərək yüksək fəallıq və təşəbbüskarlıq göstərirlər.
Azad Rəhimov gənclərimizin inkişafında, onların fəallıqlarının artırılmasında, istedadlarının üzə çıxarılmasında Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi vurğulayıb. Bildirib ki, müasir dövrdə Azərbaycan iqtisadiyyatının əsasında yaradıcılıq, innovasiyalar, bilik və bacarıqlar, eləcə də yüksək texnologiyalardan peşəkarlıqla istifadə imkanları dayanır. Məhz buna görə də yaradıcı və istedadlı gənclərin üzə çıxarılmasına, onlara dövlət dəstəyinin göstərilməsinə xüsusi diqqət yetirilir. Ölkəmizdə gənclərin məşğulluğunun təmin edilməsi, onların sahibkarlıq fəaliyyətinin dəstəklənməsi istiqamətində ilk dəfə olaraq “Made in Azerbaijan-2017” biznes ideya müsabiqəsi, “Gənc investor-2017” birja ticarəti üzrə simulyasiya yarışı keçirilib.
Son illər Azərbaycan gənclərinin təşkilatlanması, onların beynəlxalq əlaqələrinin inkişafı istiqamətində mühüm nailiyyətlərin əldə olunduğunu diqqətə çatdıran Azad Rəhimov ötən il 160-dan çox ölkədən nümayəndələrin iştirakı ilə Dünya Skaut Təşkilatının 41-ci konfransının Azərbaycanda təşkilinin önəmini qeyd edib.
Bu il dövlət gənclər siyasətinin banisi Ümummilli lider Heydər Əliyevin 95, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileylərinin qeyd olunacağını, prezident seçkilərinin keçiriləcəyini, habelə Mart soyqırımının 100-cü ildönümü ilə bağlı silsilə tədbirlərin təşkil olunacağını diqqətə çatdıran nazir bu baxımdan gənclərimizin üzərinə mühüm vəzifələr düşdüyünü qeyd edib. Azad Rəhimov Bakının “Ekspo-2025” Ümumdünya Sərgisinə namizədliyini irəli sürdüyünü xatırladaraq, bu mövzuda gənclər arasında esse müsabiqəsinin elan olunduğunu deyib. Nazir çıxışının sonunda gəncləri 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edərək, onların qarşıdakı prezident seçkilərində dövlətimizin başçısı İlham Əliyevi dəstəkləyəcəklərinə əminliyini bildirib.
Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev çıxış edərək Azərbaycanda əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin uğurlarından danışıb. Azərbaycan Gəncləri Gününün Ümummilli lider Heydər Əliyevin ölkə gəncliyinə töhfəsi olduğunu vurğulayan Yusuf Məmmədəliyev deyib ki, hazırda Prezident İlham Əliyev bu siyasəti uğurla davam və inkişaf etdirir.
Azərbaycan gənclərinin yüksək intellektli və vətənpərvər olduqlarını, ölkəmizi uğurla təbliğ etdiklərini diqqətə çatdıran Prezident Administrasiyasının şöbə müdiri qlobal səviyyədə rəqabətədavamlı gənclərimizin sayının ildən-ilə artdığını məmnunluqla vurğulayıb. Qeyd edib ki, gənclərin potensialının artırılması, onların inkişafı prosesində motivasiya çox önəmlidir. Bu gün müxtəlif sahələrdə ən istedadlı gənclərin təltif olunması onların uğurlarını cəmiyyətə tanıtmaqla yanaşı, həmin gənclərin daha da həvəsləndirilməsinə mühüm töhfə verəcək. Gənclərimiz bilməlidirlər ki, onların bilik və bacarıqları, fəaliyyətləri diqqətdən kənarda qalmır və yüksək qiymətləndirilir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva gənclərimizin qayğısına qalır, onların fəaliyyətini yaxından izləyirlər.
Yusuf Məmmədəliyev bildirib ki, ölkə rəhbərliyinin həyata keçirdiyi “qara qızılın insan kapitalına çevrilməsi” strategiyasına əsaslanan gənclər siyasəti nəticəsində gənclərin elmi, mədəni, ictimai sahələrdə fəallığı təşviq edilir. Buna görə də gənclərimiz ölkəmizin inkişafı üçün bütün sahələrdə daha da fəal olmalıdırlar.
Bu ilin ölkəmiz üçün əhəmiyyətli hadisələrlə zəngin olacağını vurğulayan Yusuf Məmmədəliyev bu baxımdan növbəti prezident seçkilərinin önəmini xüsusi qeyd edib. Əminliklə bildirilib ki, Azərbaycanın gələcəyini, uğurlu inkişafını təmin edəcək bu prosesdə gənclər daha da fəal olacaq, dövlətimizin onlara göstərdiyi etimadı doğruldacaqlar.
Bakının “Ekspo-2025” Ümumdünya Sərgisinə namizədliyini irəli sürdüyünü xatırladan şöbə müdiri deyib ki, bu, insan kapitalının inkişafı və gələcəyə baxış strategiyasına əsaslanır. Bu gün Prezident İlham Əliyevin yürütdüyü uğurlu gənclər siyasəti nəticəsində Azərbaycan gəncliyi müasir, tolerant, savadlı, bacarıqlı və innovativdir.
Çıxışının sonunda gəncləri əlamətdar gün münasibətilə bir daha təbrik edən Yusuf Məmmədəliyev deyib ki, Azərbaycan rəhbərliyi gənclərimizə inanır və daim onları dəstəkləyir. Hər bir gənc ölkəmizin tarixi-mədəni dəyərlərini yaşatmalı, layiqli vətəndaş kimi Vətəninə xidmət etməlidir. Bu gün Azərbaycan öz tarixinin ən güclü və dinamik dövrünü yaşayır. Gənclərimiz bu dövrün çağırışlarını həssaslıqla duymalı, ölkəmizin inkişafına öz töhfələrini verməlidirlər.
Sonra Prezident İlham Əliyevin Sərəncamına əsasən, mədəniyyət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən Reyhan Camalovaya, Gülnar Əlfidatlıya, Xaqani Fərəcova, Ağarəhim Quliyevə, Zümrüd Səfərovaya və Aysun Zeynalovaya 2018-ci il Gənclər üçün Prezident mükafatları təqdim olunub.
Tədbirdə, həmçinin uğur qazanan, habelə dövlət gənclər siyasətinin əsas istiqamətləri üzrə həyata keçirilmiş müxtəlif tədbirlərdə fərqlənən yaradıcı və istedadlı gənclər də mükafatlandırılıb.
Mərasimdə Naxçıvan şəhərinin 2018-ci il üçün Azərbaycanın “Gənclər paytaxtı” seçildiyi elan olunub. Bildirilib ki, Naxçıvan “www.genclerpaytaxti.az” saytında keçirilmiş onlayn səsvermənin qalibi olub.
Gənclər və idman naziri Azad Rəhimov gənclər paytaxtının rəmzi açarını Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarova təqdim edib.
Tədbir bədii hissə ilə davam edib.

 
  • Oxunub:  9450  |  
  • Tarix:  03-02-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan iqtisadi və siyasi cəhətdən tam müstəqil ölkədir

20 Aprel 18:49
Milli Məclisin deputatı Ukraynada bir sıra görüşlərdə iştirak edib
20 Aprel 18:48
Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti toplantısı keçirilib
20 Aprel 18:19
Aşıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olmasının 10 illiyi ilə bağlı tədbir keçirilib
20 Aprel 18:15
Balaxanı Tullantıların Zərərsizləşdirilməsi Poliqonunda indiyədək 12 mindən artıq ağac əkilib
20 Aprel 18:00
“Heydər Əliyev siyasi məktəbini öyrənirik” gənc liderlər proqramının icrasına başlanılıb
20 Aprel 17:55
Qobustan qoruğunda “açıq qapı” günü təşkil olunub
20 Aprel 17:53
“Olimpsport” jurnalının fəaliyyətə başlamasının 10 illik yubileyi qeyd olunub
20 Aprel 17:47
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Kitabın işığın olsun” adlı tədbir keçirilib
20 Aprel 17:44
Milli Məclisin deputatı sağlam qidalanma ilə bağlı regional simpoziumda iştirak edəcək
20 Aprel 17:40
Bəstəkarlıq təhsili almış ilk azərbaycanlı qadın Ədilə Hüseynzadəyə həsr edilən kitabın təqdimatı olub
20 Aprel 17:36
Brüsseldə NATO Parlament Assambleyasının 100-cü Rouz-Rout seminarı keçiriləcək
20 Aprel 17:33
Seçenov Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib
20 Aprel 17:30
Gömrük sistemində həyata keçirilən islahatlarla bağlı məlumat verilib
20 Aprel 16:27
Erl Litzenberqer: Amerikada təhsil alan azərbaycanlı tələbələrin sayının ildən-ilə artmasından qürur duyuruq
20 Aprel 16:19
YAP-ın təşkilatçılığı ilə Şəki şəhərində “Uğurlu sosial siyasətin yeni hədəfləri” mövzusunda regional müşavirə keçirilib
20 Aprel 15:54
Baş nazirin müavini Əli Əhmədov: Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas qayəsini insanların rifahının yaxşılaşdırılması təşkil edir
20 Aprel 15:25
Səfir: ABŞ Azərbaycanda aparılan islahatları dəstəkləyirik
20 Aprel 15:03
Əli Əhmədov: Azərbaycanda mövcud olan sabitlik insanların həyatı üçün böyük sərvətdir
20 Aprel 14:33
Türkiyə universitetləri ilə əməkdaşlıq Azərbaycanın inklüziv inkişafı barədə elmi ictimaiyyəti məlumatlandırmağa geniş imkanlar yaradır
20 Aprel 14:20
Professor Akkan Suver: Elmira Axundovanın əsərləri ulu öndər Heydər Əliyev ideyalarını dərindən mənimsəmək üçün əsaslı vəsaitdir
20 Aprel 14:19
Daxili işlər nazirinin birinci müavini Qubada vətəndaşların qəbulunu keçirib
20 Aprel 14:11
YAP-ın təşkilatçılığı ilə Şəkidə “Uğurlu sosial siyasətin yeni hədəfləri” mövzusunda müşavirə keçirilir
20 Aprel 14:06
Azərbaycan-Fransız Universitetinin gələcək superkompüterinin təqdimatı olub
20 Aprel 14:02
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri əsgərlərlə görüşüblər
20 Aprel 13:53
Rauf Əliyev: Qarşıda duran bütün vəzifələr müvəffəqiyyətlə həyata keçiriləcək
20 Aprel 13:45
Baş nazirin müavini Əli Əhmədov Şəki şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib
20 Aprel 13:17
Hikmət Babaoğlu: Mürəkkəb beynəlxalq və regional şərtlər daxilində ölkəmizin əldə etdiyi uğurlar anti-Azərbaycan şəbəkəni ciddi narahat edir
20 Aprel 13:07
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin strukturu təsdiqlənib
20 Aprel 13:03
YAP rayon təşkilatlarında görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib
20 Aprel 12:59
Cavid Osmanov: Enerji sektorunda uğurlarımız davamlıdır
20 Aprel 12:57
Qadınlar İKT-də Beynəlxalq Gününə həsr olunan elmi-praktik konfrans təşkil ediləcək
20 Aprel 12:55
Sona Əliyeva: Azərbaycan reallığında birgəyaşayış nümunəsi dünya üçün örnəkdir
20 Aprel 12:50
Azərbaycan və Rusiya arasında pensiya təminatı sahəsində müqavilə layihəsi hazırlanır
20 Aprel 12:48
Tahir Rzayev: Bu gün iqtisadiyyatın şaxələndirilməsi istiqamətində ölkəmizdə davamlı addımlar atılır
20 Aprel 11:08
“Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
20 Aprel 10:58
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə ikinci “AGF Junior Trophy” beynəlxalq turniri başlayıb
20 Aprel 10:49
Elçin Əhmədov: Anti-Azərbaycan qüvvələrin ölkəmizə təzyiq göstərmək, onu öz yolundan döndərmək cəhdləri əbəsdir
20 Aprel 10:44
Hanoyda OANA İcraiyyə Komitəsinin 44-cü iclası başa çatıb
20 Aprel 10:41
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub
20 Aprel 10:32
Azərbaycan iqtisadi və siyasi cəhətdən tam müstəqil ölkədir
20 Aprel 10:30
Sağlamlıq imkanları məhdud uşaq və gənclərin, sosial müəssisə sakinlərinin sərgisi təşkil olunub
20 Aprel 10:28
Azərbaycandakı diplomatik nümayəndəliklərin rəhbərləri Şamaxıya səfər ediblər
20 Aprel 10:26
Masallıda “Milli aktyorluq məktəbi” mövzusunda keçirilən mühazirə maraqla qarşılanıb
20 Aprel 10:22
YAP Səbail rayon təşkilatında Könüllülər Birliyinin təqdimatı keçirilib
20 Aprel 10:21
YAP Qubadlı rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib
20 Aprel 10:16
Anti-Azərbaycan dairələr tərəfindən ölkəmizə qarşı aparılan “qara piar” kampaniyası heç bir nəticə verməyəcək
20 Aprel 10:13
BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun keçirdiyi beynəlxalq konfransın əsərləri “Clarivate Analytics”də yerləşdirilib
20 Aprel 10:11
“France-24” kanalının saytında Naftalan nefti haqqında məqalə verilib
20 Aprel 10:10
“Nar” korporativ müştərilərinə ödənişsiz MiFi cihazını təqdim edir
20 Aprel 10:09
Azərbaycanın regionlarında əhalinin su təchizatının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır
19 Aprel 21:36
İstanbulda Türkiyə-Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı müzakirə edilib
19 Aprel 21:33
Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydası təsdiqlənib
19 Aprel 21:28
Bakı Dövlət Universitetinin Nizamnaməsi təsdiq edilib
19 Aprel 21:23
Azərbaycan “Equinor” üçün mühüm ölkədir
19 Aprel 21:17
Bakıda İran Ticarət Mərkəzi açılıb
19 Aprel 21:04
Anar Bağırov: Vəkilliyə qəbulla bağlı namizədlər üçün hər cür şərait yaradılıb
19 Aprel 21:01
Gənclər Fondunun yenilənmiş veb-səhifəsinin təqdimatı olub
19 Aprel 20:55
Bakı Metropolitenində Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş seminar keçirilib
19 Aprel 20:53
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
19 Aprel 20:50
Bakıda “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda konfrans keçirilib
19 Aprel 20:45
Vüqar Rəhimzadə: Ölkəmizin uğurlu inkişafı antiazərbaycan qüvvələrin və “5-ci kolon”un çirkin kampaniyasına tutarlı cavabdır
19 Aprel 20:40
Mərakeş qəzeti Azərbaycanın əhalisinin sayının 10 milyona çatmasından bəhs edir
19 Aprel 20:37
Elçin Mirzəbəyli: Azərbaycana qarşı olan qüvvələr ölkə Prezidentinin böyük ictimai dəstəyə malik olmasından narahatdırlar
19 Aprel 20:27
Vyetnamın Baş naziri OANA İcraiyyə Komitəsi iclasının bir qrup iştirakçısını qəbul edib
19 Aprel 20:22
Ekspert: Ölkəmizin uğurları erməni lobbisini, anti-Azərbaycan qüvvələri və daxildəki “5-ci kolon”u ciddi narahat edir
19 Aprel 18:08
Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası fiziki şəxslərin problemli kreditləri ilə bağlı açıqlama yayıb
19 Aprel 18:05
Azərbaycan Ordusunun nümayəndələri NATO-nun çoxmillətli tibb təlimində iştirak edib
19 Aprel 17:57
Paşinyan hökumətində böyük korrupsiya qalmaqalı
19 Aprel 17:48
Azərbaycan və Rusiyanın təhsil müəssisələri arasında təcrübə mübadiləsinə dair müzakirələr aparılıb
19 Aprel 17:46
Seymur Orucov: Bakı şəhərində keçirilən “Formula 1” yarışına dünyada maraq ildən ilə artır

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA