A+   Yenilə  A-
Prezident İlham Əliyev: Hər bir cəmiyyətdə, əlbəttə, o cümlədən Azərbaycanda da həmkarlar ittifaqının rolu artır

Prezident İlham Əliyev beynəlxalq və xarici ölkələrin həmkarlar ittifaqlarının nümayəndə heyətinin bir qrupunu qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 5-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V qurultayında iştirak edən beynəlxalq və xarici ölkələrin həmkarlar ittifaqlarının nümayəndə heyətinin bir qrupunu qəbul edib.
AZƏRTAC xəbər verir ki, qonaqları ölkəmizdə salamlayan və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının qurultayında iştirak etdiklərinə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev vurğulayıb ki, bu, beynəlxalq və xarici ölkələrin həmkarlar ittifaqları ilə Azərbaycan həmkarlar ittifaqları arasında sıx qarşılıqlı fəaliyyəti, həmrəyliyi göstərir. Qurultay həmişə müəyyən işin nəticəsidir, görülən və görüləcək işlərlə bağlı fikir mübadiləsi aparmaq imkanıdır. Dövlətimizin başçısı bu sahədə qarşıda duran məsələlərin hamı üçün eyni olduğunu bildirərək əminliyini ifadə edib ki, qurultayda müzakirə ediləcək məsələlər və qəbul olunacaq qərarlar ölkəmizin uğurlu inkişafına öz töhfəsini verəcək. Prezident İlham Əliyev deyib: “Hər bir cəmiyyətdə, əlbəttə, o cümlədən Azərbaycanda da həmkarlar ittifaqının rolu artır. Biz vətəndaşlar üçün sosial cəhətdən müdafiə edilmiş əmək şəraiti yaratmağa çalışırıq. Bu, son 15 ildə 5 dəfədən çox artırılan əməkhaqqında və əmək şəraitində də özünü göstərir. Əlbəttə ki, daimi nəzarət və həllini tələb edən məsələlər də diqqət mərkəzindədir. Bu, ilk növbədə, məşğulluqla əlaqədardır”.
Azərbaycanda son illərdə işsizliyin səviyyəsinin əhəmiyyətli dərəcədə azaldığını, cəmi 5 faiz təşkil etdiyini vurğulayan dövlətimizin başçısı bunu böyük nailiyyət kimi qiymətləndirib. Təxminən son 15 il ərzində əhalinin sayı 1 milyon yarım nəfər artıb, 1 milyon 400 min isə daimi iş yeri yaradılıb. Buna görə də belə müsbət demoqrafik dinamika əlbəttə ki, bizi həmişə işsizliyin daim aşağı səviyyədə olması üçün yeni iş yerlərinin yaradılması istiqamətində fəal işləməyə məcbur edir. Prezident İlham Əliyev vurğulayıb ki, bu qədər iş yerinin yaradılması dövlətin əldə etdiyi ən böyük nailiyyətlərdən biridir. Prezident İlham Əliyev deyib: “Elmi-texniki tərəqqini, avtomatlaşdırmanı, yeni texnologiyaların inkişafını nəzərə alaraq, indi qarşıda yenidən ixtisaslaşma vəzifəsi durur. Bu gün biz bunun üzərində işləyirik. Eləcə də düşünürəm ki, qeyri-leqal məşğulluqla bağlı məsələ ətrafında fikir mübadiləsi aparmaq faydalı olardı. Azərbaycanda işlə məşğul olanların hamısını qeydiyyata götürmək üçün həm inzibati, həm də sistem xarakterli tədbirlər görülür. Əlbəttə, bununla paralel olaraq əməyin ödənilməsinin ölçüləri barədə dəqiq nəzarət və hesabatlılıq da diqqət mərkəzindədir”.
Prezident İlham Əliyev bildirib ki, yalnız həmkarlar ittifaqının qüvvəsi ilə bunları həll etmək mümkün deyil. Burada həm nəzarət, həm də fiskal, vergi, sosial müdafiə və əmək orqanları birgə işləməlidir. Dövlətimizin başçısı qurultayda aparılacaq fikir mübadiləsinin faydalı olacağına əminliyini bildirib və qurultayın işinə uğurlar arzulayıb.
Qonaqlar adından çıxış edən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti Joao Felisio deyib: “Cənab Prezident, fürsətdən istifadə edərək, ilk növbədə, Azərbaycanda əldə olunan nailiyyətlər münasibətilə Sizi təbrik edirəm. Biz, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası olaraq ölkənizdə keçirilən bu tədbirdə iştirak etməkdən məmnunluq duyuruq”.
Sonra qonaq dünyada gedən mürəkkəb proseslər fonunda həmkarlar təşkilatlarının iş yerləri ilə bağlı fəaliyyətinin əhəmiyyətindən danışıb və bəzi ölkələrdə həmkarlar ittifaqlarının üzvlərinin sayının azalmasının narahatlıq doğurduğunu deyib. Eyni zamanda, zəhmətkeşlərin hüquqlarının müdafiə olunmasının həmişəki kimi Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının qarşısında duran əsas vəzifələrdən biri olduğunu vurğulayıb. Digər tərəfdən, dünya əhalisinin sayının artması da iş yerlərinin qorunması ilə bağlı qarşıya yeni çağırışlar qoyur. Dünyada varlı və kasıb təbəqələr arasında fərqin artması da narahatlıq doğuran amildir.
Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti deyib ki, digər mühüm problemlərdən biri də miqrant məsələsidir. Bu da öz həllini tələb edən problemdir. Qonaq xüsusilə qeyd edib ki, dünyada baş verən münaqişələr də insanların, xüsusilə aztəminatlı təbəqələrin rifah halına çox mənfi təsir edir. Sonra qonaq deyib: “Mən Sizin gözəl şəhərinizdə olmağımdan çox şadam. Mən öz azərbaycanlı həmkarlarıma da Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətinə verdiyi töhfəyə görə minnətdarlığımı bildirirəm. Bu gün ölkənizdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V qurultayı öz işinə başlayır. Ümidvaram ki, bu tədbirdə iştirakçılar həmkarlar təşkilatları qarşısında duran vəzifələrin həlli istiqamətində fikirlərini bölüşəcəklər”.
Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, Ümumhəmkarlar İttifaqları Konfederasiyasının və Rusiya Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti Mixail Şmakov deyib: “Hörmətli İlham Heydər oğlu, Sizinlə növbəti dəfə görüşməkdən böyük məmnunluq hissi keçiririk. Bizim üçün Sizin Öz çıxışınızda qeyd etdiyiniz, bizim hər gəlişimizdə və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının qurultayında iştirak edərkən müşahidə etdiyimiz irəliləyiş və tərəqqini vurğulamaq olduqca xoşdur. Həqiqətən işsizliyin 5 faiz təşkil etməsi böyük nailiyyətdir. Əlbəttə, hamımız istərdik ki, daha az olsun. Biz bu işlərə başlayanda hansı çətinliklərin olduğunu yaxşı xatırlayırıq”.
Mixail Şmakov Azərbaycanda ali dövlət orqanları ilə həmkarlar ittifaqı təşkilatları arasında mövcud olan səmərəli qarşılıqlı fəaliyyətin önəmini vurğulayaraq bunun ölkədə ictimai-siyasi sabitliyin təmin olunması işinə böyük töhfə verdiyini qeyd edib və əldə olunan nailiyyətlərin bir çox ölkələrə nümunə olduğunu bildirib. Bizim hamımızın qarşısında ümumi problemlərin dayandığını deyən qonaq bunlardan birinin də qeyri-formal və qanunsuz məşğulluq olduğunu vurğulayıb. Qanunsuz məşğulluq bizə ziyan vurur və iqtisadiyyatı daha səmərəli inkişaf etdirməyə imkan vermir. Ona görə də həmin məsələdə biz eyni mövqedən çıxış edirik. Biz çalışmalıyıq ki, dövlətin qanunlarına riayət olunsun, əvvəla hər kəs sosial sistem tərəfindən müdafiə olunsun, digər tərəfdən isə hər kəs bu sosial sistemə öz töhfəsini versin ki, özü də müdafiə olunsun. Buna görə də sizin təcrübəniz bir nümunədir. Biz bundan sonra da hökumətinizlə və həmkarlar ittifaqınızla əməkdaşlığı davam etdirəcəyik.
Xoş sözlərə və Azərbaycanda görülən işlərə verilən qiymətə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev deyib ki, məqsədimiz vətəndaşların həyatını daha da yaxşılaşdırmaq, dövlətin daha güclü və uğurlu olması üçün çalışmaqdır. Buna görə də bizim iqtisadi sahədə apardığımız və indiyə qədər həyata keçirilən bütün islahatlar çox ciddi sosial siyasətlə tənzimlənir. Prezident İlham Əliyev bildirib ki, bu islahatlar o vaxt səmərəli olur ki, ictimaiyyət onu dəstəkləyir. Buna görə də iş yerlərinin, işləyənlər üçün layiqli iş şəraitinin yaradılması hər zaman bizim siyasətimizin gündəliyində durur.
Prezident İlham Əliyev qeyd edib ki, ölkəmizdə çox müsbət demoqrafik dinamika nəzərə alınmaqla yeni iş yerlərinin yaradılması istiqamətində səmərəli iş aparılır. Dövlətimizin başçısı deyib ki, Azərbaycanda son 15 ildə əhalinin sayı 1 milyon yarım artıb və bu artım meyili hələ də davam edir. Bu da öz növbəsində inkişaf etməkdə olan iqtisadiyyatın göstəricisidir. Son 15 il ərzində bizim iqtisadiyyatımız, ümumi daxili məhsul 3,2 dəfə artıb. Hazırda Davos Dünya İqtisadi Forumunun son qiymətləndirməsinə görə, Azərbaycan rəqabətqabiliyyətlilik cəhətdən dünyada 35-ci, inkişaf etməkdə olan ölkələr arasında isə, - orada 80-dək inkişaf etməkdə olan ölkə var, - 3-cü yerdədir. Bu, bizim ölkəmizin potensialını nümayiş etdirir.
Prezident İlham Əliyev bildirib ki, biz əldə olunan nailiyyətlərlə kifayətlənə bilmərik. Çünki dünyada vəziyyət dəyişir. Qeyri-sabitlik, müharibələr, münaqişələr, qaçqınlar, miqrasiya - bunlar insanlar üçün və bütün bəşəriyyət üçün böyük bəlalardır. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan bu problemlə iyirmi ildən artıqdır - Ermənistan tərəfindən işğala və etnik təmizləməyə məruz qaldığı dövrdə üzləşib. Bu işğal nəticəsində bir milyona yaxın azərbaycanlı qaçqına və məcburi köçkünə çevrilib. Prezident İlham Əliyev deyib ki, bu kateqoriyadan olan insanlar arasında yoxsulluq, işsizlik səviyyəsi çox yüksək idi. Biz bunu xeyli azalda bildik. Onları layiqli işlə, mənzillərlə təmin etdik. 265 min nəfər dövlət hesabına mənzillə təmin olunub. Bu proses indi də davam edir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev rəhbərlik etdiyi qurumun yaranmasının 25 illiyi münasibətilə medalın təsis olunduğunu bildirib və bu qurumun İcraiyyə Komitəsinin qərarı ilə həmkarlar təşkilatlarının fəaliyyətinin inkişafına verdiyi dəstəyə görə ilk medalı Prezident İlham Əliyevə təqdim edib.
“Türk-İş” Həmkarlar İttifaqları Konfederasiyasının baş direktoru Ergün Atalay da dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim edib.
Sonda xatirə şəkli çəkdirilib.

 
  • Oxunub:  9990  |  
  • Tarix:  06-02-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan iqtisadi və siyasi cəhətdən tam müstəqil ölkədir

21 Aprel 20:47
Bakıda keçirilən bədii gimnastika üzrə II "AGF Junior Trophy" beynəlxalq turnirinə yekun vurulub
21 Aprel 19:52
“Oş-Türk dünyasının mədəniyyət paytaxtı” tədbirləri çərçivəsində biznes-forum keçirilib
21 Aprel 19:40
Rafael Ağayev "Karate 1" seriyasından Premyer Liqa turnirində bürünc medal qazanıb
21 Aprel 19:38
Naqif Həmzəyev: Ukraynada səsvermə xirda problemlər çıxmaq şərti ilə yaxşı təşkil olunub
21 Aprel 16:20
Bakı Qarnizonunda nizam-intizamın vəziyyəti təhlil edilib
21 Aprel 15:48
Milli Məclisin deputatı Ukraynada seçki məntəqələrində səsvermə prosesini izləyir
21 Aprel 15:45
Orta ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün keçirilən buraxılış imtahanları başa çatıb
21 Aprel 15:11
Azərbaycan gimnastı lentlə hərəkətlərdə gümüş medal qazanıb
21 Aprel 14:53
Bədii gimnastika üzrə II "AGF Junior Trophy" turnirində gürzlərlə hərəkətlərdə mükafatçıların adları məlum olub
21 Aprel 14:25
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında ənənəvi olaraq “Açıq qapı” günü keçirilib
21 Aprel 13:37
Fransanın Nant şəhərində Azərbaycan məktəbi açılıb
21 Aprel 12:48
Bədii gimnastika üzrə II "AGF Junior Trophy" turnirində ayrı-ayrı alətlər üzrə final yarışları keçirilir
21 Aprel 12:12
Azərbaycan nümayəndə heyəti Qırğızıstanda keçirilən mədəni tədbirdə iştirak edib
21 Aprel 10:55
Oş şəhərində türkdilli dövlətlər arasında əlaqələrin daha da dərinləşdirilməsi məsələlərindən danışılıb
21 Aprel 10:52
Bədii gimnastika üzrə Azərbaycan komandası çoxnövçülük yarışlarında gümüş medal qazanıb
21 Aprel 10:49
Masallıda əhalinin su təminatı yaxşılaşdırılır
21 Aprel 10:24
Qırğızıstanda “Oş – Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin rəsmi açılış mərasimi keçirilib
21 Aprel 10:04
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub
20 Aprel 18:49
Milli Məclisin deputatı Ukraynada bir sıra görüşlərdə iştirak edib
20 Aprel 18:48
Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti toplantısı keçirilib
20 Aprel 18:19
Aşıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olmasının 10 illiyi ilə bağlı tədbir keçirilib
20 Aprel 18:15
Balaxanı Tullantıların Zərərsizləşdirilməsi Poliqonunda indiyədək 12 mindən artıq ağac əkilib
20 Aprel 18:00
“Heydər Əliyev siyasi məktəbini öyrənirik” gənc liderlər proqramının icrasına başlanılıb
20 Aprel 17:55
Qobustan qoruğunda “açıq qapı” günü təşkil olunub
20 Aprel 17:53
“Olimpsport” jurnalının fəaliyyətə başlamasının 10 illik yubileyi qeyd olunub
20 Aprel 17:47
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Kitabın işığın olsun” adlı tədbir keçirilib
20 Aprel 17:44
Milli Məclisin deputatı sağlam qidalanma ilə bağlı regional simpoziumda iştirak edəcək
20 Aprel 17:40
Bəstəkarlıq təhsili almış ilk azərbaycanlı qadın Ədilə Hüseynzadəyə həsr edilən kitabın təqdimatı olub
20 Aprel 17:36
Brüsseldə NATO Parlament Assambleyasının 100-cü Rouz-Rout seminarı keçiriləcək
20 Aprel 17:33
Seçenov Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib
20 Aprel 17:30
Gömrük sistemində həyata keçirilən islahatlarla bağlı məlumat verilib
20 Aprel 16:27
Erl Litzenberqer: Amerikada təhsil alan azərbaycanlı tələbələrin sayının ildən-ilə artmasından qürur duyuruq
20 Aprel 16:19
YAP-ın təşkilatçılığı ilə Şəki şəhərində “Uğurlu sosial siyasətin yeni hədəfləri” mövzusunda regional müşavirə keçirilib
20 Aprel 15:54
Baş nazirin müavini Əli Əhmədov: Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas qayəsini insanların rifahının yaxşılaşdırılması təşkil edir
20 Aprel 15:25
Səfir: ABŞ Azərbaycanda aparılan islahatları dəstəkləyirik
20 Aprel 15:03
Əli Əhmədov: Azərbaycanda mövcud olan sabitlik insanların həyatı üçün böyük sərvətdir
20 Aprel 14:33
Türkiyə universitetləri ilə əməkdaşlıq Azərbaycanın inklüziv inkişafı barədə elmi ictimaiyyəti məlumatlandırmağa geniş imkanlar yaradır
20 Aprel 14:20
Professor Akkan Suver: Elmira Axundovanın əsərləri ulu öndər Heydər Əliyev ideyalarını dərindən mənimsəmək üçün əsaslı vəsaitdir
20 Aprel 14:19
Daxili işlər nazirinin birinci müavini Qubada vətəndaşların qəbulunu keçirib
20 Aprel 14:11
YAP-ın təşkilatçılığı ilə Şəkidə “Uğurlu sosial siyasətin yeni hədəfləri” mövzusunda müşavirə keçirilir
20 Aprel 14:06
Azərbaycan-Fransız Universitetinin gələcək superkompüterinin təqdimatı olub
20 Aprel 14:02
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri əsgərlərlə görüşüblər
20 Aprel 13:53
Rauf Əliyev: Qarşıda duran bütün vəzifələr müvəffəqiyyətlə həyata keçiriləcək
20 Aprel 13:45
Baş nazirin müavini Əli Əhmədov Şəki şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib
20 Aprel 13:17
Hikmət Babaoğlu: Mürəkkəb beynəlxalq və regional şərtlər daxilində ölkəmizin əldə etdiyi uğurlar anti-Azərbaycan şəbəkəni ciddi narahat edir
20 Aprel 13:07
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin strukturu təsdiqlənib
20 Aprel 13:03
YAP rayon təşkilatlarında görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib
20 Aprel 12:59
Cavid Osmanov: Enerji sektorunda uğurlarımız davamlıdır
20 Aprel 12:57
Qadınlar İKT-də Beynəlxalq Gününə həsr olunan elmi-praktik konfrans təşkil ediləcək
20 Aprel 12:55
Sona Əliyeva: Azərbaycan reallığında birgəyaşayış nümunəsi dünya üçün örnəkdir
20 Aprel 12:50
Azərbaycan və Rusiya arasında pensiya təminatı sahəsində müqavilə layihəsi hazırlanır
20 Aprel 12:48
Tahir Rzayev: Bu gün iqtisadiyyatın şaxələndirilməsi istiqamətində ölkəmizdə davamlı addımlar atılır
20 Aprel 11:08
“Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
20 Aprel 10:58
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə ikinci “AGF Junior Trophy” beynəlxalq turniri başlayıb
20 Aprel 10:49
Elçin Əhmədov: Anti-Azərbaycan qüvvələrin ölkəmizə təzyiq göstərmək, onu öz yolundan döndərmək cəhdləri əbəsdir
20 Aprel 10:44
Hanoyda OANA İcraiyyə Komitəsinin 44-cü iclası başa çatıb
20 Aprel 10:41
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub
20 Aprel 10:32
Azərbaycan iqtisadi və siyasi cəhətdən tam müstəqil ölkədir
20 Aprel 10:30
Sağlamlıq imkanları məhdud uşaq və gənclərin, sosial müəssisə sakinlərinin sərgisi təşkil olunub
20 Aprel 10:28
Azərbaycandakı diplomatik nümayəndəliklərin rəhbərləri Şamaxıya səfər ediblər
20 Aprel 10:26
Masallıda “Milli aktyorluq məktəbi” mövzusunda keçirilən mühazirə maraqla qarşılanıb
20 Aprel 10:22
YAP Səbail rayon təşkilatında Könüllülər Birliyinin təqdimatı keçirilib
20 Aprel 10:21
YAP Qubadlı rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib
20 Aprel 10:16
Anti-Azərbaycan dairələr tərəfindən ölkəmizə qarşı aparılan “qara piar” kampaniyası heç bir nəticə verməyəcək
20 Aprel 10:13
BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun keçirdiyi beynəlxalq konfransın əsərləri “Clarivate Analytics”də yerləşdirilib
20 Aprel 10:11
“France-24” kanalının saytında Naftalan nefti haqqında məqalə verilib
20 Aprel 10:10
“Nar” korporativ müştərilərinə ödənişsiz MiFi cihazını təqdim edir
20 Aprel 10:09
Azərbaycanın regionlarında əhalinin su təchizatının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır
19 Aprel 21:36
İstanbulda Türkiyə-Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı müzakirə edilib
19 Aprel 21:33
Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydası təsdiqlənib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA