A+   Yenilə  A-
Azərbaycanda gənclərin inkişafı, onların fəaliyyəti üçün hər cür şərait yaradılır

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun hesabat konfransı keçirilib
Fevralın 3-də Gənclər Günü münasibətilə Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun hesabat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Gənclər Fondunun Müşahidə Şurasının üzvləri, Milli Məclisin deputatları, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev çıxış edərək bildirib ki, Ümummilli lider Heydər Əliyev gənclərə həmişə yüksək qayğı göstərərək, bu sahədə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsini dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirib. Məhz Ulu öndərimiz Azərbaycanda dövlət gənclər siyasətinin təməlini qoyub və bu gün Azərbaycan Prezidenti İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Bunun nəticəsində gənclərimiz ölkə həyatının bütün sahələrində yüksək fəallıq nümayiş etdirirlər.
F.Hacıyev dövlətimizin başçısının Sərəncamı ilə Fondun yaradılmasını gənclərin həyatında yeni mərhələnin başlanması kimi dəyərləndirib. Bildirib ki, fəaliyyətə başladığı dövrdən etibarən Fondun gördüyü işlərə nəzər salanda uğurlu və dinamik inkişaf prosesinin şahidi oluruq. Fondun bu günə qədər elan etdiyi on qrant müsabiqəsi çərçivəsində fərdi gənclər və gənclər təşkilatları tərəfindən təqdim olunan layihələrin 3909-u maliyyələşdirilib və uğurlu nəticələr əldə edilib. Fəaliyyət göstərdiyi altı il ərzində Fondun saytına müxtəlif ölkələrdən dörd milyonadək baxış olub. Bu müddətdə Fonda 8897 müraciət daxil olub. Onlardan 1799-u ötən il qeydə alınıb.
Tədbirdə ötən il Fondun maliyyə dəstəyi ilə Bakıda 394, Gəncədə 36, Sumqayıtda 25, digər şəhər və rayonlarda isə ümumilikdə 787 tədbirin keçirildiyi vurğulanıb. Bildirilib ki, bu tədbirlər on minlərlə gənci əhatə edib. Bununla yanaşı, Fond 62 gəncin beynəlxalq tədbirlərdə iştirakla bağlı müraciətlərini müsbət cavablandırıb və bunun üçün şərait yaradıb.
Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev çıxış edərək bildirib ki, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildə Azərbaycan gənclərinin I Forumunun keçirilməsi ölkəmizin gənclər siyasətində mühüm dönüş nöqtəsi olub. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə bu Forumun keçirilməsi və bir il sonra Azərbaycan Gəncləri Gününün təsis olunması ölkəmizdə vacib siyasi xəttin təməlini qoyub.
Diqqətə çatdırılıb ki, hər il Azərbaycan Gəncləri Gününün geniş qeyd olunması, silsilə tədbirlərin keçirilməsi aidiyyəti dövlət qurumlarının, gənclər təşkilatlarının və ümumilikdə gənclərin bir araya gələrək il ərzində görülən işlərin, qarşıda duran vəzifələrin, gələcək planların müzakirəsi üçün gözəl fürsət yaradır.
Bugünkü tədbirin gənclərlə bağlı layihələrin müzakirəsi, onların keyfiyyətinin artırılması üçün ideya mübadiləsinin aparılması baxımından mühüm platforma olduğunu bildirən Y.Məmmədəliyev deyib ki, nəinki bölgədə, hətta inkişaf etmiş bəzi ölkələrdə belə bənzəri olmayan Gənclər Fondu fərdi gənclərin, gənclər təşkilatlarının inkişafı üçün resursların düzgün bölünməsini təmin edən, onların imkanlarını daha da genişləndirən, potensiallarını reallaşdırmağa şərait yaradan qurumdur. Fond fəaliyyət göstərdiyi altı il ərzində ölkəmizin gənclər siyasətinin həyata keçirilməsinə, bu sahədə qarşıda duran əsas vəzifələrin reallaşdırılmasına mühüm töhfə verir.
Qeyd olunub ki, Fondun fəaliyyətinin səmərəliliyi bilavasitə bu qurumdan faydalanan gənclərdən asılıdır. Gənclərin və gənclər təşkilatlarının reallaşdırdığı layihələrin keyfiyyətli və davamlı olması Fondun gənclər siyasətinə töhfəsi baxımından əhəmiyyətlidir. Gənclərimiz əmin olmalıdırlar ki, onlara xidmət edən dövlət qurumları daim gənclərin fikirlərini dinləyir və yeni təkliflərə açıqdırlar. Sevindirici haldır ki, cəmiyyətdə gənclərin mövqeyi və fəallığı getdikcə artır. Azərbaycan gəncləri beynəlxalq tədbirlərdə fəal iştirak edirlər. Bu gün bizim istedadlı gənclərimiz çoxdur. Çalışmalıyıq ki, hər bir istedadlı gənc Fondun imkanları və xidmətləri haqqında məlumatlı olsun və onun resurslarından faydalana bilsin.
“Azərbaycanın inkişafı və rifahı naminə fəallıq nümayiş etdirən gənclərimiz Vətənə, xalqımızın milli mənəvi dəyərlərinə bağlıdırlar. Ölkə rəhbərliyi gənclərə güvənir və daim onları dəstəkləyir. Çünki məhz sağlam ruhlu gənclər Azərbaycanın gələcəyidir”, - deyən Y.Məmmədəliyev Azərbaycan Gəncləri Günü münasibətilə təbriklərini çatdıraraq, gənclərə uğurlar arzulayıb.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev Azərbaycanda gənclərə göstərilən dövlət qayğısından danışıb, gənclərimizin beynəlxalq arenada qazandıqları nailiyyətlər barədə məlumat verib. Gənclər Fonduna təqdim olunan layihələrin şəffaf şəkildə maliyyələşdirildiyini diqqətə çatdıran nazir müavini deyib ki, Azərbaycanda gənclərin inkişafı, onların fəaliyyəti üçün hər cür şərait yaradılır. Bu diqqət və qayğının əsasını Ümummilli lider Heydər Əliyev qoyub. Hazırda bu siyasət dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Artıq yeni hədəflərimiz var. Azərbaycan gəncləri ölkəmizi beynəlxalq aləmdə uğurla təmsil edirlər. Ölkədə yalnız gənclər sahəsində deyil, bütün sahələrdə zəruri iş aparılır. Azərbaycanda demokratik vətəndaş cəmiyyəti mövcuddur və gənclərimizin bu əlverişli şəraitdən yararlanmaları üçün hər cür imkan yaradılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov ölkə gənclərinin beynəlxalq arenaya inteqrasiyasının vacibliyini, bu istiqamətdə görülən işlərin əhəmiyyətini yüksək qiymətləndirib, əldə olunan nailiyyətlərin respublikamızda aparılan uğurlu gənclər siyasətinin tərkib hissəsi olduğunu qeyd ediblər. Vurğulanıb ki, ölkəmizdə gənclərin inkişafı, onların fəallıqlarının artırılması, məşğulluqlarının təmin edilməsi, istedadlarının müəyyənləşdirilməsi, beynəlxalq platformaya çıxış imkanlarının və əlaqələrinin genişləndirilməsi istiqamətində ardıcıl və sistemli Dövlət proqramları həyata keçirilir. Bütün bu tədbirlər bölgələrdə yaşayan gəncləri də əhatə edir.
Layihələri Fond tərəfindən maliyyələşdirilən bir qrup gənc çıxışlarında yaradılan imkana görə minnətdarlıqlarını bildiriblər.
Sonra uğurlu layihələrin müəlliflərinə mükafatlar təqdim olunub.
Açılış çıxışlarından sonra konfrans işini Gənclər Fondunun növbəti qrant müsabiqələrinin kateqoriyaları və əsas istiqamətlərinə, Gənclər evlərinin fəaliyyətinin genişləndirilməsinə, eləcə də Fonda təqdim olunacaq hesabat formalarının hazırlanmasına və layihələrin icrasına dair müzakirələrlə davam etdirib.

 
  • Oxunub:  3570  |  
  • Tarix:  06-02-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: 2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir

18 Fevral 21:27
Rusiya-Azərbaycan: Mədəniyyət ustaları dostluq körpüləri salırlar
18 Fevral 21:09
Dünyanın bir sıra ölkələrinin vətəndaşları Xocalıya ədalət istəyiblər
18 Fevral 21:02
Milli Məclisin deputatları BMT-nin parlament dinləmələrində iştirak edəcəklər
18 Fevral 20:35
Ombudsman təsisatında Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri ilə görüş olub
18 Fevral 20:30
Qətər qəzetləri Azərbaycan həqiqətlərindən yazır
18 Fevral 20:28
Azərbaycanın yanvarda ən çox məhsul idxal etdiyi ölkələr açıqlanıb
18 Fevral 20:25
Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişdiyi ölkəyə çevrilir
18 Fevral 19:13
Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti “IDEX-2019” beynəlxalq müdafiə sərgisində iştirak edir
18 Fevral 19:05
Xocalı soyqırımı qurbanlarının xatirəsi İsraildə yad olunacaq
18 Fevral 19:02
Kürdəmir: ümumi məhsul buraxılışının 39,9 faizi kənd təsərrüfatının payına düşüb
18 Fevral 18:50
Azərbaycan və Avstriya dəmir yolları arasında əməkdaşlıq əlaqələri müzakirə edilib
18 Fevral 18:28
Azərbaycan nümayəndə heyəti ATƏT PA-nın qış sessiyasında iştirak edəcək
18 Fevral 18:00
Nazir: Ölkədəki əlverişli mühit sahibkarlara biznesin istənilən sahəsi ilə məşğul olmağa imkan verir
18 Fevral 17:29
Ombudsman Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
18 Fevral 17:28
İsa Həbibbəyli: Ölkəmizdə vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində uğurlu sosial siyasət həyata keçirilir
18 Fevral 17:19
Hikmət Babaoğlu: İşğalçı ölkə Azərbaycanın verdiyi dərsi unuda bilmir
18 Fevral 17:16
Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları
18 Fevral 17:01
Azərbaycanla Böyük Britaniyanın enerji sahəsində əməkdaşlığı müzakirə olunub
18 Fevral 17:00
Prezident İlham Əliyev: Bu il Sumqayıt Kimya Sənaye Parkında bir neçə müəssisənin açılışı nəzərdə tutulur
18 Fevral 16:55
Teodore Doriç: Beynəlxalq Multikulturalizm Qış Məktəbi layihəsi tolerantlıq barədə nəzəri biliklərimizi artırdı
18 Fevral 16:47
Prezident İlham Əliyev Sumqayıtın dənizkənarı bulvarında şəhərin sakinləri ilə görüşüb
18 Fevral 16:42
“Könüllülər Parlamenti – Azərbaycan, 2019” layihəsinin iştirakçıları qanunvericilik prosesi barədə məlumatlandırılıb
18 Fevral 16:37
“Məcburi əməyin və insan alverinin qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirilib
18 Fevral 16:33
Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
18 Fevral 16:29
Qorxmaz Hüseynov: Regional inkişaf proqramları çərçivəsində bölgələrdə 11 min km-dən çox magistral və paylayıcı su, 6 min km kanalizasiya xətləri çəkilib
18 Fevral 16:23
YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib
18 Fevral 16:17
Azərbaycan Prezidenti: “SOCAR Polymer” qeyri-neft ixracını 15 faiz artıracaq
18 Fevral 15:55
Prezident İlham Əliyev: “SOCAR Polymer”in tam gücü ilə işə başlaması əlamətdar hadisədir
18 Fevral 15:50
Gömrükçülər Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin tətbiqi üzrə Türkiyə təcrübəsini öyrənir
18 Fevral 15:47
Azərbaycanda texnologiya transferi və elmin kommersiyalaşdırılmasına həsr olunan seminar
18 Fevral 15:31
ADNSU ilə “Schlumberger” şirkəti arasında əməkdaşlığa dair birgə plan hazırlanacaq
18 Fevral 15:08
Əfqanıstanın Azərbaycandakı səfiri BDU-da olub
18 Fevral 15:05
İlahiyyat İnstitutunda “Xocalıda məhv olmuş 8 ailə” filmi nümayiş etdirilib
18 Fevral 15:04
Sumqayıtda Heydər Əliyev Məktəbinin növbəti məşğələsi keçirilib
18 Fevral 15:01
Miqel Silva Pinto: Azərbaycanda vergi və gömrük sahəsində aparılan islahatlar çox mütərəqqidir
18 Fevral 14:58
“Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib
18 Fevral 14:41
Azərbaycan-Türkiyə münasibətləri dünya dövlətləri üçün bir nümunədir
18 Fevral 14:39
Fitch: 2019-cu ildə Azərbaycanda iqtisadi artım 3,5 faiz təşkil edəcək
18 Fevral 14:36
Ukraynanın ictimai radiosunda Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən danışılıb
18 Fevral 14:31
Səfər Mehdiyev: İndiyədək 100-dən çox şirkət “Yaşıl dəhliz” sisteminin iştirakçısı olub
18 Fevral 14:28
Xocavənd rayonunda Qaradağlı faciəsinin ildönümü qeyd edilib
18 Fevral 14:26
Dövlət Komitəsinin sədri Beyləqanda məcburi köçkünləri qəbul edib
18 Fevral 14:24
Özbəkistan nümayəndə heyəti Azərbaycanın şəhərsalma və tikinti sahəsindəki təcrübəsini öyrənir
18 Fevral 14:20
Azərbaycan əhalisinin sayı 9 milyon 981 min 457 nəfərə çatıb
18 Fevral 14:19
Prezident İlham Əliyev Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisini qəbul edib
18 Fevral 14:13
Sabah Milli Məclisin növbəti plenar iclası keçiriləcək
18 Fevral 14:10
ABŞ Dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müavini Azərbaycana gələcək
18 Fevral 13:16
Türkiyə Böyük Millət Məclisinin deputatları ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
18 Fevral 12:51
Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya kuboku yarışlarına 43 ölkədən 200-dən çox idmançı qatılacaq
18 Fevral 12:45
Sahil Babayev: Vətəndaşların müraciəti gözlənilmədən 3600 nəfərə pensiya təyin edilib
18 Fevral 12:37
"ABAD" "Uğur-2018" Milli mükafatına layiq görülüb
18 Fevral 12:35
Ziyad Səmədzadə: Dövlət büdcəsi ilbəil artır və bunu qoruyub saxlamaq lazımdır
18 Fevral 12:29
Heydər Əliyev Mərkəzində rus avanqard rəssamlarının nadir əsərlərindən ibarət sərgi açılıb
18 Fevral 11:54
Prezident İlham Əliyev Sumqayıtda “SOCAR Polymer”in yüksəksıxlıqlı polietilen zavodunun açılışında iştirak edib
18 Fevral 11:47
Millət vəkili: Xalqımızın sosial-rifah halının yaxşılaşdırılması Prezidentin həyata keçirdiyi siyasi kursun ana xəttidir
18 Fevral 11:43
Nazir: 2018-ci ildə hər 1000 vergiödəyicisinin dördündə səyyar vergi yoxlaması aparılıb
18 Fevral 11:40
Prezident İlham Əliyev Sumqayıt şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib
18 Fevral 11:25
Mikayıl Cabbarov: İri topdan satış müəssisələrində 930 milyon manatlıq dövriyyənin gizlədildiyi aşkarlanıb
18 Fevral 11:24
Nigar Arpadarai: İldən-ilə Formula 1-in təşkilinə görə xərclərimiz azalır, gəlirlərimiz isə artır
18 Fevral 11:19
Kolumbiya radiosunda Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlanıb
18 Fevral 11:11
Nazir: Azərbaycanda Vergi Ombudsmanının yaradılması vergi sistemində şəffaflığı artıracaq
18 Fevral 10:57
“Könüllülər Parlamenti – Azərbaycan, 2019” layihəsinin açılış mərasimi keçirilib
18 Fevral 10:36
Azərbaycan və Belarus müdafiə nazirlərinin görüşü olub
18 Fevral 10:33
Səyyar “ASAN xidmət” davam edir
18 Fevral 09:32
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozmaqda davam edir
18 Fevral 08:56
İstanbulda “Türkiyə-Azərbaycan Ortaq Miras” konserti təşkil edilib
18 Fevral 08:52
Azərbaycanın müdafiə naziri “İDEX – 2019” Beynəlxalq Müdafiə Sərgisində iştirak edir
18 Fevral 08:49
Azərbaycanın müdafiə naziri BƏƏ-nin müdafiə məsələləri üzrə dövlət naziri ilə görüşüb
17 Fevral 11:41
Gəncənin "İmamzadə" dini kompleksində ehsan süfrəsi açılıb
17 Fevral 11:32
Ötən il Azərbaycanda 868,6 ton yaşıl çay yarpağı istehsal olunub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28
HAVA HAQQINDA