A+   Yenilə  A-
Azərbaycanda son 14 ildə çox önəmli sosial layihələr icra edilib

Prezident İlham Əliyev: Bizim siyasətimizin təməlində Azərbaycan vətəndaşının maraqları dayanır
Azərbaycan sosial dövlətdir. Son 14 ildə Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyətinin ən uğurlu nəticələrindən biri məhz sosial sfera ilə bağlıdır. 2004-cü ildən bəri qəbul edilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları, aparılan islahatlar, reallaşdırılan mühüm tədbirlər respublikada milli iqtisadiyyatın 3 dəfədən çox genişlənməsini, strateji valyuta ehtiyatlarının 23 dəfə artaraq 42 milyard dollara çatmasını, müasir sənaye quruculuğunu, aqrar sektorun istehsal və ixrac imkanlarının artmasını, milli sahibkarlar ordusunun güclənməsini təmin edib. Ölkənin iqtisadi gücünün artması, maliyyə imkanlarının genişlənməsi isə Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində bilavasitə insanların rifah halının yaxşılaşdırılmasına, gəlir imkanlarının artırılmasına, hətta ən ucqar kəndlərdə belə əhalinin kommunal rahatlıqlarla təmin edilməsinə yönəldilib. Regionların dərin konseptual əsaslarla inkişaf etdirilməsi, ölkənin infrastruktur təminatının möhkəmləndirilməsi iqtisadi önəmi ilə yanaşı, həm də çox ciddi sosial mahiyyət daşıyır. İnsanlar ölkənin dinamik inkişafını bilavasitə yaşadıqları bölgələrdə, şəxsi həyatlarında hiss edirlər. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransdakı nitqində sosial məsələni yenidən bütün ciddiliyi ilə gündəmə gətirib. Bu barədə prinsipial mövqeyini nəzərə çatdıran dövlət başçısı vurğulayıb: “Gündəlik fəaliyyətimizdə Azərbaycan xalqının həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində əməli-praktiki addımlar atılmışdır. Mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, siyasətimizin təməlində Azərbaycan vətəndaşının maraqları dayanır”.
Qısa müddətdə yoxsulluğun 5 faizədək azaldılması Azərbaycanın böyük uğurudur
Hazırda dünyada yaşanan gərginliklər fonunda dayanıqlı inkişafın təmin edilməsi və yoxsulluğun azaldılması çox mühüm qlobal çağırışa çevrilib. Təsadüfi deyil ki, Birləşmiş Millətlər Təşkilatının 2016-2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərində, eləcə də minilliyin İnkişaf Məqsədlərinin davamı olaraq təsdiqlənən “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik” adlanan sənəddə yoxsulluğun azaldılması, insanların rifah halının yaxşılaşdırılması kimi məsələlərə də geniş yer verilib. Bu da onunla bağlıdır ki, ayrı-ayrı regionlarda yaşanan kataklizmlər, müharibələr, iqtisadi-maliyyə böhranları qlobal miqyasda əmək bazarına inteqrasiyanı hədsiz dərəcədə çətinləşdirib. Nəticədə, milyonlarla insan yoxsulluq şəraitində yaşamaq məcburiyyətində qalıb ki, bu da bəşəriyyətin gələcəyi üçün daha böyük fəsadlara yol aça bilər.
Deyilənlər baxımından Azərbaycanda vəziyyət tamam fərqlidir. Minilliyin İnkişaf Məqsədlərinə qoşulan respublikamız yoxsulluğu bir fenomen kimi tamam aradan qaldırmağı hədəfləyib. Bu məqsədlə ölkədə davamlı tədbirlər həyata keçirilir. İndiyədək ölkədə “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”, eləcə də “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” hazırlanaraq təsdiq edilib və uğurla icra olunub. Çox qısa müddətdə yoxsulluğun 50 faizdən 5 faizədək azaldılması böyük nailiyyətdir. Qeyd edək ki, hazırda Azərbaycanda yoxsulluq qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağıdır. Ölkəmiz insan inkişafı indeksini MDB dövlətləri üzrə ən yüksək səviyyəyə çatdırıb, BMT-nin İnkişaf Proqramının hesabatında “yüksək insan inkişafı” ölkələri qrupunda yer alıb. Prezident İlham Əliyev ölkədə reallaşdırılan dərinməzmunlu sosial siyasətə diqqət çəkərək bildirib: “Sosial sahəyə çox böyük diqqət göstərilmişdir. Maaşlar 14 il ərzində beş dəfədən çox, pensiyalar səkkiz dəfədən çox artıb və bir çox önəmli sosial layihələr icra edilib”.
Əlamətdar haldır ki, ölkəmiz bir sıra çətinliklərlə müşayiət olunan yeni şəraitdə də özünün dərinməzmunlu sosial siyasətinə sadiqlik nümayiş etdirir. Respublikada bütün sosial proqramlar uğurla yerinə yetirilir və yeni sosial təşəbbüslər irəli sürülür. Yeri gəlmişkən, respublikamızın yoxsulluğun aradan qaldırılmasına davamlı səylər göstərməsi nüfuzlu beynəlxalq reytinq agentlikləri tərəfindən də yüksək dəyərləndirilir. Bu baxımdan Davos İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı” da istisna deyil. Məlumdur ki, bəhs olunan hesabatda Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətliliyi yüksək qiymətə layiq görülüb. Belə ki, 140 ölkəni əhatə edən hesabatda respublikamız mövqeyini daha iki pillə yaxşılaşdıraraq 35-ci pillədə qərarlaşıb və MDB məkanında liderliyini qoruyub. Bəhs olunan hesabatda həmçinin qlobal miqyasdakı dağıdıcı sosial bərabərsizliyə də diqqət çəkilib və respublikamız sosial bərabərsizliyin ən aşağı olduğu ölkələrdən biri kimi qiymətləndirilib.
Dərin sosial əhəmiyyət daşıyan yeni iş yerlərinin yaradılması daimi prosesə çevrilib
Yeni iş yerlərinin yaradılması və insanların gəlir imkanlarının artırılması respublikamızda reallaşdırılan dərinməzmunlu sosial siyasətin leytmotivini təşkil edir. Ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında həyata keçirilən kompleks tədbirlər əmək bazarının tənzimlənməsində, əmək resurslarının məşğulluq imkanlarının artırılmasında, işçi qüvvəsinin rəqabət qabiliyyətinin yüksəlməsində və əmək resurslarından ümumi iqtisadi inkişafa əsaslanan məqsədəuyğun istifadənin təmin olunmasında mühüm rol oynayır. Azərbaycan dövlətinin sosialyönümlü iqtisadiyyat quruculuğuna və insanların layiqli iş yerləri ilə təmin edilməsinə xüsusi diqqət və qayğı göstərməsi öz müsbət nəticəsini verib. Son 14 ildə respublika üzrə 1,9 milyon yeni iş yerləri açılıb. Həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində ölkədə işsizliyin səviyyəsini 5 faizədək aşağı salmaq mümkün olub ki, bu da dünyada ən yaxşı göstəricilərdən hesab olunur.
Ölkəmizdə insanların layiqli iş yerləri ilə təmin edilməsi kimi vacib sosial məsələnin həllində 2004-cü ildən bəri regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla reallaşdırılmasının rolunu xüsusi qeyd etmək lazımdır. Bəhs olunan Dövlət proqramlarına uyğun olaraq regionların tarazlı şəkildə inkişaf etdirilməsi, bölgələrin də iqtisadi güc amilinə çevrilməsi öz növbəsində çoxlu sayda yeni iş yerlərinin açılması ilə nəticələnib. Məlumdur ki, bir vaxtlar regionlarda yaşayış yeri üzrə iş tapa bilməyən insanlar, ələlxüsus da gənclər paytaxt Bakıya, digər iri şəhərlərə üz tutmaq məcburiyyətində qalırdılar. İndi ölkə üzrə bu mənfi tendensiya, demək olar ki, tam dayanıb. Bir tərəfdən, regionlarda kommunal xidmətlərin səviyyəsinin yüksəlməsi, mədəni mühitin təmin olunması, digər tərəfdən isə, bölgələrdə yaradılan yeni iş yerləri insanları, ələlxüsus da gəncləri öz doğma yurd-yuvalarına möhkəm tellərlə bağlayır.
Respublikamızda yeni şəraitdə də ciddi iqtisadi və sosial mahiyyət kəsb edən məşğulluğun yüksək səviyyədə təmin edilməsi diqqət mərkəzində saxlanılır. Azərbaycan Prezidentinin 2017-ci il 2 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planı”nda əmək bazarının inkişafına xidmət edən tədbirlər də yer alır. Bu tədbirlər sırasına əmək bazarında çevikliyin təmin edilməsi, peşələr üzrə monitorinq aparılması, formal (akademik) təhsilin əmək bazarının tələblərinə uyğunlaşdırılması, peşə təlimi, ixtisasartırma və yenidən hazırlıq vasitəsilə əmək bazarında baş verən sürətli dəyişikliklərin qarşılanması üçün peşə standartlarının hazırlanması prosesinin davam etdirilməsi və digər məsələlər daxildir. Bütövlükdə, sənəddə nəzərdə tutulan tədbirlər ölkəmizdə əmək bazarının bundan sonra da təkmilləşməsinə və genişlənməsinə, insanların layiqli iş yerləri ilə təmin olunmalarına daha optimal şərait yaradılmasına xidmət edir.
Respublikamızda əmək münasibətlərinin elektron qeydiyyatı sisteminin tətbiqinin önəmini xüsusi qeyd etmək lazımdır. Bu sistem əmək bazarı iştirakçılarının hüquq və mənafelərinin dolğun şəkildə təminatında, əmək bazarının tənzimlənməsi prosesində innovativ yanaşmaları özündə ehtiva edən çox səmərəli vasitədir. Ölkəmizdə sosial dialoqun gücləndirilməsi, bu istiqamətdə mühüm addım kimi Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın yaradılması, işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi ilə yanaşı, aktiv əmək bazarı proqramlarının genişləndirilməsi üçün də mühüm önəm daşıyan “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu, peşə standartlarının hazırlanaraq istifadəyə verilməsi perspektivdə əmək bazarının inkişafına güclü stimul yaradan tədbirlərdəndir. Bu tədbirlər, habelə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan müvafiq strateji hədəflərin icrası, insan kapitalının inkişaf etdirilməsi, işçi qüvvəsinin bilik və bacarıq səviyyəsinin artırılması və digər istiqamətlərdə aparılan məqsədəuyğun işlər qarşıdakı dövrdə də ölkəmizin əmək bazarında inkişaf meyillərinin davam etdirilməsinə, onun səmərəliliyinin artırılmasına geniş imkanlar açır.
O cümlədən respublikamızda iş yerlərinin yaradılması ilə bağlı yeni hədəflər müəyyənləşdirilib. Prezident İlham Əliyev diqqəti ona yönəldib ki, uğurlu sosial-iqtisadi siyasət sayəsində Azərbaycanın əhalisi getdikcə artır. Ölkədə əhalinin artım tendensiyası ilə əlaqədar yeni iş yerlərinin yaradılması da daimi prosesə çevrilməlidir. Son illərin statistikası dövlət başçısının tapşırıqlarının uğurla yerinə yetirildiyini təsdiqləyir. Belə ki, respublikamızda yeni iş yerlərinin yaradılması prosesi əhalinin artım dinamikasını üstələyir. Prezident İlham Əliyev bildirib ki, yeni iş yerlərinin yaradılması istiqamətində tədbirlər perspektivdə də davam etdiriləcək. “Əhalinin artımı daim yeni iş yerlərinin yaradılmasını tələb edir. Hesab edirəm ki, keçən il bu istiqamətdə rekord nəticə əldə edilmiş, 177 min daimi iş yeri açılmışdır. Bu il də, əlbəttə ki, bu istiqamətdə işlər görüləcək. Bizim planlarımız, bölgələrə və böyük şəhərlərə qoyulan investisiyalar əslində iş yerlərinin yaradılmasını təmin edir. Böyük tikinti və infrastruktur layihələri, sənaye obyektlərinin işə düşməsi, əlbəttə ki, iş yerlərinin açılmasına şərait yaradır”, - deyə dövlət başçısı vurğulayıb.
Özünüməşğulluq proqramı insanların layiqli iş yerləri ilə təmin olunmasında mühüm rol oynayır
Yuxarıda deyilənlərdən də göründüyü kimi, ölkəmizdə yeni iş yerlərinin yaradılmasına dövlət tərəfindən güclü siyasi iradə nümayiş etdirilir və bu istiqamətdə daim yeni təşəbbüslər irəli sürülür. Prezident İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamı əsasında 2017-ci ilin əvvəlindən özünüməşğulluq proqramına start verilməsi ölkədə insanların layiqli iş yerləri ilə təmin edilməsi baxımından böyük önəm daşıyır. Bu proqram sayəsində aztəminatlı insanlar müvafiq dövlət dəstəyi göstərilməklə layiqli əmək fəaliyyətinə cəlb edilirlər.
Qeyd edək ki, özünüməşğulluq layihəsi çərçivəsində 76 şəhər və rayon üzrə 1172 ailə aktivlərlə təmin edilib. Onlar dövlət dəstəyindən bəhrələnərək müxtəlif fəaliyyət istiqamətləri üzrə kiçik ailə təsərrüfatları yaradıblar. Özünüməşğulluq proqramı çərçivəsində ölkəboyu ailə təsərrüfatlarının yaradılmasına dövlət tərəfindən hərtərəfli dəstək verilir. Ailələr konteynerlərlə, metodik vasitələrlə təmin edilirlər. Verilmiş aktivlər hesabına yaradılan təsərrüfatların 80 faizdən çoxu kənd təsərrüfatı (maldarlıq, quşçuluq, əkinçilik, arıçılıq, bağçılıq, istixana yaratma və s. ), qalan hissəsi xidmət və istehsal sahələrini əhatə edir. İşsiz və işaxtaran şəxslərin onlara verilmiş aktivlərdən səmərəli şəkildə istifadə edərək biznes-planlarına uyğun və ailə əməyinə əsaslanan təsərrüfatlarını gözlənilən səviyyədə qurmaları proqramın icrası sahəsində müsbət təcrübənin formalaşdığını deməyə əsas verir. Dövlət dəstəyindən bəhrələnən ailə təsərrüfatları istehsal sahəsində yaxşı nəticələr qazanırlar. Bu təsərrüfatlarda hazırlanan bal, mürəbbə, ət və süd məhsulları, suvenirlər həm yerli sakinlər, həm də ölkəmizə gələn turistlər tərəfindən böyük maraqla qarşılanır. Prezident İlham Əliyev özünüməşğulluq proqramının perspektivdə daha çox sayda ailəni əhatə edəcəyinə əminliyini bildirərək deyib: “Bu il biz özünüməşğulluq proqramını daha da böyük həcmdə icra edəcəyik. Bu proqramı biz demək olar ki, keçən il icra etməyə başlamışıq. İlkin nəticələr müsbətdir. Bu il isə atılan addımlar, aparılan islahatlar nəticəsində kifayət qədər böyük - 30 milyon manatdan çox vəsait olacaq və 6 min, bəlkə də 7 min ailə özünüməşğulluq proqramına cəlb ediləcək. Bu, həm iqtisadi, həm də psixoloji cəhətdən çox gözəl layihədir, gözəl təşəbbüsdür. Çünki bu gün hələ də ağır vəziyyətdə yaşayan, dövlətdən sosial yardım alan vətəndaşlar özləri pul qazanacaqlar, öz ailələrini halal zəhmətləri ilə dolandıracaqlar və öz həyatlarını quracaqlar”.
Eyni zamanda, respublikamızda “Ailə Biznesinə Asan Dəstək” layihəsi reallaşdırılır. Özünüməşğulluq proqramına cəlb edilən ailələrin təsərrüfatları barədə məlumatlar “ABAD” mərkəzlərinə ötürülür. “ABAD” mərkəzləri isə kiçik ailə təsərrüfatlarının məhsullarının müxtəlif sərgilərə çıxarılmasına və satışına dəstəyini göstərir. Bu, fermerlərə, ailə təsərrüfatlarına imkan verir ki, öz məhsullarını müasir formada yerli və xarici bazarlara çıxarsınlar. Dövlət başçısının mövqeyi belədir ki, “ABAD” layihəsi ilə bağlı böyük biznes şirkətləri daha fəal olmalıdırlar. Respublikamızda özəl sektorun güclənməsinə dövlət tərəfindən hərtərəfli qayğı göstərilir. Bunun müqabilində iri biznes qurumları da özlərinin sosial məsuliyyətlərini dərk etməli və yeni sosial əhəmiyyətli layihəyə dəstəklərini göstərməlidirlər.
265 min məcburi köçkünün rahat mənzillərlə təmin olunması respublikada həyata keçirilən dərinməzmunlu sosial siyasətin göstəricisidir
Məlumdur ki, ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq qaçqın və məcburi köçkün soydaşlarımızın problemlərinin həlli daim diqqət mərkəzində saxlanılır. Təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, Prezident İlham Əliyev tərəfindən 2004-2017-ci illərdə məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı 55 Fərman və Sərəncam imzalanıb. İndiyədək bu məqsədlə 6 milyard manatdan çox vəsait ayrılıb. Respublika miqyasında çadır şəhərcikləri tam ləğv olunub. Dövlət başçısının təsdiqlədiyi müvafiq proqramlara əsasən respublikanın müxtəlif bölgələrində məcburi köçkünlər üçün 100-ə yaxın müasir yaşayış kompleksi salınıb, 265 min köçkün yeni mənzillə təmin olunub. Salınan müasir qəsəbələrdə 150 məktəb, 60 tibb mərkəzi və uşaq bağçası inşa edilib.
Ötən il Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı binalarda yaşayan köçkünlərin yeni mənzillərə köçürülməsi layihəsinin icrasına start verilib. Layihə çərçivəsində birinci mərhələdə ən qəzalı binalarda yaşayan 4 min ailənin köçürülməsi üçün tədbirlər planı hazırlanıb. 2017-ci ildə layihə çərçivəsində inşa edilən bir neçə çoxmənzilli bina Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə köçkün soydaşlarımızın istifadəsinə verilib. Hazırda Qaradağ rayonunda məcburi köçkün ailələri üçün yaşayış kompleksinin tikintisi uğurla davam etdirilir. Yeni yaşayış kompleksi 6 hektardan çox ərazidə salınır. Burada ümumilikdə, 1026 ailə üçün onbirmərtəbəli 9 bina inşa olunacaq. Qəsəbənin bütün lazımi infrastrukturu olacaq, 220 nəfərlik uşaq bağçası, 624 şagird yerlik orta məktəb binası tikiləcək.
İşğaldan azad edilən ərazilərdə hər cür rahatlığa malik qəsəbələrin salınması böyük rəmzi məna daşıyır. 2017-ci ildə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası təmin edilib, burada 150 ailə üçün hər cür rahatlıqlara malik yaşayış evləri tikilib. Cocuq Mərcanlıda həmçinin infrastruktur obyektləri, Şuşa məscidinin oxşarı olan məscid sakinlərin istifadəsinə verilib. Eyni zamanda, Şıxarx qəsəbəsində 1170 ailəlik böyük şəhərcik salınıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu layihələrin icrası, eyni zamanda, onu göstərir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək və dağıdılmış bu ərazilərdə yeni şəhərlər, qəsəbələr, kəndlər, məktəblər, yaşayış binaları, bütün infrastruktur tikiləcək. Cocuq Mərcanlının və Şıxarxın timsalında biz dövlətimizin, xalqımızın iradəsini göstəririk. Bir daha göstəririk ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq və Azərbaycan köçkünləri öz doğma torpaqlarına getməyə hazırdırlar.
Qaçqın və məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması perspektivdə də davam etdiriləcək. “Bu il 20 min köçkün yeni evlərlə təmin ediləcək. Keçən il biz 12 min köçkünü yerləşdirdik. Bu il 4 min ailəyə - ən azı 20 min köçkünə yeni evlər veriləcək. Beləliklə, evlərlə, mənzillərlə, yaxşı şəraitlə təmin ediləcək köçkünlərin sayı təqribən 290 minə yaxın olacaqdır. Ancaq bu, minimum proqramdır, əgər il ərzində imkan olarsa, biz bu sayı artıracağıq”, - deyə Prezident İlham Əliyev bildirib.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  7380  |  
  • Tarix:  07-02-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan iqtisadi və siyasi cəhətdən tam müstəqil ölkədir

20 Aprel 18:49
Milli Məclisin deputatı Ukraynada bir sıra görüşlərdə iştirak edib
20 Aprel 18:48
Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti toplantısı keçirilib
20 Aprel 18:19
Aşıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olmasının 10 illiyi ilə bağlı tədbir keçirilib
20 Aprel 18:15
Balaxanı Tullantıların Zərərsizləşdirilməsi Poliqonunda indiyədək 12 mindən artıq ağac əkilib
20 Aprel 18:00
“Heydər Əliyev siyasi məktəbini öyrənirik” gənc liderlər proqramının icrasına başlanılıb
20 Aprel 17:55
Qobustan qoruğunda “açıq qapı” günü təşkil olunub
20 Aprel 17:53
“Olimpsport” jurnalının fəaliyyətə başlamasının 10 illik yubileyi qeyd olunub
20 Aprel 17:47
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Kitabın işığın olsun” adlı tədbir keçirilib
20 Aprel 17:44
Milli Məclisin deputatı sağlam qidalanma ilə bağlı regional simpoziumda iştirak edəcək
20 Aprel 17:40
Bəstəkarlıq təhsili almış ilk azərbaycanlı qadın Ədilə Hüseynzadəyə həsr edilən kitabın təqdimatı olub
20 Aprel 17:36
Brüsseldə NATO Parlament Assambleyasının 100-cü Rouz-Rout seminarı keçiriləcək
20 Aprel 17:33
Seçenov Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib
20 Aprel 17:30
Gömrük sistemində həyata keçirilən islahatlarla bağlı məlumat verilib
20 Aprel 16:27
Erl Litzenberqer: Amerikada təhsil alan azərbaycanlı tələbələrin sayının ildən-ilə artmasından qürur duyuruq
20 Aprel 16:19
YAP-ın təşkilatçılığı ilə Şəki şəhərində “Uğurlu sosial siyasətin yeni hədəfləri” mövzusunda regional müşavirə keçirilib
20 Aprel 15:54
Baş nazirin müavini Əli Əhmədov: Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas qayəsini insanların rifahının yaxşılaşdırılması təşkil edir
20 Aprel 15:25
Səfir: ABŞ Azərbaycanda aparılan islahatları dəstəkləyirik
20 Aprel 15:03
Əli Əhmədov: Azərbaycanda mövcud olan sabitlik insanların həyatı üçün böyük sərvətdir
20 Aprel 14:33
Türkiyə universitetləri ilə əməkdaşlıq Azərbaycanın inklüziv inkişafı barədə elmi ictimaiyyəti məlumatlandırmağa geniş imkanlar yaradır
20 Aprel 14:20
Professor Akkan Suver: Elmira Axundovanın əsərləri ulu öndər Heydər Əliyev ideyalarını dərindən mənimsəmək üçün əsaslı vəsaitdir
20 Aprel 14:19
Daxili işlər nazirinin birinci müavini Qubada vətəndaşların qəbulunu keçirib
20 Aprel 14:11
YAP-ın təşkilatçılığı ilə Şəkidə “Uğurlu sosial siyasətin yeni hədəfləri” mövzusunda müşavirə keçirilir
20 Aprel 14:06
Azərbaycan-Fransız Universitetinin gələcək superkompüterinin təqdimatı olub
20 Aprel 14:02
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri əsgərlərlə görüşüblər
20 Aprel 13:53
Rauf Əliyev: Qarşıda duran bütün vəzifələr müvəffəqiyyətlə həyata keçiriləcək
20 Aprel 13:45
Baş nazirin müavini Əli Əhmədov Şəki şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib
20 Aprel 13:17
Hikmət Babaoğlu: Mürəkkəb beynəlxalq və regional şərtlər daxilində ölkəmizin əldə etdiyi uğurlar anti-Azərbaycan şəbəkəni ciddi narahat edir
20 Aprel 13:07
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin strukturu təsdiqlənib
20 Aprel 13:03
YAP rayon təşkilatlarında görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib
20 Aprel 12:59
Cavid Osmanov: Enerji sektorunda uğurlarımız davamlıdır
20 Aprel 12:57
Qadınlar İKT-də Beynəlxalq Gününə həsr olunan elmi-praktik konfrans təşkil ediləcək
20 Aprel 12:55
Sona Əliyeva: Azərbaycan reallığında birgəyaşayış nümunəsi dünya üçün örnəkdir
20 Aprel 12:50
Azərbaycan və Rusiya arasında pensiya təminatı sahəsində müqavilə layihəsi hazırlanır
20 Aprel 12:48
Tahir Rzayev: Bu gün iqtisadiyyatın şaxələndirilməsi istiqamətində ölkəmizdə davamlı addımlar atılır
20 Aprel 11:08
“Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
20 Aprel 10:58
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə ikinci “AGF Junior Trophy” beynəlxalq turniri başlayıb
20 Aprel 10:49
Elçin Əhmədov: Anti-Azərbaycan qüvvələrin ölkəmizə təzyiq göstərmək, onu öz yolundan döndərmək cəhdləri əbəsdir
20 Aprel 10:44
Hanoyda OANA İcraiyyə Komitəsinin 44-cü iclası başa çatıb
20 Aprel 10:41
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub
20 Aprel 10:32
Azərbaycan iqtisadi və siyasi cəhətdən tam müstəqil ölkədir
20 Aprel 10:30
Sağlamlıq imkanları məhdud uşaq və gənclərin, sosial müəssisə sakinlərinin sərgisi təşkil olunub
20 Aprel 10:28
Azərbaycandakı diplomatik nümayəndəliklərin rəhbərləri Şamaxıya səfər ediblər
20 Aprel 10:26
Masallıda “Milli aktyorluq məktəbi” mövzusunda keçirilən mühazirə maraqla qarşılanıb
20 Aprel 10:22
YAP Səbail rayon təşkilatında Könüllülər Birliyinin təqdimatı keçirilib
20 Aprel 10:21
YAP Qubadlı rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib
20 Aprel 10:16
Anti-Azərbaycan dairələr tərəfindən ölkəmizə qarşı aparılan “qara piar” kampaniyası heç bir nəticə verməyəcək
20 Aprel 10:13
BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun keçirdiyi beynəlxalq konfransın əsərləri “Clarivate Analytics”də yerləşdirilib
20 Aprel 10:11
“France-24” kanalının saytında Naftalan nefti haqqında məqalə verilib
20 Aprel 10:10
“Nar” korporativ müştərilərinə ödənişsiz MiFi cihazını təqdim edir
20 Aprel 10:09
Azərbaycanın regionlarında əhalinin su təchizatının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır
19 Aprel 21:36
İstanbulda Türkiyə-Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı müzakirə edilib
19 Aprel 21:33
Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydası təsdiqlənib
19 Aprel 21:28
Bakı Dövlət Universitetinin Nizamnaməsi təsdiq edilib
19 Aprel 21:23
Azərbaycan “Equinor” üçün mühüm ölkədir
19 Aprel 21:17
Bakıda İran Ticarət Mərkəzi açılıb
19 Aprel 21:04
Anar Bağırov: Vəkilliyə qəbulla bağlı namizədlər üçün hər cür şərait yaradılıb
19 Aprel 21:01
Gənclər Fondunun yenilənmiş veb-səhifəsinin təqdimatı olub
19 Aprel 20:55
Bakı Metropolitenində Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş seminar keçirilib
19 Aprel 20:53
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
19 Aprel 20:50
Bakıda “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda konfrans keçirilib
19 Aprel 20:45
Vüqar Rəhimzadə: Ölkəmizin uğurlu inkişafı antiazərbaycan qüvvələrin və “5-ci kolon”un çirkin kampaniyasına tutarlı cavabdır
19 Aprel 20:40
Mərakeş qəzeti Azərbaycanın əhalisinin sayının 10 milyona çatmasından bəhs edir
19 Aprel 20:37
Elçin Mirzəbəyli: Azərbaycana qarşı olan qüvvələr ölkə Prezidentinin böyük ictimai dəstəyə malik olmasından narahatdırlar
19 Aprel 20:27
Vyetnamın Baş naziri OANA İcraiyyə Komitəsi iclasının bir qrup iştirakçısını qəbul edib
19 Aprel 20:22
Ekspert: Ölkəmizin uğurları erməni lobbisini, anti-Azərbaycan qüvvələri və daxildəki “5-ci kolon”u ciddi narahat edir
19 Aprel 18:08
Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası fiziki şəxslərin problemli kreditləri ilə bağlı açıqlama yayıb
19 Aprel 18:05
Azərbaycan Ordusunun nümayəndələri NATO-nun çoxmillətli tibb təlimində iştirak edib
19 Aprel 17:57
Paşinyan hökumətində böyük korrupsiya qalmaqalı
19 Aprel 17:48
Azərbaycan və Rusiyanın təhsil müəssisələri arasında təcrübə mübadiləsinə dair müzakirələr aparılıb
19 Aprel 17:46
Seymur Orucov: Bakı şəhərində keçirilən “Formula 1” yarışına dünyada maraq ildən ilə artır

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA