A+   Yenilə  A-
Dövlət ailə, qadın və uşaq siyasətində əldə olunmuş uğurlar və perspektivlər

Hicran Hüseynova
Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin sədri,
siyasi elmlər doktoru, professor

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılmasından 12 il ötür. Bu illər ərzində ölkəmizdə ailə institutunun cəmiyyətdəki mövqeyinin möhkəmləndirilməsi, qadın və uşaqlar üçün əlverişli şəraitin yaradılması, məşğulluq, sağlamlıq, təhsil, sosial və digər sahələrdə gender bərabərliyinin inkişaf etdirilməsi istiqamətində mühüm işlər görülüb. AZƏRTAC Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın bununla bağlı qeydlərini təqdim edir.
* * *
Müasir demokratik Azərbaycan dövlətinin yaradıcısı Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş prinsiplərə sadiq qalaraq bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikada nəhəng quruculuq işləri aparılır. Ümumiyyətlə, bir neçə ildir ki, biz dünyada siyasi, iqtisadi və hərbi böhranlı vəziyyəti müşahidə edirik. Dünyada baş verən kataklizmlər fonunda ölkəmiz stabillik adasıdır. Əlbəttə ki, inkişafın əsasında sabitlik, təhlükəsizlik dayanır. Vahid dövlətçilik siyasəti nəticəsində Azərbaycan iqtisadi, siyasi, mədəni, sosial, hərbi, idman sahələrində davamlı və dinamik sürətlə inkişaf edir. İnfrastrukturun, o cümlədən sosial infrastrukturun yaradılması, yeni müəssisələrin, texno və sənaye parklarının açılması ümumi iqtisadi inkişafla yanaşı, regionların, ən ucqar kəndlərin inkişafına təkan verir, insanların rifahını yaxşılaşdırır. Xüsusilə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurla həyata keçirilməsi öz müsbət nəticələrini verməkdədir. 14 il əvvəl (2004-cü ilin əvvəllərində) qəbul edilmiş birinci proqram demək olar ki, Azərbaycan regionlarında dönüş yaratdı. Ötən müddət ərzində ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atıb. Azərbaycanın beynəlxalq nüfuzu artıb, aparılan siyasi-iqtisadi islahatlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Bütün beynəlxalq mötəbər qurumların reytinqlərində Azərbaycan qabaqcıl yerlərdədir.
Bizim gələcəyə inamımız çox böyükdür, çünki buna güclü əsasımız var. Yaxın tarixə nəzər salsaq, nə görürük? Dağıdılmış, bütün əlaqələri kəsilmiş bir ölkə. Ümummilli lider Heydər Əliyev tarixi missiyanı öz üzərinə götürərək Azərbaycanı bütün çətin sınaqlardan şərəflə çıxarıb. Təməli o illərdə qoyulmuş siyasət Prezident İlham Əliyev tərəfindən daha da gücləndirilib. Ölkəmiz dünya miqyasında iqtisadi cəhətdən ən rəqabətqabiliyyətli ölkələr sırasında 35-ci yerdədir. “Əsrin kontraktı”nın daha da səmərəli şərtlərlə 2050-ci ilə qədər uzadılması, eləcə də enerji, neft-qaz sahəsində nəhəng, irimiqyaslı layihələrin reallaşması ölkəmizin strateji əhəmiyyətini daha da artırıb. Azərbaycan nəinki öz xalqı, həm də qonşu ölkələr, bütövlükdə isə dünya üçün önəmli olan layihələr icra edir və bu il istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu buna bariz nümunədir. Əgər 2004-cü ilə qədər Azərbaycanda bütün dövrlər ərzində 9 elektrik stansiyası tikilmişdisə, son 14 il ərzində ölkəmizdə 30 elektrik stansiyası tikilib. 2004-cü ildə Azərbaycanda qazlaşdırmanın səviyyəsi 51 faiz idi, hazırda isə ölkədə qazlaşdırma 93 faizə çatıb. Bütün şəhərlərimiz qazla 100 faiz təmin edilib. 2004-cü ildə ölkə üzrə fasiləsiz içməli su ilə təminat 26 faiz idi, hazırda bu, 67 faizə çatıb, Bakı şəhərində 81, bölgələrdə isə 43 faizdir. Demək olar ki, bir çox şəhərlərimizdə içməli su və kanalizasiya layihələri uğurla başa çatıb. Oğuz-Qəbələ-Bakı nəhəng su kəməri, Ceyranbatanda dünyanın ən böyük sutəmizləyici qurğusu tikilibdir. Bu gün bu qurğudan çıxan sular keyfiyyətinə görə Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verir.
İqtisadiyyat 14 il ərzində 3,2 dəfə artıb. Qeyri-neft iqtisadiyyatımız isə 2,8 dəfə artıb. Bu, onu göstərir ki, bizim iqtisadi inkişafımız, sadəcə olaraq, neftin, qazın istehsalı ilə bağlı deyil. Bizim iqtisadi inkişafımız çoxşaxəlidir. Ona görə qeyri-neft sektorunun 2,8 dəfə artması aparılan islahatların nəticəsidir. Sənaye sahəsində 2,6 dəfə, kənd təsərrüfatında isə 1,7 dəfə artım var. Qeyri-neft ixracımız 4,1 dəfə artıb. Sosial infrastrukturun inkişafı sahəsində böyük işlər görülüb. 3100-dən çox məktəb, 642 tibb müəssisəsi tikilib, yaxud təmir edilib, 43 Olimpiya İdman Kompleksi inşa olunub.
Bu gün Azərbaycanda işsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsindədir. Əsas iqtisadi göstəricilərimizin artması, eyni zamanda, əməkhaqlarının, pensiya və sosial müavinətlərin yüksəlməsinə səbəb olub. Maaşlar beş dəfədən çox, pensiyalar səkkiz dəfədən çox artıb və bir çox önəmli sosial layihələr icra edilib. Məktəblərə qeydiyyat dərəcəsi ibtidai, ümumi və tam orta təhsil səviyyələrində 99,8-100 faizə çatdırılıb, gender bərabərliyinin təşviqi və qadınların səlahiyyətlərinin artırılmasında tərəqqiyə nail olunub, uşaq və ana ölümü əhəmiyyətli dərəcədə azalıb, yoluxucu və digər xəstəliklərə qarşı mübarizə gücləndirilib, ətraf mühitin mühafizəsi və qorunması üçün qlobal tərəfdaşlığın təmin edilməsində mühüm irəliləyişlər əldə olunub.
Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə vətəndaşlarımız, xüsusən də qadın və uşaqlar üçün uyğun şəraitin yaradılması, məşğulluq, sağlamlıq, təhsil və sosial siyasət sahələrində gender bərabərliyinin inkişaf etdirilməsi üçün mühüm işlər görülüb. Həssas sosial təbəqələrin, o cümlədən kəndli qadınların, qaçqın və məcburi köçkün, həmçinin aztəminatlı və çoxuşaqlı ailələrin vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün dövlətimiz tərəfindən bütün qüvvələr səfərbər edilib. Prezident İlham Əliyevin və respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın konkret tapşırıqları əsasında onlar üçün yaşayış binalarının, eyni zamanda, cəbhə bölgələrində ziyan dəymiş evlərin, sosial obyektlərin tikinti, bərpa və təmir işləri aparılır. Bu günə qədər 265 min köçkün yeni evlərlə, mənzillərlə təmin edilib. Hərbi sənayenin inkişafı, ordumuzun gündən-günə güclənməsi, erməni işğalçılarından azad edilmiş Cocuq Mərcanlının yenidən qurulması insanlarda torpaqlarımızın azad edilməsi inamını daha da artırır. Xüsusilə bu qəsəbənin sakinlərinin ictimai-siyasi həyata inteqrasiya edilməsi istiqamətində keçirilən tədbirlər, təşkil olunan görüşlər əhalidə böyük ruh yüksəkliyi yaradır.
Son illər ərzində ictimai xidmətlər sahəsində inqilabi dönüş baş verib. “ASAN xidmət” mərkəzlərinin yaradılması bu sahədə həyata keçirilən ən nümunəvi layihədir. Son beş il ərzində bu mərkəzlərə 20 milyona yaxın müraciət edilib və “ASAN xidmət” mərkəzlərini bəyənmə əmsalı 100 faizə yaxındır. Rüşvətxorluğa, korrupsiyaya, bürokratiyaya qarşı çox ciddi mübarizə aparılır. Həyata keçirilən dövlət siyasətinin əsasında ölkə vətəndaşları dayanır. Prezidentin dediyi kimi, “heç bir vətəndaş diqqətdən, qayğıdan kənarda qalmamalıdır, hər kəsin hüquqları qorunmalıdır”. Bu sahədə aparılan dövlət siyasətini insanlar da müsbət qarşılayırlar. Məmur-vətəndaş münasibətlərində şəffaflığın təmin edilməsi, korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsi bu siyasətin ən bariz nümunəsidir. Hər bir vətəndaş öz problemi ilə bağlı istənilən quruma çox asanlıqla müraciət edə bilər. Əlbəttə, bütün problemləri həll etmək mümkün olmur, amma bu insanları dinləmək, onları düzgün istiqamətləndirmək, hüquqi və sosial-psixoloji yardım göstərmək vəzifəmizdir. Eyni zamanda, ictimai iştirakçılığın artması və vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığın qurulması üçün dövlət qurumlarının nəzdində İctimai Şura yaradılıb. Qeyd edim ki, İctimai Şura dövlət qurumlarının transparent fəaliyyətinə müsbət təsir göstərir.
Bütün bunlar onu göstərir ki, müasir inkişaf dövrünü yaşayan Azərbaycanın imkanları artır və bu, dövlətimizin dünyada nüfuzunun ildən-ilə yüksəlməsinə səbəb olur. Bu gün artıq Azərbaycan özünü dünya miqyasında müstəqil siyasət aparan ölkə kimi təqdim edir. Bunun təməlində Prezident İlham Əliyevin və respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Ümummilli lider Heydər Əliyevin ideyalarına, irsinə olan sadiqliyi, güclü siyasi iradə, gərgin əmək, yüksək şəxsi keyfiyyətlər, xalqla sıx təmas dayanır.
Ötən müddət ərzində ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqların müdafiəsi istiqamətində bir sıra mühüm qanunlar qəbul edilib və bu sahədə davamlı islahatlar aparılıb. Həmin qanunların qəbul edilməsi yeni düşüncə tərzinin formalaşmasına və müəyyən stereotiplərin aradan qaldırılmasına təkan verib. Qeyd edim ki, dövlətimizin başçısının sərəncamları ilə təsdiq edilən Gələcəyə Baxış İnkişaf Konsepsiyası və 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərindən, eləcə də Strateji Yol Xəritəsindən irəli gələrək, ailə institutunun möhkəmləndirilməsi, gender bərabərliyinin təmin edilməsi, qadınların və qızların, uşaqların bütün sahələrdə hüquqlarının müdafiəsi üçün geniş imkanlar yaranıb.
Son illər ailə institutu və bu dəyərlərin qorunması ilə bağlı keçirilən beynəlxalq konfranslar bu məsələlərin dünya ölkələri üçün nə qədər aktual olduğunu bir daha göstərdi. Ancaq əfsuslar olsun ki, hazırda dünyada ekstremizm, zorakılıq, terrorçuluq, qarşıdurmalar və hərbi münaqişələrin sayı artmaqdadır. Bu hadisələr, ilk növbədə, ailə institutuna mənfi təsir göstərir, ailələr dağılır, milli-mənəvi dəyərlər deqredasiyaya uğrayır. Lakin bütün bunların fonunda Azərbaycanda ailə institutu qorunub saxlanılır, insanlar təhlükəsizlik, dostluq, mehribançılıq, tolerantlıq şəraitində yaşayırlar. Artıq dünyanın bütün ölkə və xalqları Azərbaycanın ailə və mədəni tolerantlıq modelini qəbul edir. Hazırda iki milyon səksən dörd mindən çox ailə var. Yüzlərlə ömrünün 50, 60 və daha çox müddətini bir yerdə yaşayan uzunömürlü ailələrimiz var. Bütövlükdə ailələrin sosial rifahını yüksəltmək, xüsusilə qadın və uşaqların sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün hökumət mütəmadi zəruri tədbirlər həyata keçirir. 2006-cı ildən başlayaraq “Qadın əleyhinə zorakılığın dayandırılması!”, “Ailədaxili münasibətlərdə milli mənəvi dəyərlər və bu münasibətlərin gələcək nəslin (uşaqların) formalaşmasında əhəmiyyəti”, “Nəsillərarası əlaqələr - ailədə milli dəyərlər”, “Müasirləşmənin ailəyə təsiri və rolu”, “Ailə - dəyərlərimiz, ənənələrimiz”, “Sağlam ailə sağlam gələcəyin təminatıdır”, “Müasir ailənin cəmiyyətin inkişafında yeri və rolu”, “Yaşlı nəslin təcrübəsindən faydalanaq”, “Ailə, məktəb və cəmiyyət”, “Sağlam həyat naminə erkən nikaha yox deyək”, “Bizim gücümüz birliyimizdədir”, “Ailə Akademiyası” adlı layihələr reallaşdırılıb. Ənənəvi olaraq 9 ildir ki, “Ailə bayramı” keçirilir və hər il bu bayramda bütün Azərbaycanın rayonlarını təmsil edən, 100-ə yaxın ailə iştirak edir. Eyni zamanda, “Azərbaycan ailəsi” adlı filmlər festivalı uğurla davam etdirilib. Təşkilat komitəsinə 39-u xarici rejissorlar tərəfindən olmaqla, ümumilikdə 285 film təqdim edilib. Bu layihələrdə əsas məqsəd ailə dəyərlərinin, milli-mənəvi dəyərlərin təbliğidir. Əgər 2006-cı ildə 9 tədbir keçirilmişdirsə, 2017-ci il də bu tədbirlərin sayı 30 olub. Bu tədbirlərdən 3 mindən çox şagird, 10 mindən çox qadın və kişi, 2 mindən çox ağsaqqal və ağbirçək, 2200-dən çox əsgər və zabit heyəti, 1875 ailə faydalanıb. Ümumiyyətlə, hər sahə üzrə keçirilən tədbirlərin sayı 2006-cı ilə nisbətdə 10 dəfə artıb. 2009-cu ildən başlayaraq, Komitənin Uşaq və Ailələrə Dəstək Mərkəzləri icmada risk qrupuna aid olan ailə, qadın və uşaqlara dəstək göstərir, vətəndaşların müraciəti əsasında onları müxtəlif xidmətlərə yönəldirlər. 2009-cu ildən 2017-ci ildə daxil olmaqla Mərkəzlərin fəaliyyətindən 87 965 vətəndaş bəhrələnib. Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən mütəmadi olaraq, qadınlar və uşaqlar üçün ayrı-ayrı rayonlarda, məktəblərdə, ictimaiyyət arasında müvafiq mövzularda “dəyirmi masa”lar, seminar-treninqlər, peşə kursları təşkil edilir. Ailələrin sayı artıb, qanunvericilikdə dəyişikliklər edilib, erkən nikahların, ana ölümünün, məişət zorakılığı faktlarının sayı azalıb. Ailələrin sayı 2006-cı ildə 1 817 500 idisə, 2017-ci ilin əvvəlinə 2084 500 olub. 2003-cü ildə hər 100 000 nəfər diri doğulana ana ölümü 34,2 promil təşkil edirdisə, 2016-cı ildə 13,8 promil təşkil edib. Əhalinin hər 1000 nəfər diri doğulanına körpə ölümü 2003-cü ildə 15,5, 2016-cı ildə isə 11,4 promil olub. Ailə Məcəlləsinə edilən dəyişiklik əsasında qızlar və oğlanlar üçün nikah yaşı 18-ə qaldırılıb. Azərbaycan Respublikası Cinayət Məcəlləsində yetkinlik yaşına çatmayan qızları nikaha daxil olmağa məcbur etməyə görə xüsusi maddə ilə məsuliyyət müəyyən edilib. “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə”, “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına” dair və bir sıra digər məsələlərlə bağlı dövlət proqramları təsdiq edilib, eyni zamanda, tərəflərin nikahdan əvvəl məcburi tibbi müayinədən keçməsi ilə bağlı Ailə Məcəlləsinə edilən dəyişiklik isə həm ailələrimizin, həm də gələcək nəsillərin sağlamlığına xidmət edir. Uşaqların təhsildən yayınması, əməyə cəlb edilməsi və onların məruz qaldığı digər sosial-psixoloji problemlər valideyn məsuliyyətinin artırılmasını zəruri edir. Bütün bu və digər məsələlər nəzərə alınaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihələri qəbul edilib.
Bu gün dünya ölkələrinin qarşısında dayanan əsas məqsədlərdən biri cəmiyyətin inkişafında qadınların daha səmərəli fəaliyyəti üçün imkanların yaradılmasıdır. Qeyd edim ki, ölkəmizdə hər zaman qadınlar kişilərlə bərabər dövlət quruculuğunda, siyasi qərarların verilməsində fəal iştirak ediblər. Bu il bizim üçün çox əlamətdardir. Tariximizin şanlı səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının və ilk dəfə olaraq müsəlman Şərqində qadına seçmək və seçilmək hüququnun verilməsinin 100 illiyi qeyd edilir. Azərbaycan müsəlman Şərqində qadına seçmək və seçilmək hüququnun verən ilk ölkədir. 100 il əvvəl nəinki Şərqdə, hətta demokratiyanın beşiyi sayılan bir sıra Avropa ölkələrində və ABŞ-da qadınların belə bir hüququ yox idi. Bütün müsəlman dünyasında qızlar üçün ilk dünyəvi məktəb 117 il bundan qabaq Bakıda yaradılıb.
Azərbaycan qadını öz fəaliyyətini maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, mədəni, dini, milli-mənəvi dəyər və ənənələri də nəzərə almaqla davam etdirir. Bu qadınlar bütün tarixi dövrlərdə fəal iştirak edərək, cəmiyyətimizin inkişaf etməsinə öz töhfələrini veriblər. Onların arasında görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimləri var. Qadınların cəmiyyətdəki yeri və rolunun mühüm göstəricisi onların müxtəlif dövlət vəzifələrini tutmaları və ümumiyyətlə, aktiv əmək fəaliyyəti ilə məşğul olmalarıdır.
Müstəqillik əldə etdikdən sonra qadın hərəkatının yeni mərhələsi başlandı. 1998-ci ildən həyata keçirilən dövlət qadın siyasəti, ilk növbədə, Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaranması, Qadın Qurultayının keçirilməsi və bir sıra mühüm qanunların qəbulu ilə başlamışdı. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanda qadınların rolunun artırılması”, “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” sərəncamları qadınların istənilən sahədə fəaliyyət göstərməsi üçün münbit şərait yaratdı. Qadınların ictimai - siyasi fəaliyyətinin artırılmasında bu sənədlərin əhəmiyyəti çox böyükdür. Azərbaycan Respublikası qadınları təşkilatlanaraq problemləri müzakirə edir, bu istiqamətdə gələcəkdə görüləcək məsələləri dövlət və cəmiyyət qarşısında qaldırır. Bu baxımdan, 1998, 2003, 2008 və 2013-cü illərdə keçirilmiş Azərbaycan Qadınlarının Qurultayları ölkədə qadın hərəkatının fəallaşmasının təsdiqidir. Gender bərabərliyi və qadın hüquqlarının təbliği, o cümlədən erkən nikahların qarşısının alınması ilə bağlı respublikanın bir sıra rayonlarına səfərlər təşkil olunub. Əhalinin maarifləndirilməsi məqsədilə seminarlar təşkil edilib. Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” (2006-cı il), “Məişət zorakılığının qarşısının alınması haqqında” (2010-cu il) Azərbaycan Respublikası qanunları qəbul olunub. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın məhz bu qanunların qəbul edilməsində xüsusi təşəbbüsü və rolu olub. Birinci vitse-prezident Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun prezidenti kimi təhsil, səhiyyə, mədəniyyət, eləcə də sosial, ekologiya, idman və digər istiqamətləri əhatə edən xeyli sayda əhəmiyyətli layihələr həyata keçirib. Onun yeni fəaliyyət istiqaməti bu sahədə aparılan işləri daha da gücləndirir. Bu özünü reallaşan mühüm sosial layihələrdə əks etdirir. Mehriban xanım həm ictimai fəaliyyəti, həm də elmi yaradıcılığı ilə yalnız, Azərbaycan qadınlarına deyil, dünya qadınlarına bir nümunədir. Layiq görüldüyü bir sıra nüfuzlu mükafat və təltiflər fikirlərimizin bariz göstəricisidir. Bu günlərdə Rusiyanın “LİVEJORUNAL” nəşri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı Cənubi Qafqazın ən nüfuzlu xanımı kimi səciyyələndirib. Bu isə bütövlükdə qadınlarımızın ictimai-siyasi prosesdə daha da aktiv iştirak etmələrinə stimul yaradır.
Sahibkarlığın, xüsusi ilə qadın sahibkarlığının inkişafı yoxsulluğun azaldılmasına, qadınların iqtisadi və sosial nüfuzunun artmasına və bir çox hallarda, cəmiyyətdə gender bərabərsizliyinin aradan qaldırılmasına yardım edir. Bildiyiniz kimi, BMT-nin Avropa İqtisadi Komissiyası və Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatı üzrə Xüsusi Proqram çərçivəsində bir neçə konfrans və forumlar keçirilib. 2012-ci ildən SPEKA-ya sədrlik edən Azərbaycan regionda qeyd olunan məsələləri xüsusi diqqətdə saxlayır, ölkələrin təcrübələri araşdırılır, yeni əməkdaşlıqlar yaranır. Qeyd edim ki, 2016-cı ildə SPEKA çərçivəsində İqtisadi Forumda sosial-iqtisadi sahədə əldə edilən nailiyyətlər, sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin genişləndirilməsi kimi vacib məsələlər müzakirə edilib. Tədbirin əhəmiyyəti ondan ibarətdir ki, üzv ölkələr sıx əməkdaşlıq edərək davamlı inkişaf məqsədlərinin həyata keçirilməsinin gücləndirilməsi istiqamətində Gəncə Bəyannaməsini qəbul edib. 2017-ci ildə sayca 3-cü olan “Qadın sahibkarlığının inkişafı: problemlər və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib və tövsiyələr qəbul olunub. Qəbul edilən bir sıra dövlət proqramları ölkənin siyasi, sosial, iqtisadi, mədəni həyatında qadınların rolunun artırılmasında mühüm xarakter daşıyır. Görülən tədbirlər qərar qəbuletmə səviyyəsində qadınların təmsilçiliyinə öz müsbət təsirini göstərdi. Milli Məclisdə qadınların xüsusi çəkisi 1990-cı ildə 4,3 faiz, 2000-ci ildə 10,7 faiz, 2010-cu ildə 16 faiz, 2015-ci ildə 16,8 faiz olub. Bələdiyyəyə seçilmiş qadınlar 2004-cü ildə 4 faiz idisə, bu göstərici 2009-cu ildə 26,5 faizə, 2014-cü ildə isə 35 faizə çatıb. Son illər demək olar ki, bütün yerli icra hakimiyyəti başçılarının müavinlərindən biri mütləq qadındır. Ümumiyyətlə, Komitə qadın hüquqlarının müdafiəsi ilə bağlı bir sıra layihələri Heydər Əliyev Fondunun, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP), Əhali Fondunun (UNFPA), Uşaq Fondunun (UNICEF), Qaçqınlar üzrə Ali Komissarlığın (UNHCR), Beynəlxalq Miqrasiya Təşkilatının (İOM), Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə reallaşdırır. Azərbaycan hökuməti gender əsaslı zorakılığın qarşısının alınması sahəsində çox mühüm işlər görür. İlk növbədə qanunun implementasiyası üçün hakimlər, vəkillər üçün təlimlər keçirilib və bu öz müsbət nəticəsini verir. Artıq son iki ildə məhkəmə qərarlarında bu sahədə qəbul olunmuş qanun və qoşulduğumuz konvensiyalara, o cümlədən “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi” haqqında Konvensiyaya istinad edilir. Yerli icra hakimiyyətlərində fəaliyyət göstərən Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının iş keyfiyyətinin artırılması üçün seminarlar təşkil olunub, tövsiyələr verilib. Eyni zamanda, gender məsələləri üzrə təyin edilmiş əlaqələndirici şəxslər üçün Azərbaycan Respublikasının Prezidenti yanında İdarəçilik Akademiyasında xüsusi fakültativ dərslər keçirilib. Komitə müvafiq dövlət qurumları ilə birgə “Məişət zorakılığının qarşısının alınması ilə bağlı” 2016-2018-ci illər üçün tədbirlər planı çərçivəsində müvafiq işlər görüb. Bu ilin oktyabr ayında məişət zorakılığı ilə bağlı onlayn məlumat bankının təqdimatı keçirildi. “Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə” layihəsi çərçivəsində bir sıra mühüm sənədlərin hazırlanması sahəsində tədbirlər görülüb, müvafiq qurumların məsul şəxsləri ilə səmərəli görüşlər keçirilib. 2017-ci ildə “Məişət zorakılığı ilə mübarizədə effektiv cavab mexanizminin yaradılması” ilə bağlı dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının iştirakı ilə Konfrans təşkil edilib. “Gender Əsaslı Zorakılıqla Mübarizə Sahəsində Qurumlararası Əlaqələndirmə Şurasının Yaradılması” və “Məişət zorakılığının aradan qaldırılması və onunla mübarizəyə dair Milli Fəaliyyət Planı”nın hazırlanması, qanunvericilik bazasının daha da təkmilləşdirilməsi ilə bağlı təkliflər ictimaiyyətə təqdim edilib.
Prezidentimizin uğurlu dövlət idarəçiliyi, Onun başçılığı ilə aparılan sistemli islahatlar, bölgələrin inkişafına yönəldilən sosial-iqtisadi proqramlar qadınların qarşısında böyük imkanlar yaradır. Onların əldə etdikləri uğurlar, bütövlükdə dövlətimizin nailiyyətidir. Xüsusilə bu gün qadınlarımız texniki və maliyyə sahələrinə böyük maraq göstərirlər. Əgər 2005-ci ildə dörd mindən çox (4328) qadın maliyyə və sığorta fəaliyyəti ilə məşğul olurdusa, 2015-ci ildə onların sayı on minə (9899) yaxındır. Həmçinin 2005-ci ildə peşə, elmi və texniki fəaliyyət ilə on dörd mindən çox (14 811) qadın məşğul olurdusa, 2015-ci ildə onların sayı iyirmi beş mini (25 386) ötüb. Tikinti sahəsində fəaliyyət göstərən qadınların sayı 2005-ci ildə beş mindən çox (5 177), 2015-ci ildə isə yeddi mindən çox - 7154 olub. Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqla məşğul olan qadınların sayı 2005-ci ildə 8170 idisə, 2016-cı ildə bu rəqəm artaraq 9800 olub. Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar sahibkarlarımızda, xüsusi ilə də qadın sahibkarlarda böyük ruh yüksəkliyi yaradıb. Həyata keçirilən dövlət siyasəti nəticəsində aztəminatlı, ünvanlı sosial yardım alan, riskli ailələrdən olan qadınların məşğulluğunun artırılması üçün müxtəlif sahələrdə onların biznesə cəlb olunmalarını sürətləndirir. Xüsusilə, kənd və rayonlarda yaşayan, xüsusi həssas yanaşma tələb edən qadınların, qaçqın və məcburi köçkün qadınların da sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi də vacib məsələlərdəndir. Qadın sahibkarlığın inkişafı yoxsulluğun azaldılmasına, qadınların iqtisadi və sosial nüfuzunun artmasına və bir çox hallarda, cəmiyyətdə gender bərabərsizliyinin aradan qaldırılmasına yardım edir. İqtisadiyyat Nazirliyi, Azərbaycan Sahibkarlara Kömək Milli Fondu digər dövlət qurumları ilə bərabər, regionlarda qadın sahibkarlarının fəaliyyətinin daha da möhkəmləndirilməsi üzrə iş aparır, onlara kiçik və orta biznesə başlamaları üçün kreditlər verilir. Belə ki, 2002-2016-ci illər ərzində 3787 qadın sahibkara 65.9 milyon manat güzəştli kredit verilib. 2002-2016-cı illər ərzində qadın sahibkarlara verilmiş güzəştli kreditlər hesabına 5671 yeni iş yeri yaradılıb. 2017-ci ilin əvvəlində qadın sahibkarların sayı artaraq 143 090 nəfər təşkil edir. Bu gün aktual məsələlərdən biri də, kənd və rayonlarda yaşayan qadınların iştirakçılığının artırılmasıdır. Azərbaycanda “Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı” texniki yardım layihəsi çərçivəsində 971 qadın təlim keçib, 48 qadın isə sahibkarlıq fəaliyyətinə başlayıb. 2017-ci ildə regionlarda 5 Qadın Resurs Mərkəzi yaradılıb. Qadınların iqtisadi cəhətdən gücləndirilməsi ailə münasibətlərinə də təsir edir. Ailə büdcəsinə öz töhfəsini verməklə yanaşı, qadının özünə inam hissi artır, ailədə iqtisadi cəhətdən asılı olmur, eyni zamanda, özlərinin iqtisadi və ictimai həyatda bərabər iştirakını təmin etmiş olurlar.
Uşaq hüquqlarının müdafiəsi sahəsində Azərbaycan hökuməti mühüm işlər görüb. Dövlətimizin başçısının və Birinci xanım Mehriban Əliyevanın uşaqlara göstərdikləri qayğı dövlət orqanlarının və vətəndaş cəmiyyətinin diqqətini daha da artırıb. Dövlət uşaq siyasətinin əsasında qaçqın və məcburi köçkün uşaqları üçün xidmətlərin təminatı, böyüməkdə olan nəslin sağlamlığı, təhsilinin inkişafı, uşaqların hüquqlarının müdafiəsi, uşaq iştirakçılığı dayanır. Bu istiqamətdə dövlət proqramları icra olunur, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə birgə layihələr həyata keçirilir. 2006-cı ildə 10 tədbir keçirilmişdisə, 2017-ci ildə bu tədbirlərin sayı 40-a çatıb. 2009-cu ildə “Uşaq İli” elan olunub. 2009-2017-ci illər ərzində 4 Ümumrespublika Uşaq Forumu keçirilib. Ötən il keçirilən Forumda respublikanın bütün bölgələrini təmsil edən uşaqlarla yanaşı, bir sıra xarici dövlətlərin məsul şəxsləri, gənc nümayəndə heyəti iştirak edirdi. Bu, ildən-ilə tədbirin səviyyəsinin daha da artdığını, beynəlxalq nüfuz qazandığını sübut edir. Dövlətimizin başçısının Forum iştirakçılarına etdiyi müraciət isə ölkədə uşaq siyasətinin həyata keçirilməsinə dövlətin və Prezidentin diqqətin və qayğının göstəricisidir. Qeyd edim ki, hər bir forumda səslənən təkliflərin əksəriyyəti həyata keçirilib. Bu, dövlətimizin hər bir vətəndaşın fikrinə, arzusuna göstərilən diqqətinin bariz nümunəsidir. Məlumat üçün qeyd edim ki, 2012-ci ildən Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası” təsdiq edilib. Dövlət müəssisələrində uşaqların qidalanması, təhlükəsizliyi, zorakılığa məruz qalma, onlara nəzarət və digər məsələlərlə bağlı monitorinq aparılır. Bütün məlumatlar Komitədə ümumiləşdirilir, tövsiyələr hazırlanır və Nazirlər Kabinetinə çatdırılır. Həmin tövsiyələr əsasında təlim-tərbiyə müəssisələrində şərait standartlara uyğunlaşdırılır, mütəxəssislər üçün yeni təlimlər keçirilir. Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı yaradılıb, artıq məlumatlar daxil edilir. Bildiyiniz kimi, Azərbaycanda idmana dövlət səviyyəsində böyük diqqət və qayğı göstərilir, idman infrastrukturu inkişaf edir. Bakıda və bölgələrimizdə müasir idman qurğuları istifadəyə verilib, ölkədə 43 olimpiya idman kompleksi fəaliyyət göstərir və bu, özlüyündə idmana olan marağı artırır. Gənc nəsil, uşaqlar, yeniyetmələr idman bölmələrinə gedirlər və idmanla məşğul olurlar. Bunun nəticəsidir ki, Azərbaycan atletləri beynəlxalq idman tədbirlərində böyük uğurlar qazanırlar.
Həmçinin uşaqların vətənpərvər böyüməsi üçün bir sıra mühüm tədbirlər görülür. Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilən “Ölkəmizi tanıyaq” layihəsi məktəblilərin gələcək inkişafında xüsusi əhəmiyyətə malikdir. Tur-aksiya çərçivəsində şagirdlər ölkəmizin müxtəlif şəhər və rayonlarının zəngin və çoxəsrlik tarixi, mədəniyyəti haqqında dolğun məlumat əldə edir, yeni dostlar qazanırlar.
Xarici ölkələrlə və nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq münasibətlərinin qurulması, qadın hüquqları və gender bərabərliyi sahəsində keçirilən beynəlxalq əhəmiyyətli konfranslarda iştirak, eyni zamanda, bu cür tədbirlərin Azərbaycanda keçirilməsi öz nəticələrini verməkdədir. Azərbaycanın ailə, gender siyasəti üzrə təcrübəsi bir çox ölkələrin böyük marağına səbəb olub. Bəzi dövlətlər ölkəmizin uğurları ilə yaxından tanış olmaq, təcrübə mübadiləsi aparmaq üçün bizə müraciət edirlər. Bu il Böyük Britaniyada Lordlar Palatasında ölkəmizdə həyata keçirilən ailə, qadın və uşaq siyasəti üzrə məruzə dinlənilib və respublikamızın təcrübəsi iştirakçılar tərəfindən yüksək qiymətləndirilib. Eyni zamanda, Avropa Şurası tərəfindən qadınların irəli çəkilməsi və təmsilçiliyi ilə bağlı vacib araşdırmalar həyata keçirilib. Bunlardan sonuncu “Qadınların və kişilərin qərarqəbuletmədə balanslı təmsilçiliyi” adlı təhlil olub. Layihə çərçivəsində çap edilən kitabda qadınların ayrı-ayrı sahələrdə idarəçilikdə təmsilçiliyi üzrə 47 ölkənin statistik məlumatları əks olunur və müqayisə edilir. Azərbaycanda bu sahə üzrə önəmli nailiyyətlərin qazanıldığı qeyd edilir. Sorğuya əsasən 2006-2015-ci illər üzrə Avropa Şurası dövlətləri arasında Azərbaycan Respublikasının statistik müqayisələrə əsasən qadınların təmsilçiliyin artırılması ilə bağlı ən yaxşı nəticələr əldə etdiyi müəyyən olunub. Bu, dövlət qadın siyasətinin uğurlu nəticəsidir.
Hər bir cəmiyyətin inkişafı onun vətəndaşına göstərdiyi diqqətdən asılıdır. Müstəqil Azərbaycan Respublikasında hər bir vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsi, xüsusilə qadın və uşaq hüquqlarının müdafiəsinin reallaşdırılması üçün bütün imkanlar yaradılıb. Prezident İlham Əliyevin sözləri ilə desək, “Bizim siyasətimizin mərkəzində insan amili dayanır”. Bizim hər birimiz öz üzərimizə düşən vəzifəni yerinə yetirməklə Azərbaycan vətəndaşının hərtərəfli inkişafına nail olmalıyıq.

 
  • Oxunub:  5190  |  
  • Tarix:  07-02-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycanın inkişafına, dünyada təbliğinə sanballı töhfələr verir, sosial və humanitar sahələrdə böyük işlər görür

24 Avqust 15:14
Yeni Azərbaycan Partiyasının Masallı, Cəlilabad, Yardımlı və Biləsuvar rayon ilk təşkilat sədrləri ilə zona müşavirəsi keçirilib
24 Avqust 14:18
Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib
24 Avqust 13:56
Əli Əhmədov: Azərbaycan hökuməti gənclərin bu günü və gələcəyi uğrunda böyük işlər görməkdədir
24 Avqust 13:48
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Masallı Olimpiya İdman Kompleksində gənclərlə görüş keçirilib
24 Avqust 13:18
Bakı 2022-ci ildə akrobatika gimnastikası üzrə dünya çempionatına ev sahibliyi edəcək
24 Avqust 13:15
Heydər Əliyev Mərkəzinin parkında estrada ulduzlarının konserti keçiriləcək
24 Avqust 13:13
Fransada G7 dövlətlərinin sammiti başlayıb
24 Avqust 13:07
Rəvan Həsənov: Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq əsas məqsədimizdir
24 Avqust 13:02
Əli Kərimli o qədər çaşıb ki, öz yalanlarına da inanmağa başlayıb
24 Avqust 12:34
Azərbaycanın hərbi orkestri ilk dəfə “Spasskaya Başnya” XII beynəlxalq hərbi musiqi festivalında təmsil olunur
24 Avqust 11:41
Mərhəmət Zirvəsini Nura Boyayan MEHRİBANlıq
24 Avqust 11:39
Vaqif Əliyev: Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzinə çevrilmiş bir ölkədir
24 Avqust 11:34
Düşənbədə MDB ölkələri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası keçirilib
24 Avqust 11:32
Şəmkirdə icbari tibbi sığorta ilə əlaqədar "Sığortalı ol, sağlam yaşa!" adlı maarifləndirici tədbir keçirilib
24 Avqust 11:29
Eldəniz Səlimov: Ölkəmizdə islahatlar davamlı xarakter daşıyır
24 Avqust 11:25
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vətəndaşlarla görüşüb
24 Avqust 09:30
Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycanın inkişafına, dünyada təbliğinə sanballı töhfələr verir, sosial və humanitar sahələrdə böyük işlər görür
24 Avqust 09:20
“Türkologiya” jurnalı ABŞ-ın “EBSCO” məlumat bazasına daxil edilib
24 Avqust 09:10
Əli Kərimli bilərəkdən gəncləri aqressiv formada fəaliyyətə təhrik edir
24 Avqust 09:08
Regionlarda kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı istiqamətində görülən işlər öz nəticəsini verir
23 Avqust 20:18
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başlayıb
23 Avqust 20:05
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başa çatıb
23 Avqust 20:04
Hərbi hissələrdə gənc əsgərlərə psixoloji dəstək fəaliyyətləri həyata keçirilir
23 Avqust 20:00
Putin-Makron: Rusiya ilə Aİ münasibətlərinin ziddiyyətləri azalmır
23 Avqust 19:56
Azərbaycan ilə Qayana arasında bir sıra sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub
23 Avqust 19:34
YAP-ın İcra Katibliyində partiyanın Suraxanı, Sabunçu və Pirallahı rayonlarının ilk partiya təşkilatları sədrlərinin iştirakı ilə müşavirə keçirilib
23 Avqust 17:58
Azərbaycan Prezidenti milli bayram münasibətilə ukraynalı həmkarını təbrik edib
23 Avqust 17:48
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və YAP Qadınlar Şurası xeyriyyə aksiyası keçirəcək
23 Avqust 17:39
Dövlət Komitəsində Füzuli və Cəbrayılın işğalının ildönümü ilə bağlı tədbir keçirilib
23 Avqust 17:26
Vergilər naziri Qubada vətəndaşları qəbul edib
23 Avqust 17:21
Səyyad Salahlı: Din xadimləri də sosial şəbəkələrdən fəal istifadə etməlidirlər
23 Avqust 17:11
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında mübarizə başlayıb
23 Avqust 17:09
Türkiyədə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan xatirə sikkəsi buraxılıb
23 Avqust 16:53
Beyləqanda “Pambıq yığımına hazırlıq və qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib
23 Avqust 16:48
Azərbaycanın BMT-dəki daimi nümayəndəliyi Baş katib Antonio Quterreşə məktub ünvanlayıb
23 Avqust 16:42
Əmlak Məsələləri Dövlət Komitəsində vətəndaşların müraciət və qəbulları canlı bağlantı ilə aparılacaq
23 Avqust 16:35
Məhəbbət Vəliyeva: Bu tədris ili üçün 7 mindən artıq vakant müəllim yeri var
23 Avqust 16:29
Azər Badamov: Həyata keçirilən tədbirlər nəticəsində aqra sahədə daha böyük nailiyyətlər qazanılacaq
23 Avqust 16:24
Tahir Mirkişili: Texnoloji dünyada onun sirlərini və şərtlərini daha yaxşı mənimsəyərək öz milli maraqlarımızı qorumalıyıq
23 Avqust 16:20
Pərvin Kərimzadə: Mehriban xanım Əliyevanın çoxistiqamətli fəaliyyətinin əsasında xalq sevgisi dayanır
23 Avqust 16:17
Fransanın Azərbaycanda yeni səfiri təyin olunub
23 Avqust 16:11
Ramin Quluzadə Tovuzda, birinci müavini Ağstafada vətəndaşları qəbul edib
23 Avqust 16:07
Sabah Fransada G7 sammiti başlayacaq
23 Avqust 15:47
Srisuda Vanapinyosak: Azərbaycan ilə Tailand arasında birbaşa aviareysin açılması hər iki ölkəyə turist axınını artıracaq
23 Avqust 15:42
Qusarın fındıq bağlarından 4 min tona yaxın məhsul toplanacaq
23 Avqust 15:13
Mehriban xanım Əliyeva müasir Azərbaycan qadın hərəkatının lideri kimi dövlətimizin tərəqqisi naminə geniş fəaliyyət göstərir
23 Avqust 14:54
Qarabağ müharibəsi veteranları “Qazax” əlahiddə sərhəd diviziyasında olublar
23 Avqust 14:42
Azərbaycanın xarici dövlət borcu açıqlanıb
23 Avqust 14:19
Kənd Təsərrüfatı naziri Beyləqanda vətəndaşları qəbul edib
23 Avqust 14:15
İlin sonunadək Şəkidə 13 subartezian quyusu istismara veriləcək
23 Avqust 14:10
Bu il 750-dək məcburi köçkün özünüməşğulluq proqramına cəlb olunub
23 Avqust 14:01
Vüqar Rəhimzadə: Bu gün Azərbaycan dövləti və xalqı əleyhinə satqınlardan ibarət “virtual terrorçular” fəaliyyət göstərir
23 Avqust 12:57
KOB-lar “Kapital bazarları vasitəsilə maliyyələşdirmə” mövzusunda maarifləndirilib
23 Avqust 12:54
Hava hücumundan müdafiə vasitələri döyüş atışları icra edib
23 Avqust 12:52
Naxçıvanda Dövlət Bayrağı Muzeyinin yaradılmasının beş illiyi qeyd olunub
23 Avqust 12:43
Səidə Əhmədova: Müəllimlər işə qəbul olunarkən onların psixoloji hazırlıq səviyyəsi nəzərə alınmalıdır
23 Avqust 12:37
Gənclər və İdman naziri Göygöl rayonunda vətəndaşları qəbul edib
23 Avqust 12:09
Şeyxülislam Allahşükür Paşazadə Çeçenistanda səfərdədir
23 Avqust 12:03
Şərurda icbari tibbi sığortanın tətbiqi ilə bağlı ikigünlük təlim başa çatıb
23 Avqust 12:01
UNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil olan müsəlman qəbiristanlığı
23 Avqust 11:42
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında hərbi hissənin yaradılmasının 27-ci ildönümü qeyd olunub
23 Avqust 11:36
Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalarası Əməkdaşlıq Mərkəzi bəyanat yayıb
23 Avqust 11:31
Azərbaycanda istilik təchizatı sisteminin səmərəliliyinin artırılması mövzusunda İşçi Qrupunun iclası keçirilib
23 Avqust 11:05
Jewish Journal: Azərbaycanda qadınlara seçki hüququ verilməsinin 100 illiyi tamam olur
23 Avqust 10:40
Dünya birjalarında neftin qiyməti bahalaşıb
23 Avqust 10:13
Bu gün Xüsusi Dövlət Mühafizə Xidmətinin yaranmasının 26-cı ildönümü tamam olur
23 Avqust 10:03
Füzuli rayonunun tarixi memarlıq və arxeoloji abidələri erməni vəhşiliyinin qurbanına çevrilib
23 Avqust 10:00
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
23 Avqust 09:58
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Füzuli və Cəbrayıl rayonlarının işğalının 26-cı ildönümü ilə əlaqədar bəyanat yayıb
23 Avqust 09:49
Füzuli və Cəbrayıl rayonlarının işğalından 26 il ötür

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA