A+   Yenilə  A-
Milli Aviasiya Akademiyasında illik “Fevral məruzələri” başlanıb

Milli Aviasiya Akademiyasında aviakosmik problemlərin həllində gənclərin kreativ potensialının üzə çıxarılmasına və inkişafına həsr edilmiş illik “Fevral məruzələri” başlanıb. Məruzələrin təşkilatçıları - Azərbaycan Respublikasının Təhsil Nazirliyi, “Azərbaycan Hava Yolları” (AZAL) QSC, Milli Aviasiya Akademiyası, Azərbaycan Mühəndislik Akademiyası və “Azərkosmos” ASC-dir.
AZƏRTAC xəbər verir ki, üç gün davam edəcək “Fevral məruzələri” çərçivəsində “Aviakosmik problemlərin həllində gənclərin yaradıcı potensialı” mövzusunda III Beynəlxalq elmi-praktiki gənclər konfransı keçirilir. Konfransın həmsədrləri Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev və akademik Roald Saqdeyevdir.
Tədbir iştirakçıları əvvəlcə akademiyanın tələbələri tərəfindən düzəldilmiş təyyarə maketlərinin nümayiş etdirildiyi aviamodelizm sərgisi ilə tanış olublar. Burada, həmçinin “Səma-SKY” jurnalının rəssamı Natiq Qurubəyin əsərləri sərgilənir.
Konfransı açan Milli Aviasiya Akademiyasının prorektoru Ədalət Səmədov akademiyanın rektoru, akademik Arif Paşayevin adından tədbir iştirakçılarını təbrik edib.
Konfrans iştirakçıları fevralın 11-də Moskvada təyyarə qəzasında həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Ədalət Səmədov deyib: “Budəfəki konfrans dünyaşöhrətli alim, akademik Roald Saqdeyevin yubileyi ilə eyni vaxta təsadüf etməsilə əlamətdardır. Bu yaxınlarda biz Azərbaycan Gəncləri Gününü, həmçinin Azərbaycanın “Azərspace-1” ilk telekommunikasiya peykinin buraxılmasının ildönümünü qeyd etmişik və akademiyanın rektoru, çox hörmətli akademik Arif Paşayevin ad günü ərəfəsindəyik”.
Ə.Səmədov məlumat verib ki, konfransın işində ADA Universitetinin rektoru Hafiz Paşayev, Rusiya, ABŞ, İngiltərə və Qazaxıstandan gəlmiş xarici qonaqlar iştirak edirlər. “Aviakosmik sahədə mövcud elmi problemlərin obyektiv və hərtərəfli nəzərdən keçirilməsi üçün çox vacib olan bu konfrans gənclərin intellektual potensialının inkişafında mühüm addımdır”, - deyən prorektor bildirib ki, konfrans çərçivəsində gənclər arasında maraqlı elmi diskussiyalar və müzakirələrlə yanaşı, riyaziyyat və fizika, müasir informasiya-kommunikasiya texnologiyaları sahəsində aparıcı mütəxəssislərin ustad dərsləri, “dəyirmi masalar”, habelə akademik Saqdeyevin yubileyinə həsr edilmiş simpozium keçiriləcək.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə diqqətə çatdırıb ki, bu gün aviasiya və kosmik elm həyatımızın reallıqlarıdır. Kosmos dövlətinə çevrilmiş Azərbaycanın bu sahədə yüksək ixtisaslı kadrları məhz Milli Aviasiya Akademiyasında hazırlanır. Bu cür elmi-təhsil mərkəzləri qarşısında qoyulan bütün tələblərə cavab verən bu ali məktəb Azərbaycanın dövlət müstəqilliyinin bərpa edildiyi ilk illərdə akademik Arif Paşayevin təşəbbüsü ilə yaradılıb. Akademik Arif Paşayev və dünyaşöhrətli alim Roald Saqdeyev Azərbaycanda aerokosmik elmin inkişafı üçün böyük işlər görürlər.
AMEA-nın prezidenti xatırladıb ki, Azərbaycanda astronomiya məsələləri ilə hələ 700-800 il bundan əvvəl məşğul olmağa başlayıblar. “Həmin illərdə Nəsirəddin Tusi tərəfindən yaradılmış Marağa rəsədxanası 1957-ci ildən fəaliyyət göstərən Şamaxı Astrofizika Rəsədxanası üçün zəmin olub. Bu gün Şamaxı Astrofizika Rəsədxanası müasir elmi avadanlıqla təchiz olunub, orada quraşdırılmış diametri iki metr olan teleskop isə çoxsaylı mütəxəssislərin diqqətini cəlb edir. Bu rəsədxanada kosmik cisimlərin öyrənilməsinin prioritet istiqamətləri üzrə iş aparılır”, - deyən Akif Əlizadə vurğulayıb ki, bəzi səma cisimlərinə Azərbaycanın görkəmli elm və mədəniyyət xadimlərinin - Tusi, Nizami, Cavid, Maqomayev və başqalarının adları verilib.
Akademik Akif Əlizadə qeyd edib ki, 2013-cü ildən Azərbaycan kosmos dövlətinə çevrilib, hazırda dünyanın 20-dən çox ölkəsi “Azərspace-1” və “Azərspace-2” peyklərinin xidmətlərindən istifadə edir.
O, çıxışının sonunda gəncləri elmi araşdırmalarda fəal iştiraka, o cümlədən Milli Elmlər Akademiyası nəzdində yaradılmış Yüksək Texnologiyalar Parkında startaplar təşkil etməyə çağırıb.
Təhsil nazirinin müavini Firudin Qurbanov hava nəqliyyatının inkişafında Milli Aviasiya Akademiyasının rolu barədə danışıb. Nazir müavini bu akademiyada elm, təhsil və istehsalın bir-biri ilə çox uğurlu şəkildə əlaqələndirilməsini vurğulayaraq deyib ki, bu ali məktəbin alimlərinin tədqiqatları bir sıra elmi dairələrin diqqətini cəlb edir. F.Qurbanov akademiyanın rektoru Arif Paşayevə burada təhsil prosesinə dünyaşöhrətli alimləri cəlb etdiyinə görə təşəkkürünü bildirib.
Sovet kosmonavtikasının inkişafının canlı şahidi olan yazıçı-fantast, jurnalist Vladimir Qubarev “Kosmosa ilk addımlar. Şahidin gördükləri. Biz Yerdən kənara nə üçün uçuruq? Obıvatelin düşüncələri...” mövzusunda məruzə ilə çıxış edib. O, kosmonavtikanın tarixindən danışarkən kosmodromun tikintisi üzərində xüsusi dayanıb. Vladimir Qubarevin sözlərinə görə, kosmodromun tikiləcəyi məkanın bir variantı Azərbaycan olub. Lakin bunun üçün münasib sahə İran sərhədinin yaxınlığında olduğu üçün seçim Qazaxıstana düşüb və Baykonur kosmodromu orada tikilib.
“Biofotonika canlı sistemlərin əsasının öyrənilməsi istiqaməti kimi” mövzusunda məruzə ilə çıxış edən Arizona Universitetinin nümayəndəsi İldar Qabitov biofotonika elminin imkanlarının təbabətdə və farmakologiyada, o cümlədən saxta dərmanların aşkar edilməsində tətbiqindən danışıb. O deyib: “Biofotonika vüsətlə inkişaf edən elm sahəsidir, onun çox böyük bazarı var. Perspektivli bir sahə olduğundan bu elmə külli məbləğdə sərmayə qoyulur”.
Sonra akademik Roald Saqdeyev “Kosmik elmin müasir vəziyyəti” mövzusunda məruzəsi dinlənilib. Məruzədə Sovet İttifaqında kosmosun öyrənilməsi, sovet kosmik çağırışına amerikalıların cavabı, sonrakı dövrdə bu iki fövqəldövlətdə kosmik elmin inkişafı məsələlərindən söhbət açılıb. Akademik kosmos ilə birbaşa bağlı olan informasiya-kommunikasiya texnologiyalarının inkişafı məsələsinə xüsusi diqqət yetirib.
“Aviakosmik problemlərin həllində gənclərin yaradıcı potensialı” mövzusunda III Beynəlxalq elmi-praktiki gənclər konfransının plenar hissəsi Milli Aviasiya Akademiyasının tələbələrinin təqdim etdiyi bədii proqramla başa çatıb.
Üç gün davam edəcək konfransda 8 seksiyada 120-dən çox məruzə dinləniləcək.

 
  • Oxunub:  6240  |  
  • Tarix:  13-02-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycanın inkişafına, dünyada təbliğinə sanballı töhfələr verir, sosial və humanitar sahələrdə böyük işlər görür

24 Avqust 15:14
Yeni Azərbaycan Partiyasının Masallı, Cəlilabad, Yardımlı və Biləsuvar rayon ilk təşkilat sədrləri ilə zona müşavirəsi keçirilib
24 Avqust 14:18
Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib
24 Avqust 13:56
Əli Əhmədov: Azərbaycan hökuməti gənclərin bu günü və gələcəyi uğrunda böyük işlər görməkdədir
24 Avqust 13:48
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Masallı Olimpiya İdman Kompleksində gənclərlə görüş keçirilib
24 Avqust 13:18
Bakı 2022-ci ildə akrobatika gimnastikası üzrə dünya çempionatına ev sahibliyi edəcək
24 Avqust 13:15
Heydər Əliyev Mərkəzinin parkında estrada ulduzlarının konserti keçiriləcək
24 Avqust 13:13
Fransada G7 dövlətlərinin sammiti başlayıb
24 Avqust 13:07
Rəvan Həsənov: Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq əsas məqsədimizdir
24 Avqust 13:02
Əli Kərimli o qədər çaşıb ki, öz yalanlarına da inanmağa başlayıb
24 Avqust 12:34
Azərbaycanın hərbi orkestri ilk dəfə “Spasskaya Başnya” XII beynəlxalq hərbi musiqi festivalında təmsil olunur
24 Avqust 11:41
Mərhəmət Zirvəsini Nura Boyayan MEHRİBANlıq
24 Avqust 11:39
Vaqif Əliyev: Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzinə çevrilmiş bir ölkədir
24 Avqust 11:34
Düşənbədə MDB ölkələri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası keçirilib
24 Avqust 11:32
Şəmkirdə icbari tibbi sığorta ilə əlaqədar "Sığortalı ol, sağlam yaşa!" adlı maarifləndirici tədbir keçirilib
24 Avqust 11:29
Eldəniz Səlimov: Ölkəmizdə islahatlar davamlı xarakter daşıyır
24 Avqust 11:25
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vətəndaşlarla görüşüb
24 Avqust 09:30
Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycanın inkişafına, dünyada təbliğinə sanballı töhfələr verir, sosial və humanitar sahələrdə böyük işlər görür
24 Avqust 09:20
“Türkologiya” jurnalı ABŞ-ın “EBSCO” məlumat bazasına daxil edilib
24 Avqust 09:10
Əli Kərimli bilərəkdən gəncləri aqressiv formada fəaliyyətə təhrik edir
24 Avqust 09:08
Regionlarda kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı istiqamətində görülən işlər öz nəticəsini verir
23 Avqust 20:18
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başlayıb
23 Avqust 20:05
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başa çatıb
23 Avqust 20:04
Hərbi hissələrdə gənc əsgərlərə psixoloji dəstək fəaliyyətləri həyata keçirilir
23 Avqust 20:00
Putin-Makron: Rusiya ilə Aİ münasibətlərinin ziddiyyətləri azalmır
23 Avqust 19:56
Azərbaycan ilə Qayana arasında bir sıra sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub
23 Avqust 19:34
YAP-ın İcra Katibliyində partiyanın Suraxanı, Sabunçu və Pirallahı rayonlarının ilk partiya təşkilatları sədrlərinin iştirakı ilə müşavirə keçirilib
23 Avqust 17:58
Azərbaycan Prezidenti milli bayram münasibətilə ukraynalı həmkarını təbrik edib
23 Avqust 17:48
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və YAP Qadınlar Şurası xeyriyyə aksiyası keçirəcək
23 Avqust 17:39
Dövlət Komitəsində Füzuli və Cəbrayılın işğalının ildönümü ilə bağlı tədbir keçirilib
23 Avqust 17:26
Vergilər naziri Qubada vətəndaşları qəbul edib
23 Avqust 17:21
Səyyad Salahlı: Din xadimləri də sosial şəbəkələrdən fəal istifadə etməlidirlər
23 Avqust 17:11
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında mübarizə başlayıb
23 Avqust 17:09
Türkiyədə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan xatirə sikkəsi buraxılıb
23 Avqust 16:53
Beyləqanda “Pambıq yığımına hazırlıq və qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib
23 Avqust 16:48
Azərbaycanın BMT-dəki daimi nümayəndəliyi Baş katib Antonio Quterreşə məktub ünvanlayıb
23 Avqust 16:42
Əmlak Məsələləri Dövlət Komitəsində vətəndaşların müraciət və qəbulları canlı bağlantı ilə aparılacaq
23 Avqust 16:35
Məhəbbət Vəliyeva: Bu tədris ili üçün 7 mindən artıq vakant müəllim yeri var
23 Avqust 16:29
Azər Badamov: Həyata keçirilən tədbirlər nəticəsində aqra sahədə daha böyük nailiyyətlər qazanılacaq
23 Avqust 16:24
Tahir Mirkişili: Texnoloji dünyada onun sirlərini və şərtlərini daha yaxşı mənimsəyərək öz milli maraqlarımızı qorumalıyıq
23 Avqust 16:20
Pərvin Kərimzadə: Mehriban xanım Əliyevanın çoxistiqamətli fəaliyyətinin əsasında xalq sevgisi dayanır
23 Avqust 16:17
Fransanın Azərbaycanda yeni səfiri təyin olunub
23 Avqust 16:11
Ramin Quluzadə Tovuzda, birinci müavini Ağstafada vətəndaşları qəbul edib
23 Avqust 16:07
Sabah Fransada G7 sammiti başlayacaq
23 Avqust 15:47
Srisuda Vanapinyosak: Azərbaycan ilə Tailand arasında birbaşa aviareysin açılması hər iki ölkəyə turist axınını artıracaq
23 Avqust 15:42
Qusarın fındıq bağlarından 4 min tona yaxın məhsul toplanacaq
23 Avqust 15:13
Mehriban xanım Əliyeva müasir Azərbaycan qadın hərəkatının lideri kimi dövlətimizin tərəqqisi naminə geniş fəaliyyət göstərir
23 Avqust 14:54
Qarabağ müharibəsi veteranları “Qazax” əlahiddə sərhəd diviziyasında olublar
23 Avqust 14:42
Azərbaycanın xarici dövlət borcu açıqlanıb
23 Avqust 14:19
Kənd Təsərrüfatı naziri Beyləqanda vətəndaşları qəbul edib
23 Avqust 14:15
İlin sonunadək Şəkidə 13 subartezian quyusu istismara veriləcək
23 Avqust 14:10
Bu il 750-dək məcburi köçkün özünüməşğulluq proqramına cəlb olunub
23 Avqust 14:01
Vüqar Rəhimzadə: Bu gün Azərbaycan dövləti və xalqı əleyhinə satqınlardan ibarət “virtual terrorçular” fəaliyyət göstərir
23 Avqust 12:57
KOB-lar “Kapital bazarları vasitəsilə maliyyələşdirmə” mövzusunda maarifləndirilib
23 Avqust 12:54
Hava hücumundan müdafiə vasitələri döyüş atışları icra edib
23 Avqust 12:52
Naxçıvanda Dövlət Bayrağı Muzeyinin yaradılmasının beş illiyi qeyd olunub
23 Avqust 12:43
Səidə Əhmədova: Müəllimlər işə qəbul olunarkən onların psixoloji hazırlıq səviyyəsi nəzərə alınmalıdır
23 Avqust 12:37
Gənclər və İdman naziri Göygöl rayonunda vətəndaşları qəbul edib
23 Avqust 12:09
Şeyxülislam Allahşükür Paşazadə Çeçenistanda səfərdədir
23 Avqust 12:03
Şərurda icbari tibbi sığortanın tətbiqi ilə bağlı ikigünlük təlim başa çatıb
23 Avqust 12:01
UNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil olan müsəlman qəbiristanlığı
23 Avqust 11:42
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında hərbi hissənin yaradılmasının 27-ci ildönümü qeyd olunub
23 Avqust 11:36
Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalarası Əməkdaşlıq Mərkəzi bəyanat yayıb
23 Avqust 11:31
Azərbaycanda istilik təchizatı sisteminin səmərəliliyinin artırılması mövzusunda İşçi Qrupunun iclası keçirilib
23 Avqust 11:05
Jewish Journal: Azərbaycanda qadınlara seçki hüququ verilməsinin 100 illiyi tamam olur
23 Avqust 10:40
Dünya birjalarında neftin qiyməti bahalaşıb
23 Avqust 10:13
Bu gün Xüsusi Dövlət Mühafizə Xidmətinin yaranmasının 26-cı ildönümü tamam olur
23 Avqust 10:03
Füzuli rayonunun tarixi memarlıq və arxeoloji abidələri erməni vəhşiliyinin qurbanına çevrilib
23 Avqust 10:00
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
23 Avqust 09:58
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Füzuli və Cəbrayıl rayonlarının işğalının 26-cı ildönümü ilə əlaqədar bəyanat yayıb
23 Avqust 09:49
Füzuli və Cəbrayıl rayonlarının işğalından 26 il ötür

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA