A+   Yenilə  A-
“Dövlətimizin başçısı hər zaman qaçqın və məcburi köçkünlərin problemlərini diqqət mərkəzində saxlayır”

Fevralın 10-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yanvarın 29-da keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının və Nazirlər Kabinetinin məsul əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbərliyi, əraziləri işğal olunmuş rayon icra hakimiyyətlərinin başçıları, inşaatçılar, fəal məcburi köçkünlər və KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov xatırladıb ki, yanvarın 29-da Heydər Əliyev Mərkəzində keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda dövlətimizin başçısı tərəfindən 14 il ərzində ölkəmizdə görülən işlər təqdim olunub, həmçinin 2018-ci ildə qarşıda duran vəzifələrə dair geniş müzakirələr aparılıb. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu sosial-iqtisadi islahatlar və məqsədyönlü siyasət nəticəsində ötən il ölkəmizin iqtisadi potensialı daha da güclənib, davamlı inkişaf dinamikası təmin olunub. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, dünyada baş verən iqtisadi-maliyyə böhranına, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, 2017-ci il ölkəmizdə sabitlik və inkişaf ili olub. İqtisadiyyatımız son 14 il ərzində 3,2 dəfə artıb. Bu, Prezident İlham Əliyevin iqtisadiyyatımıza yenilik gətirməsi hesabına baş verib. Bu müddətdə Azərbaycan iqtisadiyyatı şaxələndirilmiş şəkildə inkişaf edib. O cümlədən sənayedə 2,6 dəfə, kənd təsərrüfatında 1,7 dəfə artım olub. Qeyri-neft ixracımız 4,1 dəfə artıb.
“Kənd təsərrüfatı haqqında danışarkən bir məqama xüsusi diqqət yetirmək lazımdır. Fikir verin, dünyada iqtisadi böhran baş verir. Əlbəttə ki, bu, Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşmədi. Məhz belə bir vaxtda dövlətimizin başçısı Ulu öndərin təcrübəsindən yararlandı. 1970-ci illərdə bizim neftdən gəlirimiz yox idi. Neftimiz var idi, lakin onun gəlirləri ittifaq büdcəsinə gedirdi. Buna baxmayaraq, Azərbaycan iqtisadiyyatı inkişaf edirdi. Pambıqçılığın, üzümçülüyün, tütünçülüyün, baramaçılığın və digər kənd təsərrüfatı sahələrinin hesabına o vaxt inkişafa nail olundu. Prezident İlham Əliyev də həmin təcrübədən yararlanmağa qərar verdi. Artıq bu istiqamətdə görülən işlər öz nəticələrini verir. Dövlətimizin başçısı tərəfindən verilən bu tapşırıqlar nəticəsində nəinki yüksək göstəricilər əldə olunub, artıq insanlar torpağa qayıdıb. Bütün boş torpaqlar əkilib-becərilir”, - deyə Baş nazirin müavini vurğulayıb.
Prezident İlham Əliyevin ölkəmizdə sahibkarlığın inkişafına xüsusi diqqət yetirdiyini qeyd edən Baş nazirin müavini bildirib ki, məhz bunun sayəsində bu gün sahibkarlar Azərbaycan iqtisadiyyatının inkişafına töhfələrini verirlər. Ölkəmizdə sosial sahəyə çox böyük diqqət göstərilib, bu istiqamətdə bir çox önəmli layihələr icra edilib.
Azərbaycanda neft-qaz sahəsində əldə edilən uğurlardan danışan Baş nazirin müavini bildirib ki, bu nailiyyətlərin təməlində Ümummilli lider Heydər Əliyev tərəfindən 1994-cü ildə hazırlanan neft strategiyası dayanır. Əgər Ulu öndər tərəfindən uzaqgörənliklə hazırlanan neft strategiyası olmasaydı, “Əsrin müqaviləsi” imzalanmasaydı, bəlkə də bu gün qazanılan nailiyyətlərə tam çatmaq mümkün olmazdı. Prezident İlham Əliyev əsası Ulu öndər tərəfindən qoyulan neft-qaz strategiyasını daha da inkişaf etdirdi. Bu gün Azərbaycan idxal ölkəsindən, ixrac ölkəsinə çevrilib.
Komitə sədri Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsinin əhəmiyyətindən də danışaraq bildirib ki, bu yol Avropa ilə Asiyanı birləşdirməklə yanaşı, Azərbaycanı böyük tranzit ölkəyə çevirdi. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, bu, Avrasiyada nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində bəlkə də son illərdə ən önəmli layihədir.
Əli Həsənov bildirib ki, Prezident İlham Əliyev tərəfindən aparılan düşünülmüş və uzaqgörən siyasət sayəsində bu gün Azərbaycan dünyanın aparıcı ölkələrindən birinə çevrilib. Ötən il Azərbaycan iqtisadiyyatı rəqabətlilik qabiliyyətinə görə Davos Dünya İqtisadi Forumu tərəfindən 35-ci yerə layiq görülüb, bu yaxınlarda isə Forumun ənənəvi inklüziv inkişaf indeksində inkişaf edən ölkələr arasında Azərbaycan üçüncü yerə layiq görülüb. “Bax, budur Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən aparılan uğurlu siyasətin nəticələri”, - deyə komitə sədri vurğulayıb.
Baş nazirin müavini qeyd edib ki, bu gün Azərbaycanın yeganə problemi Dağlıq Qarabağ münaqişəsi və bunun nəticəsində yaranın 1 milyondan çox qaçqın və məcburi köçkün problemidir. Əminəm ki, dövlətimizin başçısı bu problemin də həlli yolunu tapacaq. Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası həm də dünyaya mesaj oldu. Prezident İlham Əliyev dünyaya mesaj verdi ki, bütün torpaqlarımız işğaldan azad ediləcək, hər qarış torpağımız abadlaşdırılacaq. Əgər Böyük qayıdış Cocuq Mərcanlıdan başladısa, onun davamı artıq Ağdərədə gedir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın da hər zaman məcburi köçkünlərə xüsusi qayğı göstərdiyini deyən komitə sədri bildirib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmuş Mehriban Əliyeva bu ali vəzifədə ilk müşavirəsini ötən il martın 9-da məhz Bakı və Sumqayıt şəhərlərindəki qəzalı vəziyyətdə olan yataqxanalarda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr etdi və çox ciddi tapşırıqlar verdi. Bundan sonra “Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması layihəsi” çərçivəsində daha ağır vəziyyətdə yaşayan soydaşlarımız üçün Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə yeni binaların tikintisinə start verildi. Onların müxtəlif ərazilərdə yeni mənzillərlə təmini və bu işlərin uğurla davam etdirilməsi ölkə əhalisinin ən həssas təbəqəsi olan qaçqın və məcburi köçkünlərə dövlət qayğısının daha bir əyani sübutudur. Təkcə onu qeyd edək ki, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə 2017-ci ildə 935 məcburi köçkün ailəsi qəzalı binalardan yeni mənzillərə köçürülüb.
Qaçqın və məcburi köçkünlər üçün indiyədək 97 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış komplekslərinin salındığını, 265 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraitinin yaxşılaşdırıldığını deyən Ə.Həsənov bildirib ki, digər qəzalı binalarda yaşayan köçkünlərin problemləri də Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaxın vaxtlarda öz həllini tapacaq. Diqqətə çatdırılıb ki, dövlətimizin başçısının da, ölkənin Birinci vitse-prezidentinin də vurğuladıqları kimi, ilk növbədə, ən ağır vəziyyətdə yaşayan dörd min köçkün ailəsi yeni evlərə köçürüləcək. Bu proses mərhələli yollarla həll edilir, həm yeni binalar tikilir, eyni zamanda, vaxtilə tikilmiş mövcud binalarda mənzillər alınaraq məcburi köçkünlər orada yerləşdirilir.
Yeni Azərbaycan Partıyasının fevralın 8-də keçirilən VI qurultayından bəhs edən Əli Həsənov deyib ki, qurultayda partiya aprelin 11-də keçiriləcək prezident seçkilərində dövlətimizin başçısı İlham Əliyevin namizədliyini irəli sürüb. Əlbəttə ki, bu, ölkəmizin ictimai siyasi həyatında baş verən əlamətdar hadisədir. “Dövlətimizin başçısı hər zaman qaçqın və məcburi köçkünlərin problemlərini diqqət mərkəzində saxlayır. Prezident İlham Əliyev bütün tədbirlərdəki nitqlərində qaçqın və məcburi köçkün məsələsinə toxunur, tez-tez onlarla görüşür. YAP-ın VI qurultayında da ilk çıxışın məhz məcburi köçkünlər adından Oqtay Həziyevə verilməsi məcburi köçkünlərə göstərilən diqqətin təzahürüdür”, - deyə komitə sədri qeyd edib.
Sonra iclasda Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov, Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Cocuq Mərcanlı kənd sakini Oqtay Həziyev, Kəlbəcər rayonundan məcburi köçkün, “Murovdağ” fermer təsərrüfatının rəhbəri Nəsimi Mehtiyev, Şuşa rayonundan məcburi köçkün, “Kirs” firmasının direktoru Kərim Məmmədov çıxış ediblər. Çıxışlarda son 14 il ərzində ölkəmizdə qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən ətraflı bəhs olunub.
Prezident Administrasiyasının məsul əməkdaşı Ağaəli Əhmədov bildirib ki, dövlətimizin başçısının qarşıya qoyduğu vəzifələrin icrası nəticəsində ölkəmizdə bütün istiqamətlərdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də xüsusi canlanma müşahidə olunur. Prezident İlham Əliyev kənd təsərrüfatının müxtəlif istiqamətləri üzrə müşavirələr keçirir, tapşırıq və tövsiyələrini verir. Ağaəli Əhmədov deyib: “Qeyd edim ki, məcburi köçkünlər də dövlətimizin başçısının bu çağırışına qoşuldular və məskunlaşdıqları ərazilərdə müxtəlif kənd təsərrüfatı məhsullarının istehsalına başladılar”.
Tədbirdə komitə sədri Əli Həsənov yeni qəsəbələrin tikintisində iştirak edəcək inşaatçılara işlərin yüksək sürətlə və keyfiyyətlə aparılmasına dair tövsiyələrini verib.

 
  • Oxunub:  6120  |  
  • Tarix:  13-02-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: 2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir

18 Fevral 21:27
Rusiya-Azərbaycan: Mədəniyyət ustaları dostluq körpüləri salırlar
18 Fevral 21:09
Dünyanın bir sıra ölkələrinin vətəndaşları Xocalıya ədalət istəyiblər
18 Fevral 21:02
Milli Məclisin deputatları BMT-nin parlament dinləmələrində iştirak edəcəklər
18 Fevral 20:35
Ombudsman təsisatında Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri ilə görüş olub
18 Fevral 20:30
Qətər qəzetləri Azərbaycan həqiqətlərindən yazır
18 Fevral 20:28
Azərbaycanın yanvarda ən çox məhsul idxal etdiyi ölkələr açıqlanıb
18 Fevral 20:25
Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişdiyi ölkəyə çevrilir
18 Fevral 19:13
Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti “IDEX-2019” beynəlxalq müdafiə sərgisində iştirak edir
18 Fevral 19:05
Xocalı soyqırımı qurbanlarının xatirəsi İsraildə yad olunacaq
18 Fevral 19:02
Kürdəmir: ümumi məhsul buraxılışının 39,9 faizi kənd təsərrüfatının payına düşüb
18 Fevral 18:50
Azərbaycan və Avstriya dəmir yolları arasında əməkdaşlıq əlaqələri müzakirə edilib
18 Fevral 18:28
Azərbaycan nümayəndə heyəti ATƏT PA-nın qış sessiyasında iştirak edəcək
18 Fevral 18:00
Nazir: Ölkədəki əlverişli mühit sahibkarlara biznesin istənilən sahəsi ilə məşğul olmağa imkan verir
18 Fevral 17:29
Ombudsman Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
18 Fevral 17:28
İsa Həbibbəyli: Ölkəmizdə vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində uğurlu sosial siyasət həyata keçirilir
18 Fevral 17:19
Hikmət Babaoğlu: İşğalçı ölkə Azərbaycanın verdiyi dərsi unuda bilmir
18 Fevral 17:16
Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları
18 Fevral 17:01
Azərbaycanla Böyük Britaniyanın enerji sahəsində əməkdaşlığı müzakirə olunub
18 Fevral 17:00
Prezident İlham Əliyev: Bu il Sumqayıt Kimya Sənaye Parkında bir neçə müəssisənin açılışı nəzərdə tutulur
18 Fevral 16:55
Teodore Doriç: Beynəlxalq Multikulturalizm Qış Məktəbi layihəsi tolerantlıq barədə nəzəri biliklərimizi artırdı
18 Fevral 16:47
Prezident İlham Əliyev Sumqayıtın dənizkənarı bulvarında şəhərin sakinləri ilə görüşüb
18 Fevral 16:42
“Könüllülər Parlamenti – Azərbaycan, 2019” layihəsinin iştirakçıları qanunvericilik prosesi barədə məlumatlandırılıb
18 Fevral 16:37
“Məcburi əməyin və insan alverinin qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirilib
18 Fevral 16:33
Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
18 Fevral 16:29
Qorxmaz Hüseynov: Regional inkişaf proqramları çərçivəsində bölgələrdə 11 min km-dən çox magistral və paylayıcı su, 6 min km kanalizasiya xətləri çəkilib
18 Fevral 16:23
YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib
18 Fevral 16:17
Azərbaycan Prezidenti: “SOCAR Polymer” qeyri-neft ixracını 15 faiz artıracaq
18 Fevral 15:55
Prezident İlham Əliyev: “SOCAR Polymer”in tam gücü ilə işə başlaması əlamətdar hadisədir
18 Fevral 15:50
Gömrükçülər Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin tətbiqi üzrə Türkiyə təcrübəsini öyrənir
18 Fevral 15:47
Azərbaycanda texnologiya transferi və elmin kommersiyalaşdırılmasına həsr olunan seminar
18 Fevral 15:31
ADNSU ilə “Schlumberger” şirkəti arasında əməkdaşlığa dair birgə plan hazırlanacaq
18 Fevral 15:08
Əfqanıstanın Azərbaycandakı səfiri BDU-da olub
18 Fevral 15:05
İlahiyyat İnstitutunda “Xocalıda məhv olmuş 8 ailə” filmi nümayiş etdirilib
18 Fevral 15:04
Sumqayıtda Heydər Əliyev Məktəbinin növbəti məşğələsi keçirilib
18 Fevral 15:01
Miqel Silva Pinto: Azərbaycanda vergi və gömrük sahəsində aparılan islahatlar çox mütərəqqidir
18 Fevral 14:58
“Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib
18 Fevral 14:41
Azərbaycan-Türkiyə münasibətləri dünya dövlətləri üçün bir nümunədir
18 Fevral 14:39
Fitch: 2019-cu ildə Azərbaycanda iqtisadi artım 3,5 faiz təşkil edəcək
18 Fevral 14:36
Ukraynanın ictimai radiosunda Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən danışılıb
18 Fevral 14:31
Səfər Mehdiyev: İndiyədək 100-dən çox şirkət “Yaşıl dəhliz” sisteminin iştirakçısı olub
18 Fevral 14:28
Xocavənd rayonunda Qaradağlı faciəsinin ildönümü qeyd edilib
18 Fevral 14:26
Dövlət Komitəsinin sədri Beyləqanda məcburi köçkünləri qəbul edib
18 Fevral 14:24
Özbəkistan nümayəndə heyəti Azərbaycanın şəhərsalma və tikinti sahəsindəki təcrübəsini öyrənir
18 Fevral 14:20
Azərbaycan əhalisinin sayı 9 milyon 981 min 457 nəfərə çatıb
18 Fevral 14:19
Prezident İlham Əliyev Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisini qəbul edib
18 Fevral 14:13
Sabah Milli Məclisin növbəti plenar iclası keçiriləcək
18 Fevral 14:10
ABŞ Dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müavini Azərbaycana gələcək
18 Fevral 13:16
Türkiyə Böyük Millət Məclisinin deputatları ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
18 Fevral 12:51
Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya kuboku yarışlarına 43 ölkədən 200-dən çox idmançı qatılacaq
18 Fevral 12:45
Sahil Babayev: Vətəndaşların müraciəti gözlənilmədən 3600 nəfərə pensiya təyin edilib
18 Fevral 12:37
"ABAD" "Uğur-2018" Milli mükafatına layiq görülüb
18 Fevral 12:35
Ziyad Səmədzadə: Dövlət büdcəsi ilbəil artır və bunu qoruyub saxlamaq lazımdır
18 Fevral 12:29
Heydər Əliyev Mərkəzində rus avanqard rəssamlarının nadir əsərlərindən ibarət sərgi açılıb
18 Fevral 11:54
Prezident İlham Əliyev Sumqayıtda “SOCAR Polymer”in yüksəksıxlıqlı polietilen zavodunun açılışında iştirak edib
18 Fevral 11:47
Millət vəkili: Xalqımızın sosial-rifah halının yaxşılaşdırılması Prezidentin həyata keçirdiyi siyasi kursun ana xəttidir
18 Fevral 11:43
Nazir: 2018-ci ildə hər 1000 vergiödəyicisinin dördündə səyyar vergi yoxlaması aparılıb
18 Fevral 11:40
Prezident İlham Əliyev Sumqayıt şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib
18 Fevral 11:25
Mikayıl Cabbarov: İri topdan satış müəssisələrində 930 milyon manatlıq dövriyyənin gizlədildiyi aşkarlanıb
18 Fevral 11:24
Nigar Arpadarai: İldən-ilə Formula 1-in təşkilinə görə xərclərimiz azalır, gəlirlərimiz isə artır
18 Fevral 11:19
Kolumbiya radiosunda Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlanıb
18 Fevral 11:11
Nazir: Azərbaycanda Vergi Ombudsmanının yaradılması vergi sistemində şəffaflığı artıracaq
18 Fevral 10:57
“Könüllülər Parlamenti – Azərbaycan, 2019” layihəsinin açılış mərasimi keçirilib
18 Fevral 10:36
Azərbaycan və Belarus müdafiə nazirlərinin görüşü olub
18 Fevral 10:33
Səyyar “ASAN xidmət” davam edir
18 Fevral 09:32
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozmaqda davam edir
18 Fevral 08:56
İstanbulda “Türkiyə-Azərbaycan Ortaq Miras” konserti təşkil edilib
18 Fevral 08:52
Azərbaycanın müdafiə naziri “İDEX – 2019” Beynəlxalq Müdafiə Sərgisində iştirak edir
18 Fevral 08:49
Azərbaycanın müdafiə naziri BƏƏ-nin müdafiə məsələləri üzrə dövlət naziri ilə görüşüb
17 Fevral 11:41
Gəncənin "İmamzadə" dini kompleksində ehsan süfrəsi açılıb
17 Fevral 11:32
Ötən il Azərbaycanda 868,6 ton yaşıl çay yarpağı istehsal olunub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28
HAVA HAQQINDA