Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Sabah birinci Beynəlxalq PR Yaradıcılığı Forumu işə başlayacaq

Sabah birinci Beynəlxalq PR Yaradıcılığı Forumu işə başlayacaq

16.02.2018 [09:27]

Sabah ölkəmizdə daha bir beynəlxalq miqyaslı tədbir öz işinə başlayacaq. Belə ki, fevralın 17-18-də Bakıda ilk dəfə olaraq Beynəlxalq İctimaiyyətlə Əlaqələr Yaradıcılığı Forumu keçiriləcək. Bu barədə qəzetimizə Forumun təşkilat komitəsindən məlumat verilib.
PRoloq İctimai Əlaqələrin İnkişafı Mərkəzi və mərkəzin PRoloq (www.proloq.az) online jurnalının təşkilatçılısı ilə baş tutacaq Forum “Beynəlxalq PR Assosiasiyası (IPRA) tərəfindən dəstəklənən tədbir” xüsusi statusuna layiq görülüb və “endorsed by IPRA” loqosu ilə gerçəkləşəcək. Forum Azərbaycan Respublikası Mətbuat Şurası və Beynəlxalq Karyera İnstitutu tərəfindən də dəstəklənir.
Qeyd edək ki, müxtəlif yerli qurumların və dünyanın aparıcı ictimaiyyətlə əlaqələr agentliklərinin marağına səbəb olan Forumda yerli mütəxəssislərlə yanaşı, Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyasının prezidendi (IPRA) Bart de Vries başda olmaqla Amerika, İngiltərə, Rusiya, Türkiyə, Yaponiya, Almaniya, Bolqarıstan, Qazaxıstan, Misir, Şimali Kipr və başqa ölkələrdən olan peşəkarlar təqdimatlar edəcəklər. Forumun proqramında “Qarşılıqlı münasibətlər erasına xoş gəlmisiniz”, “ PR-da yaradıcılıq: strateji zərurət”, “Yaradıcılıqda mükəmməllik gerçəkliyi”, “Yaponiyanın PR təcrübəsi”, “PR-da uğur, rəqabət və tərəfdaşlıq kifayət qədər innovativdirmi?” və başqa mövzularda kreativ təqdimatlar var.
Bütün sahələrdə olduğu kimi, müasir dünyada çox önəm verilən təhsil sahəsində də İctimaiyyətlə Əlaqələrin böyük rolu var. Odur ki, Forum çərçivəsində ayrıca Təhsil paneli də gerçəkləşdiriləcək. Məşhur təhsil və PR ekspertləri bir araya gələrək müxtəlif mövzularda təqdimatlar edəcəklər.
Təşkilat komitəsindən verilən məlumatda o da bildirilir ki, belə bir beynəlxalq miqyaslı tədbirin keçirilməsində məqsəd Azərbaycanda özünün inkişaf mərhələsini yaşayan ictimaiyyətlə əlaqələr sahəsində mövcud vəziyyəti təhlil etmək, atılan müsbət addımları təqdir etməklə yanaşı, çatışmazlıqları aşkara çıxarıb onların aradan qaldırılması yollarını müzakirə etmək, təcrübə mübadiləsi aparmaq, beynəlxalq əməkdaşlıqlara vəsilə olmaqdır.
Bu sahədə təhsil verən universitetlərin müəllimləri, tədqiqatçılar, alimlər, elm və sənət adamlarının da dəvət olunduqları Foruma ümumilikdə 400 nəfərə yaxın iştirakçının qatılacağı gözlənilir.

Paylaş:
Baxılıb: 430 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30