A+   Yenilə  A-
Azərbaycanın Beynəlxalq Sərgilər Bürosuna üzv olmasından 10 il ötür

Ekspo 2025” Ümumdünya Sərgisinin Bakıda keçirilməsi yeni bölgədə, yeni dövrdə yeni tarix yazmaq imkanı yaradacaq
Martın 19-da Azərbaycan Respublikasının Beynəlxalq Sərgilər Bürosuna (BIE) üzvlüyünün onuncu ildönümü tamam olur. Azərbaycan bu mötəbər quruma 2008-ci ildə üzv olub. Ötən on il Azərbaycan üçün olduqca məhsuldar və səmərəli bir dövr kimi yadda qalıb.
AZƏRTAC xəbər verir ki, BIE 1931-ci ildə yaradılıb. Hazırda 169 üzvü olan büronun əsas missiyası beynəlxalq ekspo sərgilərinin təşkili ilə bağlı 1928-ci ildə imzalanmış Paris Konvensiyasının yerinə yetirilməsinə nəzarət olunmasıdır.
İlk dəfə 2000-ci ildə Almaniyanın Hannover şəhərində təşkil edilən Universal Ekspoda iştirak edən Azərbaycan 18 ildir beynəlxalq ekspo hərəkatının fəal üzvlərindən biridir. Hazırda Azərbaycan Respublikası “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb. Əhatə dairəsinə görə futbol üzrə dünya çempionatından və Olimpiya Oyunlarından sonra ən böyük tədbir hesab olunan Ümumdünya Sərgisinə ev sahibliyi etmək üçün ölkəmizin kifayət qədər zəngin təcrübəsi, güclü kadr və infrastruktur potensialı var. Təsadüfi deyil ki, Azərbaycanın indiyədək Milan, Astana və digər şəhərlərdə təşkil olunan sərgilərdə uğurlu təqdimatı böyük maraqla qarşılanıb.
Azərbaycan ilk dəfə “Milan Ekspo 2015”də milli pavilyonla çıxış edib. Həmin sərgidə nümayiş olunan milli pavilyonumuz ziyarətçilərin sayına görə xüsusilə seçilib: onu üç milyondan çox insan ziyarət edib. Pavilyonda Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, adət-ənənələri ilə yanaşı, ölkəmizin əldə etdiyi uğurlar barədə də ətraflı məlumatlar çatdırılıb. Həmin sərgidə Azərbaycanın milli pavilyonunun yaradılması və digər təşkilati işlər Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzi tərəfindən həyata keçirilib. Milan Sərgisinin təşkilat komitəsinin rəyinə görə, Azərbaycan hazırlıq və quraşdırma prosesində ilkin mərhələdə iştirakçı dövlətlər qarşısında qoyulan tələbləri, pavilyonun məzmun və tərtibatı ilə bağlı təqdimatları ən tez yerinə yetirən ölkələrdən olub. Eyni zamanda, xarici mətbuat və İtaliyanın aparıcı KİV-ləri milli pavilyonumuzun tikinti və dizayn işlərinin yekunlaşdırılmasına görə Azərbaycanın lider olduğunu bildiriblər.
2016-cı ildə təşkil olunan “Antalya Ekspo” Beynəlxalq Botanika Sərgisində Heydər Əliyev Mərkəzinin dəstəyi ilə qurulan Azərbaycan milli pavilyonu da böyük maraqla qarşılanıb. Sərgidən və bağçadan ibarət pavilyonda ölkəmizin zəngin faunası, unikal biomüxtəlifliyi, bağçılıq və milli mətbəx mədəniyyəti, xalçaçılıq sənətinin tarixi nümayiş etdirilib. Pavilyon özünəməxsus konsepsiyası və Azərbaycanın zəngin təbiət gözəlliklərinin təqdimat forması ilə seçilib.
Qazaxıstanın paytaxtı Astanada keçirilən “Ekspo 2017” beynəlxalq sərgisində də Azərbaycanın milli pavilyonu böyük zövqlə yaradıldığına görə ən çox ziyarət edilən pavilyonlar sırasında olub. Heydər Əliyev Mərkəzi və Energetika Nazirliyi tərəfindən təşkil edilən milli pavilyonumuzu sərgi müddətində ziyarət edənlərin sayı bir milyonu ötüb. Burada ölkəmizin nailiyyətlərini geniş şəkildə təbliğ etmək üçün hərtərəfli şərait yaradılıb.
Bütün bunlar bir daha sübut edir ki, ölkəmiz beynəlxalq əhəmiyyətli sərgilərdə layiqincə təmsil olunmaqla nəinki özünün təşkilatçılıq qabiliyyətini nümayiş etdirib, həm də bu mötəbər tədbirə ev sahibliyi etmək üçün zəngin və mühüm təcrübə qazanıb. Bu zəngin təcrübəyə və mükəmməl potensiala malik Azərbaycan 2017-ci ilin sentyabrından “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyi uğrunda mübarizəyə qoşulub. Bununla bağlı genişmiqyaslı tədbirlər həyata keçirilir, müxtəlif təqdimatlar təşkil edilir. İndiyədək Parisdə, Berndə, Ciddədə, Davosda, Nyu-Yorkda keçirilən təqdimat mərasimlərində Bakının namizədliyi və ölkəmizin potensialı böyük maraq doğurub. Onların sırasında ötən ilin noyabrında Parisdə keçirilən təqdimatı xüsusi qeyd etmək lazımdır. Həmin tədbirdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ölkəmizin sərginin keçirilməsi məsələsinə nə qədər diqqətlə yanaşdığını bir daha bütün dünyaya nümayiş etdirdi. Parisdə Beynəlxalq Sərgilər Bürosunun 162-ci Assambleyası çərçivəsində Azərbaycan nümayəndə heyəti tərəfindən “Bakı Ekspo 2025”in təqdimatı tarixi hadisə kimi qiymətləndirilə bilər.
“Ekspo 2025” Ümumdünya Sərgisinə namizəd şəhər olan Bakı bu mötəbər tədbir üçün unikal mövzu təklif edib. Bakının insan kapitalı mövzusunu seçməsi heç də təsadüfi deyil. Zəngin təbii ehtiyatları olan ölkəmizdə son illərdə “qara qızıl”ın insan kapitalına çevrilməsi istiqamətində mühüm işlər görülüb. “İnsan kapitalını inkişaf etdirərək, daha yaxşı gələcək quraq” mövzusu qlobal əhəmiyyətə malikdir. Bu, hər bir fərdə, cəmiyyətə, eyni zamanda, ölkəyə öz müsbət təsirini göstərəcək. Çünki insan kapitalının inkişafı insanların texnoloji tərəqqiyə uyğunlaşması yollarının tapılmasına, hər bir fərdin həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək etməklə yanaşı, həm də sabit və sağlam cəmiyyətlərin formalaşmasında əsas amillərdən biridir. Müasir dünyada baş verən proseslər sübut edir ki, artıq insan kapitalının inkişafına diqqət yetirilməsinin, genişlənən qeyri-bərabərliyin azaldılmasının, iqtisadi artıma, kreativliyə və uğura nail olmaq imkanlarının yaradılmasının vaxtı çatıb.
Bakının “Ekspo 2025” ilə bağlı təklif etdiyi alt mövzular - təhsil, məşğulluq və səhiyyə BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə üst-üstə düşür. Bunu həmin mövzuların mahiyyətinə diqqət yetirməklə daha aydın görmək mümkündür.
Təhsil. İnsanlara işləməkdə, bacarıqlı cəmiyyətlər formalaşdırmaqda və texnoloji dəyişiklikləri idarə etməkdə təhsil və təlim vacib rol oynayır;
Məşğulluq. Fərdlərin məşğulluq vasitəsilə cəmiyyətdə fəal iştirak etmək ehtiyacı var, eyni zamanda, texnologiya da əmək bazarına mühüm təsir göstərir;
Səhiyyə. İnsan kapitalının inkişafı məhz sağlam cəmiyyətlərdə səmərəli şəkildə baş verə bilər.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “Bakı Ekspo 2025” ilə bağlı Parisdə keçirilən təqdimat mərasimindəki çıxışında bu barədə danışarkən deyib: “Bizim “İnsan kapitalının inkişaf etdirilməsi, daha yaxşı gələcəyin qurulması” mövzusu həqiqətən hamını narahat edən bir məsələdir. Bu mövzu dövrümüzün əsas çağırışını - texnologiyanın və artan bağlılığın bəşəriyyətə təsirini əhatə edir. “Bakı Ekspo 2025” sərgisində, düşünürük ki, texnologiyadan daha uzağa baxmaq, diqqətimizi rəhbərlərdən sıravi vətəndaşlara yönəldərək iqtisadiyyatların, cəmiyyətlərin və yaradıcılığın aparıcı qüvvəsi olan insanlar üzərində cəmləşdirmək mühüm əhəmiyyət kəsb edəcək. Biz insanları - dünyada ən güclü resurs olan insan kapitalını universal müzakirəyə çıxaracağıq”.
Məhz buna görə də demək mümkündür ki, “Bakı Ekspo 2025” cəmiyyətin hər bir sahəsinin insan intellektindən yaralanmasına və faydalanmasına, əldə olunan biliklərin tətbiqinin öyrənilməsinə mühüm şərait yaradacaq.
“Bakı Ekspo 2025” üçün nəzərdə tutulmuş ərazi Azərbaycan paytaxtının şərq hissəsində yerləşir. Şəhərin iki qəsəbəsi arasında, 200 hektar ərazidə salınacaq bu məkan tam yenidən qurulmuş nəqliyyat infrastrukturu ilə paytaxtımızın davamı da hesab oluna bilər. Bura dünyada yeni şəhər parkı olması ilə yanaşı, eyni zamanda, ölkə əhalisi və şəhərimizin qonaqları üçün də əvəzsiz miras olacaq.
Azərbaycan zəngin təbii sərvətləri, qədim tarixi və özünəməxsus qonaqpərvərliyi ilə dünyada məşhur olan məkandır. Qitələrin və mədəniyyətlərin qovuşuğunda yerləşən Azərbaycan əsrlər boyu Avropa və Asiya arasında ticarət, siyasi və mədəni əlaqələrin qurulmasında körpü rolunu oynayıb. Bu gün artıq bütün dünya təsdiq edir ki, açıq və tolerant mühiti ilə seçilən Azərbaycan, o cümlədən Bakı mədəniyyətlər və dinlər arasında dialoq və əməkdaşlığın mərkəzi olmaqla yanaşı, bəşəriyyəti narahat edən qlobal məsələlərin geniş müzakirə olunduğu beynəlxalq mərkəzə çevrilib.
Həmçinin Azərbaycanın paytaxtı təkcə son bir neçə ildə çox mötəbər tədbir və yarışlara yüksək səviyyədə ev sahibliyi etməklə peşəkar təşkilatçılıq qabiliyyətini sübuta yetirib. Əsası 2008-ci ildə qoyulan mədəniyyətlərarası dialoq üzrə “Bakı prosesi”, “Eurovision 2012” mahnı müsabiqəsi, “Bakı-2015” birinci Avropa Oyunları, “Bakı-2017” İslam Həmrəyliyi Oyunları, 2016-cı ildən başlayaraq Formula-1 Qran-Pri yarışları, 2016-cı ildə 42-ci Ümumdünya Şahmat Olimpiadası, eləcə də müxtəlif forumlar Azərbaycanın “Ekspo 2025” Ümumdünya Sərgisinə də ən yüksək səviyyədə ev sahibliyi etmək iqtidarında olduğunu göstərir.
“Ekspo 2025” Ümumdünya Sərgisinin Bakıda keçirilməsi beynəlxalq ekspo hərəkatına mühüm töhfə verəcək. Birinci vitse-prezident Mehriban Əliyevanın Parisdəki təqdimatda çıxışı zamanı səsləndirdiyi fikirlər bunu bir daha təsdiqləyir: “Bakıda keçiriləcək Ümumdünya Sərgisi Beynəlxalq Sərgilər Bürosuna yeni bazarda yeni auditoriya ilə təmasa girmək imkanı verəcək. Bu sərgi yeni bölgədə, yeni dövrdə yeni tarix yazmaq imkanı yaradacaq. Bu sərgi, həmçinin Azərbaycan xalqına bizim Beynəlxalq Sərgilər Bürosunun mümkün olan ən yaxşı tərəfdaşlarından biri ola biləcəyini nümayiş etdirmək fürsətini verəcək”.

 
  • Oxunub:  5460  |  
  • Tarix:  20-03-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır

20 İyul 21:11
AOK: Avropanın güclü yeniyetmə idmançıları Bakıda mübarizəyə hazırdırlar
20 İyul 19:53
Azad Rəhimov: XV Avropa Gənclər Yay Olimpiya Festivalı atletlər və idman həvəskarlarının xatirəsində xoş izlər buraxacaq
20 İyul 18:15
Avropa Olimpiya Komitəsinin prezidenti Yanes Kosyançiç: Bakı festivalın təşkilinə tam hazırdır
20 İyul 17:37
Daxili İşlər naziri Əlahiddə Çevik Polis Alayında sıra baxışı keçirib
20 İyul 16:18
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi Oğuzda işini davam etdirir
20 İyul 15:25
UNESKO-nun baş direktoru Medianın Müdafiəsi Qlobal Fondunun yaradılmasını alqışlayıb
20 İyul 15:20
Yeni çağırış Avropa Parlamentində nümayəndə heyətləri təsdiqlənib
20 İyul 15:13
Müdafiə naziri: Ali Baş Komandanın qarşımızda qoyduğu ən əsas tapşırıq yüksək döyüş hazırlığıdır
20 İyul 14:24
Sevinc Hüseynova: Yeni Azərbaycan Partiyası gənclərin inkişafını daim diqqət mərkəzində saxlayır
20 İyul 14:20
Rauf Əliyev: Azərbaycanın xarici siyasəti, regional və qlobal miqyasda əməkdaşlığın möhkəmlənməsinə xidmət edir
20 İyul 14:17
İlham Məmmədov: Ölkəmizin uğurlu sosial dövlət modeli formalaşdırılıb
20 İyul 14:13
Azərbaycanın dövlət büdcəsinə 6 ayda daxilolmalar 10 milyard manatı keçib
20 İyul 14:07
XXX Ümumdünya Yay Universiadasında medal qazanan Azərbaycan idmançıları və məşqçiləri üçün mükafatların məbləği müəyyən edilib
20 İyul 14:02
Qəbələ Beynəlxalq Musiqi Festivalı yenidən sənətsevərlərin görüşünə gələcək
20 İyul 13:53
Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalını 345 media nümayəndəsi işıqlandıracaq
20 İyul 13:51
Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, yağmursuz keçəcək
20 İyul 13:48
Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib
20 İyul 13:46
YAP Naxçıvan səhər təşkilatının üzvlərinin sayı 18 min nəfəri ötüb
20 İyul 13:42
YAP Babək rayon təşkilatında görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib
20 İyul 13:01
Ağdaşda heyvandarlıqla məşğul olan fermerlərə təlim keçirilib
20 İyul 12:57
Tələbə yay məktəbinin iştirakçıları ilə görüş
20 İyul 12:54
Qara metallar və onlardan hazırlanan məmulatların ixracı artıb
20 İyul 12:45
Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Uşaq Bərpa Mərkəzində göstərilən reabilitasiya xidmətlərinə baxış keçirib
20 İyul 12:37
Azərbaycan, Gürcüstan və Türkiyə kənd təsərrüfatı sahəsində əməkdaşlığı müzakirə edib
20 İyul 12:34
Elman Məmmədov: Qaçqın və məcburi köçkünlərə davamlı və hərtərəfli qayğı göstərilməsi Azərbaycan hökumətinin fəaliyyətində mühüm yer tutur
20 İyul 10:21
Xarici İşlər naziri Elmar Məmmədyarov Çinin ölkəmizdəki yeni səfiri ilə görüşüb
20 İyul 10:17
Avstraliyanın Rusiyadakı səfirinə Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilib
20 İyul 10:15
Azərbaycan Vaşinqtonda keçirilmiş dini azadlıq üzrə konfransda fəal iştirak edib
20 İyul 10:12
Leyla Abdullayeva: Erməni lobbi qruplarının əsassız fəaliyyəti Azərbaycan ilə Avstraliya arasında inkişaf etməkdə olan münasibətlərə xələl gətirə bilməyəcək
20 İyul 09:43
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 19 dəfə pozub
20 İyul 09:39
“Skolkovo” İnnovasiya Mərkəzinin və St.Gallen Universitetinin professorlarının iştirakı ilə dövlət orqanlarının rəhbər şəxsləri üçün təlim keçirilir
20 İyul 09:36
Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır
20 İyul 09:31
Nəsimi rayonunda jurnalistlərlə görüş keçirilib
20 İyul 09:29
Azad söz azad cəmiyyətin təməl daşıdır
20 İyul 09:26
Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində ermənilərin qədim Qəbələ ilə bağlı məkirli planlarının qarşısı alındı
20 İyul 09:23
“Şəhərdən kəndə” aqroekoturizm layihəsi çərçivəsində Şəkiyə mediatur təşkil edilib
20 İyul 09:21
YAP Qazax rayon təşkilatının yaradılmasının 26-cı ildönümü münasibətilə tədbir keçirilib
20 İyul 09:19
ADAU-da 2-ci Beynəlxalq Yay Məktəbi uğurla başa çatıb
19 İyul 20:14
Elmar Məmmədyarov: Təşəbbüskarı olduğumuz layihələr Avropa ilə Asiya arasında əlaqələrin genişlənməsinə töhfə verəcək
19 İyul 20:11
“Azərbaycan milli mətbuatı 144 il: müasir gəncliyin gözü ilə” mövzusunda tədbir keçirilib
19 İyul 20:06
Azərbaycanda Paralimpiya hərəkatının təbliğində mətbuatın rolu danılmazdır
19 İyul 19:59
Dövlət Neft Fondu media nümayəndələrini mükafatlandırıb
19 İyul 19:55
Prezidentin Mətbuat Xidmətinin məlumatı
19 İyul 17:52
Vüqar Rəhimzadə: Dövlətçilik maraqları şəxsi maraqlardan öndə dayanmalıdır
19 İyul 17:49
Ali Məhkəmənin sədri və kollegiya sədrləri bölgələrdə vətəndaşları qəbul ediblər
19 İyul 17:48
Pərvin Kərimzadə: “Yay məktəbləri” partiyamızın gənc fəalları üçün həm təcrübə, həm də bilik mənbəyidir
19 İyul 17:41
Vergilər naziri Qəbələdə vətəndaşları qəbul edib
19 İyul 17:33
Azərbaycan Ordusunun zabiti Çin Hərbi Akademiyasını qızıl medalla bitirib
19 İyul 17:27
Mobil qeydiyyat kampaniyası çərçivəsində 4 minə yaxın mənzillərin çıxarışı hazırlanıb
19 İyul 16:57
Akademik Məmmədağa Şirəliyevin 110 illiyi qeyd ediləcək
19 İyul 16:53
Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri “ASAN xidmət”lə tanış olub
19 İyul 16:44
Azərbaycan Dillər Universitetində media nümayəndələri mükafatlandırılıb
19 İyul 16:27
“Qadın və uşaq hüquqları media müstəvisində” mövzusunda konfrans keçirilib
19 İyul 16:22
ABŞ-ın Azərbaycanda yeni hərbi attaşesi təyin olunub
19 İyul 16:15
AHİK-in sədri “Elm və sülh səfiri” beynəlxalq fəxri adına layiq görülüb
19 İyul 15:46
Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları 2019”da iştirak edəcəklər
19 İyul 15:31
DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tabeçiliyindəki orqanlarda vakant vəzifələrə müsabiqə elan edir
19 İyul 15:25
Prezident İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit nazirini qəbul edib
19 İyul 15:10
Milli Arxiv İdarəsində İmadəddin Nəsimin 650 illiyinə həsr edilmiş tədbir keçirilib
19 İyul 15:08
Eldəniz Səlimov: XV Avropa Gənclər Olimpiya Festivalının Bakıda keçirilməsi ölkəmiz üçün qürurvericidir
19 İyul 14:44
Rusiyalı qonaqlar Bakı Slavyan Universitetində
19 İyul 14:35
Avropa Gənclər Yay Olimpiya Festivalında Azərbaycan milli komandasının bayraqdarı müəyyənləşib
19 İyul 14:33
Nazirlər Kabinetində Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın iclası keçirilib
19 İyul 13:50
Müdafiə Nazirliyinin nümayəndələri veteranlarla görüşüblər
19 İyul 13:38
Hərbi Prokurorluqda əməliyyat müşavirəsi keçirilib
19 İyul 13:33
İqtisadiyyat nazirinin müavinləri şimal bölgəsindən olan vətəndaşları qəbul ediblər
19 İyul 12:48
Bəhruz Həsənov: Azərbaycan mətbuatında müəyyən neqativ hallar var, amma sayı azdır
19 İyul 11:53
Muxtar respublikada hərbi infrastruktur quruculuğu uğurla davam etdirilir
19 İyul 11:39
Rezidenturaya qəbul olmaq üçün 100-dən çox namizəd ixtisas seçimi ərizəsini təsdiqləyib
19 İyul 11:33
Sizə inananlar bezdi, özünüz bezmədinizmi?..

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+30 +34
gecə+20 +24