A+   Yenilə  A-
Bakıda prezident seçkilərində KİV-lərin rol və vəzifələrinə həsr edilən seminar-müşavirə keçirilib

Martın 19-da Bakıda Azərbaycan Respublikası Prezidenti seçkilərində kütləvi informasiya vasitələrinin rol və vəzifələrinə həsr edilən seminar-müşavirə keçirilib.
AZƏRTAC xəbər verir ki, seminar-müşavirə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Mərkəzi Seçki Komissiyası (MSK), Milli Televiziya və Radio Şurası və Mətbuat Şurası tərəfindən birgə təşkil olunub.
Tədbirdə yuxarıda adları qeyd olunan qurumların nümayəndələri, kütləvi informasiya vasitələrinin rəhbərləri, jurnalistlər, fəal sosial şəbəkə istifadəçiləri, bloqqerlər, beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.
Seminar-müşavirəni açan MSK sədri Məzahir Pənahov deyib ki, seçki prosesi ilə bağlı məlumatların ictimaiyyətə düzgün çatdırılması çox vacib məsələdir. Bu işdə kütləvi informasiya vasitələrinin üzərinə böyük vəzifə düşür. Azərbaycanda kütləvi informasiya vasitələri seçkilərlə bağlı kifayət qədər təcrübə toplayıb, jurnalistlər peşəkarlaşıblar. Mərkəzi Seçki Komissiyası da media ilə birgə işləməyə hər zaman xüsusi diqqət göstərir.
MSK sədri prezident seçkilərində səsvermənin 5600-dən artıq məntəqədə keçiriləcəyini söyləyib. O deyib ki, ümumi seçici siyahısına daxil edilmiş seçicilərin sayı 5 milyon 300 mindən çoxdur. Artıq kifayət qədər beynəlxalq müşahidəçi qeydiyyata alınıb. Onların arasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun uzunmüddətli müşahidəçiləri də var. Büronun 280 qısamüddətli müşahidəçisi səsverməyə bir neçə gün qalmış Azərbaycana gələcək. Eyni zamanda, 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Veb-kameralar seçkilərin şəffaf təşkili baxımından çox böyük əhəmiyyət kəsb edir. Bu, o deməkdir ki, dünyanın istənilən nöqtəsində Azərbaycandakı seçki məntəqələrinin 20 faizində seçki prosesini izləmək mümkün olacaq. Əminik ki, bu praktika əvvəlki seçkilərdə olduğu kimi, 11 aprel prezident seçkilərində də özünü yüksək səviyyədə doğruldacaq. Bütün bunlar siyasi iradənin təzahürüdür. İstənilən demokratik ölkədə şəffaf seçkinin keçirilməsi üçün qanunvericilik bazası ilə, atılan addımlarla yanaşı, siyasi iradə də vacib şərtdir.
Azərbaycanın kütləvi informasiya vasitələri indiyə qədər öz işlərinin öhdəsindən layiqincə gəlib. İnanıram ki, bu seçkilər zamanı da jurnalistlər özlərini xalqına xidmət edən bir qurumun nümayəndələri kimi hiss edəcəklər. Azərbaycanda seçki ilə bağlı əldə olunan nailiyyətlərdə KİV-lərin böyük rolu var.
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov seminar-müşavirədə çıxış edərək deyib ki, ölkəmizdə keçirilən seçkilərin bütün mərhələlərində kütləvi informasiya vasitələri mühüm rol oynayır. Hər bir seçki üç mərhələdən ibarətdir: təşviqataqədərki mərhələ, təşviqat dövrü və bilavasitə səsvermənin başlanması, keçirilməsi və nəticələrin elan olunması. Hər bir dövr üçün Seçki Məcəlləsində kütləvi informasiya vasitələrinin rolu, vəzifələri, məsuliyyəti göstərilir. Bu seminar-müşavirədə Seçki Məcəlləsinin tələbləri, onun müəyyən etdiyi məsuliyyət diqqətə çatdırılacaq.
Əli Həsənov qeyd edib ki, bu gündən Azərbaycan cəmiyyətində seçki ilə bağlı mühüm obyekt və subyektlər var. Birincisi, namizədlər və onun platformasıdır. Hər bir namizəd öz proqram və hədəflərini, fikir və mülahizələrini ictimaiyyətə kütləvi informasiya vasitələri ilə çatdırmalıdır. Namizədlər televiziyada debatlar keçirəcək, bölgələrdə seçicilərlə görüşəcək, ancaq həmin məkana bir qrup insan yığışacaq və bütövlükdə, görüşün nəticələrini yenə də ictimaiyyətə mətbuat çatdıracaq. Bu baxımdan, KİV-lərin rolu prezident seçkilərində iştirak edən namizədlərin roluna bərabərdir. KİV-lər bütün namizədlər üçün bərabər şərait yaratmalıdır.
Prezidentin köməkçisi qeyd edib ki, Seçki Məcəlləsində media nümayəndələrinin vəzifələri müəyyən olunur. Əsas vəzifə bu işi peşəkarcasına, Məcəllənin tələblərinə uyğun yerinə yetirməkdir. Media nümayəndələrinin bu işi həyata keçirməsindən asılı olaraq seçkilərin imici formalaşacaq. Seçkilər mühüm ümumxalq tədbiridir və KİV-lər bu məsələdə çox məsuliyyətli olmalıdır. Kütləvi informasiya vasitələri diqqətli olmalıdır ki, Seçki Məcəlləsinin müddəaları pozulmasın. Çünki Məcəllənin hansısa tələbinə riayət etməmək seçkilərin ümumi imicinə xələl gətirə bilər.
Əli Həsənov vurğulayıb ki, KİV-lər Prezidentin dövlət başçısı kimi cari fəaliyyəti ilə seçkilərdə namizəd kimi təşviqat fəaliyyəti arasında fərqi düzgün müəyyən etməli, diqqətli olmalıdırlar. Prezidentin köməkçisi əlavə edib ki, kommersiya məsələsində də namizədlər üçün bərabər şərait yaradılmalıdır. Bu məsələdə də Seçki Məcəlləsinin tələblərinə əməl olunmalıdır.
Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov deyib ki, Azərbaycan üçün çox mühüm ictimai-siyasi hadisə olan prezident seçkilərinin yüksək peşəkarlıqla keçirilməsində həm dövlət qurumlarının, həm də vətəndaş cəmiyyətinin üzərinə böyük iş düşür. Bu işdə ön sırada media nümayəndələri dururlar. Seçki prosesində kütləvi informasiya vasitələri məsuliyyətli vəzifə daşıyırlar. Cəmiyyətin düzgün istiqamətə yönləndirilməsində media böyük rol oynayır. Ölkəmizdə medianın fəaliyyəti üçün normal mexanizmlər müəyyənləşib. Seçki qanunvericiliyi bizdən öz işimizdə məsuliyyətli olmağı tələb edir. KİV hər seçkidən-seçkiyə yüksək peşəkarlıq nümayiş etdirir. Bunun üçün əsaslar var. Telekanallar seçkilərin işıqlandırılması ilə bağlı kifayət qədər təcrübə əldə edib. Milli Televiziya və Radio Şurasına indiyə qədər hər hansı qurum və namizəd tərəfindən şikayət ünvanlanmayıb.
Nuşirəvan Məhərrəmov qeyd edib ki, hazırda bizi ən çox maraqlandıran məsələ bütün televiziya və radio kanallarının fəaliyyətinin seçki qanunvericiliyinə uyğunlaşdırılmasıdır. Ödənişli təşviqata bütün radio və televiziyalar hazırdır. Seçki təşviqatı ilə reklam fəaliyyəti arasında balans gözlənilməlidir. Azərbaycanda başqa ölkələrdən fərqli olaraq televiziyalarda mal və xidmətlərin reklamı namizədlər üçün ayrılan vaxtın qiymətindən baha olur. Bu səbəbdən telekanallar bəzən namizədlər üçün pullu efir vaxtının ayrılmasında maraqlı olmurlar. Televiziya və radio kanallarının namizədlər üçün pullu efir vaxtı ilə bağlı ödəniş məsələsinə normal yanaşılmalıdır.
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Şuranın seçki ilə bağlı fəaliyyətindən danışıb. O deyib ki, Mətbuat Şurası hazırda 7 televiziya kanalının, 15 qəzetin, 10 informasiya agentliyinin və xəbər portalının monitorinqini aparır. Beynəlxalq təşkilatların müəyyənləşdirdiyi prinsip və qaydalar əsasında aparılan monitorinqlər zamanı namizədlərlə bağlı materialların nə dərəcədə peşəkarlıqla hazırlanması araşdırılacaq. Bu zaman faktla müəllifin şərhi arasındakı fərqə də diqqət yetiriləcək. Səsvermə günü Mətbuat Şurasının telefonları “qaynar xətt” kimi fəaliyyət göstərəcək. Mətbuat Şurasının İdarə Heyətinin üzvləri də müşahidəçi qismində paytaxtda və bölgələrdə olacaqlar, seçkilərin gedişini işıqlandırmaq üçün jurnalistlərə yaradılan şərait nəzərdən keçiriləcək. Hər hansı məsələ ortaya çıxan zaman Mərkəzi Seçki Komissiyası ilə əlaqə yaradılacaq. Əminik ki, media nümayəndələri əvvəlki seçkilərdə olduğu kimi, 11 aprel prezident seçkilərini də obyektiv, dəqiq və qərəzsiz işıqlandıracaqlar.
Sonra Mərkəzi Seçki Komissiyasının sədr müavini Natiq Məmmədovun “Azərbaycan Respublikası Prezidenti seçkilərində seçkiqabağı təşviqat mərhələsində təşviqat subyektlərinin azad davranışı və bərabərliyi. Bu prosesdə KİV-lərin rol və vəzifələri” mövzusunda məruzəsi dinlənilib.
Daha sonra məruzə ətrafında fikir mübadiləsi aparılıb və sual doğuran məsələlər müzakirə olunub.

 
  • Oxunub:  5610  |  
  • Tarix:  20-03-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır

20 İyul 21:11
AOK: Avropanın güclü yeniyetmə idmançıları Bakıda mübarizəyə hazırdırlar
20 İyul 19:53
Azad Rəhimov: XV Avropa Gənclər Yay Olimpiya Festivalı atletlər və idman həvəskarlarının xatirəsində xoş izlər buraxacaq
20 İyul 18:15
Avropa Olimpiya Komitəsinin prezidenti Yanes Kosyançiç: Bakı festivalın təşkilinə tam hazırdır
20 İyul 17:37
Daxili İşlər naziri Əlahiddə Çevik Polis Alayında sıra baxışı keçirib
20 İyul 16:18
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi Oğuzda işini davam etdirir
20 İyul 15:25
UNESKO-nun baş direktoru Medianın Müdafiəsi Qlobal Fondunun yaradılmasını alqışlayıb
20 İyul 15:20
Yeni çağırış Avropa Parlamentində nümayəndə heyətləri təsdiqlənib
20 İyul 15:13
Müdafiə naziri: Ali Baş Komandanın qarşımızda qoyduğu ən əsas tapşırıq yüksək döyüş hazırlığıdır
20 İyul 14:24
Sevinc Hüseynova: Yeni Azərbaycan Partiyası gənclərin inkişafını daim diqqət mərkəzində saxlayır
20 İyul 14:20
Rauf Əliyev: Azərbaycanın xarici siyasəti, regional və qlobal miqyasda əməkdaşlığın möhkəmlənməsinə xidmət edir
20 İyul 14:17
İlham Məmmədov: Ölkəmizin uğurlu sosial dövlət modeli formalaşdırılıb
20 İyul 14:13
Azərbaycanın dövlət büdcəsinə 6 ayda daxilolmalar 10 milyard manatı keçib
20 İyul 14:07
XXX Ümumdünya Yay Universiadasında medal qazanan Azərbaycan idmançıları və məşqçiləri üçün mükafatların məbləği müəyyən edilib
20 İyul 14:02
Qəbələ Beynəlxalq Musiqi Festivalı yenidən sənətsevərlərin görüşünə gələcək
20 İyul 13:53
Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalını 345 media nümayəndəsi işıqlandıracaq
20 İyul 13:51
Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, yağmursuz keçəcək
20 İyul 13:48
Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib
20 İyul 13:46
YAP Naxçıvan səhər təşkilatının üzvlərinin sayı 18 min nəfəri ötüb
20 İyul 13:42
YAP Babək rayon təşkilatında görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib
20 İyul 13:01
Ağdaşda heyvandarlıqla məşğul olan fermerlərə təlim keçirilib
20 İyul 12:57
Tələbə yay məktəbinin iştirakçıları ilə görüş
20 İyul 12:54
Qara metallar və onlardan hazırlanan məmulatların ixracı artıb
20 İyul 12:45
Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Uşaq Bərpa Mərkəzində göstərilən reabilitasiya xidmətlərinə baxış keçirib
20 İyul 12:37
Azərbaycan, Gürcüstan və Türkiyə kənd təsərrüfatı sahəsində əməkdaşlığı müzakirə edib
20 İyul 12:34
Elman Məmmədov: Qaçqın və məcburi köçkünlərə davamlı və hərtərəfli qayğı göstərilməsi Azərbaycan hökumətinin fəaliyyətində mühüm yer tutur
20 İyul 10:21
Xarici İşlər naziri Elmar Məmmədyarov Çinin ölkəmizdəki yeni səfiri ilə görüşüb
20 İyul 10:17
Avstraliyanın Rusiyadakı səfirinə Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilib
20 İyul 10:15
Azərbaycan Vaşinqtonda keçirilmiş dini azadlıq üzrə konfransda fəal iştirak edib
20 İyul 10:12
Leyla Abdullayeva: Erməni lobbi qruplarının əsassız fəaliyyəti Azərbaycan ilə Avstraliya arasında inkişaf etməkdə olan münasibətlərə xələl gətirə bilməyəcək
20 İyul 09:43
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 19 dəfə pozub
20 İyul 09:39
“Skolkovo” İnnovasiya Mərkəzinin və St.Gallen Universitetinin professorlarının iştirakı ilə dövlət orqanlarının rəhbər şəxsləri üçün təlim keçirilir
20 İyul 09:36
Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır
20 İyul 09:31
Nəsimi rayonunda jurnalistlərlə görüş keçirilib
20 İyul 09:29
Azad söz azad cəmiyyətin təməl daşıdır
20 İyul 09:26
Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində ermənilərin qədim Qəbələ ilə bağlı məkirli planlarının qarşısı alındı
20 İyul 09:23
“Şəhərdən kəndə” aqroekoturizm layihəsi çərçivəsində Şəkiyə mediatur təşkil edilib
20 İyul 09:21
YAP Qazax rayon təşkilatının yaradılmasının 26-cı ildönümü münasibətilə tədbir keçirilib
20 İyul 09:19
ADAU-da 2-ci Beynəlxalq Yay Məktəbi uğurla başa çatıb
19 İyul 20:14
Elmar Məmmədyarov: Təşəbbüskarı olduğumuz layihələr Avropa ilə Asiya arasında əlaqələrin genişlənməsinə töhfə verəcək
19 İyul 20:11
“Azərbaycan milli mətbuatı 144 il: müasir gəncliyin gözü ilə” mövzusunda tədbir keçirilib
19 İyul 20:06
Azərbaycanda Paralimpiya hərəkatının təbliğində mətbuatın rolu danılmazdır
19 İyul 19:59
Dövlət Neft Fondu media nümayəndələrini mükafatlandırıb
19 İyul 19:55
Prezidentin Mətbuat Xidmətinin məlumatı
19 İyul 17:52
Vüqar Rəhimzadə: Dövlətçilik maraqları şəxsi maraqlardan öndə dayanmalıdır
19 İyul 17:49
Ali Məhkəmənin sədri və kollegiya sədrləri bölgələrdə vətəndaşları qəbul ediblər
19 İyul 17:48
Pərvin Kərimzadə: “Yay məktəbləri” partiyamızın gənc fəalları üçün həm təcrübə, həm də bilik mənbəyidir
19 İyul 17:41
Vergilər naziri Qəbələdə vətəndaşları qəbul edib
19 İyul 17:33
Azərbaycan Ordusunun zabiti Çin Hərbi Akademiyasını qızıl medalla bitirib
19 İyul 17:27
Mobil qeydiyyat kampaniyası çərçivəsində 4 minə yaxın mənzillərin çıxarışı hazırlanıb
19 İyul 16:57
Akademik Məmmədağa Şirəliyevin 110 illiyi qeyd ediləcək
19 İyul 16:53
Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri “ASAN xidmət”lə tanış olub
19 İyul 16:44
Azərbaycan Dillər Universitetində media nümayəndələri mükafatlandırılıb
19 İyul 16:27
“Qadın və uşaq hüquqları media müstəvisində” mövzusunda konfrans keçirilib
19 İyul 16:22
ABŞ-ın Azərbaycanda yeni hərbi attaşesi təyin olunub
19 İyul 16:15
AHİK-in sədri “Elm və sülh səfiri” beynəlxalq fəxri adına layiq görülüb
19 İyul 15:46
Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları 2019”da iştirak edəcəklər
19 İyul 15:31
DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tabeçiliyindəki orqanlarda vakant vəzifələrə müsabiqə elan edir
19 İyul 15:25
Prezident İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit nazirini qəbul edib
19 İyul 15:10
Milli Arxiv İdarəsində İmadəddin Nəsimin 650 illiyinə həsr edilmiş tədbir keçirilib
19 İyul 15:08
Eldəniz Səlimov: XV Avropa Gənclər Olimpiya Festivalının Bakıda keçirilməsi ölkəmiz üçün qürurvericidir
19 İyul 14:44
Rusiyalı qonaqlar Bakı Slavyan Universitetində
19 İyul 14:35
Avropa Gənclər Yay Olimpiya Festivalında Azərbaycan milli komandasının bayraqdarı müəyyənləşib
19 İyul 14:33
Nazirlər Kabinetində Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın iclası keçirilib
19 İyul 13:50
Müdafiə Nazirliyinin nümayəndələri veteranlarla görüşüblər
19 İyul 13:38
Hərbi Prokurorluqda əməliyyat müşavirəsi keçirilib
19 İyul 13:33
İqtisadiyyat nazirinin müavinləri şimal bölgəsindən olan vətəndaşları qəbul ediblər
19 İyul 12:48
Bəhruz Həsənov: Azərbaycan mətbuatında müəyyən neqativ hallar var, amma sayı azdır
19 İyul 11:53
Muxtar respublikada hərbi infrastruktur quruculuğu uğurla davam etdirilir
19 İyul 11:39
Rezidenturaya qəbul olmaq üçün 100-dən çox namizəd ixtisas seçimi ərizəsini təsdiqləyib
19 İyul 11:33
Sizə inananlar bezdi, özünüz bezmədinizmi?..

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+30 +34
gecə+20 +24