Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Qazax seçiciləri cənab İlham Əliyevə səs verəcəklər

Qazax seçiciləri cənab İlham Əliyevə səs verəcəklər

08.04.2018 [10:11]

Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatı YAP-ın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Quşçu Ayrım kəndində seçicilərlə görüş keçirib.
Görüşlərdə seçicilər qarşısında çıxış edən YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov cənab İlham Əliyevin zəngin həyat yolundan, Onun Azərbaycan dövlətçiliyi üçün həyata keçirdiyi misilsiz xidmətlərdən, həmçinin rayonda görülən quruculuq işlərindən danışıb. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ötən 15 il ərzində bütün sahələrdə uğurlar əldə edib. Qeyd edilib ki, dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasətinin ən effektiv nəticələrindən biri Azərbaycanın mütəmadi səciyyə daşıyan dinamik iqtisadi inkişafıdır. Məhz bu inkişafın nəticəsidir ki, əhalinin təqaüdləri, maaşları ilbəil artırılır və bu da insanların firavan yaşamasına, sosial rifahının artmasına gətirib çıxarır.
Tədbirlərdə çıxış edən YAP Qazax rayon təşkilatının seçki qərargahının üzvləri Ədalət Hüseynov, Vüsal İsmayılov və başqaları vurğulayıblar ki, Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksək sürətlə və hərtərəfli inkişaf edir. Bu inkişafın davamı üçün xalqımız aprelin 11-də seçki məntəqələrinə getməli və YAP-ın namizədi cənab İlham Əliyevə səs verməlidir.

Paylaş:
Baxılıb: 463 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31