Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Şəmkir rayonunun Mahmudlu və İrmaşlı kəndlərində seçicilərlə görüş keçirilib

Şəmkir rayonunun Mahmudlu və İrmaşlı kəndlərində seçicilərlə görüş keçirilib

08.04.2018 [10:20]

Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatı prezident seçkilərində YAP-ın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Kampaniya çərçivəsində növbəti görüş rayonun Mahmudlu və İrmaşlı kəndlərinin seçiciləri ilə keçirilib.
Tədbirdə çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı əzəmətli nailiyyətlər barədə məlumat verib. Onun sözlərinə görə, bu 15 il iqtisadi dirçəliş və sabitliklə xarakterizə olunmaqla, Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə yazılıb. F.Vəliyev 11 aprel seçkilərində seçiciləri cənab İlham Əliyevə səs verməyə çağırıb.
Görüşdə Milli Məclisin deputatı Sona Əliyeva çıxış edərək prezident seçkilərinin Azərbaycanın demokratik inkişafı baxımından əhəmiyyəti barədə danışıb, həmçinin YAP-ın namizədi, xalqımızın alternativsiz lideri cənab İlham Əliyevin misilsiz fəaliyyəti haqqında geniş məlumat verib.
Görüşdə çıxış edən YAP Şəmkir rayon təşkilatı seçki qərargahının təbliğat-təşviqat qrupunun üzvləri Yusif Mehdiyev, Azər Əliyev, Famil Həmidov, Ceyhun Məmmədov və başqaları şəmkirliləri Azərbaycan dövlətinin daha da inkişafı, xalqımızın rifahının daha da yüksəlməsi və dövlətimizin beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsi üçün cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Paylaş:
Baxılıb: 588 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31