Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Təranə Nəzərova: Prezident seçkiləri xaricdə yaşayan azərbaycanlılar üçün öz mövqeyini bildirməyə imkan verən vacib hadisədir

Təranə Nəzərova: Prezident seçkiləri xaricdə yaşayan azərbaycanlılar üçün öz mövqeyini bildirməyə imkan verən vacib hadisədir

12.04.2018 [09:34]

Prezident seçkiləri xaricdə yaşayan azərbaycanlılar üçün öz mövqeyini bildirməyə imkan verən vacib hadisədir.
Bu sözləri Azərbaycan Respublikası Prezidenti seçkilərində öz vətəndaşlıq mövqeyini bildirmək üçün Finlandiyadan İsveçə səfər edən Azərbaycan-Finlandiya “Dostluq” Cəmiyyətinin sədri Təranə Nəzərova AZƏRTAC-ın müxbirinə müsahibəsində söyləyib.
Seçkilərdə iştirak etməyi özünə vətəndaşlıq borcu bilən Təranə Nəzərova bütün həmvətənlərimizi öz konstitusiya hüquqlarından istifadə etməyə çağıraraq bunun Azərbaycan üçün əhəmiyyətini qeyd edib. Stokholmdakı seçki məntəqəsində yaradılmış şəraitdən razılığını ifadə edən T.Nəzərova Azərbaycandan kənarda da məntəqələrin təşkil edilməsinin, burada seçki prosesinin azad, demokratik və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılmasının təqdirəlayiq olduğunu bildirib. O deyib: “Prezident seçkiləri xaricdə yaşayan azərbaycanlılar üçün öz mövqeyini bildirməyə imkan verən vacib hadisədir və bu seçkilərdə iştirak etmək yaşadığı yerdən asılı olmayaraq hər bir azərbaycanlının borcudur”.

Paylaş:
Baxılıb: 250 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31