Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Ağstafada seçkilər demokratik, şəffaf və yüksək əhval-ruhiyyədə keçib

Ağstafada seçkilər demokratik, şəffaf və yüksək əhval-ruhiyyədə keçib

12.04.2018 [10:44]

Respublikamızın digər bölgələrində olduğu kimi, Ağstafa rayonunda da 11 aprel prezident seçkiləri seçicilərin fəallığı şəraitində keçirilib. Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov bildirib ki, Ağstafa rayonunda iki seçki dairəsi fəaliyyət göstərir. Bunlar 108 saylı Ağstafa və 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairələridir. Onun sözlərinə görə, 108 saylı Ağstafa seçki dairəsində 38 seçki məntəqəsi, 106 saylı seçki dairəsində isə rayon üzrə 5 seçki məntəqəsi mövcuddur. Hər iki seçki dairəsi üzrə cəmi 49 min 434 seçici qeydiyyata alınıb.
Rayon təşkilatının sədrinin sözlərinə görə, Yeni Azərbaycan Partiyası tərəfindən dairə seçki komissiyalarına bir məşvərətçi səshüquqlu üzv və bir müşahidəçi, seçki məntəqələrinə isə 43 məşvərətçi səshüquqlu üzv və müşahidəçi təyin olunub.
R.Tatarov qeyd edib ki, Ağstafada seçkilər tam demokratik, şəffaf və yüksək əhval-ruhiyyədə keçib. Seçicilər səsverməyə böyük həvəslə gəliblər. 
Həmsöhbətimiz olan seçicilərdən Rafayıl Abbasov, Bilul Əhmədova, Əkbər Məmmədov, Fərhad Abdullayev və başqaları seçkiyə böyük ruh yüksəkliyi ilə gəldiklərini və növbəti 7 il üçün Azərbaycan Respublikası Prezidenti seçkilərində iştirak etdiklərindən qürur duyduqlarını bildiriblər. Seçicilər Yeni Azərbaycan Partiyasının Sədri, cənab İlham Əliyevə səs verdiklərini söyləyiblər. Çünki Azərbaycanın firavan gələcəyi Prezident İlham Əliyevin adı ilə bağlıdır.

Paylaş:
Baxılıb: 267 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30